Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə67/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   63   64   65   66   67   68   69   70   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
137 
Qeyd olunan nümunədə terminin mənasını tam dəyişərək başqa 
sahədə işlənməsinin şahidi oluruq. 
Bəzən obyektiv amilin təsiri nəticəsində də terminoloji 
leksikada terminlər yaranır. Ancaq bu tip hadisələr 
terminologiyada omonimlik hadisəsinin mövcudluğuna əsas 
vermir. Çünki belə sözlər termin hüququ qazanmır və bir qayda 
olaraq hər hansı terminoloji sahədə yer tutmur. Belə ki, 
transterminləşmə bir sahəyə məxsus terminlərin tam və ya 
qismən dəyişdirilərək başqa sahədə işlədilməsidir. Sözün yeni 
məna kəsb etməsi hadisəsi dilimizin daxili semantik 
qanunlarına əsasən və birdən-birə deyil, tədrici yolla baş verir. 
Məsələn, mənfi sözü riyaziyyat sahəsində “sıfırdan az”, fizika 
sahəsində isə “elektrikin, hissəcikləri elektronlardan ibarət 
növünə aid olan” mənalarında termindir [154,s.339]. 
Göründüyü kimi, söz müxtəlif sahələrdə fərqli anlamda xüsusi 
mənalı sözə-terminə çevrilmişdir. 
Ümumişlək sözlərin terminləşməsi ilə yaranan omonimiya 
hadisəsi ilə bu hadisə fərqli mahiyyət daşıyır. Belə ki, 
ümumişlək sözlər heç bir definitiv funksiyaya malik deyil və 
yalnız nominativ mənaya malik olmaqla ad bildirirlər. Amma 
ümumişlək söz terminləşdikdə əlavə olaraq definitiv funksiya, 
yəni təyin etmə funksiyasını qazanır. Bununla da o, anlayışı 
təkcə adlandırmır, həmçinin onu təyin edir. Terminləşmiş 
sözün yenidən terminləşməsi prosesində isə termin aid olduğu 
sahəni qoruyub saxlamaqla yanaşı, yeni elmi sahənin xüsusi 
mənalı sözünə çevrilir. Məsələn, fiqur sözü ümumişlək söz 
kimi “bir iş görərkən birinin və ya bir şeyin aldığı vəziyyət” 
deməkdir. Bu söz bir neçə sahədə elmi anlayışdır. Belə ki, 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
138 
musiqi sahəsində “mürəkkəbləşdirən, gözəlləşdirən ritmik-
melodik element”, rəssamlıqheykəltəraşlıqda “insan və ya 
heyvan təsviri”, idmanda “piyadadan fərqli olaraq şah, vəzir, 
top, fil”, riyaziyyatda “müstəvinin qapalı xətlə məhdudlaşmış 
hissəsi; habelə müəyyən qaydada düzülmüş nöqtələrin, 
xətlərin, səth və cisimlərin hamısı bir yerdə” mənalarında 
termindir [153,s.195]. Göründüyü kimi, söz eyni anda müxtəlif 
elmi istiqamətlər üzrə xüsusi məna kəsb etmişdir. 
Terminin mənasını dəyişməsi birbaşa anlayışla bağlı olan 
prosesdir. D.S.Lotte məna dəyişikliyi hadisəsini aşağıdakı 
hallarda məqbul sayır:
1. Terminin ifadə etdiyi məna dəyişirsə; 
2. Həmin anlayış artıq köhnəlirsə; 
3. Texniki-fiziki-anoloji 
xüsusiyyətlərin 
xarici 
xüsusiyyətlərlə vəhdəti nəticəsində terminin mənası dəyişir və 
bir sferadan digər sferaya daşınır [120,s.17]; Bildiyimiz kimi, 
terminin müxtəlif mənalarda müxtəlif sahələrdə xüsusiləşməsi 
transterminləşmə 
adlanır. 
Dilimizdə 
terminlərin 
transterminləşməsini mənşə etibarilə iki qrupa bölmək olar: 1. 
Milli 
terminlərin 
transterminləşməsi; 
Milli 
terminlərin 
transterminləşməsi prosesi zamanı müxtəlif sahələr üzrə 
terminləşən söz milli dilə aid olur. Məsələn: ayaq sözü musiqi 
sahəsində “muğam ifaçılığında işlədilən xüsusi musiqi ifadəsi, 
sonluq” biologiyada sahəsində “heyvanlarda dayaq və hərəkət 
orqanı” anlamında termindir [187,s.11], [160,s.90]. Yaxud da, 
uçuş sözü idmanda “alpinizmdə dağ yalı sıldırımının sərt 
artması”, aviasiyada isə “uçuş qurğusunun yerdən ayrıldığı 
andan yerə endiyi ana qədər olan hərəkət prosesi” deməkdir 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin