Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
153
giqabayt (yun.gig (nəhəng)+bayt) kompüterin yaddaş tutumunu
ölçmə vahidi;
haker (haker-hücum edən) dağıdıcı
proqramlar
hazırlayaraq internetdə informasiya sistemləri və ya şəbəkəni
sıradan çıxarmaq məqsədi güdən şəxs;
feysbuk- insanların
internet vasitəsilə bir-biri ilə əlaqəsini, yazışmasını,
fikir
mübadiləsini təmin edən sosial şəbəkə və s.
Müasir dövrdə istər çap, istər elektron mətbuatda tez-tez
işlək olan yeni terminlərə vaxtaşırı rast gəlirik. Məsələn,
hedlayn (ing.headline-qəzet başlığı) əsas hadisələri,
hadisənin
ən önəmli məqamını mediada bir sətirlə vermək,
cinql
(ing.jingle-cingilti) reklam anonslarını müşayət edən və tez-tez
təkrarlanan qısa musiqi çağırışı və s. Bu qəbildən olan
fləş sözü
müasir ədəbi dildə iki anlamda işlənir. Belə ki,
informatika
termini kimi “rəqəmli daşıyıcı”, KİV-də isə “təcili qısa xəbər,
jurnalistin hər hansı hadisə barədə göndərdiyi təcili, yığcam
məlumat” anlamında işlənir.
İqtisadiyyat sahəsi ilə bağlı dilə xeyli sayda alınma
terminlər daxil olub, məsələn:
loqotip (ing.logotype-nişan),
piar (ing.piar-ictimaiyyətlə əlaqələr),
qrant (ing.grant-hədiyyə,
bəxşiş),
diler (ing.dealer, tacir, paylayıcı) hər hansı
müəssisə,
firma və ya satış şirkətinin başqa ölkədəki təmsilçisi,
nümayəndəsi;
agent (sığorta agenti)-müvafiq lisenziyası olan
və sığortaçıya sığorta müqaviləsinin bağlanması, yenilənməsi
və ya davam etdirilməsi üçün vasitəçilik xidməti göstərən şəxs;
broker (sığorta brokeri) – müvafiq lisenziyaya malik olan və
sığorta (təkrar sığorta) müqaviləsinin bağlanması, yenilənməsi
və ya davam etdirilməsi üçün sığortalıya (təkrar sığortalıya)
vasitəçilik xidməti göstərən şəxs və s. Hətta hər hansı
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
154
beynəlxalq səviyyəli hadisə hər hansı bir sözün yaranmasına
stimul ola bilər. Məsələn, 2008-ci ildə Dünya Çempionatı
ərəfəsində
mondial (ing. Mondial,
frans mondiale-
“beynəlxalq”) sözü işlənməyə başladı.
Bəzi alınma sözlər dəb və tendensiya ilə bağlıdır, məsələn:
designer (dizayner)- forma, üslub, tendensiyanı müəyyən edən
şəxs,
elegant (elegan)- şıq, zərif, sadə,
style (stayl)-tərz, üslub,
stil, moda,
stliste (stilist)- tərzi müəyyən edən şəxs,
tendance
(tendensiya)-axın
, trend (trend)- son dəbi izləyən üslub,
podium (podyum)- platform, düzlük və s.
Dostları ilə paylaş: