Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
155
sahələrində üstünlük təşkil edir. Məsələn,
POS-terminal (POS
– point-of-sale terminal) – ticarət və xidmət müəssisələrinin
ərazilərində quraşdırılan və məhsul və xidmətlərin haqqının
ödənilməsini kartlar vasitəsilə aparmağa imkan verən cihazdır
.
PIN-kod– plastik kartlar vasitəsilə bankomatlardan nağd
vəsaitlərin çıxarılması zamanı hesaba giriş üçün parol kimi
istifadə edilən rəqəmlər yığınıdır. Ümumilikdə, informatika,
texnologiya sahələrində işlənən abreviaturları aşağıdakı kimi
qruplaşdırmaq olar:
hərfi ixtisarlar: MEK, KNS, ƏDL, SƏP,
İTT, İT və s. Bu tip abreviaturaların daxili mənası yalnız
müvafiq mütəxəssislərə məlum olur.
Hərf-söz şəklində
ixtisarlar -e-biznes, e-ticarət və s.
Hərf-rəqəm şəklində
ixtisarlar: DP-1, DP-2;
Rəqəm-hərf şəklində ixtisarlar: 4PL,
3PL; Bu cür ixtisarlar Azərbaycan dilinin heç bir qrammatik
qaydalarına uyğun gəlmir, lakin elmi dildə terminlərin
əvəzediciləri kimi işlədilir.
Dostları ilə paylaş: