Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


nəticəsində bir neçə məna ifadə edir



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə78/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   74   75   76   77   78   79   80   81   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

nəticəsində bir neçə məna ifadə edir, məsələn: listinq- 1. 
Emitentlərin maliyyə vəziyyətlərinin yoxlanılmasından sonra 
onların qiymətli kağızlarının birjada ticarətə buraxılışı. 2. 
Translyator 
tərəfindən 
formalaşdırılanın 
tərkibində 
translyasiyanın nəticələri olan mətndən ibarət sənəd 
istifadəçinin sifarişi ilə verilir. 3. Ticarət birjalarına qiymətli 
kağızların seçilməsi və buraxılmasının fond birjaları tərəfindən 
tənzimlənməsi üsuludur. Keys sözü həm “sənəd, kağız, qovluq 
və s. yığmaq üçün kiçik çamadan”, həmçinin “müzakirələrin-
diskussiya və debatın struktur elementi” mənasında termindir. 
Həmçinin inteqrator sözü: 1. Analoq siqnallarını hesablayan 
sxem; 2. Tətbiqi proqramları birləşdirən sxem; 3. Rabitə 


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
157 
şəbəkəsi quruculuğunda kompleks həllini təklif edən şirkət 
deməkdir. 
Bütün alınma sözlər dildə işləklik hüququ qazanmırlar. 
Alınma sözlərə münasibətdə Y.Qazda da öz fikirlərini 
bildirərək qeyd edir ki, bəzən özünü təsdiq və ya fərqlənmək 
məqsədilə işlədilən alınma sözlər danışanın nitqində bayağılıq 
yaradır və gülünc səslənir. Halbuki bəlkə dərinə varsaq bu 
alınma sözləri işlətməsinə baxmayaraq onların əsl mənalarını 
və mahiyyətlərini tam bilmirlər [108,s.50]. Belə ki, bəzi sözlər 
alınaraq donor dildəki mənasından daha fərqli mənada işlənir, 
məsələn. Prezentasiya sözü “filmin daha göstərişli nümayişi”, 
eksklüziv sözü isə “ilk dəfə” mənasında Azərbaycan dilində 
işlənir. Əslində isə eksklüziv sözü isə “məxsusi müsahibə, 
intervyu”, prezentasiya “nəyisə təqdim etmək üçün sənəd və ya 
sənədlər toplusu” deməkdir.
Başqa dildən sözalmanı zəruri edən səbəblər vardır. 
Bunlardan birincisi, ən başlıcası sosial-psixoloji səbəbdir. Bəzi 
dilçilər alınma sözü milli dildə mövcud olan sözlərə nisbətən 
daha “prestijli” hesab edirlər. V.İ.Koduxov yazır: “Alınma 
sözlər içərisində “zəruri sözlərlə”, “dəbdə olan kəlmələr”i 
fərqləndirmək lazıdır. Zəruri alınma sözlər dilin lüğət tərkibini 
zənginləşdirir və onlar yeni biliklərin daşıyıcılarıdır. Odur ki, 
onlar tərcümə olunmurlar [117,s.34]. A.A.Braqina isə alınma 
anlayışını izah edərək yazır: “Neologizm təkcə yeni anlayışla 
yaranan yeni söz deyildir. O, həmçinin dildə mövcud sözün 
yenin məna verməsi və ya köhnəlmiş mənanın yeni sözlə dilə 
yenidən qayıtması prosesidir” [102,s.21]. Bu baxımdan müasir 
terminoloji leksikada termin sözün siyasi və ideoloji 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
158 
mənalarından uzaqlaşaraq yeni mənə ifadə etmə prosesi diqqət 
çəkən prosesdir. Məsələn: disident- biznes-kommersant, 
millioner-burjuaz və s. Bəzi sözlər əvvəlki neqativ məna-
larından uzaqlaşaraq yeni xüsusi məna ifadə edirlər, məsələn: 
emiqrant, tətil və s. Əvvəl tətil sözü “qiyam” anlamında daha 
çox aktual idisə, hal-hazırda bu söz həm ümumişlək söz kimi, 
həm də termin kimi “müəyyən iş fəaliyyətindən sonra verilən 
məzuniyyət, istirahət müddəti”dir. Bu proses sözün 
semantikasının genişlənməsi prosesinə də çox oxşayır. Bunun 
təkrar alınma və ya sözün mənasının genişlənməsi olub-
olmamasını bilmək üçün onun fəaliyyətin hansı sahəsində 
yarandığına, hansı ölkədən, hansı dildən və hətta nə vaxt 
alındığına nəzər yetirmək lazımdır. Çünki bu proses
ekstralinqvistik inkişafın nəticəsidir. Əgər yeni mənanın 
yaranmasını təkrar alınma və ya sözün mənasının genişlənməsi 
olub-olmamasını dəqiqləşdirmək istəyiriksə, bu halda sözün 
mənbə dildə, eyni zamanda bu kəlmənin daha hansı dillərdə və 
daha hansı mənalarda işləndiyini tapmaq lazımdır. Alınan 
sözlər eyni mənbədəndirlərsə, ancaq sonradan donor dildən 
daha fərqli məna xətti üzrə inkişaf ediblərsə bu təkrar 
alınmadır. Hətta əgər sonrakı mənalar iki dildə eynidirsə, 
amma reseptor, mənbə dildən alınma vaxtları fərqlidirsə, bu 
təkrar alınma hesab olunur. V.P.Skuinya bu məsələ ilə bağlı 
qeyd edir ki, “əcnəbi terminlərin alınmasında birinci yerdə 
semantik və ya leksik-semantik adlandırıla bilən prinsip çıxış 
edir. Bu prinsipə görə, əcnəbi termin o zaman alınır ki, xüsusi 
semantikaya malik (yəni yeni məfhumun ifadəsi üçün) yeni 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin