Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə80/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   76   77   78   79   80   81   82   83   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
161 
notbuk və netbukdan fərqli olaraq qatlanmayan kompüter” 
mənasını ifadə edən terminə çevrilmişdir. Bumeranq 
(ing.boomerang-əyilmiş) “əyilmiş taxta və ya oraqşəkilli 
xüsusi alət” deməkdir. Söz müasir ədəbi dildə məcazlaşaraq 
“insanın atdığı yanlış addımlarının zərərini çəkməsi, öz səh-
vinin pis nəticəsini görməsi” mənasında işlənir.
Elə alınma terminlər var ki, onlar eyni formada müxtəlif 
elm sahələrində işlənirlər. Məsələn, breyk sözünün semantik 
məzmunu bu baxımdan maraqlıdır. Belə ki, söz həm idman
həm də iqtisadiyyat sahəsində işlənir. İdman sahəsində bu söz 
boksda “hakimin rinqdəki iştirakçılara mübarizəni müvəqqəti 
dayandırmaq və bir addım geri çəkilmək barədə verdiyi 
komanda” deməkdir. İqtisadiyyat sahəsində isə bu kəlmə 
“bazarda qiymətin kəskin düşməsi” mənasını verən termindir. 
Reabilitasiya sözü (lat. relabilitatio) hüquq termini kimi 
“məhkəmə qərarı əsasında, yaxud inzibati qaydada hüquqların 
bərpa edilməsi, bəraət verilməsi”, tibbi sahədə “xəstəlik 
keçirmiş şəxslərin sağlamlığının və əmək fəaliyyətinin 
bərpasına yönəldilmiş tədbirlər kompleksi” deməkdir. 
Terminoloji mənadan əlavə söz əlavə məcazi məna qazanaraq 
“adın təmizə çıxarılması, əvvəlki nüfuzun bərpası” mənasında 
işlənir. Animator sözü multiplikator sözünə sinonim kimi “mul-
tiplikasiya mütəxəssisi, multiplikasiyaçı” mənasında kino
televiziya sahəsində işləkdir. Son dövrlər isə eyni sözə 
“turistlərin rekreasiya fəaliyyətinin təşkilatçısı və turist məhsu-
lunu formalaşdıran mütəxəssis” anlamında da rast gəlirik 
[203,s.19]. Manifest sözü ədəbiyyat sahəsində “hər hansı bir 
ədəbi və ya bədii yaradıcılıq qrupunun öz yaradıcılıq prinsipləri 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
162 
haqqında yazılı şərh”, siyasi sahədə isə “siyasi partiyanın, 
ictimai təşkilatın proqram səviyyəli müraciəti” deməkdir. Söz 
hal-hazırda “nəqliyyat vasitələri tərəfindən müxtəlif təyinat 
məntəqələrinə daşınan yüklərin bütün spesifikasiyalarını əks 
etdirən sənəd” anlamında da işlənir. 
Göründüyü kimi, sözlər zəruri ehtiyac nəticəsində dilə 
daxil olmuşlar. Beləliklə, termin alınması o zaman zəruri olur 
ki, milli dilin lüğət tərkibində müvafiq məfhumu anlayışı ifadə 
edən söz olmasın. Terminləri alınmasına səbəb, həmçinin 
siyasi, politik əlaqələrin geniş yayılmasıdır. Azərbaycan dilinin 
daxili imkanları əsasında bu dilin söz yaradıcılığı üsulları ilə 
müəyyən anlayışın ifadəsi üçün müvafiq termin yaratmaq 
mümkün olmadıqda başqa dildən həmin anlayışı ifadə edən 
termin alınır. Məhz bu səbəbdən dilimizdə alınma terminlərin 
sayı çoxluq təşkil edir. Alınma terminlərə müxtəlif elmi sahələr 
üzrə rast gəlinir.
Əgər əvvəllər terminlərin əksəriyyətini ərəb, fars mənşəli 
sözlər təşkil edirdisə, Azərbaycanda Sovet hakimiyyətinin 
qələbəsindən sonra rus dili aparıcı olmağa başladı. Hal-hazırda 
alınma sözlər üçün aparıcı dil ingilis dilidir. Vaxtilə ingilis 
dilində işlək olan sözlər dilimizə rus dili vasitəsi ilə keçirdisə
bu hal indi vasitəsiz və daha intensiv xarakter alıb. Bu bir neçə 
səbəblə bağlıdır: İngilis dili hal-hazırda elm və texnologiyanın 
dilidir. Belə ki, internet bütün dünyanı əhatə edir. İnternetdə isə 
aparıcı dil ingilis dilidir. Buna görə də ingilis dilinin digər 
dillərə nüfuzu daha geniş vüsət alıb. Azərbaycan internet istifa-
dəçilərinin sayına görə heç də dünyanın bir çox inkişaf etmiş 
ölkələrindən 
geri 
qalmır. 
Məhz 
bu 
səbəbdən 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin