Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə70/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   66   67   68   69   70   71   72   73   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
143 
halda isə anlayış, məna fərqliliyi ilə yanaşı sahə fərqliliyi də 
nəzərə çarpır. 
Ümumişlək sözlərin terminoloji funksiya daşıması bir çox 
elm sahələrində, xüsusilə, humanitar və sosial elm sahələrində - 
maliyyə, iqtisadiyyat, coğrafiya, biologiya və s. müşahidə 
olunur. Lakin bu həmin terminlərin elmi aspektdə işlənməsinə 
məhdudiyyət qoymur, əksinə elmi anlayışı daha konkret ifadə 
etməyə xidmət edir. Sözlərin qanunauyğun şəkildə 
əlaqələnməsi isə dilin bütün inkişaf dövrlərində gerçəklik, 
təfəkkür və dil həddinin qarşılıqlı təsirindən asılıdır. “Dilin 
lüğət tərkibində olan sözlərin terminə “çevrilməsi”-semantik 
transformasiya, ayrı-ayrı terminlərin bir sahə leksikasından 
ayrılaraq digər sahənin leksik sisteminə keçməsi sahələrarası 
“termin gəzişməsi” daha çox milli dilin daxili imkanlarına, onu 
gerçəkliyi əks etdirmə gücünə işləklik və anlaşıqlıq gücünə 
söykənir” [53,s.50]. Beləliklə, aydın olur ki, müasir dövrdə 
terminoloji leksikanın inkişaf istiqamətlərindən biri də 
ümumişlək sözlərin müəyyən sahələr üzrə terminləşməsi pro-
sesidir. Bu zaman söz terminə xas xüsusiyyətləri özündə əks 
etdirərək müxtəlif sahələr üzrə spesifikləşir. Dilin daxili 
imkanları əsasında termin yaradıcılığı əsas və aparıcı mənbə 
hesab olunur. Bu mənbə ümumxalq dilinə əsaslanır. 
Ümumxalq dili əsasında termin yaradıcılığı deyərkən dildə 
mövcud olan sözlərin məna və ya struktur dəyişikliyi əsasında 
elm və texnikanın konkret sahələrində spesifik termin kimi 
işlədilməsi nəzərdə tutulur. Terminlərin yaradılması prosesi 
ümumişlək 
sözlərin 
yaradılması 
prosesindən 
daha 
mürəkkəbdir. Əgər ümumi ədəbi dildə söz yaradıcılığı 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
144 
prosesində hər hansı söz yaradılarkən dildə mövcud olan söz 
yaradıcılığı üsulları kifayət edirsə, termin yaradıcılığı prosesində 
bu üsullar kifayət etmir. Çünki termin yaradıcılığı daha geniş 
mənanı ifadə edir. Ə.Dəmirçizadə yazır: “Dilin öz lüğət 
ehtiyatından alınıb terminə çevrilmiş sözlərin həmin dildə 
müxtəlif məqamlarda işlənmə imkanı başqa dildən alınma 
terminlərə nisbətən daha çox olduğundan belə sözlərin 
məqsədəuyğunluğu əsasında termin kimi, ya ümumişlək söz kimi 
işlədilməsinə ehtiyatla yanaşmaq və sözü işlədərkən bütün bu in-
cəlikləri nəzərə almaq lazımdır” [20,s.63]. Çünki ümumişlək söz 
terminə çevrilərkən onlar elmi sistemdə müəyyən məna kəsb edir 
və bununla da sözün əvvəl qeydə alınmış mənasına yeni bir məna 
əlavə olunur. Ümumiyyətlə, terminologiya ilə məşğul olan mü-
təxəssislərin gəldikləri ümumi qərara əsasən, milli termin 
yaradıcılığı ümumi ədəbi dilə əsaslanmalıdır. S.Sadıqova yazır: 
“Terminalma dilin terminoloji sisteminin zənginləşməsi yo-
llarından biri olsa da termini ifadə edə bilən bu üsuldan imkan 
daxilində az istifadə edilməsi məqsədəuyğundur. Dilin daxili 
imkanları hesabına yaranan terminlərə üstünlük verilməlidir” 
[204,s.7]. Bu həm terminlərin asan tələffüz edilməsinə, həm də 
tez yadda saxlanılmasına kömək edir.
Deyilənləri ümumiləşdirsək, belə qərara gələrik ki, 
ümumişlək sözlərin terminoloji funksiya daşıması bütün elm 
sahələrində müşahidə olunur. Bu isə öz növbəsində elmi an-
layışı daha konkret ifadə etməyə yardımçı olur. Eyni zamanda 
yeni yaranan anlayışın alınma sözlərlə deyil, dildə mövcud 
olan sözlərin mənaca dəyişməsi, semantik inkişafı ilə yar-
anmasına səbəb olur.



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin