Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə59/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   55   56   57   58   59   60   61   62   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
65 
na daşıdığı bu əsərdə hadisələr bədii, gündəliklər isə publi-
sistik üslubda Rüstəmin dilindən nəql edilirlər. 
Postmodern romanlarda süjet çox vaxt xaos prinsipi 
əsasında qurulur, o cümlədən müxtəlif süjet xətlərinin və 
epizodların xaotik qarışıqlığı vasitəsi ilə. Eyni zamanda, 
postmodern roman ənənəvi romandan fərqli olaraq süjetin 
kollaj və montaj prinsipləri əsasında formalaşdırılması ilə 
seçilir. 
Məsələn, Nərmin Kamalın modelləşdirilmiş süjet xətti-
nin bəzi əlamətlərini özündə əks etdirən «Aç, mənəm» 
əsərində müxtəlif süjet xətləri bir biri ilə qarışır. Yazar 
qəhrəman haqqında əsərin ön sözündə oxucusuna məlumat 
verir: «Darıxmaq hekayəsinin sonunda isə elə təsəvvür ya-
ranır ki, bütün bu hekayələri qəhrəmanın fotosuna baxan 
ayrı-ayrı adamlar deyil, romanın qəhrəmanı olan Azərbay-
canın özü danışır...» Azərbaycanın keçmişi barəsində he-
kayət («Ayrılmaq», «Darıxmaq», «Öldürmək», «Gəz-
mək», «Atmaq», «Qurtulmaq») və qəhrəman ətrafında 
(Azərbaycan) olan nizamsızlıq qarışıq əsərin süjet xətlərin-
də özünü göstərir. Romanın süjet xətləri hekayələrdən he-
kayələrə inkişaf edir. 
Şəmil Sadiqin «OdƏrlər» romanında fabula Odərlərin 
Şuşaya yürüşü və Dədə Əfəndinin altı söhbəti əsasında in-
kişaf edir. Hadisələr pərakəndəlik xarakteri daşısa da, bə-
zən bir-biri ilə əlaqəli olmasalar da romanın əsas ideyası 
ilə süjet xətlərinə birləşdirilirlər. Şəmil Sadiqin «OdƏr-
lər»inin süjeti montaj əsasında formalaşdırılmışdır. «Od-
Ərlər» romanında tez-tez bir süjet xəttinə aid epizod digər 
süjet xəttinə aid epizod çərçivəsində verilir. Şəmil Sadiqin 
«OdƏrlər» romanında müxtəlif epizodların və süjet xətlə-
rinin bir-birinə xaotik qarışması özünü aydın şəkildə gös-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin