Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə58/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   54   55   56   57   58   59   60   61   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

35

Postmodern romanda süjetin olub-olmaması məsələsi 
tədqiqatçılar tərəfindən mübahisəyə səbəb olmuşdur. Post-
modern romanda süjet modelləşdirilmiş xarakter daşıyır, 
xaos prinsipi əsasında və çox vaxt oyun şəklində qurulur, 
müxtəlif süjet xətlərinin mövcudluğu ilə səciyyələnir, süjet 
təqlidi və «köçəri» (gəzəri) süjetlərə müraciət edir. 
Modelləşdirilmiş süjet başqa tip süjetlərdən seçilir. Bə-
dii əsər oxucunun gözü önündə «təkrar oynamaq» modeli 
kimi qəbul edilir. Eyni bir hadisə müxtəlif variantlarda 
mövcuddur. Hətta oxucu özü-özünə sual verir ki, «əslində 
bəs necə olmuşdur?» Qeyd etmək lazımdır ki, modelləşdi-
34
Первый Всесоюзный съезд советских писателей. (стенографи-
ческий отчет). М., 1934. С. 184-186; 
35
Эсалнек А.Я. Своеобразие романа как жанра. – М., 1978. С. 36. 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
64 
rilmiş süjet xətti postmodernizm üçün səciyyəvi xarakter 
daşıyır. 
Modelləşdirilmiş süjet xəttini Anarın «Ağ qoç, qara 
qoç» romanında müşahidə edirik. Anarın «Ağ qoç, qara 
qoç» romanında modelləşdirilmiş süjet xətti fantastik və 
alleqorik formada Azərbaycanın üç müxtəlif yol ilə inkişaf 
perspektivlərinin açıqlanmasıdır. Roman müəllif tərəfin-
dən «utopik və antiutopik nağıllar» adlandırılmışdır. Nağıl 
süjeti isə əsərdə təkrarlanmayır, postmodern ədəbiyyata 
xas olan modelləşdirilmiş süjet xətti özünü göstərir. Əsər-
də Azərbaycanın sırf islamçı, rus kommunist və ya qərb 
dəyərlərinə söykənərək gələcəyə addımlamasının müxtəlif 
nəticələri göstərilir. Bu üç yol arasında mövcud fərqlər və 
eyniliklər oxuculara çatdırılır. Məhz romanda təsvir olu-
nan bu üç zonadakı dəyişikliklər oxucunu «hadisələr bəs 
necə olmuşdur?» kimi düşünməyə vadar edir. Hadisələrə 
nəzər salan oxucu, onlar arasındakı dəyişiklikləri həm gə-
ləcəkdə baş verə biləcək hadisələr kimi, həm də real 
gerçəklik kimi qəbul edir. 
Modelləşdirilmiş süjet xəttini yazar Şərif Ağayarın 
«Haramı» romanında müşahidə etmək olur. Romanın üç 
süjet xətti ilə inkişaf etdiyini görürük: əsərin əsas hadisələ-
rini əks etdirən mətn (Rüstəmin Haramı ilə bağlı həyatı), 
on iki əhvalat (Səməndərin qoçaqlıqlarını əks etdirən əh-
valatlar) və yeddi günü təsvir edən gündəlik (Rüstəmin 
gündəliyi). Təsvir edilən bu hadisələrin iki üslubda (bədii 
və publisistik) qələmə alınması romanın üslub qarışıqlığın-
dan danışmağa əsas verir. Detektiv xətt və pornoqrafik ele-
mentlərdən xali olmayan roman müxtəlif üslubların birləş-
məsi kimi ənənəvi romanlardan fərqlənir. Rəqəmlərin mə-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin