Elnur İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 18 Bunların sırasında E. S. Fedorovun (1902), N. S. Uspenskinin
(1910), P. N. Çervinskinin (1914), K. N. Paffenholsun (1922-
1926), İ. V. Barkanovun (1936) və bir çoxlarının, əsas etibarilə,
Kiçik Qafqazda apardıqları tədqiqatlar nəzərə çarpır. Filiz
yataqlarının tədqiqatında böyük irəliləmə əsrin 30-cu illərində
Az
ərbaycan geologiya idarəsinin yaranması ilə başlanır. Belə ki,
geoloqlardan Ş. Ə. Əzizbəyov, M. S. Qaşqay, S. M. Süleymanov,
A. N.
Solovkin, İ. A. Şirvanzadə, N. M. Səlimxanov, M. A.
Mustafab
əyli, H. İ. Kərimov, İ. N. Sitkovski və b. apardıqları
t
ədqiqatlar nəticəsində Respublikamızda əlvan, qara metal
yataqları, mineral su mənbələri və b. aşkar olunur. Qafqaz
əyalətində Azərbaycan filiz və qeyri-filiz yataqlarının müxtəlifliyi
v
ə zənginliyinə görə ən dövlətli ölkələrdən biridir. Bunlardan
Daşkəsən dəmir, xromit, Naxçıvan manqan, Gədəbəy mis, Çovdar
barit v
ə b. yataqları göstərmək olar. Respublikamız qeyri-filiz
yataqları ilə də zəngindir. Bunlardan kükürd kolçedanı, daş duz,
dolomit, fosforit v
ə s. yataqları qeyd etmək olar.
İnşaat materialları içərisində Qaradağ əhəngdaşı və gil, Qazax-
Tovuz vulkan külü, pemza, Yuxarı Ağcakənd gips, Kəlbəcər
Şaxtaqı travertin, Daşkəsən mərmər, Kəlbəcər perlit, obsedian
yataqları və bir çoxları qeyd olunmalıdır.
Az
ərbaycan eyni zamanda müalicəvi mineral su mənbəyidir.
Respublikanın Kiçik Qafqaz hissəsində İstisu, Turşsu, Şirlan,
Qızılca, Naxçıvanda Badamlı, Sirab, Vayxır və b. mənbələri
göst
ərmək olar. Respublikanın cənub rayonlarında, Masallı,
L
ənkəran, Astarada xlorlu-natriumlu mədən sularından, termal su
m
ənbələrindən məişətdə geniş istifadə olunur.
Az
ərbaycan ərazisinin cox hissəsi tektono-maqmatik inkişafın
alp tsiklinin maqmatik kompleksl
əri və çökmə süxurları ilə təmsil
olunmuşdur və alp qırışıqlıq sisteminin Aralıq dənizi vilayətinə
daxildir.
Baykal tsiklinin kristallik şistlərdən, fillitlərdən,
m
ərmərlərdən və digər metomorfik süxurlardan, həmçinin
qranitoidl
ərdən ibarət olan, kristallik fundamenti təşkil edən ən
q
ədim yaşlı süxurları Kiçik Qafqazın müxtəlif strukturlarında