Паша Ибиш оьлу Сяфяров


Elnur  İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə17/98
tarix19.03.2023
ölçüsü1,73 Mb.
#88764
1   ...   13   14   15   16   17   18   19   20   ...   98
Azf-269325

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
19 
kiçik “p
əncərələr” kimi təzahül edir. Çıxışlarının məhdudluğu 
onların 
metallogenik 
əhəmiyyətinin düzgün 
proqnozlaşdırılmasına imkan vermir. Hersin tsikli üçün bütün 
struktur m
ərtəbələrdə və yaş intervallarında çökmə süxurların 
üstünlüyü s
əciyyəvidir. Maqmatik süxurlar qalınlığı 0,5-3,0 m. 
olan layvarı diabaz intruziyaları ilə təmsil olunmuşlar. Bu 
çöküntül
ər içərisində stratiform tipli qurğuşun-sink yatağı 
yerl
əşir, lakin hersin tsikli çöküntülərinin məhdud miqyasda 
yayılması ilə əlaqədar olaraq onların endogen filiz yataqları üçün 
potensial ehtiyatları tam qiymətləndirilməmişdir. Metal və qeyri-
metal yataqlarının genetik tiplərinin ən çox təzahür edən 
müxt
əlifliyi tektono-maqmatik inkişafın alp tsikli üçün 
s
əciyyəvidir. Azərbaycanın ərazisi Böyük və Kiçik Qafqaz 
regionlarına və onları bir-birindən ayıran dağarası Kür 
çök
əkliyinə, Talış qırışıqlıq strukturuna, Naxçıvan zonasına və 
Qusar-D
əvəçi kənar çökəyinə bölünür. Böyük Qafqaz 
Az
ərbaycan ərazisində şimal sərhədi Baş Qafqaz dağ silsiləsi üzrə 
keç
ən cənub yamacı ilə təmsil olunur. Böyük Qafqazın cənub 
yamacında ümumi qalınlığı müxtəlif müəlliflərə görə 6-10 km. 
olan çökm
ə süxurlar üstünlük təşkil edir. Maqmatik süxurlar 
Böyük Qafqazın dayka qurşağını əmələ gətirən qabbro-
diabazların, 
qabbro-dioritlərin, dioritlərin 
layvarı 
intruziyalarından, daykalarından, kiçik ştoklarından və əsasi, orta 
v
ə az miqdarda turş tərkibli vulkanitlərdən ibarətdir. Metallogenik 
baxımdan bu region mis-pirrotin və kolçedan-polimetal 
yataqlarının geniş yayılması ilə xarakterizə olunur. Filizçay, 
Katsdağ, Katex, Cicix-Saqator və b. yataqlar kompleks tərkibli 
filiz cisiml
əri ilə təmsil olunaraq, filizlərin texnoloji emalı 
prosesind
ə əsas filiz əmələ gətirən elementlərlə birlikdə 
çıxarılmasının mümkünlüyü baxımından diqqəti cəlb edən 
miqdarda qarışıq komponentlər (Ag, Au, Co, Bi, Cd, İn, Se, Te və 
b. 
) saxlayırlar.

Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin