Elnur İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 17 Ə. Əzizbəyov, Ə. Ş. Şıxəlibəyli, R. N. Abdullayev və b. ). Eyni
zamanda Az
ərbaycan Neft Elmi-Tədqiqat və Lahiyə İnstitutunda
v
ə onun tərkibində fəaliyyət göstərən mikrofauna laboratoriyası
t
əşkil olunur (B. E. Livental, C. İ. Cəfərov və b. ) və burada təcili
t
əyinatlar aparılırdı.
XX
əsrin ikinci yarısından başlayaraq Xəzər dənizində geoloji-
k
əşfiyyat işləri və neft istehsalı sürətlə artır. Neft daşları,
Qumdaşı, Pirallahı adası və b. neftli-qazlı strukturların kəşf
edilm
əsində geoloqlardan Ə. Ə. Yaqubov, A. T. Əliyev, F. İ.
S
əmədov və b. böyük rolu olmuşdur. Azərbaycanda
karbohidrogen yataqlarının öyrənilib, inkişaf etdirilməsi
sah
əsində 1994-cü ilin sentyabr ayında Azərbaycan
Respublikasının Prezidenti cənab H. Ə. Əliyevin rəhbərliyi
altında bağlanan “Əsrin müqaviləsi” mühüm iqtisadi əhəmiyyət
k
əsb edir. Qısa müddətdə Çıraq, Azəri, Kəpəz yataqları sınaqdan
çıxaraq istismara verildi, terminallar quruldu. Hasil olan neft
Bakı-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Subsa neft kəmərlərilə
xarici bazara çıxarılır.
M
əlum olduğu kimi, Azərbaycan zəngin karbohidrogen
ehtiyatlarına malik olmaqla yanaşı, bollu filiz yataqları
m
ənbəyidir. Azərbaycanda dəmir, mis, qurğuşun və s. filizlərin
olması eramızdan əvvəlki dövrlərdə səyyah, tarixçi,
coğrafiyaşünaslara məlum idi. XIV-XV əsrlərdə yunanlar uzun
m
əsafə qət edərək, Böyük Qafqaz dağlarının cənub yamacında,
Kiçik Qafqazın şimal-şərq hissəsində mis, dəmir və s. əritmək
m
əqsədilə sobalar quraşdırmışlar. XVIII əsrin sonunda Rusiyadan
g
ələn məmurlar, təbiətşünaslar: Musin-Puşkin, Eyxvald və b.
Qazax rayonunda qızıl, Daşkəsəndə dəmir, Zəylikdə alunit
filizl
ərinin olması barədə məlumatlar verirlər. XIX əsrin
ortalarından başlayaraq H. V. Abix, F. Frex, Q. Arthaber və b.
t
ərəfindən Respublikanın ayrı-ayrı mahallarının geoloji xəritələri
t
ərtib olunur. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın
faydalı qazıntı yataqlarının öyrənilməsində canlanma hiss olunur.
Bu dövrd
ə əsasən Rusiyadan gələn geoloqlar fəaliyyət göstərirlər.