M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə128/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   142
Ali mekteb pedaqogikasi-kitab

5. Pedaqoji ünsiyyət və
tələbə şəxsiyyətinin inkişafında onun rolu 
Tələbə gənclərin şəxsiyyətinin formalaşmasına təsir 
göstərən amillər içərisində pedaqoji ünsiyyət mühüm yer tutur. 
Pedaqoji ünsiyyət təsirli tərbiyə vasitəsi kimi mühüm əhəmiyyət 
kəsb edir. Gənclərin bir çox şəxsi keyfiyyətləri – kollektivçilik, 
humanizm, məsuliyyət, dəqiqlik, intizam, yoldaşlıq-dostluq, 
düzlük-doğruçuluq və s. insani sifətlər normal ünsiyyət şərai-
tində daha tez formalaşır. Qeyri-normal ünsiyyət şəraitində in-
sanda əks keyfiyyətlər – əsəbilik, mənfi emosiyalar, qorxu, 


210 
inamsızlıq, işgüzarlığın azalması müşahidə olunur. Belə ün-
siyyət təlim-tərbiyə keyfiyyətinə, müəllimin nüfuzuna mənfi tə-
sir göstərir: düzgün qurulmayan ünsiyyət tələbələrdə müəllimə 
və onun tədris etdiyi fənnə neqativ münasibətin yaranmasına 
səbəb olur. Təcrübə göstərir ki, tələbələr müəllimi qiymətlən-
dirərkən, hər şeydən əvvəl, onun ünsiyyət bacarığını ön plana 
çəkirlər. 
Pedaqoji ünsiyyət və onun strukturu. Pedaqoji ünsiyyət 
pedaqoji proses iştirakçılarının qarşılıqlı münasibətlərini ifadə 
edən peşə ünsiyyətidir, pedaqoji fəaliyyətin çox çətin bir sahə-
sidir. Bir çox müəllimlər məhz tələbələrlə ünsiyyət qurmaqda 
çətinlik çəkir, bu sahədə ciddi səhvlərə yol verirlər. Bu səhvlər 
isə onların iş keyfiyyətlərinə, səhhətlərinə mənfi təsir göstərir, 
təlim-tərbiyə fəaliyyətində böyük çətinliklər yaradır. Bu sə-
bəbdən bəzi müəllimlər öz əməklərindən həzz almır, pedaqoji 
fəaliyyətə könülsüz yanaşırlar. 
Pedaqoji ünsiyyətin düzgün qurulması ünsiyyətin mahiy-
yətini, strukturunu, mexanizmini, şərtlərini yaxşı dərk etmək-
dən, pedaqoji ünsiyyətə yiyələnməkdən çox asılıdır. 
Ünsiyyət – insanların informasiya mübadiləsi, qarşılıqlı 
təsiri və bir-birini qavraması prosesidir. O, insanların əsas 
sosial tələbatlarından biridir. Müasir psixologiyada ünsiyyətin 
üç tərəfi fərqləndirilir: 
- informasiya mübadiləsi (kommunikativ tərəf); 
- insanların qarşılıqlı təsiri (interaktiv tərəf); 
- insanların bir-birini qavraması (perseptiv tərəf). 
Ünsiyyətin qeyd edilən tərəflərinə müvafiq olaraq onun 
üç funksiyası özünü göstərir: informasiya vermək, tərbiyəvi 
təsir göstərmək, insanı duymaq funksiyaları. 
Ünsiyyətin kommunikativ funksiyası – informasiya mü-
badiləsi pedaqoji fəaliyyətin əsasını təşkil edir. Müəllim elmi 
biliklərin və mənəvi dəyərlərin mübadiləsi yolu ilə tələbələrin 
zehni-mənəvi inkişafını təmin edir. Yanlış ünsiyyət (kobud ton, 
mənfi emosional vəziyyət, çoxlu iradlar tutmaq və s.) tələbənin 


211 
informasiya almaq səyini, marağını, zehni fəallığını azalda 
bilər. 
Ünsiyyətin interaktiv funksiyası – insanların qarşılıqlı mü-
nasibətləri, qarşılıqlı təsiri ünsiyyətin əsasını təşkil edir. Müəl-
lim informasiya verməklə yanaşı, tələbələri birgə axtarışa, 
əməkdaşlığa sövq etməyi bacarmalı, onların özünüifadəsi və 
özünütəsdiqi üçün əlverişli şərait yaratmalıdır. Müəllim-tələbə 
qarşılıqlı münasibətlərinin düzgün qurulması, saf insani xarak-
ter daşıması, bir çox halda, təlim-tərbiyə işində müvəffəqiyyəti 
müəyyən edir.
Ünsiyyətin perseptiv funksiyası insanların bir-birini qav-
raması və anlaması ilə bağlıdır. Bunsuz düzgün pedaqoji ünsiy-
yət qurmaq çətindir. Müəllimin emosional həssaslığı tələbənin 
hissi aləmini daha yaxşı duymağa, dərdinə şərik olmağa, onun 
mövqeyini başa düşməyə, normal ünsiyyət qurmağa imkan ve-
rir. Ünsiyyət prosesində bəzi hallar – sosial etalon və stereo-
tiplər, insana əvvəldən hazır və dəyişməz münasibət göstərmək,
birdəfəlik «yaxşı» və ya «pis», «çalışqan» və ya «tənbəl» «mö-
hürü vurmaq», birincilərdə ancaq müsbət, ikincilərdə isə ancaq 
mənfi cəhətləri görmək müəllimin tələbəni düzgün qavramasına 
və qiymətləndirməsinə mane olur. Müəllim tələbəni ali sərvət 
kimi – şəxsiyyət və insan kimi qavramalı və münasibət göstər-
məlidir. Belə olduqda tələbə də müəllimə eyni mövqedən yana-
şacaqdır.
Ünsiyyətin qeyd edilən tərəfləri (funksiyaları) vəhdətdə 
həyata keçirilməlidir. Bəzən ali məktəb təcrübəsində bu 
məsələyə birtərəfli yanaşılır: müəllim məşğələ zamanı ünsiy-
yətin yalnız bir tərəfini, məsələn, informasiya vermək tərəfini 
təşkil edib, digər iki tərəf üzərində düşünmür.
Tələbələrdə təlim fəaliyyətinə marağın azalması səbəblə-
rinin təhlili göstərir ki, zəif mənimsəmə və fənnə diqqətin azal-
ması başlıca olaraq məhz pedaqoji ünsiyyətin yanlış təşkili ilə 
bağlıdır. Eksperiment təriqi ilə müəllim pedaqoji ünsiyyətin 
strukturunu dəyişərək onun hər üç tərəfini əlaqəli təşkil edir – 


212 
qrupda müsbət işgüzar mühitin, sağlam mənəvi-psixoloji iqli-
min yaradılmasına, yəni ünsiyyətin interaktiv və perseptiv tərə-
finə daha çox diqqət yetirir. Bu halda tələbələrin təlimə münasi-
bətində nəzərəçarpan dəyişiklik baş verir. Hər bir müəllim (xü-
susən gənc müəllimlər) tədris etdiyi fənni mükəmməl bilməklə 
yanaşı pedaqoji ünsiyyət qabiliyyətinə də yaxşı yiyələnməlidir.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin