M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Müəllimin şəxsiyyəti səmərəli pedaqoji ünsiyyətin mü-



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə130/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Müəllimin şəxsiyyəti səmərəli pedaqoji ünsiyyətin mü-
hüm amili kimi. Pedaqoji ünsiyyətin səmərəsi müəllimin şəxsi 
keyfiyyətlərindən, ünsiyyət mədəniyyətindən çox asılıdır. Müəl-
lim-tərbiyəçi hər sahədə olduğu kimi, bu məsələdə də tələbələrə 
nümunə olmalıdır. Müəllimin şəxsi keyfiyyətləri – alicənablığı, 
müdriklik, xeyirxahlıq, insanpərvərlik və yüksək vətəndaşlıq 
mövqeyi, elmi dünyagörüşü, dərin bilik və erudisiyası uğurlu 
ünsiyyətin vacib şərtlərindəndir. Alicənab, humanist müəllim tə-
ləbəyə sadəcə obyekt kimi yox, şəxsiyyət kimi yanaşır, xırda, 
cılız hissələrə və hərəkətlərə yol vermir. Fəal vətəndaşlıq möv-
qeyinə, geniş dünyagörüşünə malik olan müəllim tələbəyə 
cəmiyyətimizin, millətimizin gələcəyi kimi, aparıcı qüvvəsi kimi 
baxır, sabahımızın daha yetkin, etibarlı olması üçün qüvvəsini 
əsirgəmir, layiqli kadrlar yetişdirməyi özünün vətəndaşlıq və mə-
nəvi borcu sayır. Belə müəllimlər tələbə-müəllim münasibət-
lərini yüksək ideya-mənəvi tələblər əsasında qururlar. 
Tərbiyəçinin ünsiyyətlilik bacarığı da pedaqoji ünsiyyətə 
müsbət təsir göstərir. Ünsiyyətlilik müəllim-tərbiyəçi üçün sa-
dəcə şəxsi keyfiyyət kimi yox, şəxsi-peşə keyfiyyəti kimi əhə-
miyyət kəsb edir. Ünsiyyətlilik bacarığına malik olmayan müəl-
lim-tərbiyəçi tələbələr üçün cansıxıcı, əlçatmaz olur. Buna görə 
də gənclərlə işləyən müəllim-tərbiyəçi özündə ünsiyyətlilik ba-
carığı formalaşdırmağa çalışmalıdır. 
Pedaqoji ünsiyyət pedaqoji etika tələblərinə əsaslanma-
lıdır. Bu tələblər sırasına pedaqoji peşə borcu və ləyaqəti, peşə 
vicdanı, ədalətlilik, pedaqoji nüfuz kimi kateqoriyalar daxildir. 
Pedaqoji peşə borcu cəmiyyətin müəllim qarşısında qoyduğu 
yüksək tələblər səviyyəsində işləməyi, bu sahədə məsuliyyət 
hissini nəzərdə tutur. Peşə borcu və ləyaqəti müəllimin özünün 
və təmsil etdiyi kollektivin şərəfini və ləyaqətini uca tutmaqda, 
ona ləkə gətirən əməllərdən çəkinməkdə ifadə olunur. 
Pedaqoji etika tələbləri içərisində ədalətlilik müəllimin 
nüfuzuna, ünsiyyətinə güclü təsir göstərir. Ədalətlilik müəllimi 


216 
tələbə gözündə nə qədər yüksəldirsə, ədalətsizlik – bir o qədər 
alçaldır. Ədalətsizlik şəraitində normal ünsiyyətdən söhbət ge-
də bilməz.
Müəllim-tərbiyəçi pedaqoji ünsiyyət mədəniyyətinə yiyə-
lənməli, tələbələrlə ünsiyyət formasını daim təkmilləşdirməyə 
çalışmalıdır. Bunun üçün ünsiyyətin dəyişən şəraitinə operativ 
bələdləşmək; kommunikasiya sistemlərini, xüsusən sözlə təsiri 
düzgün planlaşdırmaq və həyata keçirmək; ünsiyyət şəraitinə, 
tələbə qrupuna və tələbələrin fərdi xüsusiyyətlərinə görə adek-
vat ünsiyyət vasitələrini düzgün müəyyənləşdirmək; tələbə 
qrupu və ayrı-ayrı tələbələr haqqında əvvəldən informasiya əldə 
etmək; tələbələrlə ünsiyyətdə neqativ ustanovka doğuran ste-
reotipləri aradan qaldırmaq vacibdir.
Müasir şəraitdə əməkdaşlıq pedaqoqikasının başlıca tələb-
lərindən biri müəllim-tələbə (şagird) münasibətlərinin huma-
nistləşdirilməsi və demokratikləşdirilməsidir. Müəllim-tərbiyə-
çi pedaqoji-peşə mədəniyyətinə yiyələnməklə öz işini müasir 
tələblər səviyyəsində qura bilər.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin