204
malarından biridir. Kollektiv sosial qrupun yüksək təşəkkül
tapmış formasıdır.
Kollektivə belə tərif vermək olar:
kollektiv
ictimai-faydalı məqsədlər naminə
birgə fəaliyyət göstərən,
qarşılıqlı asılılıq münasibətlərinə daxil olan, özünüidarə orqan-
larına (müvəkkillərə) və ictimai rəyə malik olan insanların
mütəşəkkil birliyi, yüksək təşəkkül tapmış sosial qrupdur.
Kollektivin
funksiyaları aşağıdakılardan ibarətdir: a) tər-
biyə funksiyası; b) stimullaşdırma və tənzimləmə funksiyası; c)
təşkilatçılıq funksiyası. Kollektivin öz funksiyalarını yerinə ye-
tirməsi üçün onu düzgün təşkil etmək, tərbiyə və inkişafı qey-
dinə qalmaq lazımdır. Kollektiv düzgün təşkil edildikdə tərbiyə
işində təsirli vasitə ola bilər.
Kollektivin təşkili üçün səlahiyyətlərin, ictimai vəzifələrin
düzgün bölünməsi mühüm şərtdir. Vəzifələrin təyin etməklə
yox, seçki yolu ilə tutulması daha səmərəlidir. Kollektivin təş-
kilinin digər şərti mümkün qədər daha çox tələbəni
ictimai vəzi-
fələrə cəlb etməkdən ibarətdir. Bu
halda kollektivdə bərabərlik,
qarşılıqlı asılılıq şəraiti yaranır ki, bu da sağlam kollektivin vacib
şərtidir.
Kollektivin təşkili müəyyən
prinsiplərə əsaslanır. Bu
prinsiplərə demokratiya (kollektivin həyatında və idarə olun-
masında hamının seçkili orqanlar vasitəsilə iştirakının
təmin
olunması), aşkarlıq (işlərin gizli, qapalı yox, aşkarlıq şəraitində
icrası), plüralizm (fikir müxtəlifliyinə, azadfikirliliyə şərait ya-
radılması), çoxluğun rəyinin əsas götürülməsi və azlığın rəyinə
hörmət edilməsi və s. prinsiplər daxildir. Həmin prinsiplər əsa-
sında sağlam, demokratik kollektiv yaratmaq və onu tərbiyənin
təsirli subyektinə çevirmək olar. Bunun üçün müəyyən mər-
hələlərlə iş aparmaq lazımdır.
Kollektivin inkişaf mərhələləri. Kollektivin təşkili uzun
sürən
prosesdir; buna qısa müddətdə nail olmaq çətindir.
Kollektivin inkişafının göstəricisi kimi onun üzvlərinin fəallıq
dərəcəsinin artması, xarici tələblərin daxili tələblərə keçməsi
prosesi əsas götürülür. Bu baxımdan kollektivin inkişafında
205
dörd mərhələ ayırd edilir.
Birinci mərhələ kollektivin təşəkkülü
mərhələsi adlanır. Burada əsas təşkilatçı kimi müəllimlər, ku-
rator, dekanlıq, qrup nümayəndəsi çıxış edir. Onlar qrupda bir-
gə maraqlı işlər təşkil edir, tələbələrə ardıcıl tələblər verir, eyni
zamanda tələbələr
içərisindən fəallar seçir, onları təşkilatçılıq
işinə cəlb edirlər.
kinci mərhələ kollektiv özəyin təşkili mərhələsi adlanır.
Fəallar müəllimin-tərbiyəçinin, kurator və qrup nümayəndələri-
nin dayağı kimi çıxış edir, onların tələblərini müdafiə edir,
kollektivin həyatında fəallıq göstərirlər.
Üçüncü mərhələ özünüidarəyə keçid mərhələsi adlanır.
Bu mərhələdə kollektivin əksər üzvləri onun həyatında fəal
iştirak edir, yoldaşlarına tələblər verirlər. Kollektivin seçkili
orqanları əsas təşkilatçı kimi çıxış edir.
Bu mərhələdə kollek-
tivin ictimai rəyi formalaşır və əsas tərbiyəedici, tənzimedici
amilə çevrilir. Məhz bu pillədə ayrı-ayrı tələbələrin xoşagəlməz
hərəkətlərini kollektivin müzakirəsinə çıxarmaq
və onlara
səmərəli kollektiv təsiri təşkil etmək mümkündür.
Dördüncü mərhələ kollektivin yetkinlik mərhələsi adla-
nır. Bu mərhələdə kollektivin bütün üzvləri onun həyatında fəal
iştirak edir, hərə özünə tələb verir. Beləliklə, tərbiyə özünütər-
biyə ilə qovuşur.
Kollektivin təşəkkülü və formalaşmasının göstərilən mər-
hələləri onun inkişaf dinamikasını ifadə edir: kollektiv pedaqoji
rəhbərlikdən tədricən özünüidarə və özünütənzimləmə sistemi-
nə çevrilir və mühüm tərbiyə vasitəsi kimi çıxış edir.
Dostları ilə paylaş: