Fakültəyə rəhbərlik. Fakültə ali məktəbin tədris, elm və
221
inzibati bölməsi kimi müəyyən sahə (yaxud yaxın sahələr) üzrə
mütəxəssis hazırlığını həyata keçirir. Fakültə ali məktəbin Elmi
Şurası tərəfindən yaradılır. Müəyyən ixtisas və ya istiqamətlər
üzrə tələbələrin sayı (bakalavriat və magistratura pillələrində
birlikdə) 300 nəfərdən çox (bundan 200 nəfərdən çoxu əyani
şöbədə) olduqda fakültə yaradılır. Fakültəyə mövcud qaydada
seçilmiş və rektorun əmri ilə təsdiq olunmuş dekan rəhbərlik
edir. Tələbələrin sayı 100 nəfərdən çox olduqda fakültə da-
xilində müvafiq şöbələr (əyani, qiyabi, bəzən axşam şöbələri,
ayrı-ayrı ixtisaslar üzrə şöbələr) yaradıla bilər.
Dekan fakültənin profilinə uyğun mütəxəssis, həmin sa-
hədə tanınmış alim, təcrübəli müəllim, tədris-tərbiyə işini yaxşı
bilən təşkilatçı, nüfuzlu şəxsiyyət olmalıdır. Dekan fakültədə
tədris-tərbiyə, elmi işlərin vəziyyətinə, tədris planları və proq-
ramlarının, elmi-tədqiqat planlarının yerinə yetirilməsinə, tələ-
bələrlə tərbiyə işlərinin düzgün qurulmasına, fakültədə sağlam
mənəvi-psixoloji mühitin yaradılmasına ümumi rəhbərlik edir
və rektorluq qarşısında cavabdehlik daşıyır. Dekan fakültə Elmi
Şurasına sədrlik edir. O, fakültədə tədris-tərbiyə işlərinin ge-
dişi, istehsalat və pedaqoji təcrübənin təşkili, fakültədə fəaliy-
yət göstərən tədris-köməkçi heyətin öz işinə məsuliyyətini ar-
tırmaq istiqamətində tədbirlər həyata keçirir, fakültədə elmi
konfransların işinə rəhbərlik edir. Ali məktəbin həyatı ilə bağlı
bütün tədbirlərdə fakültəni təmsil edir. O, dekan müavinləri ilə
birlikdə fəaliyyət göstərir, onların işinə istiqamət verir. Dekanın
bir və ya bir neçə müavini ola bilər: tədris işləri üzrə müavin (I
müavin), elmi işlər, magistratura və qiyabi təhsil üzrə müavin,
humanitar məsələlər üzrə müavin və s. Hər bir dekan müavini
öz sahəsi üzrə işlərə bilavasitə rəhbərlik edir və dekan qar-
şısında məsuliyyət daşıyır. Dekan müavinləri ayrı-ayrı sahələr
üzrə işlərə bilavasitə rəhbərlik etsələr də, fakültədə bütün işlərin
vəziyyəti üçün əsas məsuliyyət dekanın üzərinə düşür.
Dekan tədris-tərbiyə və elmi işlərə rəhbərliyi kafedra
müdirləri ilə sıx əməkdaşlıq şəraitində, onların fəal iştirakı ilə
222
həyata keçirir.
Dostları ilə paylaş: |