120
nəticəsində müəyyən həcmdə biliklərə yiyələnmiş təşəbbüssüz,
qeyri-fəal şəxsiyyətlər yetişir.
Ənənəvi təlim texnologiyasının
əsas quruluş ünsürləri
bunlardır: keçmiş mövzunun sorğusu
qiymətləndirmə
müəllimin izahı
möhkəmləndirmə (sual-cavab, kitab üzrə iş,
çalışmalar)
növbəti məşğələ üçün tapşırığın verilməsi.
Belə təlimdə tələbənin müstəqil və yaradıcı fəaliyyəti
üçün imkan məhduddur; böyük həcmdə materialın yadda sax-
lanması mənimsəməni ağırlaşdırır, təlimdə cansıxıcılıq yaradır.
Proqramlaşdırılmış təlim texnologiyası. Proqramlaşdı-
rılmış təlim tələbələrin müstəqil fəaliyyətinin xüsusi vasitələrlə
(kompüter, dərslik, proqram və s.) idarə olunmasına əsaslanan
təlim növüdür. Ənənəvi təlimdən fərqli olaraq burada hər kəs
öz fərdi iş tempi ilə irəliləyir. Proqramlaşdırılmış təlimin
iki nö-
vü ayırd edilir: xətti (və ya düzxətli), şaxəli proqramlaşdırma.
Xətti proqramlaşdırmada tələbənin işi belə bir sxem üzrə
gedir:
Mətn 1
Dostları ilə paylaş: