TARİXƏ MÜRACİƏT
Tarix çarmıxa çəkilməlidirmi?
Tarixin cəsədi yarıldıqca keçmiş həyat göz anında canlanır, həmin aləmə
səyahət adamı həzzdən və iyrənmədən daha çox düşünməyə, təhlil etməyə, nəticə
165
çıxarmağa vadar edir. Axı onun anatomiyasını öyrəndikcə nəcib səhnələrlə yanaşı
patologiyalar da üzə çıxır. Bu elm faktlara əsaslanmalı olduğu halda, onun
kahinləri keçmişə çox vaxt yaşadıqları dövrün güzgüsündə baxmağa üstünlük
verdiklərindən, hətta ötüb keçən əsrlərə aid olan hadisələr də məqsədəuyğunluq
tələbi ilə təhrifə uğradılır, beləliklə keçmişin səhnələrinin özü də mövcud hakim
ideologiyanın girovlarına çevrilir. Lakin bir elm kimi onun tətbiq etdiyi metodlara
da müəyyən ciddilik səviyyəsində yanaşılmalıdır. Bu nöqteyi-nəzərdən qədim
Roma tarixçisi Tatsitin həqiqətin Platondan əziz olduğunu deyən Aristotelin
düşüncəsini əsas götürərək öz həmkarlarına etdiyi “sine ira et studio” – “qəzəbsiz
və qərəzsiz” nəsihəti bu gün də sarsılmaz bir prinsip kimi öz əhəmiyyətini
itirməmişdir.
Lakin bəzi tarixçilər ümumi əhval-ruhiyyəyə boyun əyərək zaman
küləyinin, bəzi hallarda isə tufanının güclü təsirinə məruz qaldıqda, keçmişin
obyektiv qaydada qələmə alınması zərurətinə, gələcək üçün onun dərslərinin
mayak rolu oynayacağı ehtimalına məhəl qoymamaqla, faktlar adlanan dağ
silsiləsini uçurub yer səthi ilə bərabərləşdirmək, bu vaxt yaranan toz dumanından
istifadə edərək öz qərəzli məqsədlərini həyata keçirmək yolunu tuturlar. Onlar
yaxşı anlayırlar ki, zamanın heybətliliyi qarşısında xidmət göstərib, onun ötəri
xislətli mehrabına hər şeyi qurban verməklə bir neçə il üçün yaxşı, bəlkə də zəngin
yaşayış şəraitinə malik ola biləcəklər. Onsuz da ölərilər üçün olan taledən onlar
qaça bilməyəcək, yalnız dahilər və qəhrəmanlar üçün nəzərdə tutulan ölməzlik
məkanına isə heç vaxt yaxın düşməyəcəklər. Həm də nəcibliyi, prinsipi, məsləki
hərraca qoymaq, xalqın keçmişinə nifrətlə yanaşmaq hesabına hakim ideologiyanın
ərköyün balalarına çevrilməklə qısa müddətə də olsa ad-san qazanacaqlar. Belələri
daim ağa qara deməyə hazır olmaqla, cılızlıqları ilə teatr tamaşalarında “Yemək
verilmişdir” deməklə guya rol oynayan istedadsız aktyorları yada salırlar. Onlar
SSRİ-ni şər və bəla məkanı, keçmişi isə zəhər yayan bir zaman kəsiyi kimi qəbul
etməklə, guya özlərinin yenilik tərəfdarı olduqlarını göstərməyə can atırlar.
F.M.Dostoyevski Qərbin zəhərindən qaçsa Rusiyanı yüksək tale gözləyəcəyi
inamına həsr etdiyi məqaləsini “Yay təəssüratlarının qış qeydləri” adlandırdığı
kimi, belə mövqe seçmiş tarixçilər də keçmişin cəhalət mənbəyi kimi qələmə verən
yazılarını “İşıqlı günlərin qaranlıq qeydləri” adlandırsaydılar, ən azı həqiqətin kiçik
bir parçasına sədaqət nümayiş etdirmiş olardılar.
Yeni dövrə qədəm basmamışdan əvvəl onlar heç də etiraz səslərini
qaldırmırdılar, ev heyvanları ayaqaltı otla qidalanmağı məqbul saydıqları kimi,
onlar da mühitin qaydaları ilə razılaşmamağı ağıllarına gətirmirdilər. Məslək,
dünyagörüş, düşüncə metamorfozaları bir qayda olaraq ictimai-siyasi quruluş
dəyişdikdə gur çiçək açmağa başlayır. Dünənə qədər quruluşa ləbbeyk deyənlər,
siyasi hakimiyyətin dağıdıcı qüvvələrə keçdiyini gördükdə asanlıqla tam əks
münasibət qaydalarını qəbul edirlər. Onlar kilsə xoru solistləri kimi ucadan cadu
deməyə, keçmişi lənətləməyə girişirlər. Əslinə qaldıqda yeni quruluş da əvəz
etdiyindən mahiyyətinə görə o qədər də fərqlənmir, özünə sədaqətli xidmətçilər,
nökərlər, muzdurlar ordusu toplamağa başlayır. Bu ordunun əsgərləri uydurduqları
virtual düşmənin üzərinə öz ovları kimi atılırlar. Bu vaxt keçmişin güzgü təsviri
166
əmələ gəlir, bircə fərq orasındadır ki, ovçu ilə ov yerini dəyişməli olur. Keçmişlə
yeni dövrü ayıran məsafə qısa olduqca nifrət cərəyanın şiddəti də yüksək olur.
Dünənə baxışda qeyri-obyektivlik, qərəz, qisas almaq istəyi daha coşqunluqla
büruzə verilir. Ona görə də əvvəlki dövr haqqında yazılar həcmindən və qıcqırma
dərəcəsindən asılı olmayaraq beyinləri dumanlandıran alkoqol təsiri bağışlayır. Bu
yazılarda həqiqətin sadə bir işartısına da məhəl qoyulmur, yeni quruluşa haqq
qazandırmaq və onu möhkəmləndirmək xatirinə keçmişi söymək, onu zülmət
mühiti kimi xarakterizə etmək söz sahibi hüququ qazanmış adamların peşə
vəzifəsindən çox, xidmət metoduna çevrilir. Sadəcə olaraq yenicə hakimiyyətə
gəlmişlərə xidmət göstərmək lazımdır, bunun üçün hər şeyi inkar etmək daha
sərfəlidir. Belələri keçmişi autodafeyə məhkum etməyə də, onun icrası üçün tonqal
qalamağa da hazırdırlar. Ona görə də yaxın dövrün tarixi həqiqi təhlildən uzaq olub
daha çox qisas ruhunda yazılır, onun müəllifləri öz tərəfdarlarının sayını artırmaq
üçün onların şüuruna uyuşdurucu toxum səpməkdən ötrü əllərindən gələni edirlər
ki, ötən günlər yalnız haradasa tökülmüş qanla, hansısa bədbəxtliklərlə yaddaşlara
həkk olunsun. Həmin illər barədə həqiqət çərçivəsinə azacıq da olsa uyğun gələn
bir ifadənin işlədilməsinə də yasaq qoyulur.
Belələri keçmişi dar ağacına sürükləməklə kifayətlənməyib, ona fərqli
prizmadan baxanları da ələ salır, istehza obyektlərinə çevirməklə kütlə arasında
onların onsuz da zədələnmiş nüfuzlarının bütünlüklə yoxa çıxmasına çalışırlar.
Əlbəttə, siyasət mehrabı üçün belə qurbanlar bir növ qanunauyğun haldır, lakin bir
elm kimi tarixin istifadə etdiyi metodologiyaya tam ziddir. Təəssüf edici hal odur
ki, ən danılmaz faktlar belə təhrif edilir, eybəcərlik maskasına salınır, xalqın uzun
illər ərzində qəhrəmanlıq simvolu kimi qəbul etdiyi hadisələr şübhə altına alınır və
dünənə qədər asanlıqla dərk edilən dünyaya yönələn baxışlarda həqiqətin inkar
edilməsinə, şüurlarda kütləvi aqnostitsizm formalaşdırmağa, mənəviyyata çürük
dəyərlər sırınmağa cəhd edilir. Vaxtilə böyük əziyyətlər hesabına qazanılmış
nailiyyətlərin nankorcasına dağıdılması yeni hakimiyyətin parlaq nailiyyətləri kimi
qələmə verilir. Yaxın məsafədən keçmişə baxış, mürgüləyən gözlərin nəyisə
sezməsinə bənzəyir. Yeni siyasi məqsədlərə xidmət edən bu baxış hər şeyi ən çoxu
siluet qaydasında görür, nəinki detallara, heç varlığın böyüklüyünə belə əhəmiyyət
vermir. Ona görə də təsvir müsbət və mənfi xüsusiyyətləri təhlilə məruz qoymur,
saxtalaşdırmadan ilham alır və öyrənilən dövrün lənətlənməsi burada xüsusi yer
tutur. Beləliklə qısa zaman məsafəsində yazılan salnamə dünənki quruluşdan qisas
almağa xidmət etdiyindən keçmişi tamamilə rədd etmək, ona lənətlər yağdırmaq
yolunu tutur.
Bibliyanın “Ağılar” kitabındakı şeirlərdə verilən şikayət hönkürtülərinə
bənzər ifadələr ölkənin yaxın keçmişi barədəki yazılarda baş alıb gedir. Bəziləri
hətta bu dövrü ölkənin, xalqın tarixindən silib atmaq kimi ağılsız bir təklifə əl
atmaqdan da çəkinmir. Onlar üçün istinad edə biləcəkləri mənbə də mövcuddur.
Vaxtilə tarixçilərin çoxu orta əsrləri “Qaranlıq era” adlandırır, sivilizasiyanın
inkişafında bu dövrün uzun fasilə olduğunu qeyd edirdilər. Lakin sonralar bu
fikirlər düzəlişə məruz qaldı, onun məhz daha gur inkişafı hazırlayan bir mərhələ
olduğu qənaətinə gəlindi. Bəlkə kimlərinsə istəyi əsasında yaxın keçmişimizə də
167
“Qaranlıq dövr” yarlıkı yapışdırıb, ona nifrəti daha da gücləndirək. Zənnimcə belə
fikrə düşmənin özü ağılsızlıqdır, belə sərsəm ideyalar olduqca gülünc görünür. Biz
hər şeyə, o cümlədən yaşadığımız əvvəlki onilliklərə də obyektivliklə yanaşsaq,
doğma tariximizin mənzərəsi müəyyən heyranedici çalarlar da qəbul edəcəkdir.
Xatirələrimizi daşqalaq etmək isə vandalizm xüsusiyyəti qazanacaqdır.
Bəzi ölkələrdə qadınlar əxlaq məsələsində hansısa büdrəməyə görə şəriət
qanunlarına müvafiq olaraq daşlanma yolu ilə ölümə məhkum edildiyi kimi,
keçmişimizə nəinki daş atmaq, hətta buna cəhd etmək, daşı yerdən götürməyin özü
yolverilməzdir. Keçmişin şər səhifələrinə haqq qazandırmaq, qara paltarı yumaq
hesabına ağartmaq kimi cəhdlər də ağılsız bir işdir. Hər şey öz ölçüsündə, rəngində
göstərilsə, qərəz ülgüsünə məruz qalmasa, ömrünün son dövrünü yaşayan, keçmişə
nostalji hissləri bəsləyən adamların həyatına, xatirələrinə hopmuş hadisələrə
hörmətlə yanaşılar, onların onsuz da yaşla əlaqədar aşınmalara məruz qalan
dünyasını uçurmaq qəddarlığından qaçmaq mümkün olar. Həmin ahıl adamlar isə
onların könüllərinə həmlələr olmayanda sakit həyatlarını yaşayar, fiziki əzablarla
yanaşı sağlam mənəvi atmosferdə ən azı əlavə ruhi əziyyət çəkməkdən azad
olarlar.
Keçmişə mədhiyyə himnləri oxumaq ağılsızlıq olduğu kimi, onu bütünlüklə
inkar etmək, onun eybəcərliklər sərgisindən başqa bir şey olmadığı barədə saxta
fikir formalaşdırmağın özü də ədalətsizlikdir. Bu məsələdə bəzi müdriklərin
sözünə qulaq assaq yəqin ki, özümüzü ciddi səhvlərdən qoruyarıq. Çin Xalq
Respublikasının görkəmli dövlət xadimi Çjou En-lay Parisdə olarkən ondan Böyük
Fransa İnqilabını necə qiymətləndirdiyini soruşduqda o, heç kəsin gözləmədiyi bir
cavab vermişdi ki, axı hələ az vaxt keçmişdir, daha düzgün qiymət vermək üçün
böyük zaman məsafəsi lazımdır. Real sosializmin eybəcərlikləri barədə indi çox
danışılır, çoxları SSRİ-nin parçalanmasını arzu olunan bir hadisə kimi
qiymətləndirir. Bu sevinc qeyri-adi şəkildə özünü büruzə verir. Elə bil ki, bəzi
ibtidai tayfalara məxsus qaydada ölünün cəsədi ətrafında xüsusi canfəşanlıqla ritual
rəqsləri ifa edilir. Həqiqətdən belə bir uzaq olan qənaət yaranır ki, onun heç bir
yaxşı cəhəti olmamışdır, onilliklər ərzində bu quruluş sovet xalqını yalnız
bədbəxtliklərə düçar etmiş, onlara sivilizasiyalanmış həyatın nə olduğunu guya
kütləvi hipnoz vasitəsilə unutdurmuşdur. Bəs onda bu böyük ölkədə baş verən
demoqrafik inkişaf (əlbəttə, müharibənin ağır zərbəsini nəzərə almaq şərtilə),
kütləvi savadlılığa nail olunması, mədəni inqilabın baş verməsi, elmi kəşflər,
işsizliyin ləğv olunması kimi təkzibolunmaz faktlar necə olsun. Məgər bunlar
sivilizasiyanın tərkib hissələri deyilmi? Addımbaşı özünü yada salan bu həqiqətləri
yalnız toyuq korluğuna tutulmuşlar dana bilərlər.
İradə zəifliyi, prinsipsizlik hansısa motivlərin təsiri altında sağlam zəkaya
da hakim kəsilir. Bu vaxt ağıl gözü rəngləri qarışıq salmaqla onun sahibini
daltonizmdən əziyyət çəkən adama döndərir. Kütləvi oxucu qərəzsiz təhlil, elmi
baxışa əsaslanan yazılar əvəzinə çox vaxt makulatura nümunələrinə qonaq edilir.
Bu xörəklərə nə qədər təbliğat ədviyyatı əlavə olunsa da, dadları yaxşılığa doğru
azacıq da olsa dəyişilmir. Axı yumşaq özəyi yeyiləndə meyit iyi verən tropik
duryan meyvəsi çox əlvan bükümdə təklif edilsə də, istehlak edilən tək ürək
168
bulanmasına səbəb olmasını təkrar etməmiş qalmayacaqdır. Tarixi təsvir çox vaxt
iki əks qütb arasında vargəl etməklə, bu elmin ləyaqətinə zərbə vurmuş olur. Bu
qütblərdən biri şişirdilmiş, saxta mahiyyətli tərifdir. İkincisi isə, hər şeyi qara
rəngdə görüb ona acı his hopduran tənqiddir. Axırıncı çox vaxt rüsvayçılıq
qiyafəsində olur. Təəssüf ki, bəzən tərif hədd tanımadığı kimi, tənqid, inkar dənizi
də əslində sahilsiz, nəhayətsiz olur. Tərifin musson yağışı çox sayda bəlalar
gətirdiyi kimi, qərəzli tənqid tufanı da aramsız davam edəndə öz dağıdıcı qüvvəsi
ilə şüurlara neqativ təsir göstərməmiş qalmır.
Tarixi xalqla yanaşı dahiyanə şəxsiyyətlər yaradır. Axırıncılar öz əməlləri,
fəaliyyətləri, istedadları ilə hələ sağ ikən özlərinə abidə yaratmış olurlar. Onlar
bəzən ciddi qüsurlardan, qəddarlıqlardan da xali olmurlar. Lakin bu, müsbət
fəaliyyətdən xəbər verən digər yarımkürənin varlığına şübhə yaratmamalıdır.
Yaxşı, nəcib cəhətlər də pis, şər xislətli əməlləri ört-basdır etməməlidir. Qədim
Roma tarixçiləri öz əsərlərində şəxsiyyətləri daha çox sınaq anlarında təsvir edir,
onların çözdüyü problemlərin mürəkkəbliyi fonunda həmin aktyorları öz
palitralarının zənginliyi hesabına xüsusilə canlı verməyə müvəffəq olurdular. Bu
təsvirlərdə onların mənəvi plankasının yüksəkliyi də diqqəti cəlb etməmiş
qalmırdı. Tarixçilər düşməni də karikatura şəklində göstərməkdən qaçırdılar,
onların da müstəsna hərb və ümumilikdə zəka qabiliyyətləri gizlədilmirdi. Təhlükə
anında möhkəm iradə hesabına düşmən üzərində qələbə qazanmağı bacaranlar isə
qəhrəmanlar şəklində təsvir edilirdi. Məsələn, tarixçi Tit Livinin çox cildli
“Annallar” – “Romanın əsası qoyulmasından olan tarix” əsərində düşmən ordusuna
başçılıq edib, mifik Herakldan sonra ilk dəfə Alp dağlarını keçib İtaliya ərazisində
bir neçə qələbə qazanmaqla Romanın qapıları qarşısında duran Karfagen sərkərdəsi
Hannibalın hərbi istedadı, natiqlik qabiliyyəti göstərilməklə yanaşı, nəhayət
etibarilə onu məğlubiyyətə uğradan Roma sərkərdələrinin də qeyri-adi döyüş
ustalıqları məharətlə təsvir edilir. Yaxud səlib yürüşlərinin beşiyi olan Avropada
onlara qarşı mübarizə aparan Səlahəddin barədə həmin vaxtdan formalaşmış
münasibəti götürək. Böyük sərkərdə və alicənab insan olan Səlahəddin Qərbdə də
Üçüncü səlib yürüşü vaxtı cəngavər düşmən nümunəsi kimi qiymətləndirilərək
əfsanəvi bir ucalığa yüksəlmişdi. Mənşəcə kürd olan bu Misir və Suriya hökmdarı
Yerusəlimi səlibçilərdən azad etmişdi. Alicənablığına gəldikdə səlibçilərə başçılıq
edən krallardan biri olan İngiltərə kralı Şir ürəkli I Riçardın döyüşdə atının
öldürüldüyünü eşitdikdə, öz atını hədiyyə şəklində ona göndərmişdi. Müsəlman
dünyasının ən əliaçıq hökmdarı olan bu adam ölərkən öz qəbri üçün də lazım olan
pulu qoyub getməmişdi. Qərb onun xarizmasını inkar etmək yolunu tutmamışdı,
əksinə vaxtilə şərqlilər torpaqlarını işğal edən Makedoniyalı Aleksandrı geniş
şöhrətləndirdikləri kimi, özlərinə qarşı vuruşan bir sərkərdənin portretini şərəf
çələngi ilə haşiyəyə almışdı.
Qərb tarixçiləri də əsasən öz ölkələrinin rəqibləri barədə həqiqəti etiraf
etməyi əksər hallarda heç də birincinin alçaldılması cəhdi hesab etmirlər.
Amerikan tarixçiləri 1930-cu illərdə SSRİ-də qazanılan iqtisadi nailiyyətlər barədə
heç bir kupyura yol vermədən yazırdılar. Onların kitabları heyranlıq hissinə görə
bəzən panegirik xüsusiyyəti daşıyan kimi görünürdü. Belə yazı üslubu ilə onlar
169
tarix muzası olan Klioya səmimi sitayiş etdiklərini göstərirdilər, bir alim kimi də
vicdan borclarını yerinə yetirirdilər. Həmin illərdə SSRİ-də qonaq olan görkəmli
yazıçılar – ingiltərəli Bernard Şou və almaniyalı Lion Feyxtvanger də həqiqətən
xaruqələr yaradan ölkə və onun rəhbəri barədə xoş sözlər söyləməkdən və
yazmaqdan çəkinməmişdilər.
Lakin sosializmə, onun real təcəssümü olan SSRİ-yə ideoloji hücumlar və
təxribatlar daim mövcud olmuş, heç vaxt səngiməmişdir. Uinston Çörçillin 1946-cı
ilin martında Amerikada, Fulton Universitetində etdiyi çıxışdan sonra başlanan
“soyuq müharibə” iki sistem arasında sürətlə silahlanma kimi əcaib yarış növlərini
meydana gətirməklə yanaşı, onları bir-birindən ayıran “dəmir pərdəni” bir az da
qalınlaşdırmış, permanent qaydada qarşılıqlı nifrət atəşləri ilə müşayiət olunmuşdu.
“Soyuq müharibə” bir tərəfin mütləq zəfəri, SSRİ-nin dağılması, dünya sosializm
sisteminin süqutu ilə sona çatdı. Güman etmək olardı ki, tarixdən silinmiş bir
dövlətə heç də XX əsrin Karfageni kimi baxılmayacaqdır, onun xatirə ərazisini
şumlamaq da heç bir sərsəm ağıla da gəlməyəcəkdir.
Lakin sönməyən nifrət öz fantasmaqoriyasını davam etdirməkdən qalmadı.
Həcv yarışında bir-birini ötməyə çalışan çox sayda kvazitənqidçilərin yazılarında
və çıxışlarında həqiqi qüsurlarla yanaşı hər cür böhtanlar uydurulmaqla SSRİ
barədə Reyqanın bədnam leksikonundan götürülmüş “Şər imperiyası” kəlməsinin
davamı olan təşbihlər qol-budaq atmağa başladı, dünya ərazisini öz çətiri altına
almağa cəhd edən iftira ağacı daha da böyüdü, onunla müqayisədə iri ərazini tutan
banyan da çox cılız dibçək bitkisi kimi görünməyə başladı. Tarixçi Kukrıniksilər
əmələ gəldi və onlar həqiqi rəssam sələfləri burjuaziyanı daim eybəcərlik simvolu,
istehza obyekti şəklində təsvir etdikləri kimi, SSRİ-nin portretini ən iyrənc
ştrixlərdə canlandırmağa girişdilər. Rusiyanın özündə demokratiya bayrağı altında
qərar tutanlardan bəziləri öz yerinin möhkəmliyinə qarantiya almaq və Qərbə
özlərini daha sədaqətli göstərmək üçün müəyyən tarixi mərhələdə yaşamış xalqına
və dövlətinə nifrin yağdırmaq cəhdində dəridən-qabıqdan çıxdılar, vaxtilə
kapitalizmi lənətləyən qatı bolşevikləri də, belə oxşar canfəşanlıqda arxada
qoydular.
Böhtan və iftira mərmisi üçün istənilən material yarayırdı, təki partlayış
tükürpərdici olsun.
Sovet dövlətinin bəzi məxfi sənədlərinin məzmunu, mahiyyəti açıldıqda bu
belə təbliğat ekstremistlərinin əlinə nüvə silahı düşməsi təsirini bağışladı. SSRİ ilə
nasist Almaniyası arasında 23 avqust 1939-cu ildə bağlanmış paktın məxfi
saxlanılan təfərrüatı məlum olduqda, əvvəllər bəzi reneqatların atdığı böhtan –
İkinci Dünya müharibəsinin başlanmasında SSRİ rəhbərliyinin Hitlerlə bərabər
qaydada günahkar olması ideyası ümumi istifadə alətinə, dövləti biabır etmək
istəyənlərin qisas silahına çevrildi. Ona görə də beynəlxalq Avropa təşkilatlarında
sosializmi nasizmlə bir tərəziyə qoymaq, SSRİ-ni bu dünya bəlasını törədən
Almaniyaya müştərək etmək təşəbbüsləri ortaya çıxdı. Zəhərli qisas nizələrindən
çoxu, müttəfiqlik təklifinə Qərb ölkələrindən rədd cavabı aldıqdan sonra ölkəsini
müvəqqəti də olsa müharibə təhlükəsindən kənarda saxlamaq üçün Almaniya ilə
hücum etməmək paktını imzalamaq yolunu seçən Stalinə tərəf tuşlanır, ona, az qala
170
ümumən tarixdən qovmaq məqsədi güdən anafema elan edilir.
Əlbəttə, məğlubiyyət istənilən xalqı və ölkəni alçaldılmalara məruz qoyur,
belə alçaldılmanın acı nəticəsini isə Almaniyada nasizmin baş qaldırmasında,
bütün dünyaya meydan sulamasında görürük. Ümidsizlik görünməmiş müqavimət
gücü yaradır, alçaldılan tamam məhv edilməmişdirsə, ondan hər şey gözləmək
olar. SSRİ isə dağılmaqla ölümcül məğlubiyyət zəhərini dadmalı oldu, bu
quruluşun ömrü bir əsrdə başlayıb, həmin yüzillikdə də başa çatdı. Sosializmə indi
nasizmdən heç də az lənətlər yağdırılmır. Bu rüsvay etmə dalğası belə davam etsə,
bəzi radikallar bir az sonra sosializmi və kommunist ideologiyasını insanlığa
cinayətdə ittiham edəcək, onların da üzərində yeni Nyurnberq tribunalının
qurulmasını tələb edəcəklər. Ölmüş şiri təpikləmək elə bir cəsarət tələb etmir.
Vaxtilə ondan tir-tir əsənlər özlərinin Valpurgi gecələrini bayram etməkdən həzz
alırlar. Stalin özü də bunu ölümündən on il əvvəl görə bilərək demişdi: “Mən
bilirəm ki, ölümümdən sonra qəbrimin üzərinə bir topa zibil tökəcəklər, lakin
tarixin küləyi rəhmsiz qaydada onu yelə verib dağıdacaqdır”. Bütövlükdə düzgün
qabaqdan görmədir. Lakin onun əleyhdarları zibil tayasını Monblan hündürlüyünə
qaldırdılar və hələlik tarix küləyi də əlinə keçən iyrənc nə varsa onu da bu tayanın
üstünə atır.
İosif Stalinin fəaliyyəti elə çox sahəlidir ki, bu, ona hər cür həmlələr etməyə
imkanlar yaradır. Ümumiyyətlə, böyük şəxsiyyətlərin həyatı tərif üçün də, tənqid
üçün də bol material verir, bəzən hansı prizmadan yanaşmaqdan asılı olaraq bu
tənqidi ifşa səviyyəsinə çatdırmaq da çətin deyildir. Onlar iri planetlərə
bənzəyirlər, bu göy cisimlərinin tədqiqatı da heç kəsi əliboş qoymur. Tarixdə əməl
arxipelaqlarından ibarət izlərin tərkibini araşdırdıqda, onlarda müxtəlif rəngli və
xassəli mineralları andıran əlamətləri tapmaq mümkündür. Öz müasirləri
tərəfindən onlar daha düzgün qiymətləndirilirlər, bir şərtlə ki, fikir söyləyənlərdə
müstəqillik hissi güclü olsun, hansısa ötəri münasibət küləyinin təsirinə baş
əyməsin, münasibət dəyişsə belə rəy özlüyündə obyektivliyə söykənən
bütövlüyünü və möhkəmliyini saxlasın. Stalinə Qərb dövlətləri rəhbərlərinin
münasibətini heç də loyal saymaq olmazdı, lakin onların rəyləri tam başqa çalarları
da əks etdirirdi.
Öz ölkəsində isə itaət mühiti şəraitində onu ilahiləşdirmək meylləri güclü
idi, bu barədəki qaydalar bir qədər Roma imperiyasının nəcib imperatorlardan
əvvəlki və sonrakı dövrləri xatırladırdı. İmperator Klavdi Romanın əsasının
qoyulmasının 800 illiyi bayram edilərkən bir əsr sonra gələn yubileydə də ona
iştirak etmək barədəki arzunu təbii hal kimi qarşılayırdı. İmperator Kommod
dünyanın göbəyi sayılan Romanın adını dəyişib, ona öz adını vermək istəyirdi.
SSRİ-də buna bənzər təkrarları tapmaq çətin deyildi. Rus yazıçısı Leonid Leonov
“Pravda” qəzeti vasitəsilə təklif etmişdi ki, SSRİ-də yeni təqvim Xristin deyil,
Stalinin anadan olduğu günə əsaslansın. Əgər Yuli Sezarın şərəfinə təqvim ayı
“iyul” adlanmışdısa, niyə bütövlükdə təqvim dəyişdirilə bilməsin. Axı bu məsələdə
də nümunə mövcud idi. 1789-cu ildə başlanan Fransa inqilabı din də daxil olmaqla
keçmişin rəmzlərini ləğv etmək qaydasında daha uzağa gedərək Qriqorian
təqvimini, bizim eranın başlanğıcı vaxtını dəyişib, tarixi, sayca inqilabdan başlayan
171
ilk illərlə və həmçinin yeni ay adları ilə “mükafatlandırmışdı”. Stalin belə təklifləri
qulaq ardına vurmuşdu, yalnız ənənəvi beşillik planın sadə ifadəsi şəklindəki
adının qeyri-rəsmi olaraq “Stalin beşillikləri” adlanmasına razılıq vermişdi, bu isə
“Marşall planı” definitsiyasından o qədər də fərqlənmir.
Ona görə də Stalin barədə sağlam düşüncə tərzinə əsaslanan tənqidi inkar
etmək, onların hamısına nihilistcəsinə yanaşmaq da düzgün deyildir. Ölkədə
aparılan iri miqyaslı sənayeləşmə, kənd təsərrüfatının kollektivləşdirilməsi,
vəzifələrin nəhəngliyi və yeniliyi üzündən bir sıra səhvlər və qüsurlarla müşayiət
olunmuşdu. Qolçomaqlara qarşı mübarizə kəndi işgüzar qüvvələrdən məhrum
etməklə yanaşı, həm də sərt təqiblərə yol açmışdı. Sürətli sənayeləşmə, iri zavodlar
və fabriklər şəbəkəsinin tikilməsi, yeni sənaye şəhərlərinin salınması böyük vəsait
qoyuluşunu tələb etdiyindən xalqın rifahının yaxşılaşdırılması vəzifəsinin həyata
keçirilməsinə mənfi təsir göstərməmiş deyildi. Kəndin məhsuldar qüvvələrinə
vurulan zərbə təbii çətinliklərin, məsələn, quraqlığın əlavə olunması ilə bəzi
regionlarda keçmişin acı bəla irsinin – aclığın meydana gəlməsinə şərait
yaratmışdı. Yeni quruluş, yeni dayaqlar üzərinə qaldırılan ölkə bəzən insan
kapitalına bədxərcliklə yanaşmamış qalmırdı.
Bütün bu xərclər nə qədər təbii hal kimi qəbul olunsa da, xalqın yaradıcı
qüvvələrini zəiflədirdi. Quruluş özünü düşmən əhatəsində hesab etdiyindən,
varlığını müxtəlif şəkildə baş verən təhlükələrdən qorumaq üçün daxildəki
əleyhdarlarını əzmək üçün təqiblərə, repressiyalara əl atırdı. Bu hansısa məqsədə
çatmaq üçün müəyyən fayda gətirsə də, cəmiyyətə, onun ən qüdrətli məhsuldar
qüvvəsinə ağır yara vururdu. Ümumiyyətlə terror daim yeni quruluşun iti hücum
silahına, həm də möhkəm qalxanına çevrilir. SSRİ-də həyata keçirilən terror isə
Fransa inqilabının 1793-94-cü illərdəki məşhur terrorunu da kölgədə qoya bilərdi.
Dövlətin rəhbəri kimi Stalin də bu məsələ ilə əlaqədar olan ittihamlardan kənarda
qala bilməz.
Lakin Stalinin hər cür cinayətlərdə təqsirkar kimi qəbul edilməsi də
ədalətsizlik nümunəsi sayılmalıdır. Bu məsələdə ölçü hissinin gözlənilməsi pis
olmazdı. İngilislər dalca danışmağı, böhtan atmağı hərfi mənada “dalı dişləmək”
mənasını verən “backbite” sözündə ifadə edirlər. Nəhənglərə hücum edən
piqmeylər də onlara gücləri çatmadığından, əslində “dalı dişləməklə” məşğul
olurlar. Quduzlar bu işi gördükdə quduzluq epidemiyası yayılmağa başlayır.
Kaftarlara gəldikdə, onlar şirin ovladığı leşin üzərinə cumub öz iştahlarını
doyuzdurduqları kimi, şir zəiflədikdə, taqətdən düşdükdə bu dəfə onu öz
qurbanlarına çevirirlər. İti dişləri ilə fil sümüyünü də üyüdə bilən yırtıcılar üçün bu
o qədər də çətin məsələ deyildir. Lakin bir şey unudulur ki, skelet, sümük qalığı da
onun şirə mənsub olduğunu göstərir. Ona görə də tənqidin şişirdilməsi elə bir fayda
vermir. Çünki qərəz hökmən özünü biruzə verir.
Keçmiş hadisələrə mikroskop altında baxdıqda müşahidə olunanlar nəinki
həcmcə böyüyür, onun təbiəti də dəyişikliyə məruz qalır. SSRİ-də baş verənlər də
məhz belə baxışla müşayiət olunur. Bəzən repressiyanın şiddəti qurbanların sayının
şişirdilməsi hesabına gücləndirilir, məsələn, yüksək rütbəli hərbçilərin təqib
edilməsi hadisəsində cinayətin böyük görünməsi üçün cəzalandırılan və edam
172
edilənlərin sayı həqiqi rəqəmlərdən xeyli yuxarı şəkildə göstərilir. Digər tərəfdən
başqa sahələrdə müxalifətin olduğu normal qayda kimi qəbul edilirsə, niyə hərbi
müxalifətin mövcudluğu bütünlüklə inkar edilsin, nəyə görə cəzalandırılanların hər
biri, əməllərinin fərqinə varmadan az qala mələk kimi qələmə verilsin?
Stalinin irəli sürdüyü və həyata keçirdiyi tədbirləri bütövlükdə xalqın
əleyhinə olan siyasət kimi qələmə vermək də ağılın qaydada olmamasından xəbər
verir. Onu ölkədəki terrorun təşəbbüsçüsü və pioneri hesab etmək də yalnız tarixi
təhrifə əsaslanır. Axı “qırmızı terror” Leninin vaxtında və vətəndaş müharibəsi
dövründə “ağ terrora” cavab kimi, onun bilavasitə təşəbbüsü ilə başlanmışdı.
“Qırmızı terrorun” və digər qəddar tədbirlərin ən qızğın tərəfdarlarından biri Lev
Trotski idi. Əksinqilaba qarşı mübarizə adı altında yaranan siyasi polis –
Fövqəladə komissiya da inqilabın qələbəsindən bir ay sonra yaradılmışdı və “ÇK”
adlanan bu təşkilat adamları həbs edir, təhqiqat aparır və mühakimə edirdi. Lenin
bu vasitələrə əl atmaqla heç də novatorluq etmirdi, əslində Marksın vəsiyyətini
həyata keçirirdi. Axırıncı yazırdı ki, köhnə cəmiyyətin aqoniyasını, yeninin doğum
əzablarını azaldan bircə vasitə vardır ki, bu inqilabi terrordur. Onun sələfi və
birbaşa Terror rejiminə başçılıq etmiş Robespyer isə terroru təcili, sərt və yenilməz
ədalət hesab edirdi, onu yaxşılığın emanatsiyası, başqa sözlə yaradıcı enerjisi
adlandırırdı.
Ən dəhşətli müharibə tipi sayılan vətəndaş müharibəsi gedən ölkədə qan
tökülməsi adi hala çevrildiyindən, hər iki tərəfdən keçirilən terror bir növ mənəvi
məqsədəuyğunluq qazanırdı və bu qarşılıqlı nifrət dalğasından yaranan monstr
hədd tanımırdı. Başlanğıcdan terror “məqsəd vasitələrə haqq qazandırır” ibarəsində
ifadə olunan iezuit prinsipi ilə həyata keçirilir. Qeyri-demokratik təbiətli dövlətlər
öz siyasətində makiavellizmi ən yararlı vasitə və iti silah hesab edir. Digər tərəfdən
çətini repressiya maşınının işə düşməsidir, ətalət güclü olduğundan onu saxlamaq
da o qədər asan olmur. Siyasi quruluşa azacıq da olsa real və ya təxəyyülün bəhrəsi
olan təhlükəni törədənlərə qarşı terror, istər bu fiziki və ya mənəvi terror olsun,
başlandıqdan sonra onun dalğasının genişlənməsi uğur kimi qəbul edilir. Sonralar
Stalinin barışmaz ittihamçısı kimi çıxış edən Trotskinin özü sosializm səltənətinə
ağ əlcəklərdə gəlməyəcəklərini deyirdi və Xalq Komissarları Sovetində hərbi
məsələlər üzrə Komissar olanda cəbhələrdə Qızıl ordu hissələrinin geri
çəkilməsinin qarşısını almaq üçün hasar çəkmə dəstələri adı altında əsgərləri
məhkəməsiz-filansız güllələyən dəhşətli qətl dəstələri düzəltmişdi.
Stalinin rəhbərliyi altında bütün qüsurlarla yanaşı qısa müddət ərzində
ölkədə sosialist iqtisadiyyatının mövcudluğuna yol açan maddi dayaqlar yaradıldı,
nəhəng sənayeləşmə proqramı həyata keçirildi, yeni yaradılan müəssisələr ölkəyə
lazım olan bütün növ sənaye məhsullarını istehsal edə bilirdi. Əlbəttə, istehlak
malları istehsalındakı gerilik iqtisadiyyatın “Axilles dabanı” olaraq qalırdı və bu
“siam əkizi” kimi, mövcudluğunun sonuna qədər sosializmi müşayiət etdi. Lakin
ən başlıcası, ölkə xarici dövlətlərdən olan iqtisadi və qismən də texniki asılılığına
son qoydu. Ölkədə həyata keçirilən mübaliğəsiz sənaye inqilabı Böyük Vətən
müharibəsi ərzində ordunu silah, sursat və əsasən də texnika üzrə lazım olan
səviyyədə
təchiz
etməyə
şərait
yaratdı.
173
SSRİ, onun silahlı qüvvələri İkinci dünya müharibəsində görünməmiş ağır
sınaqlara məruz qalsa da, onun zəfərlə başa çatmasında həlledici rol oynadı. Bəzi
ideoloqlar Hitler Almaniyası üzərində qələbədə Sovet İttifaqının rolunu kiçiltməyə,
heçə endirməyə cəhd edirlər. Bəlkə onlar öz torpaqları ilə yanaşı Şərqi Avropanı da
faşist taunundan xilas edən sovet ordusunun bütövlükdə varlığını da şübhə altına
alsınlar? Qələbə böyük itkilər, xalqın ağır əzabları hesabına başa gəldi, lakin quduz
nasist canavarını öz yuvasına qədər məhz SSRİ-nin silahlı qüvvələri qovdu.
Müharibə dövründə hərbi əməliyyatların, həm də ölkənin bütün həyatının
idarə olunması kimi olduqca mürəkkəb və ağır işə bilavasitə rəhbərlik məhz
Stalinin üzərinə düşmüşdü. Bəzi müasirləri onu özünə marşal rütbəsi verməkdə
təqsirləndirirlər, məgər bəs qələbəni məhz bu “yüksək rütbəni mənimsəyən” bir
hərbi xadimin Ali Baş Komandan olduğu ordu qazanmadımı?
Stalinə xoş münasibət bəsləməkdən uzaq olanlar belə onun hərb dühasına
şübhə etməyə cəsarət etmirlər. Bu adamlar özlərinə təskinlik vermək üçün
müharibənin ilk beş ayının ağır uğursuzluqlarını misal gətirirlər. Qələbəni danmaq
mümkün olmadığı kimi həmin başlanğıc dövrün ağlasığmaz bədbəxtliklərini də
inkar etmək mümkün deyildir. Almanlar böyük əraziləri işğal edərək Moskvanın
kandarına gəlib çıxmışdılar. Bu vaxt Stalin Qızıl meydanda inqilabın ildönümünə
həsr olunmuş hərbi parad keçirdi, öz şəxsi nümunəsi ilə təkcə vuruşan döyüşçülərə
və bütün xalqa qələbəyə inam hissi aşılamadı, həm də bütün dünyaya öz paytaxtını
tərk etməməsi ilə yenilməz iradəsini nümayiş etdirdi. Sonralar Xruşşov Stalinin
qələbədəki rolunu da kiçiltmək üçün onun bir dəfə də olsun döyüş cəbhəsində
olmamasını tutarlı dəlil kimi irəli sürdü. Lakin Stalini ifşa vəbasına tutulan bu
adam anlamırdı ki, Napoleondan sonra heç bir döyüşən dövlətin rəhbəri cəbhədə
bilavasitə vuruşan qüvvələrin içərisində olmurdu, bir əsr yarım sonra sərkərdəliyin
də mahiyyəti dəyişib başqa xüsusiyyətlər qəbul etmişdi.
Stalinin hərb dühasını öz müasirləri və kolleqaları olan Ruzvelt, Çörçill, de
Qoll da etiraf edirdilər. Uinston Çörçill 1943-cü ilin sonunda Tehranda keçirilən
müttəfiq dövlətlərin başçılarının konfransında Şimali Afrikada keçirilmiş uğurlu
“Torch” – “Məşəl” əməliyyatı barədə məruzə edəndə İosif Stalin söhbətə müdaxilə
edib bu əməliyyatın dörd danılmaz üstünlüyünü qeyd etdikdə, bu Britaniya baş
nazirinin təəccübünə, həm də Stalinin onların hərbi sirlərinə bələd olması barədəki
şübhəsinə səbəb oldu. 1945-ci ilin əvvəlində Yalta konfransı vaxtı verilən ziyafətdə
isə Çörçillin SSRİ rəhbərinin şərəfinə söylədiyi sağlığı, bu istedadlı natiqin sözləri
lüzumsuz olaraq səpələmədiyi və söz gülləsi atmaqda snayper dəqiqliyi göstərdiyi
inamına görə, onun etirafının bəlkə də bir qədər emosional səslənən ifadəsi hesab
edilə bilər. Hər iki əhvalatı Çörçill özünün “İkinci dünya müharibəsi” adlı altı
cildlik fundamental tədqiqat əsərində vermişdir.
İkinci dünya müharibəsinə aparan yollara gəldikdə, 1938-ci ilin 16 martında
Hitler Avstriyanın anşlyusunu – Almaniyaya zorla birləşdirilməsini həyata keçirdi,
sentyabrda isə məhz Londonun və Parisin razılığı ilə Çexoslovakiyanı işğal etdi. 1
sentyabr 1939-cu ildə Polşaya hücum etdi. Bədbəxtlikdən Çexoslovakiya
müqavimət göstərmədi, Polşa ordusu isə öz “igidliyini” alman tanklarının üzərinə
süvari hücumu ilə nümayiş etdirirdi. Gələcəkdə əraziləri bütünlüklə işğal edilənlər
174
də Çexoslovakiyanın ölü cəsədindən nəsə qoparmaqda çaqqal iştahı nümayiş
etdirirdilər. Polşa bu ölkənin Teşin ərazisinə sahib olmuşdu, az sonra onun özü
bütünlüklə işğal olundu. Almaniya onun ərazisini sürətlə zəbt edirdi. 17 sentyabr
1939-cu ildə isə sovet silahlı qüvvələri şərqdən Polşaya daxil oldu. Sabahısı günü
Polşa hökuməti və ali komandanlığı sürgünə yollanmaq üçün Rumıniya sərhədini
keçdi. Ölkə iki dövlət arasında bölünmək üçün işğal edildi. Ancaq bölgü xətti şərqə
tərəf irəliləməklə Almaniyanın xeyrinə dəyişdirilmişdi. Alman ordusu və sovet
qoşun dəstələri avqust ayında imzalanan alman-sovet məxfi protokolunda nəzərdə
tutulanları yerinə yetirməklə görüşüb, bir-birlərini salamladılar.
1870-71-ci illərdəki Fransa-Prussiya müharibəsində, həmçinin Birinci dünya
müharibəsində ağır zərbə payı alan Fransa isə Avropada bu faciələr baş verən vaxt
öz növbəsini gözləyən qurban rolunu oynayırdı. Şarl de Qolla görə, ordu bir əsr
ərzində vuruşan ölkələrin ruhunu və onun gələcəyini əks etdirən güzgü idi, lakin bu
güzgüdə Fransa ordusu o qədər də cazibədar görünmürdü.
Qərb ölkələri Stalinin ittifaq bağlamaq barədəki təkliflərinə məhəl
qoymadıqda, o, ölkəsini təhlükədən qorumaq üçün başqa yollar aramağa məcbur
oldu. Stalin əlini sərbəst saxlamaq üçün Almaniyanın qurbanı olmaqdansa, onunla
birlikdə ovu bölməyin daha yaxşı olduğu qənaətinə gəldi. Axı Qərbdəki bəzi
dairələr Hitlerə nisbətən daha çox Stalində öz düşmənini görürdülər. Bunları da de
Qoll öz “Hərbi memuarları”nda yazır. Ona görə də Stalin Qərbin belə inamsızlığı
ucbatından Hitler Almaniyası ilə hücum etməmək barədə pakt imzalamağa məcbur
olmuşdu. Qərb Sovet İttifaqını Hitlerə qarşı özünə müttəfiq etmək əvəzinə, bu
ittifaqı məhz Almaniyada axtarmağa onu sövq etmişdi. Hər iki tərəfin fayda
axtarışından doğan bu ittifaq az qala iyirmi iki ay davam etdi. Bu müddətdə SSRİ-
dən Almaniyaya böyük miqdarda cürbəcür mallar, həmçinin strateji materiallar
göndərilirdi, onların sırasına neft də daxil idi. Vermaxtı yanacaqla təmin etdiyinə
görə Böyük Britaniya hökuməti 1941-ci ilin iyul ayının əvvəlində Bakı neft
mədənlərini bombalamağı planlaşdırmışdı. Yalnız uzaq məsafəyə uçan ağır
bombardman təyyarələrinin çatışmaması, həm də 22 iyunda Hitler Almaniyasının
SSRİ-yə qəflətən baş verən hücumu bu müdhiş planın reallaşması şansını yoxa
çıxarmışdı.
Öz qarşılarında Stalini ifşa etmək vəzifəsini qoyanlar istənilən çürük
versiyadan da istifadə etməyə hazır idilər. Onun bütün tərcümeyi alt-üst edilirdi ki,
bu məqsədə yarayan nəsə tapılsın. Gəncliyində onun bank yarmasını deyənlər
səhvə yol vermirlər, lakin bunu adi quldurluq nişanəsi kimi qələmə vermək o qədər
də düzgün deyildir. O, Tbilisidə bankın yarılmasında iştirak etmiş və qəsb edilən
pulları Avropada mühacir həyatı yaşayan Leninə göndərmişdi. Bu vaxt onun
özünün böyük ehtiyac içərisində yaşamasına baxmayaraq, həmin vəsaiti son
qəpiyinə qədər partiya fonduna keçirməyi daha vacib hesab etmişdi.
1930-cu illərdə Stalini hakimiyyətdən devirmək istəyənlər az deyildi və onlar
müxtəlif bayraqlar altında və məqsədlər naminə hərəkət edirdilər. Onlar hər cür
intriqalara əl atsalar da, heç nəyə nail olmurdular. Çünki Stalinin xalq arasında
nüfuzu yüksək idi, düşmənləri isə onu devirmək üçün nə gücə, nə bacarığa, nə də
qətiyyətliliyə malik deyildilər. Sadalanan keyfiyyətlərin hər biri isə Stalində
175
artıqlamasilə
var
idi.
SSRİ-dən qaçıb Qərbdə sığınacaq tapan köhnə əleyhdarlarının ən sınanmış silahı
Stalinin jandarm agenti olmaq barədə özlərinin uydurduğu versiyanı buradakı
ictimaiyyətin şüuruna sırımaq idi. Bu ittiham antisovet təbliğatında özünə geniş yer
tapırdı. Yeltsinin hakimiyyəti dövründə xüsusi maraq məqsədilə aparılan axtarışlar
da bir nəticə vermədi. Çar jandarm idarəsinin heç bir sənədində və digər
mənbələrdə Stalinin agent kimi fəaliyyət göstərməsi iddiası öz təsdiqini tapmadı.
Digər tərəfdən bolşeviklər satqınlıq edənlərlə rütbəsindən asılı olmayaraq
amansızcasına davranırdılar. Partiyada yaxşı tanınan, hətta iki il müddətində
Mərkəzi Komitənin üzvü olmuş Malinovskinin jandarma 1910-cu ildən başlayaraq
xidmət etməsi aşkarlandıqda, bu provokator ifşa edilmiş və xüsusi tribunalın qərarı
ilə 1917-ci ildə güllələnmişdi. Stalinə isə belə bir iyrənc böhtan atılması heç bir
çərçivəyə
sığışmırdı.
Digər bir “sevimli” mövzu Stalinin öz arvadı Nadejda Alilluyevanı 1932-ci ildə
qətlə yetirməsi iddiası idi. Əsəbləri o qədər də qaydasında olmayan bu gənc qadın
Kremldə Oktyabr inqilabının ildönümü şərəfinə təşkil edilmiş ziyafətdə ərinin
kobud hərəkətini özünə qarşı təhqir kimi qiymətləndirərək, otağında özünü
intihar
etmək
yolu
ilə
həyatdan
getmişdi.
Keçən əsrin 80-ci illərində isə Stalinin vaxtilə Leninlə münasibətlərində
ziddiyyətlərin mövcudluğu, axırıncının öz silahdaşına etimadını itirməsi barədə
söz-söhbətlər geniş yayılmışdı və Stalini qaralama kampaniyasında mühüm amilə
çevrilmişdi. Ağır xəstə olan Lenin 1923-cü ilin əvvəlində diqtə edib yazdırdığı
“Qurultaya məktub”da partiya rəhbərliyində olan şəxslər barədə öz düşüncələrini
bildirmişdi. Stalinə olduqca yüksək qiymət verməklə yanaşı onun kobudluğunu da
qeyd etmişdi. Ümumiyyətə, ətrafında olan xadimlərdən heç birinə etimad
göstərməməklə o, varisi məsələsi barədəki mülahizəsini gizli saxlamağa üstünlük
vermişdi. Stalin bu vaxt Mərkəzi Komitənin qərarı əsasında xəstə rəhbəri əlavə
narahatlıqlardan hifz etməyə çalışdığı üçün Nadejda Krupskayanın tez-tez onun
yanına getmək barədə xahişinə sərt cavab vermişdi. Arvadı əhvalatı Leninə
çatdırdıqda o, bunu ailəsinə qarşı təhqiramiz hərəkət kimi qiymətləndirmiş və bu,
qeyri-adekvat reaksiyanın meydana gəlməsinə səbəb olmuşdu. Stalinin kobudluğu
barədə mülahizə də yəqin bu insidentdən mayalanmışdı. Çünki əvvəllər Lenin
onun haqqında tərifli sözlər söyləsə də, Stalin cavab qaydasında mədh
söyləməkdən qaçmışdı. Hələ 1912-ci ildə Lenin onu milli problemlərə səriştəli
yanaşdığını qeyd etmiş, 1921-ci ildə isə partiyanın X qurultayında Stalinin eyni
vaxtda bir neçə vəzifə tutmasını anormal hal hesab edən Şlyapnikova sərt cavab
vermiş, bunu Stalinin bütün vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyi ilə
əsaslandırmışdı. Stalin isə 1918-ci ildə inqilabın birinci ildönümünə həsr olunmuş
məqaləsində əslində Lenin barədə yayılan mifə əks çıxaraq, inqilabın ilhamvericisi
və təşkilatçısı kimi Trotskiyə borclu olduqlarını qeyd etmişdi. Yaxud, 1920-ci ildə
Leninin anadan olmasının 50 illiyinə həsr edilmiş Petroqrad Sovetinin iclasında
yubilyarın şərəfinə tərifli sözlər söyləməkdən imtina edərək, onun yol verdiyi üç
ciddi səhvini sonralar səmimi qaydada etiraf etdiyini müsbət keyfiyyət kimi
göstərmişdi. Belə jestlərində də Stalinin cəsarətli adam olduğu görünür, dəfələrlə
176
sürgündən qaçması isə igidlikdən başqa bir şey hesab edilməməlidir.
Leninin vəfatından sonra Stalin onun ideyalarının təntənəsi uğrunda çalışmaqla
yanaşı, onların təftişinə yol verməmiş, həm də onun şəxsiyyətinin bütləşdirilməsi
üçün də əlindən gələn hər şeyi etmişdi. Vaxtilə, daha dəqiq deyilsə 1903-cü ildə
RSDRP-nin II qurultayında Martovun istehza şəklində ilk dəfə işlətdiyi “leninizm”
ifadəsi Stalinin gur fəaliyyəti hesabına bu lağ qılafını ataraq marksizm təliminin
yeni pilləsi şəklində təqdim olunmağa başlanmışdı. Stalinin yazdığı və Lenin
ideyalarının müdafiəsinə həsr olunmuş nəzəri əsəri də “Leninizmin əsasları”
adlanır. 1918-ci ilin yanvarında Təsis qurultayı qovulduqdan sonra ölkədə hakim
sayılan və yeganə siyasi partiya olan Kommunist partiyası vahid ideologiyanı
həyata keçirdiyi müddətdə öz rəsmi adı ilə yanaşı “Lenin partiyası” kimi də
adlanırdı. Bəziləri güman edir ki, qədim Misir fironları öz sələfinin yarımçıq
qalmış piramidasını tikdirib başa çatdırmamışdan öz ehramının inşasına
başlamırdı. Bu nöqteyi-nəzərdən Stalin də Leninə pərəstişi həddən artıq şişirtməklə
əslində öz şəxsiyyətinə sitayişə geniş yol açır, abidəsi üçün ondan pyedestal kimi
istifadə edirdi. Lakin o, valideynlərini kübarlaşdırmaq yolu ilə tərcümeyi-halını
retuşlandırmaq kimi bir işə heç vaxt qol qoymamış, belə təşəbbüsdə bulunmamışdı.
O, öz şəxsiyyətinin ən uzaq ulduzlardan belə görünəcəyinə bel bağlayırdı və
müəyyən cəhətləri, xüsusən iradəsi və inadkarlığı, başqa amillərlə yanaşı onun özü
barədəki bu fikrini lazımınca qidalandırırdı. Yəqin ki, bu əlamətləri nəzərə alaraq
Xruşşovun da olduqca hərarətli münasibətindən və himayəsindən faydalanan yazıçı
Mixail Şoloxov axırıncının qaldırdığı şəxsiyyətə pərəstişin aradan qaldırılmasına
həsr olunmuş geniş kampaniya barədə öz rəyini belə bildirmişdi: “Pərəstiş var
idisə,
şəxsiyyət
də
var
idi”.
Stalin həyatdan gedəndə dünyanın altıda bir ərazisini tutan güclü bir dövlət qoyub
getdi. Sonra meydana çıxan reneqatlardan isə ölkəni uçuruma yuvarlamaqdan
başqa bir əməl nişanəsi qalmadı. Qorbaçov özünü reformator kimi qələmə versə
də, onun islahatları tam fiaskoya uğradı. Məhz Qorbaçovun dövründə milli
münasibətlərdə ciddi problemlər, bəzi respublikalarda milli azlıqların separatizm
meylləri yarandı. Dövlətin dağılmasının detonatorlarından biri olan bu amilə
əslində məhəl qoyulmurdu, onu yatırtmaq istəyi nəsihət moizələrindən uzağa
getmirdi. Dağlıq Qarabağdakı erməni separatçılarının yaratdığı konflikt
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qanlı müharibə xarakteri aldı və
azərbaycan xalqına böyük faciələr gətirdi. Sonralar postsovet məkanında milli
zəmində yeni müharibə tonqalları alovlanmağa başladı.
Vaxtilə dünyada ikinci fövqəldövlət sayılan SSRİ-nin Qorbaçov birinci və
axırıncı prezidenti adını qazandı. Bu şərəfdən uzaq olan titulu bəlkə də o, fəxrlə
daşıyır. Xidmətlərinin mükafatı kimi, Qərbdə böyük hörmət qazanmasına görə də
iftixar hissləri keçirir, lakin öz ölkəsində əksəriyyət tərəfindən hörmətsizliklə, daha
doğru deyilsə nifrətlə yad edilir. 1996-cı ildəki prezident seçkilərində o, biabırçı
məğlubiyyətlə üzləşdi və populyarlığının sıfıra yaxın olduğuna əlavə bir əminlik
şəhadəti tapdı.
Yeltsin Qorbaçovun eroziya xarakterli fəaliyyətini daha böyük canfəşanlıqla
həyata keçirməklə SSRİ-nin epitafiyasını yazmaq kimi bir şərəfsizliyə sahib oldu.
177
Ölkə iqtisadiyyatı daha sürətlə tənəzzülə uğradı, sənaye potensialı işğal ordusunun
hücumuna məruz qalmış kimi viran qoyuldu, ordunun döyüş ruhu və şərəfli
ənənələri yoxa çıxmağa başladı. Ölkənin var-dövlətinin, yeraltı və yerüstü
sərvətinin özəlləşdirmə pərdəsi altında bir qrup adam tərəfindən mənimsənilməsi,
qəsb edilməsi baş verdi. Stalinə xalqın böyük hissəsinin məhəbbəti var idisə,
Yeltsin bir ovuc oliqarxların arasında böyük nüfuz sahibi oldu. Bu zümrənin
formalaşıb sərvətlərə sahib çıxması kimi unikal hadisə Yeltsinin xidmətləri
siyahısına daxil olmalıdır. Təbiətin bəxş etdiyi sərvət də – neft, qaz, meşələr, qızıl,
əlvan metallar və digər faydalı qazıntılar xalqa məxsusluğunu itirməklə onların
mülkiyyətinə keçdi.
Yeltsin Rusiya Federasiyasını da daim davam edəcək bir parçalanmanın
“Damokl qılıncı” altında qoyurdu. Onun qubernatorlara müraciət şəklində dediyi:
“Nə qədər uda bilirsinizsə, o qədər suverenlik götürün” sözləri əslində birinci
parçalanmadan yaralarını tam sağaltmamış ölkəni dağıtmağa istiqamətlənmiş bir
çağırış idi. İkinci dünya müharibəsindən sonra ölkəsinin ərazisini xeyli
genişləndirməyə nail olan Stalin Yeltsinin bu əməllərini eşitsə yəqin ki, qəbirdə
çevrilərdi. Berlinə qalib kimi daxil olmuş rus ordusu törəmələrinin qalığı bu şəhəri
tərk edərkən almanlar əsgərləri hörmətlə, orkestrin musiqi sədaları altında yola
salırdılar. Bu vaxt sərxoş Yeltsin dirijorun çubuğunu əlindən qoparıb, gülünc
şəkildə orkestri idarə etməyə başladı. Bu görkəmdə Rusiya prezidenti daha çox sirk
kloununu yada salırdı. Bu biabırçılığa, alçalmaya görə təkcə rus əsgərləri və
zabitləri
deyil,
almanlar
özləri
də
xəcalət
çəkirdilər.
Deyilənlərlə yanaşı heç kəs SSRİ barədə, üç onillik ərzində bu dövləti idarə etmiş
Stalin barədə obyektiv tənqidi qeydlərə, şiddətindən asılı olmayaraq, Çin səddi
çəkmək fikrində deyildir. Bu ölkənin tarixi özündən əvvəlkilərdən və sonrakılardan
əsaslı surətdə fərqlənir, əslində unikal xarakter daşıyır. Ona görə də bu dövlətə,
onun dəyərlərinə də dialektik yanaşmaq lazım gəlir. Ancaq nə etmək olar ki,
məğlub olanlara bir qayda olaraq zəiflər də gülür, onların uduzmasına şad
olmalarını göstərməklə özlərini də qaliblər sırasına daxil etməyə can atırlar. Ona
görə də əvvəlki fikirlərə bir qədər düzəliş verib demək istəyirsən ki, SSRİ-nin
dağılmasına səbəb həm də rus xalqının laqeydliyi, biganəliyi oldu. Xalqda
“yuxarıdan göstəriş, aşağıdan itaət” psixologiyası formalaşmışdı, yuxarı isə ölkəni
uçuruma aparırdı. Əksər başqa xalqlar isə müstəqillik arzusunda olduqlarından,
buna asan yol kimi baxırdılar. Bir qrup adamın hay-küyü və Qərbin də şiddətlənən
arzusu və yardımı ilə böyük bir dövlət tarix səhnəsini tərk etdi. Xalq isə bunu çox
adi hal kimi qarşıladı. Əlbəttə, onun anadangəlmə damğaları, ilk bəşər günahına
bənzər qüsurları, cavan orqanizmə xas olan xəstəlikləri var idi. Onların heç biri
sağalmamışdan yaşlılıq, bədxərclikdən əmələ gələn maddi çətinlik xəstəlikləri də
əlavə olundu. Bədbəxtlikdən tale belə bir dövrdə ölkəyə Den Syao-pin istedadına
malik olan şəxsiyyət əvəzinə, Qorbaçov və Yeltsin kimiləri idarəetmə sükanı
arxasına gətirdi. Onlara bənzər rəhbərlər isə vətənə münasibətdə bir qayda olaraq
elə bil ki, Edip kompleksinə yiyələndiklərini nümayiş etdirməklə öyünürlər.
Çinin qeyri-adi uzaqgörənliyə malik olan bu dövlət xadimi iqtisadi
islahatlara üstünlük verdiyindən ölkə gur inkişafın magistral yoluna düşdü.
178
Qorbaçovun isə siyasi həyatı demokratikləşdirməsi bir məqsəd kimi məqbul
sayılan olsa da, gerçəkliyə nüfuz etmək əvəzinə zahiri görünüş xarakteri qazandı.
Onun icad etdiyi SSRİ Xalq deputatları qurultayı ölkənin vacib məsələlərini
müzakirə etmək əvəzinə söz savaşı səhnəsinə çevrildi, şouya, ritorika məşğələsinə
məxsus olan cizgilər qazandı. Xalq da axşamlar bu tamaşanı seyr edib ölkənin
vəziyyətinə biganəlik ruhuna sirayətlənirdi. Brejnevin ardı kəsilməyən özünü
təltifləri xalqa necə təsir göstərirdisə, Qorbaçovun populist tamaşaları da eyni təsir
gücünə malik olurdu.
Yeltsin isə yenicə səfərə yollanan demokratiya gəmisində hakimiyyətə gəlsə
də, az keçməmiş bu nəcib varlığın ağzını qapamaq yolunu seçdi, bütün dünyanın
göz qarşısında ona müxalif olan parlamentin yerləşdiyi və həmin vaxt üzvlərinin
sığınacaq tapdığı Ağ evi tankların top atəşləri vasitəsilə güllələdi. 75 il əvvəl
matros Jeleznyakovun “Karaul ustal” – “Qarovul yorulmuşdur” kəlməsi ilə Təsis
qurultayının taleyinə ölüm hökmü verildiyi kimi, Yeltsin daha müasir vasitəyə əl
ataraq parlamentin həyatına son qoydu. Yeltsinin səriştəsiz özəlləşdirmə siyasəti,
onun həyata keçirilmə mexanizmi və icrası iqtisadi potensialın görünməmiş
qaydada zəifləməsi və maliyyə sahəsindəki hərc-mərcliyə görə defolt elan edilməsi
ilə nəticələndi.
Oxucuya elə gələ bilər ki, Qorbaçov və Yeltsin fenomenini yada salmaqla
Stalinə yönələn tənqidlərə sipər çəkmək məqsədi güdülür. Axı onların Stalinlə
müqayisə edilməsinin özü düzgün olmazdı, Çingizxanı Tsedenballa müqayisə
etməyə bənzəyərdi. Stalində Çingizxan xüsusiyyətləri olduğu kimi, Qorbaçov və
Yeltsində bəzi cəhətlərinə görə XX əsrin ikinci yarısındakı marionet monqol
rəhbəri kimi, ölkəni yad diqtəsi ilə idarə etmək xüsusiyyəti var idi.
Stalinin şəxsiyyətini kiçiltmək əbəs iş olduğu kimi, onun ingilislər demişkən,
qanadına əlavə lələklər düzməyə də ehtiyac yoxdur. Lakin onu eybəcərlik simvolu
kimi qələmə vermək üçün yolverilməz vasitələrə əl atılması da məqbul
sayılmamalıdır. Bəziləri inqilabi fəaliyyəti dövründə çox işlənən “Koba” ləqəbi
əvəzinə, onu üzündəki çopur nişanələrinə görə gəncliyində ona verilən “Çopur”
ləqəbindən sui- istifadə etməklə, onun kiçik fiziki qüsurunu da qeyri-adi mənfur
cizgilər səviyyəsinə qaldırmaq istəyirlər. “Çopur” sözü Azərbaycan dilindən
götürülmüşdür, fiziki mənşəyi isə uşaqlıqda keçirdiyi çiçək xəstəliyi ilə əlaqədar
idi. İmkanları olsaydı onun çopurlarını lap cüzam (lepra) xəstəliyinin nişanəsi
olduğu kimi də qələmə verərdilər. Üzündəki kiçik eyib belə, onun əqli
qabiliyyətinə qətiyyən təsir göstərə bilməmişdi. Cavanlığında “Çopur” kimi
tanınan bir adam sonralar Stalin kimi dünya siyasəti səhnəsində özünə böyük yer
tapdı. Ondan sonra gələnlər isə hansı bəzəkli kompozisiya çərçivəsinə salınsalar
da, öz təbii cılızlıqlarının onları daim kölgə kimi müşayiət etməsindən qurtula
bilmədilər.
Sonrakı rəhbərlər kor bələdçiləri xatırladırdılar, çünki onlar xalqı problemlər
dənizində üzməyə vadar etmişdilər. Matfeyin “İncil”ində İisusun dili ilə deyildiyi
kimi: “Kor bələdçilər, sizin üçün necə də dəhşətlidir! Siz öyrədirsiniz ki, əgər
kimsə Məbədə and içirsə, o, öz andı ilə ona bağlı olmayacaqdır, lakin əgər o,
Məbəddə qızıla and içirsə, o, Məbədə bağlı olacaqdır” (Bibliya, Matfeyin İncili,
179
23:16). Əgər bu müraciətdə “məbəd” əvəzinə “vətən” sözü işlənsəydi, bu sözləri
heç bir düzəlişə yol vermədən Qorbaçova və Yeltsinə aid etmək olardı. Kor bələdçi
kora kömək etmək istəyəndə bir qayda olaraq onu xəndəyə salır. Vay belə
bələdçilərin
əlindən!
Əzablar yolu keçmiş xalq daha xoşbəxt günlərə yetişməyə layiq idi. SSRİ
dağıldıqdan sonra əksəriyyətin ümidləri, arzuları öz həllini lazımi qaydada
tapmadı, ona görə də xalq əvvəlki öz passivliyinin, laqeydliyinin xəcalətini
çəkməyə başladı. Heç kəs postsovet məkanında bərqərar olmuş dövlətlərdə Likurq
qanunlarının tətbiq edilməsini, müasir Spartanın yaranmasını arzu etmir. Həyatda
tarixi tendensiyaları da nəzərə almaq vacibdir. Ancaq demokratiya pərdəsi altında
onun pozğunluğu əks etdirən allotropiyasını da meydana gətirmək düzgün deyildir.
Keçmişdən ibrət dərsi götürüb irəliyə baxmaq, daha geniş üfüqlərə
boylanmaq lazımdır. Rus tarixçisi Vasili Klyuçevski hesab edirdi ki, “tarix
müəllim deyildir, nəzarətçidir. O heç nəyi öyrətmir, yalnız dərsi bilməməyə görə
cəzalandırır”. Biz fərəhli günləri də, acı, kədərli anları da yaşamışıq, heç vaxt
“ümidin ümidsizliyinə” qapılmamışıq. Qoy keçmişi qorxulu kabusa döndərib gənc
nəsli xof içində yaşamağa məcbur etməsinlər. Bu nəsil qarşısında da sınaq anları
olacaqdır. Onlar belə hadisələrə daha hazırlıqlı olmalıdırlar. Axı həyat bu barədə
bizə çox sayda canlı misallar təklif edir. Dünyanın bir güşəsi böyük qurbanlar
verməklə təbii kataklizmlərdən xilas olduqda, digər yerlərdə siyasi tufanlar baş
verir, şimşəklər çaxır. Bədbəxtliyi gündəliyə gətirməkdə elə bil insanlar bir parçası
olduğu təbiətlə yarışa girmək istəyir. Yaxşı olardı ki, bu yarış gözəllikləri qorumaq
və onları çoxaltmağa həsr olunaydı, onda biz həyatın özündə harmoniya
elementlərinin yaranmasının şahidi olardıq. Xoş günlər bizi nifrət hissindən də
uzaqlaşdırar, keçmişin ləyaqətlərinə hörmətlə yanaşmağı təlqin edərdi.
Sosializm quruluşu torpağa gömüldükdən sonra liberal iqtisadiyyat və
demokratiya yolu seçildi. Lakin bu yol gözlənildiyi kimi, o qədər də hamar olmadı,
ona görə çox sayda qəzalar, sosial sarsıntılar da baş verdi. Lakin heç kəs bu
sistemin ümumi prinsipial qaydalarından imtina etmək, sosializm cəmiyyətində
istifadə edilən klişeləri bərpa etmək istəmir. Bu o demək deyildir ki, əvvəlki
quruluş total qaydada inkar edilsin, onun dirçəlməsi təhlükəsi şəklində yeni bir
qorxu əjdahası yaradılsın. Təbiətindən asılı olmayaraq istənilən qorxu olan yerdə
vicdanlı fikir mümkün deyildir, çünki xof hissi ağılı da sıxışdırıb çıxarmağı
bacarır. Keçmişin yaralarının qaysağını qoparmaq da məqbul sayılmamalıdır,
çünki bu mövcud cəmiyyətin bədəninin sinir uclarını çılpaqlaşdırmaq təsiri
bağışlayır. Müasir yalan, iftira gidrası isə uzun dili ilə hakimiyyət mehrabını
yalamaqla özünə rahat taxça tapmaq istəyir. Cəmiyyət isə ondan yalnız ziyan
görməkdə
davam
edir.
Olduqca ziddiyyətli tarixi şəxsiyyət olan Stalinə marağın rəngindən asılı olmayaraq
sönməməsi, daha gur alovlanması də əbəs deyildir. Bir hüceyrəli sadə varlıqlar
bizim diqqətimizi cəlb edə bilmir, iriləri isə nəzərə almamaq mümkün deyildir.
Bəzi dövlət rəhbərləri indi də bu müəmmalı insanın fəaliyyətinə maraq göstərir.
Bunu Almaniya kansleri Angela Merkelin etirafı bir daha sübut edir. Lakin bəzi
adamlarda onun adicə adı belə allergiya əmələ gətirir. Rusiyanın tarix
180
dərsliklərində yazılan adi bir söz – Stalinin uğurlu menecer olması ifadəsi (əslində
bunun özü çox uğursuz xasiyyətnamə sayılmalıdır) çoxlarının qızğın hiddətinə
səbəb olur. Sovet İttifaqının dağılmasının əsrin ən böyük geopolitik fəlakəti olması
mülahizəsinin mötəbər bir şəxs tərəfindən dilə gətirilməsi də nifrət bayrağı altında
barrikadalar
axtaranların
sönməz
qəzəbinə
səbəb
olmuşdu.
Sosializmin aramsız lənətlənməsinin özü də bu ideyanın məhvinin mümkün
olmadığı qənaətini yaradır. Axı bu təlim azad və bərabər doğulan insanların sosial
bərabərliyinə nail olmasını bəyan edir. Əgər insanın təbii hüquqlarından biri onun
xoşbəxtliyə can atmasıdırsa və buna hədd qoymaq mümkün deyildirsə, onda niyə
nəzəri sosializm antihumanist bir təlim hesab edilsin. Mövcud olmuş real sosializm
ümidləri doğrultmasa da, bu heç də bütövlükdə nəzəriyyənin puçluğuna dəlalət
etmir.
Müqəddəslik haləsi yaradan çox sayda təşbihlər kimi Stalinin “fikir və fəaliyyət
nəhəngi” olması barədə vaxtilə çox işlənən ifadə indi istehza şəklində işlədilir.
Onda heç bir müsbət keyfiyyətin tapılmaması da gülünc görünür. Onu diktator
kimi qəbul edən Qərb tarixçiləri də Stalinin şəxsində total şəxsi diktatura
elementinin öz qatı formalarını göstərmədiyini etiraf etməli olurlar. Amerikan
alimi Corc F.Kennan Stalini böyük insan hesab edir, lakin onu da əlavə etməyi də
unutmur ki, o, özünün “ağlasığmaz cinayətində” böyük insanlardan biridir. Əlbəttə,
heç kəs onu fövqəlbəşər hesab etmir, lakin onun siyasi manevr etmək bacarığına
hamı həsəd aparırdı. Böyük Vətən müharibəsi isə onu dahiyanə milli qəhrəmana
çevirmişdi. O, vuruşan millətlərin ali liderləri arasında daha uğurlusu idi.
Tənqidçilərin hamısı Stalini qaniçicilikdə ittiham edirlər. Onun dünyadakı məşhur
sələflərinin hamısı məgər vegetarianlıqları ilə seçilirdi? Məgər böyük hərbi
qələbələri ilə yanaşı Yuli Sezar öz ölkəsini vətəndaş müharibəsinə cəlb
etməmişdimi, Avqust da məhz bu üsulla hakimiyyətdə möhkəmlənməmişdimi,
Oliver Kromvel qanlı inqilab yolu ilə hakimiyyətə gəlib kralın boynunu
vurdurmamışdımı, XIV Lui Fransanı amansız müharibələrə cəlb edib ölkəni
taqətdən salmamışdımı, Napoleon XVI əsrdə meydana gəlmiş Papanın Kainat
imperiyası ideyasını bir qədər lokallaşdıraraq, özünün Avropa imperiyasını
yaratmaq üçün qitəni qan çanağına çevirməmişdimi, ABŞ-ın ən uğurlu prezidenti
sayılan Avraam Linkoln qanlı vətəndaş müharibəsində qalib gəlmək hesabına
ölkənin parçalanmasının qarşısını almamışdımı? Bu misalların sayını artırmaq olar.
Yuxarıda sadalanan halların hamısında insan qanı çayları axıdılmışdı. Stalin də
istisna təşkil etmir. Ancaq ona azacıq da olsa bəraət mümkündürsə, bu yalnız onun
fövqəladə
şəraitdə
hakimiyyətə
gəlməsi
ilə
əlaqədar
ola
bilər.
Bütün inqilablar qanla qidalanır, əvvəlcə özünə düşmən saydığının qanına
susayırsa, sonralar bəzi yırtıcılar kimi öz balalarını da yeməyə başlayır. Bəlkə də
İngiltərədəki 1688-89-cu illərin Şanlı inqilabı, Yaponiyadakı 1867-68-ci illərdəki
Meyci inqilabı bu məsələdə bir qədər istisna təşkil edir, lakin hər iki ölkədə də
müvafiq olaraq yakobitlər və samuraylar baş qaldırırdı və onların qiyamları
ənənəvi qaydada – qan tökülməsi ilə yatırdılırdı. Ona görə də Böyük Oktyabr
inqilabından sonra baş verənləri tarixin əcaib bir nümunəsi hesab edib, onu
biabırçılıq dirəyinə sarımaq da düzgün deyildir. Vətəndaş müharibəsində qardaş
181
qardaşın qanını axıtmaqdan çəkinmir, onların davamı bəzən uydurulmuş ad alsa
da, törətdikləri bəlalar uzun müddət unudulmur. Heç kəs günahsız axıdılan qanlara
haqq qazandıra bilməz, ingilis yazıçısı Con Donnun dediyi kimi, hər bir insan
özlüyündə ayrıca ada deyildir, qitənin bir hissəsidir, bu hissənin hər biri sıradan
çıxdıqda qitənin ərazisi kiçilməyə başlayır. Ona görə də qana haqq qazandırmaq
qaniçənləri məsuliyyətdən azad etmək kimi görünür və yırtıcılara onların qanlı
ovlarında xidmət göstərmək xarakteri daşıyır. Lakin diqqəti bir cəhətdə
cəmləşdirib digər xüsusiyyətləri nəzərə almamaq, bir ağacın arxasında, qoy o lap
böyük
gövdəli
olsun,
meşəni
görməməyə
bənzəyir.
Qulaqları batıran ifşa xorunun səsi ən füsunkar melodiya kimi qəbul edildiyi bir
vaxtda başqa səslər dissonans kimi qiymətləndiriləcəkdir. Qədim misirlilərin
mifologiyasındakı Anubisin axirət dünyasında xeyirlə şəri ölçdüyü tərəzini bu günə
gətirib oxşar işlə məşğul olmaq o qədər də səmərəli olmayacaqdır. Lakin tarixi
hadisələri qiymətləndirəndə ədalət ölçüsünə, obyektivliyə, dialektik münasibətə
riayət edilməsi vacib şərt hesab edilməlidir. Bunu ummağın özü də sadəlövhlük
əlaməti kimi görünür. Cəmiyyət özünə məxsus qüsurlar içərisində boğulanda, onun
hansısa baxışında dürüstlük, tarazlıq aramaq az qala donkixotluq əlaməti hesab
olunur.
Ədalətli münasibətin bərqərar olması onun dəyərinin özünün düzgün müəyyən
olunmasını tələb edir. Sokrat onu ölüm hökmünə məhkum edən məhkəmənin son
iclasında üzünü hakimlərə tutaraq demişdi: “Hər kəs öz yolu ilə gedəcəkdir. Siz
yaşamağa, mən isə ölməyə. Hansının yaxşı olduğunu bircə allah bilir”. Sokrat ilk
ideoloji şəhid idi, sonralar belə şəhidlərin sayı xeyli çoxaldı. Təəssüf ki, hazırda
ədalətin asılı olduğu bir vaxtda həyat nemətlərindən bolluca həzz alanlardan hər
biri özünü az qala ədalətlilik rəmzi, yaşamaqda davam etsə də azadlıq uğrunda
şəhid kimi qələmə verir. Mübahisə etmək də ağılsızlıqdır, bu sadəcə olaraq vicdan
problemi məsələsidir. Ədalət ən yüksək səviyyəsinə çatanda da məhz mənəviyyata,
vicdana
əsaslanacaqdır.
Hər bir tarixi kəsiyin təhlili tam bəyənməkdən tutmuş bərabər qaydadakı etiraza
qədər hisslərin bütöv qammasını əmələ gətirir. Ona görə də nəyinsə demonizasiya
edilməsinə təəccüblənmək də lazım gəlmir. Lakin istənilən halda ən azı öz
dövrümüz və nəslimiz qarşısında məsuliyyət daşıdığımızı unutmamalıyıq.
Dostları ilə paylaş: |