Telman orucov


“525-ci qəzet”.5,6,7,8,12,13.05.2010



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix12.02.2017
ölçüsü3,49 Mb.
#8342
1   ...   5   6   7   8   9   10   11   12   ...   28
 
“525-ci qəzet”.5,6,7,8,12,13.05.2010 
 
 
Atanın arzularına sədaqət 
(Barak Obamanın kitabı haqqında qeydlər) 
 
ABŞ-dakı  prezident  seçkilərində  Barak  Obamanın  zəfərinə  həsr  olunmuş 
kiçik yazını oxuyan ziyalı dostum zəng edib, dünyanın müxtəlif guşələrində qalxan 
sevincə  tam  şərik  olduğunu  bildirdi.  Hacı  titulu  daşıyan  həmin  mömin  adam 
xüsusən Obamanın babasının müsəlman olması ilə əlaqədar bu hissləri yaşadığını 
dedi  və  öz  ümidini  də  dilə  gətirdi  ki,  bundan  sonra  yəqin  ki,  fundamentalizmlə 
mübarizə pərdəsi altında islama qarşı yeni səlib yürüşünə, kimlərisə müdafiə etmək 
naminə  müsəlman  dünyası  əleyhinə  ümumi  cəbhə  açmaq  cəhdi  kimi  ağılsız 
siyasətin davam etdirilməsinə son qoyulacaqdır. Sonra o, yeni seçilmiş prezidentin 
tərcümeyi-halından,  atasının  oğluna  tövsiyələrindən  maraqlı  şeylər  danışdı, 
bunların  islam  dəyərlərindən  gəlməsini  vurğulamağı  da  unutmadı.  O,  Obamanın 
türk dilinə tərcümə olunmuş “Dreams from My Father» – «Atamdan gələn arzular» 
(türklər  «Babamın  həyalları»  adlandırmışlar)  əsərini  diqqətlə  oxuyubmuş  və 
lütfkarlıqla kitabı mənə təklif etdi. Marağım daha da artdı, lakin başqa dilə (özü də 
yaxşı  bilmədiyim  bir  dilə)  tərcüməyə  böyük  etibarım  olmadığından,  kitabla 
orijinalda tanış olmağı daha əlverişli saydım. 
Əvvəlcədən onu demək istərdim ki, səmimi monoloq və əsasən ailəvi dialoq 
şəklində  yazılmış  bu  kitab  maraqla  oxunur,  olduqca  sadə  dildədir.  Müəllif 
həyatında  baş  vermiş  hadisələrə  hansısa  bər-bəzək  verməkdən  uzaqdır,  bu 
xüsusiyyət əsərin bədii dəyərini heç də azaltmır, əksinə gerçək dramatizmi ilə daha 
da  artırır.  «Nyu-York  Tayms»  qəzetinin  rəyçisi  yazır  ki,  «(O)  nadir 
siyasətçilərdəndir ki, həqiqətən yaza bilir və özü haqqında təsirli qaydada və doğru 
yazır».  Bu  rəylə  qismən  razılaşmaqla  yanaşı,  onun  doğrudan  da  yalnız  müasir 
siyasətçilər  arasında  fərqləndiyini  qeyd  etmək  olar.  Tarixdə  isə  siyasətçilərin 
əksəriyyəti olmasa da, xeyli hissəsi böyük qələm sahibləri hesab olunurdu. Bibliya 
tərəfindən  şöhrət  çələngi  ilə  mükafatlandırılmış  İsrail-İudeya  çarları  David  və 
Solomon,  XVI-XVII  əsrlər  İngiltərəsinin  dövlət  xadimləri  Tomas  Mor  və  Frensis 
Bekon, XVIII əsr Fransasındakı onların davamçıları, XIX əsr Böyük Britaniyasının 

113 
 
bəzi  baş  nazirləri  (məsələn,  Eduard  Stenli,  Bencamin  Dizraeli),  ABŞ-ın  bani-
ataları,  xüsusən  Bencamin  Franklin,  Tomas  Cefferson,  Aleksandr  Hamilton  bu 
sahədəki  istedadları  ilə  fərqlənirdilər.  XX  əsrin  əvvəllərində  prezident  olmuş 
Vudro  Vilson  öz  ölkəsinin  tarixi  haqqında  beş  cildlik  əsərin  müəllifi  idi.  Con 
Kennedi isə 1956-cı ildə Pulittser mükafatına layiq görülən «Profiles in Courage» 
– «Cəsarət kiçik tərcümeyi-halları» kitabı ilə məşhurlaşmışdı. 
Təkcə  siyasətçilər  deyil,  onların  xanımları,  birinci  ledilər  də  avtobioqrafik 
janrda  qələmlərini  sınamışlar.  Eleonora  Ruzvelt  öz  kitabında  dörd  dəfə  prezident 
seçilmiş və dahiyanə şəxsiyyət olan əri haqqında geniş məlumat verir. Naməlum, 
gizlədilən  hadisələrə  də  işıq  salmağı  bacarır.  SSRİ  xarici  işlər  naziri 
V.M.Molotovun  1942-ci  ildə  Vaşinqtona  gələrkən,  onun  paltarlarını  qaydaya 
salmaq  istəyən  qulluqçunun  qonağın  çemodanında  əşyalar  arasında  gizlədilmiş 
tapançanı  və  bir  neçə  lülə  kolbasanı  tapdığını  yazır  və  bunu  onunla  izah  edir  ki, 
yəqin  ki,  o,  təyyarəsinin  almanlar  tərəfindən  vurulduğu  təqdirdə  sağ  qalsa  özünü 
müdafiə  etmək  və  götürdüyü  ehtiyatla  aclıqdan  xilas  olmaq  məqsədini güdürmüş. 
Nensi  Reyqan  isə  öz  kitabında  SSRİ  liderinin  arvadı  Raisa  Qorbaçovanın  ədəb 
qaydalarına məhəl qoymayaraq Ağ evdəki prezidentin yataq otağında çarpayıların 
yerini dəyişdirməyi nəzakətsiz qaydada məsləhət gördüyünü yazır və onu da qeyd 
edir ki, Parisdə olarkən Andropovun sərgidəki şəklini ona göstərən Raisa deyibmiş 
ki, yüksəlməyimizə görə biz ona borcluyuq. 
Siyasi xadimlər də tarixi şəxsiyyətlərə qiymət verdikdə ümumi stereotiplərin 
təzyiqinə 
əhəmiyyət  verməyərək,  onlara  başqa  prizmadan  baxmaqdan 
çəkinməmişlər.  Con  Kennedi  öz  kitabında  ölkəsinin  ən  koloritli  on  şəxsiyyəti 
haqqında,  ABŞ  tarixində  onların  qeyri-adi  cəsarəti,  ümumi  rəyə  məhəl 
qoymamaları barəsində söhbət açır. Linkolnun qətlindən sonra prezident kürsüsünə 
yiyələnmiş  Endryu  Consona  Konqressin  hüquqlarını  pozması  və  digər  xətalarına 
görə impiçment elan edilməsi cəhdini yeganə səsi ilə ölkəsinin şərəfi naminə pozan 
və  senatda  təklifin  əleyhinə  səs  verməklə  prezidentin  tükdən  asılı  qalmış  taleyini 
müsbət həll edən senator Rossun qeyri-adi müstəqilliyini tərifləyir. Az qala bir əsr 
sonra  1946-cı  ilin  sonunda  keçmiş  prezident  Uilyam  Taftın  oğlu,  görkəmli 
siyasətçi  kimi  tanınan  senator  Robert  Taftın  senatdakı  çıxışında  Nyürnberq 
tribunalının  alman  hərbi  caniləri  barədə  hökmünün  qanundan,  beynəlxalq 
hüquqdan  kənar,  qaliblərin  məğlublar  üzərində  mühakiməsinin  ədalətsiz  və 
qəddarlıq  nümunəsi  olduğunu,  ABŞ-ın  demokratik  imicinə,  hüququn  aliliyi 
prinsipinə ağır zərbə vurduğunu qeyd etməklə öz dövründə təkcə ölkəsindəki deyil, 
bütün  dünyadakı  ictimai  rəyə  əks  çıxmaqla  böyük  mərdlik  göstərdiyini  yazır. 
Müəllif  qeyd  edir  ki,  Robert  Taftın  əvvəlki  prezident  seçkilərindən  fərqli  olaraq 
1948-ci  il  seçkilərində  Respublikaçılar  partiyasından  namizəd  göstərilməsi  və 
seçkiləri  udması  şansı  xeyli  böyük  idi.  Lakin  o,  vicdanının  səsinə  qulaq  asıb, 
ümumi rəyin əsarətinə qarşı çıxdı. Belə cəsarətli bəyanatına görə isə əsl anafemaya 
məruz  qaldı,  böyük  siyasət  səhnəsini  tərk  etməyə  məcbur  oldu.  Bunlar  Amerika 
siyasət  tarixinə  parlaqlıq  verən  faktlardır.  Buna  rəğmən,  2008-ci  il  prezident 
seçkilərinin  yekununu  da  xalqın  iradəsinin  ənənəvi  qaydaları  qırıb  dağıtması 
nümunəsi hesab etmək olar. 

114 
 
Bir sıra siyasətçilərə yazdıqları kitablar az şöhrət gətirməmişdir. Ədəbi-tarixi 
irsinin  nəhəngliyi  ilə  seçilən  Uinston  Çörçill  təsadüfi  deyil  ki,  ədəbiyyat  üzrə 
Nobel  mükafatına  layiq  görülmüşdü.  Hindistanın  ilk  baş  naziri  olmuş  Cavahirləl 
Nehru «Ümumdünya tarixinə baxış» adlı üç cildlik populyar dildə yazılmış əsərin, 
İndoneziyanın  ilk  prezidenti  Sukarno  qadın  probleminə  həsr  olunmuş  «Sarina» 
kitabının,  Çin  Xalq  Respublikasının  ilk  sədri  Mao  Tsze-dun  fəlsəfi  və  poetik 
əsərlərin  müəllifləridir.  ABŞ-ın  yeni  seçilmiş  prezidentini  də  bu  siyahıya  daxil 
etmək düzgün olardı.  
Barak Obama kitabının 2004-cü ildəki, demək olar ki, on il sonra baş verən 
ikinci nəşrinə müqəddimədə amerikan yazıçısı Folknerin bir mülahizəsini xatırladır 
ki, keçmiş heç vaxt ölmür və onu heç keçmişin özü də dəfn edə bilmir. Doğrudan 
da kollektiv tarix olan keçmiş onun özünə də dərs verdiyindən bunu qələmə almaq 
ehtiyacı  yaranmışdır.  Burada  qara  afrikalı  atasının  və  ağ  amerikan  anasının  oğlu 
kimi  Obamanın  ona  təsir  edən  qüvvələri  anlamağa  həsr  etdiyi  mübarizə 
əhvalatlarından söhbət açılır. Bu mübarizə onu Amerikanın göbəyindən Afrikadakı 
gözdən-könüldən uzaq Aleqo kəndinə gətirib çıxarır. 
Onun xatirələri süni, şit boyalardan, dövrə ünvanlanmış saxta düzəlişlərdən 
xalidir.  Onların  əvəzinə  yeri  gəldikcə  «Attika  duzundan»,  yumordan  istifadə 
etməyi  də  unutmur.  Müəllif  heç  nəyi  ört-basdır  etmək  istəmir,  öz  nəslindən  olan 
insanların  eyiblərini,  bəzi  adətlərin  naqisliyini  gizlətmək  həvəsinə  də  düşmür, 
qüsurları  çılpaq  adı  ilə  adlandırmaqdan  çəkinmir,  heç  bir  evfemizmə  ehtiyac 
duymur.  O,  babasının  da,  atasının  da  səhvlərini  doğmalıq  əlaqələrinə  qurban 
vermək istəmir. Milli xüsusiyyətlərin təbiətindən gələn, nəsil ənənələrinə xas olan 
büdrəmələrini  də  qələmə  alır  və  bu  mürəkkəb  həyat  sürmüş  insanların  acı 
odisseyalarını müxtəlif hadisələr kəsiyində daha canlı ifadə etməyi bacarır. Onun 
öz yaxınlarına olan məhəbbəti və ehtiramı isə hər səhifədə sayrışan ulduz kimi işıq 
saçır. 
Öz  adının  ştat  senatına  seçki  kampaniyası  vaxtı  respublikaçılar  tərəfindən 
istehza  hədəfi  olmasını  da  gizlətmir.  «Barak»  sözü  isə,  əvvəllər  dostlarına  dediyi 
kimi,  ərəbcə  «xoşbəxt»,  «bəxtiyar»  deməkdir,  babası  Hüseyn  Onyanqo  Obama 
müsəlman  olduğuna  görə  ilk  oğluna  bu  adı  qoymuşdu.  Onun  atası  isə  həmin  adı 
oğluna  vermişdi.  O,  ümidsizlik  və  qarmaqarışıqlıq  dənizində  üzdüyünü  də 
unutmur. Bu dənizin tufanları uşaq taleyinə xüsusilə güclü təsir göstərir. 
Lakin  onu  da  qeyd  edir  ki,  hər  bir  nikbin  əlamət  üçün  Amerika  aclığına 
məruz  qaldıqda  tam  başqa  metamorfozalar  baş  verdi,  özünü  özündən  gizlətmə 
cəhdi  arxada  qaldı.  Axı  o,  əvvəllər  öz  uşaqlığına  və  onu  əhatə  edən  əhvalatlara 
etibar etməməyə öyrənmişdi.  
Avtobioqrafik  əsərlər  ta  qədimdən  yazılmağa  başlanmış,  onlar  tarixi  dövrü 
və şəxsiyyətləri daha yaxından tanımağa şərait yaratmışdır. Yuli Sezarın, Avqustun 
yazılı irslərini buna misal göstərmək olar. Kiçik Plini imperator Trayana həsr etdiyi 
məktublardan  ibarət  panegirik  kitabında  özünü  də  unutmamış,  hansı  ideyalarla 
yaşadığını  açıb  göstərə  bilmişdi.  Müqəddəs  Avqustin  avtobioqrafik  «Etiraf» 
əsərində  şəxsiyyətin  necə  formalaşdığını  təsvir  edir.  Avqust  üslubunda  yazan 
Uinston  Çörçillin  fundamental  «İkinci  dünya  müharibəsi»  əsəri  bir  növ  həm  də 

115 
 
həmin dövrün çərçivəsinə qapanmış memuar xarakteri daşıyır.  
Tanış  olduğumuz  təvazökar  müəllif  də  ailəsinin  tarixinə,  özünün  ictimai 
fəaliyyətinə  həsr  olunmuş  əsərində  keçdiyi  həyat  yolunun  hamar,  taleyinə  düşən 
çətinliklərdən  xali  olmadığını  yazır.  Uşaqlıq  və  gənclik  xatirələrində  fəlsəfi 
ümumiləşmələrə  can  atmamaq  şərtilə  üç  qitənin,  tanış  olmaq  imkanı  qazandığı 
şəhərlərin  sakinlərinin  fərqli  dünyasına,  əsasən səfil  insanların  qəlbinə və  ruhuna 
nüfuz  etməyə  cəhd  edir  və  buna  onun  müdrikliyi  də  çatır.  O,  heç  də  öz  üzərinə 
patalogiyaları  tədqiq  etmək  vəzifəsini  qoymamışdır,  lakin  hər  cəmiyyətə  bəla 
gətirən  ayrı-ayrı  fəsadlardan baş  çıxarmağı  bacarır  və  ən  azı  yaşadığı  məkanlarda 
öz imkanları daxilində onların müalicəsinə girişməkdən də çəkinmir. 
 Onun  Havay  adaları,  İndoneziya  və  Keniya  barədə  qeydləri  uşaqlıq  və 
təcrübəsiz  gənclik  müşahidələrinə  əsaslansa  da,  impressionist  rəssamların  peyzaj 
təsvirlərində istifadə etdikləri plener üslubu tək, həmin ölkələrin sosial hava mühiti 
də  təbii  işıqda verilir. Burada  dərin  nəzəri  baxış özünü  biruzə verməsə  də, maraq 
dairəsinin genişliyi bunu kompensasiya edə bilir. 
 Uşaqlığında  özündə  iki  dünyanı  birləşdirməsi  onun  ağlına  çətinliklə  batsa 
da, az sonra bu həqiqəti dərk etməli olur. 1959-cu ildə Havay universitetində təhsil 
almağa gəlmiş qara keniyalı gənc, bir il sonra elə həmin vaxtlar materikdən buraya 
gəlmiş  valideynlərinə  qoşulan  ağ  amerikan  qızla  evlənmiş,  bu  nikahdan  körpə 
Barak  dünyaya  gəlmişdi.  O,  böyüdükcə  zənci  atasının  qətran  kimi  qara,  anasının 
isə süd kimi ağ olmasını anlamağa başladı. Bu kontrast heç də kiçik məsələ deyildi 
və  o,  atasının  dominant  qanından  öz  dərisinin  qaralığını  almışdı.  Anasının  ağ 
olmasından isə  özünü  müdafiə qalxanı kimi istifadə etməsinə əhəmiyyətsiz bir iş 
kimi 12-13 yaşında son qoydu. 
 Uşaqlığının  çoxunu  və  yeniyetməliyini  keçirdiyi  Havay  adalarının  hər  cür 
irqi  fərqləri  əridən  qazan  olması  onun  könlünün  sakitliyinə  müəyyən  şərait 
yaradırdı.  Lakin  ailəsində  baş  verən  hadisələr  onun  taleyində  izsiz  ötüşmürdü. 
1963-cü  ildə  iki  yaşı  olanda  atası  onları  tərk  etmiş,  anası  isə  başqasına  ərə 
getmişdi. 
Anası  və  indoneziyalı  atalığı  ilə  Cakartaya  gələndə  yolun  üstündəki  on 
mərtəbə  hündürlüyündə  olan,  hinduizm  dilinin  ilahisi,  insan  bədənli,  meymun 
sifətli Hanumanın - «meymun allahın» heykəli bu altı yaşlı uşağın heyrətinə səbəb 
olmuşdu.  Bu  ölkədə  o,  beş  il  yaşadı.  Yerli  adamların  xeyli  hissəsinin  dilənçi 
vəziyyətində  yaşamalarının  şahidi  olmuşdu,  qapını  döyməkdə  aram  bilməyən 
dilənçilər  bunun  əyani  sübutu  idi.  Bu  səhnə  həmin  ağrı  dalğasının  sonsuzluğuna 
dəlalət edirdi. 
Atalığı  ona  təlqin  edirdi  ki,  yaxşısı  budur  güclü  olasan,  zəiflərə  güclülər 
daim  qalib  gəlir.  Hətta  onu  da  əlavə  edirdi  ki,  insan  yediyi  ətdən  güc  alır  və  ona 
yemək  üçün  pələng  əti  gətirəcəyinə  söz  vermişdi.  Anası  isə  ona  deyirdi  ki,  bəşər 
övladı kimi böyümək istəyirsənsə hansısa dəyərə ehtiyac duymalısan. Çoxları yer 
üzərindəki  çətinliyə  dözmək  üçün  fatalizmi  bir  zərurət  kimi  qəbul  edir,  onun 
kölgəsini  bir  sığınacaq  sayır.  Ana  oğlunu  öz  qüvvəsinə  inanan  kimi  görmək 
istəyirdi,  irsən  bu  keyfiyyətə  malik  olmasının  əsası  kimi  onun  beyninin, 
xarakterinin inadkar atasından gəldiyini uşağa dərk etdirməyə çalışırdı. 

116 
 
Lakin  həyat  onun  şüuruna,  düşüncələrinə  öz  düzəlişlərini  etmək  cəhdindən 
də  qalmırdı  və  bu  təsirlər  bədbinlik  hissləri  yaratmaya  bilməzdi.  Bir  dəfə  bu 
məktəbli  uşaq  «Layf»  jurnalında  öz  dərisini  soymağa  cəhd  edən  qara  adamın 
şəklini gördükdə sarsılmışdı. Anası ona təskinlik verərək məşhur zənci kinoaktyoru 
Harri Belafontenin planetin  ən yaraşıqlı kişisi olduğunu demişdi. Barak uşaqlıqda 
və gəncliyində ümumən  qaralara həqarətli  münasibətlərlə  çox  rastlaşmışdı. Kürən 
sifətli  sinif  yoldaşı  ondan  həyasızcasına  soruşmuşdu  ki,  sənin  atan  adam 
yeyəndirmi? 
On yaşı olanda o, artıq yenidən Havay adalarında oxuyurdu. Milad bayramı 
ərəfəsində nənəsi ona bildirdi ki, bu yaxınlarda atası sizinlə görüşməyə gələcəkdir. 
Anan da Yeni ili burada olacaqdır. Bu xəbər ona heç bir təsir göstərmədi. Çünki o, 
doğma atasını heç xatırlamırdı da. Atası  əvvəlcə Harvard universitetində oxumaq 
üçün  materikə  yollanmış,  təhsilini  başa  vurduqdan  sonra  isə  vətəni  Keniyaya 
qayıtmışdı.  Körpəliyindən  atasını  görməyən  uşaq  onun  gətirdiyi  hədiyyələrə  də 
biganə idi. 
Böyük  Barak  vətənində  düşdüyü  ağır  avtomobil  qəzasından  sonra  uzun 
müddət  müalicə  olunduğundan  indi  oğlunun  gözündə  olduqca  arıq  bir  kişi  kimi 
görünürdü. Lakin səkkiz illik fasilədən sonra da, o keçmiş ailəsinin yanında özünü 
zəhmli aparırdı və amiranə iradları onun qürurundan xəbər verirdi. Milad bayramı 
günlərində  tətil  vaxtı  olduğundan  oğlu  televiziyadakı  maraqlı  bir  verilişə  baxan 
vaxt,  atası  ona  acıqlandı  ki,  bəs  dərs  tapşırıqlarını  nə  vaxt  hazırlayacaqsan? 
Tövsiyə etdi ki, sən yaxşı oxumalısan. Afrikadakı övladlarını nəzərdə tutaraq dedi 
ki,  sənin  qardaşların  və  bacın  çox  yaxşı  oxuyurlar.  Bu  qandandır.  Qonşu  otağa 
keçdikdə atasının «o, güclü ələ möhtacdır» sözlərini eşitdi. Bu sözləri ilə atası, elə 
bil ki, hamını ittiham edirdi. 
Bir az sonra vaxtilə Keniyada işləmiş müəlliməsi Barakın atasını şagirdlərlə 
görüşə  dəvət  etdi.  Başqa  sinfin  uşaqları  da  öz  müəllimləri  ilə  bu  görüşə  qatıldı. 
Böyük  Barak  məktəblilərə  olduqca  maraqlı  mühazirə  oxudu.  İlk  insanın  məhz 
Şərqi  Afrikada  meydana  gəlməsindən,  ölkəsinin  zəngin  faunasından  söhbət  açdı, 
cavan  oğlanın  öz  kişiliyini  sübut  etmək  üçün  şiri  öldürməsindən  danışdı. 
İngilislərin  ağalığı  altında  yaşadıqlarından,  amerikalıların  vaxtilə  apardığı  kimi 
xalqının  öz  azadlığı  və  istiqlaliyyəti  uğrunda  mübarizəsindən,  çoxlarının  yalnız 
dərisinin  rənginə  görə  qul  edilməsindən,  britaniyalıların  ədalətsiz  idarəçiliyindən 
xeyli misallar gətirdi. Onun çıxışı alqışlarla başa çatdı. Vaxtilə kannibalizm barədə 
sual vermiş kürən oğlan indi atasının təlaş hissi keçirməməsini tərifləməyə başladı. 
Kiçik  Barak  getdikcə  uşaq  biganəliyindən  uzaqlaşırdı.  Ərindən  boşanıb 
İndoneziyadan  daimi  sığınacağına  qayıdan  anasına  o,  hər  işdə,  həmçinin  ögey 
bacısına  qayğı  göstərməkdə  kömək  edirdi.  Anası  işləmək  üçün  yenidən 
İndoneziyaya  qayıtdıqda,  Barak  ora  getməkdən  qəti  surətdə  imtina  etdi.  Bu 
yeniyetmə  artıq  müstəqil  olmağa  can  atırdı,  baba  və  nənəsi  ilə  qeyri-formal 
müqavilə  bağlamışdı  ki,  bir  şərtlə  onlarla  yaşayacaqdır  ki,  istədiyi  vaxt  onu  tək 
yaşamağa  buraxacaqlar.  Valideynlərindən  aralıda  olduqda  o,  yalnız  daxili 
mübarizəsi  ilə  məşğul  olacaqdı.  Bir  qara  adam  kimi  özünü  Amerikada  ayağa 
qaldırmağa cəhd edəcəkdi. Onun inadkarlığı, sonralar formalaşan intellekti, həm də 

117 
 
müqayisə olunmayan özintizamı daha uzağa getməsinə, daha yüksək zirvələri fəth 
etməsinə şərait yaratdı. 
Cəsarətli  addımlar  atmaqda  onu  birinci  dəstəkləyən  şəxs  atası  idi. 
Məktublarında  oğluna  həyati  məsələlərin  yeni  həll  yollarını  göstərirdi,  məktəbdə 
uğur  qazanmasını  məsləhət  görürdü.  Həm  də  israrlıqla  bildirirdi  ki,  üçünün  də  – 
anasının, onun və bacısının nə vaxt istəsələr Keniyaya gəlmələrinə şad olacaqdır. 
Bir  məsləhətini  isə  aforizm  qaydasında  ifadə  etmişdi.  «Su  öz  səviyyəsini  tapdığı 
kimi,  sən  özünə  uyğun  gələn  karyeranı  tapacaqsan».  Bu  olduqca  böyük 
uzaqgörənliklə deyilmiş sözlər idi.  
Xoşbəxtlikdən,  ona  ağıllı  məsləhət  verən  başqa  adamlar  da  var  idi.  Qoca 
zənci  şairi  Frank  qadınlardan  uzaq  olmağı  tövsiyə  edirdi,  çünki  onlar  səni  içki 
içməyə  öyrədəcəklər  və  beləliklə  qəbirə  sürükləyəcəklər.  Bəlkə  də  belə 
məsləhətlərin  təsiri  altında o, idmana  böyük  maraq  göstərir, basketbol oynamaqla 
məşğul  olur.  Punahou  komandasında  çıxış  edir,  bu  sahədə  yaxşı  uğur  qazanırdı. 
Şair deyirdi ki, görürsənmi, hörmət sənin atanın kim olmağından deyil, özünün nə 
etməyindən gəldi. Doğrudan da, həm də idman ona ağ dostlar bəxş etdi, qara rəngli 
olması ot üzərində ona ziyan vura bilmirdi. Axı zəncilərə pis gözlə baxan cavanlar 
güman  edirdi  ki, qara  adamlar  pis və  əclafdırlar. Belə  münasibət  cəhalətin xüsusi 
nümunəsi hesab oluna bilərdi. Onlar ən azı, düşünürdülər ki, qaralar onların haqsız 
təhqirinə  layiqdir.  Onu  oyundan  çıxaran  məşqçiyə  də  Barak  daha  təhqiramiz 
ifadələr  işlətməklə  ağ  adamların içərisində  də  cahillər olduğunu  demişdi. Məşqçi, 
müəllim  və  ya  ağ  cavan  qara  adamın  üzünə  tüpürə  bilərdi,  bu  onların  güc  sahibi 
olmasından irəli gəlirdi. 
Babası  və  nənəsi  isə  bu  oğlan  üçün  hər  şeyi  qurban  verməyə  hazır  idilər. 
Özlərinin  çin  olması  ləngiyən,  uzaqlara  gedən  ümidlərini  də  onun  uğuruna 
bağlayırdılar. Onlar öz məhəbbətlərindən şübhələnməyə elə bir əsas da vermirdilər. 
Uğursuzluğa  yol  vermədən  məktəbi  qurtardıqdan  sonra  Barak  bir  neçə 
nüfuzlu təhsil ocağına qəbul olunsa da, Los-Ancelesdəki Qərb kollecində oxumağı 
qərara aldı. Qoca şair dostu, deyəsən onun bu niyyətindən o qədər də razı deyildi. 
O,  hətta  qılçındakı  ağrını  da  afrikalının  güclə  ayağına  Avropa  ayaqqabısını 
geyinmək  cəhdinin  nəticəsi  hesab  edirdi  və  məzəmmət  qaydasında  deyirdi  ki,  öz 
irqinizi  qapıdaca  tərk  edirsiniz.  Kollecə  təhsil  almağa  deyil,  orada  məşq  etməyə 
gedirsiniz,  onlar  sizi  lazım  olmayan  şeylərə  öyrətmək  istəyirlər.  Sonra  da  əlavə 
etmişdi: «Gözlərini açıq saxla. Oyaq qal!».  
Barak  artıq  tələbə  idi.  Qərb  tələbə  şəhərciyi  (kampusu)  Pasadenadan  bir 
qədər  aralı  idi.  O,  tələbə  yataqxanasında  yaşayırdı.  Burada  irq  problemi 
qabardılırdı. Bir tələbə qızı Qara Tələbə Assosiasiyasının mitinqinə dəvət edəndə 
demişdi  ki,  mən  qara  deyiləm,  multiirqliyəm.  Belələri  dərilərinə  görə 
tanınmadıqlarını deyirdi. Gecələr yataqxanada müstəmləkəçilik məsələsi müzakirə 
edilirdi.  Bir  irqçi  kitabda  yazılmışdı  ki,  Afrika  dünyanın  zibil  quyusudur,  qara 
adamlar  vəhşidirlər,  onlarla  istənilən  kontakt  infeksiya  əmələ  gətirir.  Bu  dünyaya 
baxışın  iyrənc  növü  idi,  adamlara  nifrət  ruhu  aşılayırdı  ki,  qaralar  şeytandırlar. 
Bundan məqsəd həm də ağ adamları qorxuzmaq idi. 
Bir dəfə o, ciddi sınaqla üzləşdi, himayəçilər mitinqini açmalı idi. O, özünü 

118 
 
buna  hazır  hesab  edirdi,  yalnız  düz  sözləri  tapmaq  lazım  idi,  düz  sözlə  hər  şey 
dəyişilə  bilərdi  –  aparteiddən  əziyyət  çəkən  Cənubi  Afrika  da,  bir  az  aralıda 
gettoda  yaşayan  uşaqların həyatı  da,  özünün dünyadakı havası  çatmayan  yeri  də. 
Ona  görə  də  çıxışını  belə  başladı.  «Mən  deyirəm,  bu,  başlanan  mübarizədir. 
Okeandan o tərəfdə baş verir. Lakin bu mübarizələr hər kəsə və bizim hər birimizə 
toxunur.  Biz  bunu  bilsək  də,  bilməsək  də,  istəsək  də,  istəməsək  də.  Mübarizə 
özündəki  tərəfləri  seçməyi  tələb  edir.  Qaralar  və  ağlar  arasında  yox.  Varlılar  və 
kasıblar arasında yox. Yox, bu onlardan daha çətin seçimdir. Bu ləyaqətlə asılılıq 
arasındakı seçimdir. Ədalətlə ədalətsizlik arasında, borcla laqeydlik arasında, düzlə 
əyri arasındakı seçim». Tələbə dostları gəlib axşam onu təbrik etdilər. Dostu olan 
qız isə qətiyyətliliyin olmasını vacib hal kimi qiymətləndirdi. İlk təşəbbüs uğurlu 
alınmışdı. 
Kollecdən  sonra  artıq  Nyu-Yorkda,  Manhettendə  yaşayanda  atasından  yenə 
məktub aldı. Onu bir daha dəvət edirdi, yazırdı ki, buraya hətta bir neçə günlüyə də 
gəlsən,  bu  çox  vacib  məsələdir  ki,  öz  xalqını  tanıyarsan,  bilərsən  ki,  sən  haraya 
məxsussan.  Haraya  məxsus  olduğunu  hökmən  bilməlisən.  Lakin  Barak  başqa  cür 
düşünürdü.  Afrikanın  onun  vətəni  olmasını  iddia  etməyin  artıq  gec  olduğunu 
bilirdi. 
Qaralara  rəğbət  bəsləyənlər  arasında  belə,  onları  fəaliyyətsizlikdə, 
cəsarətsizlikdə ittiham edənlər az deyildi. Bir iranlı tənqidi qaydada deyirdi ki, niyə 
indiyədək onlar vuruşmayıblar. Barak ona cavab vermək istədi ki, bəs Savak (İran 
siyasi  polisi)  əclafları  şaha  müxalif  olanları  qətlə  yetirəndə  və  işgəncə  verəndə, 
niyə  iranlılar  əllərini  əllərinin  üstünə  qoyub  heç  nə  etmirdilər.  Digər  tərəfdən 
zəncilər  də  bütövlükdə  bircinsli  məhlul  deyillər,  görkəmli  lider  Malkolm  İksin 
dediyi kimi, ev zənciləri ilə tarla zənciləri arasında böyük fərq vardır. 
Çox  götür-qoy  etdikdən  sonra  onun  şüuruna  təşkilatlanmaq  ideyası  hakim 
kəsilmişdi,  bu  bir  xilas  vədi  idi.  Lakin  bir  il  rahat  işləməyi  qərara  aldı.  Onu 
çoxmillətli korporasiyanın məsləhət evinə tədqiqat assistenti götürdülər. O, özünü 
düşmən arxasına düşmüş casusa bənzədirdi. Manhettendəki ofisə gəlib kompyuter 
qarşısında Röyter agentliyinin xəbərlərini izləyirdi. Onun təşkilatlanmaq ideyasını 
isə  bəyənmirdilər,  məsləhət  görürdülər  ki,  onu  unut,  əvəzində  pul  gətirən  işdən 
yapış.  Onu  maliyyə  işinə  irəli  çəksələr  də  o,  deyilənlərə  əhəmiyyət  verməyib, 
məsləhət firmasındakı işindən çıxıb, təşkilat ideyasına ciddi yanaşmağa başladı və 
1983-cü ildə icma təşkilatçısı olmağı qərara aldı. O, qara adamları təşkil edəcəkdi. 
Bu  məqsədlə  Çikaqoya  getməyi  qərara  aldı.  Bu  şəhər  barədə  ondan  ilk  dəfə 
soruşanda demişdi: «Dünya üçün donuz qəssabxanasıdır». Buna cavab olaraq ona 
qəssabxanaların xeyli vaxt əvvəl bağlandığını demişdilər.  
Barak  onu  da  bilirdi  ki,  Çikaqo  Amerikanın  ən  qatı  seqreqasiya  şəhəridir, 
ağlarla qaraların ayrıca yaşamasını tələb edən məkandır. Bu vaxtlar qara siyasətçi 
Harold Vaşinqton şəhərin meri seçilmişdi, lakin bu ağ adamların xoşuna gəlmirdi. 
Qütbləşmiş şəhər siyasətçi üçün heç də pis yer deyildi. Bu fikir öz təsdiqini tezliklə 
tapdı.  Çikaqo  həqiqətən  də  onun  geniş  fəaliyyət  meydanına,  etimad  qazanmaq 
beşiyinə  çevrildi.  Birinci  ildə  ona  on  min  dollar  maaş,  avtomobil  almaq  üçün 
nəqliyyat xərci kimi əlavə iki min dollar təklif etdilər. İşlər yaxşı getsə əməkhaqqı 

119 
 
artırılacaqdı. 
Burada  onun  təşkilat  yaratmaq  ideyası  ilə  şəhər  ətrafında  yerləşən  iyirmi 
kilsə razılaşdı, yeni təsis edilən qurumun adını isə Kalumet İcma Dini Konfransı və 
ya KİDK qoydular. Bu addakı birinci sözə gəldikdə, Şimali Amerika hindularının 
sülh qəlyanı kalumet adlanır. İşlər ümid olunan qaydada gedirdi. İlk mühüm qələbə 
qazanıldı.  İllinoys  qanunvericiliyi  500  min  dollarlıq  kompyuterləşdirilmiş  iş  yeri 
proqramının maliyyələşdirilməsi ilə razılaşdı. Qarşıda yeni iş bankı açmaq vəzifəsi 
dururdu. Lakin investisiya bankları, siyasətçilər, «kök pişik» lobbiçiləri kimi real 
əleyhdarlarla mübarizə aparmaq lazım gəlirdi.  
Ağ  lyüteran  kilsəsindəki  iki  min  nəfərlik  auditoriya  qarşısında  KİDK-in 
tarixi  və  vəzifələri  elan  edildi.  Qara  və  ağ  qanunverici,  baptist  keşiş,  kardinal, 
nəhayət  qubernator  çıxış  etdi.  Axırıncı  təntənəli  qaydada  yeni  iş  bankına  öz 
köməkliyini  təklif  etdi.  Bu  İllinoysun  zəhmət  adamları  naminə  gənc  təşkilatçının 
yorulmaz səylərinin bariz nişanəsi idi.  
Barak üç həftə  ərzində  adamlarla  söhbət apardı, onları dinləməyə  daha  çox 
diqqət verirdi. Lakin adamları təşkilatlandırmaq üçün ən vacib məsələ onların bura 
cəlb  edilməsinə  nail  olmaq  idi.  Bu  sözləri  dostundan  eşitmişdi  və  bu  həqiqəti 
tezliklə  dərk  etdi.  Bir  qadın  oğlunun  dostunun  öz  evinin  qarşısında  qanqsterlər 
tərəfindən  tüfəng  atəşi  ilə  vurulub  qətlə  yetirildiyindən  şikayətləndi,  uşağının  da 
salamat  qalması  imkanı  üçün  qorxu  keçirdiyini  dedi.  Başqaları  da  bu  qorxunun 
mövcudluğunu  qeyd  etdilər.  Belə  problemlər  təşkilatın  daha  da  fəallaşmasını  və 
daha çox adamı  əhatə etməsini tələb edirdi. Bir keşiş isə onun təşkilatının adının 
«İnkişaf üçün icma layihəsi» olduğunu eşidəndə Baraka dedi ki, sən döyüşün səhv 
tərəfindəsən,  bu  işə  ağları,  katolik  kilsələrini,  yəhudi  təşkilatlarını  cəlb  etmək 
lazımdır. 
Onun  diqqəti  iş  strategiyasını  tapmaq  üzərində  cəmlənmişdi,  bu  Altceld 
əhalisinin  ehtiyaclarına  uyğun  gəlməli  idi.  Şəhər  ətrafında  qaralarla  yanaşı  digər 
icmalar da yaşayırdı, onların həyat və düşüncə tərzi bir qədər fərqli idi. Koreyalılar 
biznesdən yaxşı baş çıxarırdılar, onun necə əlaqələndirilməsi, təmərküzləşdirilməsi 
yollarını bilirdilər. Onlar öz pulları ilə ümumi fond yaradırdılar, bir-birlərinə borc 
verirdilər.  Qaralar  isə  bunu  etmirdilər.  Koreya  fəhləsi  həftədə  yeddi  gün, hər  gün 
on altı saat işləyirdi. Qaralar isə bir xalq kimi bu intensiv iş rejiminə hazır deyildi, 
belə  fasiləsiz  işləməyi  bacarmırdılar.  Ona  görə  də  qaralar  biznesdən  qaçırdılar, 
böyük kompaniyalarda işləmək kimi rahat yer axtarırdılar.  
Polisin nəzarəti altında keçirilən bir mitinqdən sonra o, qorxurdu ki, qaralar 
təşkilatdan  uzaqlaşa  bilərlər.  Çünki  bəziləri  qara  millətçilikdən  ilham  alırdı. 
Malkolm  İks  öz  çıxışlarında  bunu  təbliğ  edirdi  və  onun  mövqeyi,  ağların 
əliaçıqlığına  üstünlük  vermək  əvəzinə,  onlara  nifrətə  meyl  edirdi.  Barak  bunu 
qəbul edə bilməzdi, çünki ağlara qarşı ümumi qəzəb anasının ona öyrətdiyi əxlaqa 
zidd  idi.  Bu  əxlaq  xoş  məramlı  fərdlər  ilə  ona  pislik  edənlər  arasındakı,  real 
qəzəblə  cəhalət,  laqeydlik  arasındakı  nazik,  bəlkə  də  hiss  olunmayan  fərqlər  idi. 
Qara icmanın içərisində rəng şüuru öz leksikonuna malik idi. Burda «yaxşı saç, pis 
saç», «qalın ya nazik dodaq», «sən ağ dərilisənsə haqlı, qarasansa geri dön» sözləri 
daha  çox  işlədilirdi.  Əslində  bu  münasibət  özünəməxsus  ümidsizlik  okeanı 

120 
 
yaradırdı,  ancaq  bu  heç  də  hələlik  Edqar  Allan  Ponun  yazdığı  «ümidin 
ümidsizliyi» kimi ən çarəsiz vəziyyət deyildi.  
İslam  Milləti  təşkilatının  üzvü  olanlar  arasında  isə  narkomaniyaya  və 
cinayətə  meyl  özünü  biruzə  verirdi.  Bu  daha  çox  Amerika  həyatının  dibindəki 
pillələrə  uyğun  gəlirdi.  Barak  bunları  qəbul  etmirdi,  qara  adamlar  pıçıltı  ilə  ona 
deyirdilər  ki,  sən  həqiqətən  də  bura  məxsus  deyilsən.  Qaralar  potensial  millətçi 
olduqlarını  göstərirdilər.  Bəziləri  də  bu  məsələdə  özlərini  qaralara  bənzətmək 
istəyirdilər. 
Ağlarla qeyri-ciddi rəqabət o qədər də uğurlu olmurdu. Rəqabətə isə bazar 
iqtisadiyyatı  və  majoritar  idarəçilik  sistemi  şərait  yaradırdı.  Az  istedadlı  qara 
siyasətçilər  tezliklə  dərk  etməyə  məcbur  olurdular  ki,  ağ  siyasətçilər  onlara 
nisbətən  uzun  müddətdən  tanınırlar.  Gənc  liderlər  isə  şəhərdəki  gizli 
mülahizələrtək  səfeh  şeylərlə  məşğul  olurdular.  Bu  mülahizələr  isə  şayiələrdən 
qidalanırdı:  guya  koreyalılar  klan  düzəltmişlər,  yəhudi  həkimlər  isə  iynə  vurmaq 
yolu  ilə  qara körpələri  AIDS virusuna  sirayətləndirirlər. Zorakılıq  şəklindəki qara 
qəzəb  daim  öz  bazarını  tapırdı.  Digər  tərəfdən  bəzi  cəhətlər  qaraları  digər 
ağılsızlıqlardan qoruyurdu, real gücə malik olmadıqlarından onlar antisemizmə və 
asiyalılara  qarşı  mənfi  münasibətə  yuvarlanmırdılar.  Teatr  tamaşalarındakı 
mahnılarda isə zənci qadınlar onları sevənləri, xəyanət edənləri, zorlayanları yada 
salırdılar.  Onlar  abort  olunmuş,  öldürülmüş  uşaqlarına  özlərinin  şəxsi  uşaqlıqları 
kimi ağı deyirdilər. 
Anadan  ögey  bacısı  Auma  Almaniyadakı  Heydelberq  universitetində 
oxuyurdu  və  Çikaqoya  onun  görüşünə  gəlmişdi.  O,  almanlar  barədə  ümumən 
razılıq  ifadələri  işlətsə  də,  onların  da  uşaqlıqda  formalaşmış  münasibətlərini 
qoruyub saxladıqlarını qeyd  edirdi.  Alman nağıllarında  qara  adam  daim  cin  kimi 
verilir.  Axı  belə  şeylər  heç  də  tezliklə  unudulmur.  Bacısı  atasını  Qoca  kişi 
adlandırdı, Barakın davranışını onunkuna bənzədirdi. Qoca kişinin daim özünü ağa 
kimi  apardığını  deyir  və  əlavə  edirdi ki,  yəqin ki, bu, qandadır.  Bu vaxt  Barakın 
yadına  Nyu-Yorkda  yaxınlıq  etdiyi  ağ  qadının  qaralar  barədəki  tamaşaya 
baxdıqdan  sonra  «zəncilərin  niyə  həmişə  belə  acıqlı  olduğu»  sualı  düşdü.  O, 
sakitcə cavab vermişdi ki, bu yalnız yaddaş məsələsidir, axı heç kəs soruşmur ki, 
bəs niyə yəhudilər holokostu xatırlayırlar. 
Auma  uşaq  vaxtı  Aleqoda  olduqları  dövrü  xatırladı.  Buradakı  ikinci 
arvadından  iki  uşağı  olan  ata  Amerikadan  gələn  Rut  adlı  ağ  qadınla  Nayrobidə 
yaşayırdı.  Bir  yerdə  yaşayanda  həmin  qadının  onun  yeni  anası  olduğunu  başa 
düşmüşdü. Ağ qadın atasının əvvəlki arvadı ilə yaşamaq istəməmişdi. Qoca kişinin 
başqa  qara  arvadı  da  var  idi,  bu  vaxt  bir-birinin  ardınca  dörd  qardaşları 
doğulmuşdu, ikisi Rutun, ikisi isə həmin qadının uşaqları idi. 
Bacısı ona Keniyada baş verən siyasi hadisələrdən də söhbət açdı. 1973-cü 
ildə  müstəqillik  qazandıqdan  sonra  prezident  olan  Kenyatta  ən  böyük  tayfa  olan 
kikuyulardan  idi.  Atasının  mənsub  olduğu  luolar  isə  ikinci  böyük  tayfanı  təmsil 
etdiklərindən  şikayətlənirdilər  ki,  ən  mühüm  vəzifələri  kikuyular  tutmuşlar. 
Hökuməti intriqa bürümüşdü. Vitse-prezident Luo tayfasından idi və o, hökumətin 
korrupsiyalaşmasından  danışırdı.  Buna  görə  onu  kommunist  kimi  ev  dustağı 

121 
 
etdilər. Luo  etnosuna  məxsus olan  digər nazir güllə ilə vurulub  öldürüldü.  Luolar 
küçələrə  çıxıb  etiraz  etməyə  başladı.  Polis  nümayişi  dağıtdı,  öldürülənlər  oldu. 
Bütün bunlar tayfalar arasında şübhə toxumu səpməyə bilməzdi. Qoca kişi deyirdi 
ki, traybalizm ölkəni viranə qoyacaqdır. 
Doğrudan  da,  Afrika  ölkələrinin  çoxunda  dövlət  ənənələri  olmadığından 
hələ müstəmləkəçilik dövründə də tayfalar arasında gərgin münasibət mövcud idi. 
Bəzi  xalqlar  müstəmləkəçiliyə  qarşı  mübarizə  aparıb,  onu  qalibiyyətlə  başa 
vurduqda  ibtidai  icma  quruluşundan  birbaşa  kapitalizmə,  ya  sosializmə 
addımlamaq  istədi.  Lakin  onların  xoş  niyyətlərinə  qənim  kəsilən  traybalizm 
vulkanı  daha  şiddətlə  püskürməyə  başladı.  Hakimiyyətə  gələn  liderlər  vəzifələrə 
yalnız  öz  tayfalarının  nümayəndələrini  yerləşdirirdilər,  onlar  da  əsas diqqəti  ölkə 
iqtisadiyyatının  yalnız  bir  bölməsinin  –  korrupsiyanın  inkişafına  verirdilər.  Bu 
təkcə  Keniyada  belə  deyildi,  eyni  vəziyyət  Anqolada  və  digər  ölkələrdə  də 
müşahidə  edilirdi.  Başqa  tayfadan  olanlara  hakimiyyətdə  təmsil  olunmaq  qapısı 
demək olar ki, birdəfəlik bağlanırdı. Traybalizm tayfalar arasındakı düşmənçiliyin 
əlaməti  kimi  çox  vaxt  qanlı  müharibələrə  yol  açırdı.  Mau-Mau  üsyanı  vaxtı  bu 
tayfanın adamları kikuyuları qırırdılar. 
Bu  qəbildən  Burundi  və  Ruandadakı  Hutu  və  Tutsi  tayfaları  arasındakı 
münaqişə daha qanlı xarakter daşımış və onilliklərdir ki, davam edir. 1961-ci ildə 
Ruandadakı  Belçika  müstəmləkəçiliyini  idarə  edənlər  hakimiyyətin  hutular 
tərəfindən  tutulmasına,  onların  müstəqil  hökumət  qurmalarına  kömək  etdilər.  Bu 
vaxt 10 min tutsi öldürüldü. Burundidə isə 1971-ci ildə Hutu Tutsiyə qarşı uğursuz 
qiyam  qaldırdı,  bu  vaxt  ordu  tərəfindən  100  min  hutu  öldürüldü,  120  min  isə 
Tanzaniyaya qaçdı. 1994-cü ilin aprel ayında Ruandada prezidentə sui-qəsdə görə 
Hutu  çoxluğu  Tutsi  azlığından  intiqam  aldıqda,  sonrakı  aylarda  onların  kütləvi 
qırğınları  baş  verdi.  Tutsilər  uğur  qazandıqda  isə  Ruandadan  2  milyon  adam, 
əsasən  hutular  qonşu  ölkələrə  qaçdı.  Münaqişə  1996-1997-ci  illərdə  davam  etdi. 
2008-ci  ildə  isə  tutsi  qiyamçı  dəstələri  bu  dəfə  Konqoda  hutuları  qırmağa,  yurd-
yuvalarından didərgin salmağa başladılar. İki tayfa bir-birinin qanına yeriməkdən, 
o birisinə qarşı genosid təşkil etməkdən hələ də əl çəkmir. 
Böyük Barakın ölkədəki vəziyyətə açıq gözlə baxması, narazılığı prezidenti 
qəzəbləndirdi və Kenyatta açıqca bildirdi ki, ağzını bağlamasa işləməyəcəkdir. Bu 
vaxt  o,  yüksək  vəzifə  tutan  məmur  idi,  bundan  əvvəl  isə  iqtisadçı  kimi 
amerikanların  «Şell»  neft  şirkətində  işləmişdi.  Həqiqətən  də  onu  Turizm 
Nazirliyindəki vəzifəsindən uzaqlaşdırdılar. Bu vaxtdan etibarən onun həyatındakı 
bədbəxtliklər seriyası başlandı. Artıq ona bütün qapılar bağlanmışdı, heç bir nazir 
onu  işə  götürə  bilməzdi.  Xarici  kompaniyalara  da  müvafiq  xəbərdarlıqlar 
edilmişdi.  Xarici  pasportu  əlindən  alındıqdan  sonra  Əddis-Əbəbədəki  Afrika 
İnkişaf  bankının  razılıq  verməsinə  baxmayaraq  orada  işləməyə  gedə  bilmədi.  O, 
artıq  ümumiyyətlə  Keniyanı  tərk  edə  bilməzdi.  Tanışlıqla  Su  departamentində 
kiçik  vəzifəyə  keçdi.  Bu  vaxtdan  o,  içkiyə  qurşandı.  Tanıdığı  adamlar  onunla 
görüşməyi  özləri  üçün  təhlükəli  bir  iş  hesab  edirdilər.  Qoca  kişi  dəyişdikcə  ağ 
arvadı onunla olduqca pis davranırdı, uşaqlarına ərini dəli kimi qələmə verirdi. Az 
sonra bu qadın onu tərk etdi. Qoca kişi isə ağır yol qəzasına düşdü, uzun müddət 

122 
 
xəstəxanada  çarpayıya  bağlı  olaraq  qaldı.  Havay  adalarına  yollananda  o,  güman 
edirmiş  ki,  oradakı  keçmiş  ailəsini  vətəninə  gətirə  biləcəkdir.  O,  maddi  çətinlik 
içərisində  yaşamaqda  davam  edirdi,  çünki  tutduğu  balaca  vəzifəni  də  itirmişdi. 
Borc  pul  almaqla  ailəsini  güclə  dolandırırdı.  Yalnız  Kenyatta  öldükdən  sonra 
Maliyyə Nazirliyində işləməyə başladı, nüfuzunu bərpa etməyə çalışdı. 
Qoca  kişi  daim  Barakla  öyünürdü,  adamlara  onun  şəklini  göstərirdi, 
uşaqlarına  isə  uzaqdakı  oğlunun  məktəbdə  yaxşı  oxuduğunu  deyirdi.  Barakın  və 
anasının məktubları da ona müəyyən təskinlik verirdi. Bu məktublar ən çətin anda 
onu  həyata  qaytarırdı  və  çox  inanırdı  ki,  məhz  tərk  etdiyi  ailəsi  ona  qayğı 
göstərəcəkdir. 
Atasının belə münasibəti müqabilində Barak özünə etiraf edirdi ki, o qədər 
də inadkarlıqla çalışmır. Atanın fantaziyası ən azı onu ümidsizdikdən qorumalıdır, 
baxmayaraq ki, bu vaxt ata artıq dünyasını dəyişimşdi. 21 yaşı olanda Nayrobidən 
bibisi  zəng  edib  atasının  ölüm  xəbərini  vermişdi.  Ömür  macal  verməmişdi  ki,  o, 
oğluna  necə  yaşamağı  desin.  Lakin  atanın  arzuları  onu  qara  adamın  ruhundakı 
tələlərdən  gələn  bütün  şübhə  və  xəbərdarlıqlardan  müdafiə  edirdi.  O,  atasının 
dəfninə  gedə  bilməmişdi.  İndi  isə  bacısı  təkid  edirdi  ki,  biz  vətənə  dönməyə 
borcluyuq, atamızı da orada görməliyik. 
Barakın yadına Havay adalarında baş vermiş və babasının ona danışdığı bir 
əhvalat düşdü. Böyük Barak universitetdə təhsil alarkən, gərgin məşğul olduqdan 
sonra qayınatasına və digər dostlarına qoşulub Uakiki barına gəlir. Hamı bayram 
əhval-ruhiyyəsində  olanda,  yeyib-içəndə,  bir  ağ  adam  qəflətən  barmenə  bərkdən 
müraciət  edib  ki, o, zəncidən  sonra  likyor  içməyəcəkdir.  Hamı  Barakın  həmin  ağ 
adamla  dalaşacağını  gözləyir.  Bunun  əvəzində  o,  həmin  adama  yaxınlaşır,  gülə-
gülə ona bu səfeh fanatizm barədə, amerikan arzusunun vədi və insanların ümumi 
haqları barədə bir mühazirə oxuyur. Həmin hədyanlıq edən ağ adam elə utanır ki, 
yeyilib-içilənlərin bütün xərclərini öz üzərinə götürür. 
Çikaqoya  gəldiyi  vaxtdan  bir  il  keçdikdən  sonra  Barakın  və  silahdaşlarının 
zəhməti  bəhrə  verməyə  başladı.  Qonşuluqda  yaşayanlar  küçəni  təmizləmək  işinə 
cəlb  edildi.  Parklar  və  oyun  meydançaları  düzəldilirdi,  küçələr  təmir  olunurdu, 
cinayətə  nəzarət  proqramları  tərtib  edilirdi.  Yeni  siyasətçilər  onun  adını  hələ  də 
tələffüz  edə  bilməsələr  də,  bu  adla  tanış  idilər.  Bir  dostu  zarafat  tərzində  ona 
demişdi  ki,  çolpaya  oxşamağın  sənə  mane  olur.  Siyasətçilərə  isə  qoca  xoruz  xoş 
gəlir. O içəri girəndə toyuqlar bütün diqqətlərini ona yönəldirlər. 
Barak  üçün  uşaqlarla  və  onların  valideynləri  ilə  iş  daha  çox  vaxt  aparırdı. 
Anaların  yaşı  ya  hələ  iyirmiyə  çatmamışdı,  ya  da  ondan  azacıq  çox  idi.  Onlar 
özşüuruna  əhəmiyyət  vermədən  deyirdilər  ki,  14-15  yaşlarında  hamilə  olub 
məktəbi  atmışlar.  Bu  həyasızlıq  deyildi,  onlar  hələ  də  ambisiyalarını 
itirməmişdilər.  Valideynlər  üçün  onun  planı  sadə  idi.  Anlayırdı  ki,  ştatın  maddi 
rifah  planını  dəyişdirmək  mümkün deyildir.  Məktəbə də onlar  daha  çox pul verə 
bilməzlər. Lakin elə sahələr var idi ki, orada nəyəsə nail olmaq, həm də adamlara 
bu  müsbət  dəyişikliyi  əyani  şəkildə  göstərmək  mümkün  idi.  Ədəb  yollarının 
qaydaya salınmasını, istilik sisteminin işlədilməsini, pəncərələrin təmirini isə təşkil 
etməyi onlar bacarırdı. Həqiqətən də müstəqil olan kirayə təşkilatını yaratmışdılar. 

123 
 
Adamlar  Obama  ordusunun  gözlənildiyindən  də  uğurlu  fəaliyyət  göstərdiyinin 
şahidi oldular. 
Televiziya  üçün  çəkilən  bir  yığıncağı  onlar  uşaqların  sağlamlığına  təhlükə 
törədən  problemlərə  həsr  etdilər.  Aparılan  iş  nəticə  verirdi.  Narkotiklərlə, 
tapançalarla bağlı hadisələr yoxa çıxdı. Lakin Çikaqo məktəblərinin büdcəsi daim 
böhran  vəziyyətində  olurdu,  bu  iş  üçün  yüz  milyonlarla  məbləğdə  pul  çatışmırdı. 
Yalnız məktəb islahatı küçədə avaralanan cavan adamların ağır vəziyyətini həll edə 
bilərdi.  Sabit  ailə  olmadıqda,  bu  yeniyetmələrin  təhsili  axırıncı  ən  yaxşı  ümid 
rolunu  oynayırdı.  Barak  bu  məqsədlə  təşkilat  üçün  hərəkət  planı  tərtib  etdi  və 
bilavasitə öz rəhbərliyi altında onu həyata keçirməyə başladılar. 
Vəziyyətin  təhlili  göstərirdi  ki,  əslində  pis  uşaq  yoxdur,  çox  sayda  pis 
valideyn  vardır.  Barak  və  dostları  bir  sıra  yerli  məktəblərə  getdilər,  məqsəd 
Altcelddəki  gənc  valideynlər  üçün  həyəcan  təbilini  çalmaq  idi.  Zonada  ən  yaxşı 
ada malik olan ali məktəbdən başladılar. 
Uşaqların  hansı  təhsilə  cəlb  edilməsi  ən  vacib  məsələ  idi.  Məktəb  uşağa 
özünü, dünyanı, öz mədəniyyətini, icmasını anlamaq üçün başlanğıc nöqtə rolunu 
oynamalıdır. Bu hər bir təhsil prosesinin əsas qayəsi olmalıdır. Bədbəxtlikdən, qara 
uşaq  üçün  hər  şey  tərsinə  çevrilirdi.  Hansısa  tarix,  ya  mədəniyyət  öyrənilir. 
Öyrənəcəyini  güman  etdiyi  mədəniyyəti  qavramaq  imkanı  isə  ardıcıl  olaraq  yoxa 
çıxır,  hətta  onun  insan  olması  inkar  edilir.  Bəzi  müəllimlər  bu  çevrəni  yarıb 
tələbələrə  Afrika  tarixini,  coğrafiyasını,  incəsənətini  açıb  göstərirdilər.  Onlara 
fərqli  istiqamət  dəyərləri  verməyə  çalışır  və  afrikalıların  öz  böyüklərinə  hörmətlə 
yanaşdıqlarını xüsusi vurğulayırdılar. Lakin bu, ardıcıl xarakter daşımırdı. 
Qaralar kilsəsinin keşişi Filips qul regionlarının tarixindən ona xeyli danışdı. 
Afrikalılar  düşməncəsinə  münasibət  gözlədikləri  yeni  sahilə  çıxdıqda  tonqalın 
ətrafında  oturub  radikal  canlanma  ideyaları,  azadlıq  və  ümid  barədə  mahnılar 
oxuyurdular.  Keşiş  zəncilərin  unudulmaz  lideri  Martin  Lyüter  Kinqin  Çikaqoya 
səfərini  yada  saldı.  Ölkədə  müsəlmanların  meydana  çıxması  ilə  yanaşı,  onların 
hirsini o, özününkü kimi başa düşürdü. 
Bu söhbətlərin təsiri altında Barak qaraları anlamaq üçün Çikaqonu tərk etdi. 
O,  Afrikaya  yollanmağı  qərara  aldı,  oradan  Çikaqoya,  Rouzlendə,  Altceldə 
Prometey odu timsalında olan biliyi, müşahidə detallarını gətirəcəkdi. 
Atası 28 il əvvəl Amerikada, bu arzular məskənində təyyarəyə oturanda bu 
sözləri  bəlkə  də  özünə  demişdi,  indi  isə  oğlu  bunu  özünə  təlqin  edirdi.  Ata 
Keniyaya dönmüşdü, lakin yalnız ikiyə bölünmüş adam kimi, çünki tezliklə onun 
planları, arzuları külə çevriləcəkdi. Barak isə kasıblıqdan, bezməkdən, cinayət və 
ya ayaqlarındakı buxovlardan qaçmalı idi. Sadəcə qaçmaq vəzifəsi baş qaldırmışdı. 
Bəlkə də buna hüquq məktəbinə girmək yolu ilə nail olacaqdı. 
Ağ  adamlar  əsrlərlə  bundan  əvvəl  Afrika  sahillərinə  düşəndə  özləri  ilə 
tüfənglərini,  vicdanı  kor  olmuş  ovçularını  gətirirdilər  ki,  əsir  götürdüklərini 
zəncirlənmiş  şəkildə  dartıb  apara  bilsinlər.  Bu  ilk  görüşlər  qara  adamların  tarixi 
yaddaşında  axan  qan  kimi  qalmışdı,  onların  dünyasını  dəyişdirmişdi.  Həmin 
tökülən qan və göz yaşları bütün qaralara məxsus idi. Bu sınaqlar nəhayət, unikal 
və universal xarakter daşımağa başladı, onların rəngi qara və qaradan da daha artıq 

124 
 
qara oldu. 
Belə  fikirlərə  dalarkən  Barakın  yadına  ağ  dərili  nənəsinin  mahnısı  düşdü: 
«Hardasa işıqlı tərəf vardır – Onu tapana qədər sakitləşmə!». Bu, ümidin cəsarəti 
idi.  Bəlkə  də  qaraların  Allahla  əlaqəsi,  qabaqcadan  ona  minnətdarlıq  etmələri  bu 
ümid sorağında öz ifadəsini tapırdı. 
Barak  getdiyi  Nayrobinin  gözəl  yer  olduğunu  bilirdi.  Afrika  barədə 
oxumuşdu.  Cənubi  Afrikadakı  qaraların  Allah  ümidinə  qalmış  başqa 
ölkələrdəkilərtək  aclıq  keçirməmələrini,  Efiopiyadakı  sodomitlərin  nifrətamiz 
həyat  tərzini  bilirdi.  Afrikanın  ilkin  qəhrəmanları  Kenyatta  və  Nkruma  haqqında 
məlumata  malik  idi.  Aclıq,  xəstəlik,  dövlət  çevrilişləri  və  əks-çevrilişlər  savadsız 
cavanları  bədbəxtlik  yoluna  döndərmiş,  onlara  AK-47-dən  çoban  çomağı  kimi 
istifadə  etməyi  öyrətmişdi.  Martin  Lyüter  Kinqin  vəhşicəsinə  qətlindən  beş  il 
əvvəl, 1963-cü ildə söylədiyi məşhur nitqindəki alovlu «Mənim arzum var» harayı 
onlara o qədər də təsir göstərməmişdi. 
Kitabın  sonrakı  hissəsi  atasının  böyük  ailəsinin,  övladlarının,  bütövlükdə 
nəslin  ona  o  qədər  də  tanış  olmayan  həyat  yolunun  təsvirinə  həsr  edilmişdir. 
Keniyaya  gəldikdən  sonra  babası  Hüseyn  Onyanqonun  nəsli  ilə  bilavasitə  tanış 
olmaq imkanı qazandı. Yaşlı qohumları, ata nənəsi, bibiləri bütün əhvalatları ona 
danışmağı  özlərinə  borc  bilirdilər.  Hamı  atasının  yaxşı  xüsusiyyətlərini, 
əliaçıqlığını qeyd edirdi. Böyük Barak mahalda yeganə adam idi ki, xaricdə təhsil 
almışdı. O, hətta ömrünün böhranlı dövründə də ona xəyanət edənlərə dirçəldikdə 
yenidən  öz  kömək  əlini  uzatmışdı.  Atasının  məxsus  olduğu  tayfa  haqqında 
deyirdilər  ki,  Luo  ağıllıdır,  ancaq  tənbəldir.  Kikuyular  isə  pul  qazanandı,  həm  də 
zəhmətsevərdirlər. 
Barak  qara  adamları  geri  qoyan  səhvləri  onlara  izah  etmək  istəyirdi:  Biz 
hamımız  bir  tayfanın  hissələriyik  –  qara  tayfanın,  bəşər  tayfasının.  Baxın, 
traybalizm  Nigeriya  və  ya  Liberiya  kimi  ölkələrə  nə  divan  tutmuşdur. 
Qohumlarından  biri  onu  qabaqlayaraq  dedi:  Bu  Qərbi  afrikalıların  hamısı,  nə 
olursa-olsun,  dəlidirlər.  Onlar  hətta  kannibalizmdən  də  istifadə  edirlər.  Bibisi  isə 
onun  öz  atası  kimi  danışdığını,  atasının  da  vaxtilə  xalq  haqqında  belə  ideyalara 
malik olduğunu dedi. 
Sonra  o,  qardaşı  və  bacısı  ilə  savannaya  yollandı.  Burada  şirlər  dolaşırdı, 
meşə  və  tikanlı  ağaclar  var  idi.  O,  ömründə  belə  gözəl  yer  görməmişdi.  Başını 
döndərəndə  zebra  sürüsünü  görürsən.  Cüyürlər  isə  cəngəlliyin  içərisinə  tullanırdı. 
Burada  tanış  olduğu  yeni  adamlar  söhbət  vaxtı  qonşu  ölkə  olan  Malavidə  əhali 
arasında AIDS xəstəliyinə tutulanların dərəcəsinin 50 faizə çatdığını dedilər. Sonra 
ona  masailərin  şiri  necə  öldürməsini  danışdılar.  Beş  adam  bu  yırtıcı  heyvanı 
mühasirəyə alır, ona nizə atmağa başlayırlar. Şir bir adamı üstünə tullanmaq üçün 
seçir.  Bu  adam  öz  qalxanı  ilə  müdafiə  olunmağa  çalışır.  Həmin  vaxt  isə  qalan 
dördü öz işini görüb qurtarır. Bəzən isə ovdan yalnız dörd nəfər geri qayıda bilir. 
Öz  nəslindən  olan  qocalar  isə  ona  luoların  məişət  məsələlərindən  məlumat 
verdilər.  Hər  bir  kişi  torpağında  özünə  koma  tikir.  Hətta  böyük  nazirlər  və 
biznesmenlər  də.  Onlar  bura  yalnız  ildə  bir-iki  dəfə  gəlirlər.  Babalarına  gəldikdə, 
Hüseyn Onyanqonun çox sərt adam olduğunu deyirdilər. Bir dəfə başqasının keçisi 

125 
 
onun  torpağındakı  ağacın  bir  yarpağını  yedikdə,  xəbərdarlığına  məhəl  qoymayan 
sahibinin  yanında  keçinin  başını  kəsmişdi.  Keçinin  ölümü  isə  kəndli  üçün  kiçik 
məsələ deyildi. Baba sözünün bütövlüyünü belə nümayiş etdirmişdi. 
Oğlunun  oğlunu  nə  vaxtsa  görəcəyini  arzulayan  qoca  nənəsi  ilə  Barak 
kənddə görüşdü. Divarda Qoca kişinin Harvard diplomu və fotoşəkilləri asılmışdı. 
Burada babanın müharibə vaxtı Birmada evləndiyi başqa arvadının da şəkli var idi. 
Sonra  bütün  qohumlar  ahıl  yaşında  ölmüş  babanın  qəbrini  ziyarət  etdilər.  Nənə 
nəsihət verirmiş kimi Baraka dedi ki, adam o qədər çox məşğul ola bilməz ki, öz 
xalqını tanımasın. O, buradakı qaydaları yad ölkədə yaşayan nəvəsinə başa salırdı. 
Keçmişdə  kişilər  adətən  çox  arvada  malik  olurdular.  Hər  arvadın  özünün 
tərəvəz sahəsi var idi, onu qızları ilə birlikdə becərirdi. Ağsaqqallar bitkilərə qulluq 
və  məhsul  yığımını  nizamlayır,  ailələrin  işlərini  növbələşdirməyi  təşkil  edirdilər. 
Beləliklə,  hər  bir  ailə  digərinə  kömək  etməli  olurdu.  Onlar  dul  qadınlara  və  çətin 
vəziyyətə  düşənlərə  ərzaq  verirdilər,  mal-qarası  olmayanlara  evlənəndə  qız  evinə 
başlıq vermək üçün qaramal ayırırdılar, münaqişələri həll edirdilər. Ağsaqqalların 
sözü qanun idi və ona ciddi əməl edilirdi. Kim tabe olmasa kəndi tərk edib, başqa 
kənddə  yaşamağa  başlamalı  idi.  Uşaqlar  məktəbə  getmirdi,  hər  şeyi 
valideynlərindən  öyrənirdi.  Oğlanlar  malı  necə  otarmağı,  nizə  atmağı  atalarından 
öyrənirdilər.  Ana  öləndə,  digər  arvad  körpəni  götürüb,  onu  öz  doğma  balası  kimi 
əmizdirirdi. Bəzən simli alətdə çalan musiqiçi gəlib, keçmişin yaxşı işləri, böyük 
döyüşçüləri və müdrik ağsaqqaları barədə mahnılar oxuyur, yaxşı fermerləri, gözəl 
qadınları  tərifləyir,  tənbəlləri  və  qəddarları  isə  pisləyirdilər.  Əcdadların  ənənələri 
bu mahnıları dinləyənlərin şüurunda kök salmağa başlayırdı. 
Baba  Onyanqo  bir  yerdə  oturmurmuş.  O  vaxtlar  şaman  kastasına  məxsus 
olanlar  cadu  edir,  ruh  dünyası  ilə  danışırdılar.  Bitkiçilikdən  başı  çıxanlar 
xəstəlikləri sağaldan ayrı-ayrı bitkiləri tanıyırdılar. Kəsilmiş yaralara xüsusi palçıq 
sürtüb  onları  sağaldırdılar.  Baba  da  belələrinin  yanında  oturub,  həmin  biliklərə 
yiyələnmişdi. 
Ağlar gəlməmişdən əvvəl ərəblər bu ərazilərə gəlib, şəkər və parça satırdılr. 
Əlbəttə,  bu  nadir  hallarda  baş  verirdi.  Onsuz  da  adamlar  çox  şəkər  istehlak 
etmirdilər, paltar geyinmirdilər, yalnız keçi dərisi ilə eyibli yerlərini örtürdülər. Bir 
dəfə Onyanqo kənddən itdi, bir ay keçdikdən sonra qayıtdı. O, ağ adamın şalvarını 
geyinmişdi, ağ adam kimi köynəkdə idi, ayağında isə ayaqqabı var idi. Ailə yığışıb 
Onyanqonun  qəribə  görkəminə  baxırdı.  Atası  Obama  ona  nə  olduğunu,  niyə  belə 
qəribə dəriləri geyindiyini soruşdu. Onyanqo heç nə demədi. 
Ata qət etdi ki, şalvar geyinməli olmuşsa, deməli, Luo adətinin əksinə olaraq 
onu  sünnət  etmişlər.  Ata  ona  yaxın  getməməyi  o  biri  oğlanlarına  tapşırdı,  çünki 
Onyanqo artıq təmiz deyildi. 
Adamlar  çay  içməyi  öyrənməklə  şəkərə,  fincana  möhtac  olduqlarını 
anladılar.  Bütün  malları  onlar  dəri,  ət  və  tərəvəz  satmaqla  alırdılar.  Sonra  ağ 
adamların işlətdikləri sikkədən istifadə etməyi öyrəndilər. Ərəblər kimi ağ adamlar 
da  az  sayda  idilər.  Güman  edilirdi  ki,  onlar  öz  torpaqlarına  qaydacaqlar.  Ağ 
missionerlər  Allah  haqqında  danışır,  onun  hər  cür  qüdrət  sahibi  olduğunu 
deyirdilər. Adamların əksəriyyəti buna məhəl qoymurdu, düşünürdü ki, onlar səfeh 

126 
 
söz danışırlar. Hətta ağ adam ilk dəfə tüfənglə görünəndə heç kəs ona müqavimət 
göstərmədi, çünki silahın gətirdiyi ölüm hələlik onların həyatına toxunmamışdı. 
Ağ adamların apardıqları müharibələrlə vəziyyət dəyişməyə başladı. Çoxlu 
tüfəng  gətirildi.  Qaralar  öz  dillərində  ağları  «zülmkar»  adlandırdı.  Onlar  komaya 
vergi  qoydular  və  ödəniş  onların  öz  pulları  ilə  olmalı  idi.  Maaşla  çox  adamı 
işləməyə  məcbur  edirdilər.  Orduya  götürülən  qaralar  ərzaq,  sursat  daşıyır,  yol 
çəkirdilər. Bu  yolla  avtomobillər  hərəkət  etməli  idi. Ağlar özlərini  agent  və  vergi 
yığmaq  üçün  xidmət  edən,  özləri  kimi  paltar  geyinən  luolarla  əhatə  etdilər. 
Ağsaqqallar  şurasına  daxil  olmayan  adamlar  qaralara  başçılıq  edirdi.  Bu 
dəyişikliklərə müqavimət göstərilirdi və çoxları mübarizə aparmağa başladı. Lakin 
belə  hərəkət  edənlər  döyülür,  ya  da  güllələnirdi.  Kim  vergini  ödəmirdisə  öz 
komalarının bütünlüklə yandırıldığını görürdü. Bəzi ailələr içəri ərazilərdəki yeni 
kəndlərə qaçırdı. Ancaq əksəriyyət qalır və yeni şəraitdə işləməyə öyrənirdi. 
Bu  dövrdə  Barakın  babası  ağ  adama  işləyirdi.  O  vaxtlar  az  adam  ingiliscə 
danışa bilirdi, valideynlər uşaqlarını ağların məktəbinə göndərmək istəmirdi, özləri 
ilə  birgə  torpaqda  işləmələrinə  üstünlük  verirdilər.  Lakin  Onyanqo  oxumağı  və 
yazmağı öyrənmişdi, ona görə də ağ adamlar üçün yararlı idi, müharibə vaxtı yol 
işinə  baxırdı.  Bir  neçə  il  göndərildiyi  Tanqanikada  qaldı,  nəhayət  geri  dönəndə 
kənddə  özünə  torpaq  təmizlədi.  Koma  tikməyib,  çadırda  yaşayırdı.  Adamlar  onu 
dəli  sayırdı.  Nayrobiyə  gedəndə  ağ  adam  orada  ona  iş  təklif  etmişdi.  Onyanqo 
bütün  yolu  iki həftə ərzində  piyada  getmişdi. Yolda  Odissey  kimi  çoxlu təhlükəli 
hadisələrlə  üzləşmişdi.  Leopardı  nizəsi  ilə  qovmuş,  qızmış  camışın  təqibindən 
yaxasını  güclə  qurtarmışdı.  Nəhayət,  paytaxta  çatıb,  ağ  adamın  evində  işləməyə 
başlamışdı. 
Kikuyular  bu  dəyişiklikləri  daha  çox  hiss  edirdilər,  çünki  onlar  Nayrobi 
ətrafındakı dağlıq ərazidə yaşayırdılar. Burada isə ağ sakinlər çox idi. 
Müharibə öz arxasınca, hər yerdə olduğu kimi buralara da aclıq və xəstəlik 
gətirdi.  Həm  də  çox  sayda  ağ  sakinlər  gəldi  və  onlar  yaxşı  torpaqları  müsadirə 
etdilər. 
Barakın babasının kəndində ailələrin çoxu artıq ağ adam paltarı geyinməyə 
keçmişdi,  atalar  uşaqlarını  mission  məktəblərinə  göndərirdi.  Ənənələrə  hörmət 
zəifləyirdi,  cavanlar  görürdü  ki,  ağsaqqalların  heç  bir  real  hakimiyyəti  yoxdur. 
Adamların  çoxu  sərxoşluğa  qurşandı.  Ağ  adamların  həyatını  qaralar  dadmağa 
başladıqda, açıqca hiss etdilər ki, müqayisəli qaydada öz həyatları xeyli kasıbdır. 
Baba  ağların  xörəyini  bişirməyə,  evlərini səhmana salmağa öyrənibmiş.  O, 
olduqca  nüfuzlu  bir  adam  olan  lordun  malikanəsində  işləyirmiş.  O,  maaşını 
toplayıb  kənddə  torpaq  və  mal-qara  aldı,  özünə  burada  koma  tikdi.  O,  özünü 
başqalarından fərqli tuturdu, xörəyini stol üstündə, stulda oturmaqla, ağcaqanaddan 
qoruyan  tənzifin  altında  yeyirdi,  çəngəl-bıçaqdan  istifadə  edirdi.  Daimi  qaydada 
çimirdi,  bir  yerin  pis  təmizləndiyini  gördükdə  hirslənirdi.  Ən  mühüm  xüsusiyyəti 
isə  mülkiyyət  məsələsində  sərt  olması  idi.  Uşaqlarına  da  təlqin  edirmiş  ki, 
özgəsinin əmlakına toxunmaq olmaz. Birinci arvadı doğmasa da, luoların adətinin 
əksinə olaraq onu geri qaytarmadı. Uşağı olmadığına görə bəzən onu ələ salırdılar. 
Başqa arvad aldı, bu gözəl qız başqasına nişanlı olduğuna görə onun üçün başlıq 

127 
 
kimi  15  qaramal  verdi.  Burada  həm  də  qız  qaçırmaq  adəti  var  imiş.  Qaçırılmış 
qızla  əri pis davransaydı, belə hallarda o, geri dönürdü. Nikah ailələri birləşdirir, 
bütün  kəndə  təsir  göstərirdi.  Qızlara  nəsihət  verirdilər  ki,  əgər  sən  ərini  sevməyi 
öyrənə bilmirsənsə, ona tabe olmağı öyrən. 
Babanın  bir  fərqli  cəhəti  də  onun  müsəlman  olması  idi.  O,  gücə  hörmət 
edirdi.  Luo  ənənələrini  qoruyub  saxlayırdı,  bütün  işlərində  qayda  və  adətə  riayət 
edirdi. Buna görə o, xristian dinini rədd edirdi. Bir müddət o, dinini dəyişmiş, adını 
da  Conson  etmişdi.  Lakin  düşmənə  mərhəmət  göstərməyi,  İisusun  adamların 
günahını yumasını anlaya bilmirdi. Böyük Barak onun ikinci arvadından olmuşdu. 
Bu  iki  uşağının  anası  ilə  münasibəti  heç  də  yaxşı  deyildi.  Bu  qadın  evindən  bir 
neçə  dəfə qaçmış, axırıncı dəfə bir daha  ərinin  yanına qayıtmamışdı. Yəqin ki, o, 
Onyanqodan əvvəlki nişanlısını sevirmiş. Oğlu da öz anasına oxşamışdı, uşaqlıqda 
nadinc imiş. Atasının yanında sakit, başqa vaxt isə özünü istədiyi kimi aparırmış. 
Lakin ağıllı olduğuna görə atası onu sevirmiş. 
Ölkənin  siyasi  mühitinə  gəldikdə,  İkinci  dünya  müharibəsindən  sonra 
adamlar müstəqillik barədə danışmağa başladılar. Mitinqlər, nümayişlər keçirilirdi. 
Luolar  da  nümayiş  edən  kikuyulara  qoşulurdu.  Böyük  Baraka  da  müstəqillik 
danışıqları  öz  təsirini  göstərmişdi.  Baba  da  KANU  kimi  partiyaların  tələbləri  ilə 
razılaşırdı. Lakin o, öz xalqı barədə narazı qaydada deyirdi ki, afrikalılar heç vaxt 
ağ  adamlara  qalib  gələ  bilməzlər,  çünki  qara  adam  öz  ailəsi  və  ya  klanı  üçün 
işləyir, ağ adamlar isə bu vaxt öz gücünü artırmaq üçün işləyir: «Ağ adam təklikdə 
qarışqa kimidir. O, asanlıqla məğlub edilə bilər. Lakin ağ adam qarışqa kimi birgə 
işləyir. Onun milləti, biznesi ona özündən vacibdir. O, liderlərinin arxasınca gedir 
və onun göstərişi barədə sual vermir. Qara adamlar onlara bənzəmirlər. Hətta səfeh 
qara adamların əksəriyyəti düşünür ki, müdrik adamdan da çox bilir. Buna görə də 
qara adam həmişə uduzacaqdır». 
Kikuyu  meşələrdə  müharibəyə  başladı.  Hər  yerdən  Kenyattanın  həbsdən 
azad  olunması  tələbləri  eşidilirdi.  Böyük  Barak  KANU  liderlərindən  bəzilərini 
tanıyırdı.  Mitinq  qanununu  pozmaq  ittihamı  ilə  o,  həbs  edildi,  bir  neçə  gündən 
sonra  buraxıldı.  Bu  vaxt  iyirmi  yaşlı  bu  oğlanın  maddi  vəziyyəti  ağır  idi.  Onun 
məktəb  yoldaşları  təhsilini  davam  etdirmək  üçün  Uqandaya,  İngiltərəyə 
getmişdilər.  Onlar  azad  Keniyaya  qayıtmağa  ümid  edirdilər.  Bu  vaxt  tale  Böyük 
Baraka  mərhəmət  göstərdi.  Nayrobidə  oxuyan  iki  amerikan  qadını  ona 
universitetdə  oxumağı  məsləhət  gördü.  Lakin  onun  orta  təhsil  sertifikatı  yox  idi. 
Qadınlar  onu  müxbir  kursuna  düzəltdilər.  ABŞ  səfirliyində  imtahan  verib  həmin 
sənədi əldə etdi. Amerika universitetlərinə dəfələrlə məktub yazdı. Nəhayət, Havay 
universitetindən  onun  təqaüdlə  təmin  ediləcəyi  barədə  cavab  gəldi.  Havayın  necə 
bir yer olduğunu heç kəs bilmirdi, buna baxmayaraq bir ay sonra Barak ora yola 
düşdü.  Orada  isə  müəllifin  gələcək  anası  Ennlə  evləndi.  Öz  atası  isə  Keniyadan 
məktub yazıb bu icdivaca razılıq vermirdi ki, sənin arvadın və uşaqların var. Çox 
sonralar Böyük Barakın digər ağ arvadı Amerikadan gələndə, hamı elə bilmişdi ki, 
bu  həmin  Enndir.  İkinci  ağ  qadın  isə  onunla  Harvardda  görüşmüş  və  xəbər 
vermədən  arxasınca  Keniyaya  gəlmişdi.  Könülsüz  olsa  da  Böyük  Barak  Rut  adlı 
həmin qadınla evlənmişdi. 

128 
 
Obama Afrika həyatına aid bəzi stereotiplərin də həqiqət olduğunu kitabında 
qeyd  edir.  Çoxları  deyir  ki,  Luo  balıq  yeyən  xalqdır.  Əslində  bu  düşüncə  bütün 
Luo  üçün  düzgün  deyil.  Yalnız  Viktoriya  gölünün  ətrafında  yaşayanlar  balıq 
yeyirlər,  əksəriyyət  isə  masailər  kimi  çobandır.  Keniyalılar  öz  çaylarını  çox 
tərifləyirlər.  Lakin  bu  adəti  onlar  ingilislərdən  götürmüşlər,  əcdadları  çayı 
tanımırdılar. Balıq bişiriləndə ona vurulan ədviyyat isə ilk dəfə Hindistandan və ya 
İndoneziyadan gətirilmişdi. Ancaq heç afrikalıları da qınamaq düzgün deyil. Məgər 
amerikalılar  öz  arzularında  unikaldırlarmı?  Almanlar,  digər  avropalılar  Afina  və 
Romanın  onlarınkı  olduğunu  iddia  edirlər.  Əslində  isə  məhz  əcdadları  klassik 
mədəniyyətin  dağıdılmasına  öz  bol  «töhfələrini»  vermişlər.  Lakin  bu  hadisələr 
tarixin dərin qatlarında baş verdiyindən buna o qədər də əhəmiyyət verən yoxdur. 
Digər  tərəfdən  avropalılar  heç  özlərinə  məxsus  olanlara  da  lazımi 
rəhmdilliklə  yanaşmamışlar.  Sənaye  inqilabı,  müharibələr  vaxtı  onlar  ağ  dərili 
insanlarla  da  qəddarcasına  davranmışlar.  Afrikadakı  qızıl  era  barədəki  ideyaya 
gəldikdə,  bunun  mövcudluğu  yalnız  ağ  adamın  oraya  gəlməsindən  əvvəlki  dövr 
üçün təbii görünə bilər. Lakin afrikalıların istismarçılarına qarşı qəzəbi ilə yanaşı, 
onlar  atavizmi  andıran  öz  adətlərinə  münasibətdə  izah  olunmayan  mülayimlik, 
tolerantlıq göstərirlər. Bu adətlər isə insanların sağlamlığına, bütövlükdə cəmiyyətə 
ağır  zərbə  vurur.  Belə  ki,  qadın  sünnəti  kikuyuların  vacib  adəti  sayılır,  bu  isə 
qızların  ölümünə,  xəstəliklərə  yoluxmasına  səbəb  olan  bir  bəla  kimi  qalmaqda 
davam edir. 
Kitabın epiloqunda bu fikirlərini ümumiləşdirməklə yanaşı, müəllif sonralar 
Harvard  hüquq  məktəbini  bitirdiyini,  təhsil  illərində  vaxtının  çoxunu 
kitabxanalarda  keçirdiyini  yazır.  Onun  arvadı  gözəl  Mişel  də  həmin  məktəbin 
məzunudur.  O,  hüququ  təkcə  bir  elm  kimi  deyil,  həm  də  xatirə  kimi  qəbul  edir. 
Çünki  hüquq  həm  də  millətin  keçmişinə  nəzər  salmağa  imkan  verir.  Hüququ 
öyrənərkən o, həmçinin Ceffersonun və Linkolnun ruhu ilə təmasda olduğunu qeyd 
edir.  Lakin  bu  heç  də  afrikalı  şamanların  ruhla  söhbətləri  olmayıb,  dahi 
şəxsiyyətlərdən ilham almaq imkanı idi. 
Qara və ağ insan, onların hamısı Amerika adlanan bir icmaya öz iddialarını 
irəli  sürürlər.  Bu  icmanın  çiçəklənməsi  isə  onların  problemlərinin  həllinə  xidmət 
edəcəkdir. 
Bəli,  Barak  Obama  öz  karyerasına  Çikaqonun  ən  kasıb  icmalarında  icma 
təşkilatçısı kimi başlamış, hüquq məktəbində təhsil alarkən ilk afroamerikalı kimi 
«Harvard  hüquq  revyu»suna  prezident  seçilmişdi.  Axı,  atası  da  Havay 
universitetindəki Beynəlxalq Tələbə Assosiasiyasının ilk prezidenti olmuşdu. Onun 
1992-ci  ildə  həyata  keçirməyə  başladığı  «Səsvermə»  layihəsi  hesabına  əlavə  150 
min  seçici  qeydə  alınmışdı.  1997-2004-cü  illərdə  üç  müddətə  Çikaqonun  Cənub 
tərəfindən  ştatın  senatoru  seçilmiş,  Çikaqo  hüquq  məktəbi  universitetində  baş 
mühazirəçi işləmişdir. Mülki haqlar hüququ ilə məşğul olur. 2005-ci ildən isə ABŞ 
senatının üzvüdür. 
Kitabının  yeni  nəşrinin  müqəddiməsində  müəllif  11  sentyabr  2001-ci  il 
faciəsinin  dünyanı  sarsıtdığını,  qüllələrin  belə  uçurulmasının  şüura  sığmadığını 
yazır. Terroristləri idarə edən nihilizm, insanlığa nifrət partlayışı hələ də planetin 

129 
 
ayrı-ayrı  guşələrində  özünə  qurban  rüsumu  tələb  edir.  Bu  hadisələr  yeni 
sarsıntıların  meydana  gəlməsi  ilə  müşayiət  olunmaqla,  insanları  ayıq  olmağa, 
mübarizəni zəiflətməməyə çağırır. 
Yeddi il əvvəl amerikanlar göz yaşları axıdırdı. 4 noyabr 2008-ci ildə isə bu 
adamların  çoxunun  sifətinə  təbəssüm  çökdü,  gözlərində  sevincdən  yaranan  yaş 
damlaları  parıldadı.  Seçki  kampaniyası  vaxtı  təkcə  öz  ölkəsində  deyil,  dünyada 
böyük  populyarlıq  qazanmış  Barak  Obama  –  bu  yüksək  intellektə  və  mübarizə 
qüvvəsinə  malik  olan  insan  qarşıdakı  illər  üçün  ölkəsinin  prezidenti  seçildi.  Bu 
hadisə Amerikanın ağılsız siyasət və üstünü almış böhran hesabına itirilməkdə olan 
nüfuzunu  dirçəltmək,  geri  qaytarmaq  ümidlərini  yaratdı,  ölkənin  bani-atalardan 
gələn  demokratik  ruhuna  yeni  qanad  verdi,  keçmişin  irqçilik  rudimentlərinə  Çin 
səddini  andıran  qüdrətli  bir  hasar  çəkilməsi  əlamətinə  çevrildi.  Ümumi 
qanunauyğunluğa görə bu, Obamanın şəxsi qələbəsi hesab edilsə də, həmin zəfərə 
susayan  amerikalıların  uğuru  idi,  dünyanın  əksər  guşələrində  ürəklərdə  gəzən 
arzunun reallaşacağı barədə fərəhli bir ümid müjdəsi idi. 
Ata  öz  oğlu  barədə  böyük  arzulara  malik  idi,  bu  xəyallar  həm  də  ailə 
çərçivəsinə  qapılıb  qalmamışdı,  öz  xalqına,  dünyaya  ünvanlanmışdı.  Lakin  o, 
oğlunun  belə  cəsarət  sınağına  baş  vuracağını  və  oradan  qalib  çıxacağını 
təxəyyülünə  də  gətirmirdi.  Əlahəzrət  fakt  isə  göz  qabağındadır.  Bəzən  adamların 
istənilən səddi keçib aşması xəyalları da geridə qoya bilir. Barak Obama sevincin 
nadir qonaq olduğu uşaqlığı və gəncliyi ilə, bütövlükdə o qədər də asan olmayan 
həyatı  ilə  bu  şücaətə  yiyələnmək  yolunu  keçmişdi.  Oxuduğum  kitab  da  yalnız 
həmin həqiqətin izahına xidmət edir. 
 
“525-ci qəzet”.29.11-02,03,04,05.12.2008 
 
 
 
Dəhşətlərə son qoyan müharibə 
 
21 gün davam edən İraq müharibəsi son akkordunu vurdu. Bu müharibə öz 
başlıca məqsədini – Səddam Hüseyn rejiminin devrilməsini həll etdi. Müharibə nə 
qədər  qısa  davam  etsə  də,  qan  axıdılmasına,  qurbanlar  verilməsinə,  iri  miqyasda 
dağıntılara səbəb oldu. Qədim mədəniyyəti və tarixi abidələri ilə öyünən bir ölkə 
indi xarabalıqları andırır. Heç kəs inkar edə bilməz ki, müharibənin özü dəhşətdir. 
Lakin müharibə daha böyük miqyasda dəhşətlərə son qoyarsa, ona bəraət verilməsə 
də, izahat tapmaq çətin deyil. 
Söhbət  Səddam  Hüseynin  diktatura  rejiminin  ləğv  edilməsindən,  böyük  bir 
xalqın üç on illik ərzində çəkdiyi zülm və məşəqqətlərə son qoyulmasından gedir. 
Kimsə  müharibənin  hədəfi  kimi  kütləvi  qırğın  silahlarının  tapılmadığını,  onun 
labüdlüyünü  inkar  üçün  istifadə  etməyə  çalışır.  Doğrudur,  bu  silah  ehtiyatlarını 
tapmaq mümkün olmadı. Lakin böyük bir xalqı kütləvi məhvə aparan bir rejimin 
iflası, bəs kiçikmi məsələdir? 
 

130 
 
Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin