Telman orucov


Pifaqor. Böyük Aleksandr. Brahminlər



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix12.02.2017
ölçüsü3,49 Mb.
#8342
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

Pifaqor. Böyük Aleksandr. Brahminlər. 
 
Pifaqor isə inkişaf edən yunan adası olan Samosda b.e.ə. 575-ci ildə anadan 
olmuşdu,bu vaxt Afina Akropolunun yüksəkliyinə ilk mərmər lövhələr döşənmişdi. 
Pifaqor öz ömründə yarımallah kimi sayılırdı. O, böyük təbib idi, bəzən böyük şair 
bildiyi Homerdən xüsusi şer parçalarını əzbər söyləyirdi, necə ki, xristian mistiklər 
«Zəburlar»  dan  və  İoannın  «İncil»indən  bəndlər  söyləyirdilər.  O,  xəstələri 
sağaltmaq üçün musiqidən istifadə edirdi. Erkən Yunan filosofu Etnpodoke deyirdi 
ki,  Pifaqor  xəstəni  sağalda  və  qocanı  cavanlaşdıra  bilirdi.  Budda  kimi  o,  öz  son 
inkarnasiyasını  xatırlaya  bilərdi.  Və  hətta  deyirlər  ki,  o,  bütün  dünyanın  tarixini 
başlanğıcından  söyləyə  bilərdi.  Onun  müdrikliyi  Sirrli  məktəblərdə  illər  boyu 
tədqiqat aparmasına və müqəddəs saymağa dəfələrlə özünü həsr etməsi idi. O, 22 il 
ərzində  Misir  müqəddəs  sayma  keşişlərinin  sirrlərini  öyrənmişdi.  Pifaqor  532-ci 
ildə  Samosun  diktator  hökmdarının  çirkin  əməllərini  hiss  etməyə  başladı  və 
sürgünə yollanmağa məcbur edildi. O, İtaliyanın cənubundakı Krotonada yaratdığı 
bir  neçə  kiçik  icmalarından  birincisini  təşkil  etdi.  İcmaya  üzv  olmağa  namizədlər 
bir  neçə  il  məşq  edirdi,  bura  qəribə  xüsusiyyətli  pəhriz  də  daxil  idi.  Bu  pəhrizdə 
istiotdan,  küncütdən,  xiyar  toxumundan,  yabanı  baldan,  çiçəklərdən  və  dəniz 
soğanının  dərisindən  istifadə  olunurdu,  onların  bütöv  şirəsi  çıxardılırdı.  Bu 
gimnastikanın ən yüksək fazası olmaqla, üç insan bədənini- maddi, bitki və heyvan 
bədənlərini  harmoniyaya  gətirmək  yolu  idi  və  namizədlərdən  tələb  olunurdu  ki, 
illər ərzində axıra qədər dinməz qalsınlar. 
Pifaqor öz şagirdlərinə ruhi dünyanı yaxşı görmək biliyi verməyə qadir idi, 

230 
 
bunu  onlara  izah  edirdi.  Bunlardan  əlavə  ilk  müzakirə  olunan  təlim  matematika, 
həndəsə,  astronomiya  və  musiqi  kimi  meydana  çıxdı.  Öz  dövründə  Pifaqora 
demişdilər  ki,  yalnız  insan  oğlu  Yer  kürəsinin  musiqisini  eşitməyə  qadirdir,  o 
müxtəlif notların tərəzisi kimidir, onların hər birini isə məkanda hərəkət edən yeddi 
planet düzəldir. 
Bir dəfə Pifaqor şəhərdə gəzəndə o, metalın zindana döyüldüyünü eşitdi. O, 
gördü  ki,  müxtəlif  ölçülü  çəkiclər  müxtəlif  səslər  əmələ  gətirir.  Evə  qayıdanda  o, 
otağının  yanında  ağac  lövhə  qurdu  və  ona  artan  çəkidə  ağırlıqlar  asdı.  Sınaq  və 
səhv  etmə  prosesi  vasitəsilə  o,  müəyyən  etdi  ki,  insan  qulağında  səslənən  gözəl 
musiqi  notları  müxtəlif  ağırlıqlardan  asılıdır.  Sonra  o,  hesabladı  ki,  onların  biri 
riyazi 
dəqiqlik 
qaydasında  digərinə 
mütənasibdir. 
Pifaqorun 
həmin 
hesablamalarından  bu  gün  bizim  başa  düşdüyümüz  və  həzz  aldığımız  musiqi 
oktavaları çıxarılırdı.  
Sirrli  məktəblərin  təlimi  şəhərləri  tikməyə,  elmin  və  texnologiyanın 
inkişafına,  zahiri  Dünyanın  quruluşuna  və  nizamlanmasına  kömək  etməli  olan 
rasional tərəflə əlaqədədir. Plutarx demişdi ki, kim yüksək həqiqətləri bilirsə, belə 
nəticəyə  gəlir  ki,  cəmiyyətin  «ciddi»  vəzifələrini  ciddi  qaydada  qəbul  etmək 
çətindir. O, Heraklitdən «Əbədilik oynayan uşaqdır» sitatını gətirmişdi. 
 Pifaqorun şagirdləri cəmiyyətdən ayrı yaşamağa öyrədilirdi, musiqi ekstazı 
ilə  intellektual  analizlər  arasındakı  alternativi  seçirdilər.  Pifaqor  ilk  adam  idi  ki, 
özünü müdrikliyi sevən adlandırırdı, bu da yunanca «filosof» (hərfi mənada bu söz 
«müdrikliyi sevən» deməkdir) adlanırdı. Onu təqlid edən Sokrat və Platon kimi o, 
müasir  universitet  professorlarından  daha  çox  maqlara  yaxın  idi.  Onun  şagirdləri 
ondan  qorxu  hissi  keçirirdilər.  İnanırdılar  ki,  əgər,  istəsə  onları  yatırtmaq  gücünə 
malikdir  və  onların  oyaq  şüurunu  uzaq  məsafədən  də  döndərə  bilir.  Pifaqoru 
özünün  daxili  siklindən  xaric  edilənlərdən  çıxan  ölümcül  qəzəb  cəzb  edirdi, buna 
görə o, Siron adlı adamı öz Sirrli məktəbinə qəbul etməkdən imtina etdi, səbəbi isə 
onun  düşünülməmiş  davranışı,  özünü  təkəbbürlü  aparması  idi.  Siron  kütləni 
Pifaqora  qarşı  qaldırdı.  Adamlar  Pifaqorun  öz  ardıcılları  ilə  görüşdüyü  binanı, 
onun içərisinə girib yandırdılar. İçəridə olanların hamısı öldü. 
Pifaqor  erasında  dünyanın  iki  müxtəlif  tərəfində  digər  filosoflar- 
Yunanıstanda Heraklit və Çində Lao-Tszını qısa müddətdə tarixin səthinə çıxdılar. 
Onlar  rasionallığı,  həyatın  irriasional  ölçüsünü  müəyyən  etməyə  çalışırdılar. 
Heraklit demişdi: Biz eyni axına iki dəfə girə bilmərik. 
Belə  bir  əhvalat  vardır  ki,  Könfutsi  Lao  Tszını  görməyə  yollandı  və  ondan 
özünün  həsr  edilməsini  xahiş  etdi.  Lao-Tszı  isə  qüruruna  görə  gənc  Konfutsini 
məzəmmət  etdi.  Onu  geri  qaytardı,  ehtiramsız  davranışı  ilə  həddən  çıxan 
ambisiyasının qarışığına görə onu ələ saldı. Bu yəqin ki, dəqiq olmayan əhvalatdır, 
lakin  vacib  bir  həqiqət  kimi  onu  göstərir  ki,  Konfutsiçilik  və  Daosizm  Çində 
ekzoterik təlimləri təşkil edir. 
Konfutsi  ənənəvi  sirr  olmayan  Çin  müdrikliyini  toplamağa  uzun  illər  sərf 
etmişdi  və  bu  kolleksiyalar  sonralar  Çin  liderləri  tərəfindən  hökumət  üçün 
rəhbərlik  təlimatına  çevrilmişdi.  Konfutsinin  sözləri  yüksək  dərəcədə  müdrik  idi. 
Min  millik  səyahət  bir  addımdan  başlayır.  Tapşırığın  qiyməti  mükafatdan  da 

231 
 
artıqdır. Əgər sən öz məqsədinə çata bilmirsənsə, məqsədlərini qaydaya qoy. Belə 
qaydada onun fikirləri davam edir. 
Afinada biz azadlıq istedadını, fərdi fikiri görürüksə, Spartada fərdi iradənin 
inkişafını, qəhrəmana sitayişin, güclü adamlar nöqteyi-nəzərindən rəqabət həddini 
və məğrurluğu görürük. 
Bütün  yunan  Sirrli  məktəblərindən  ən  məşhuru  Afinadan  bir  neçə  mil 
arasındakı  Elios  kəndində  yerləşirdi.  Romanın,  özü  də  həsr  olunmuş  olan  dövlət 
xadimi  Tsitseron  deyəcəkdi  ki,  Eliosian  Sirrləri  və  ondan  çıxanlar  Afinanın 
sivilizasiyalı dünyaya verdiyi ən böyük fayda idi. Elios «Elauno» sözündən əmələ 
gəlmişdi,  «mən  gəlirəm»  mənasını  verirdi,  bu  isə  o  demək  idi  ki,  «Mən 
yaranmışam» . Biz Pifaqordan da bilirik ki, Süd Yolu da nəhəng çay və ruhların 
kütləsi kimi nəzərdə tutulur. 
Dinin neqativ olması, hətta dünya tarixinə destruktiv təsir göstərməsi barədə 
deyilən  sözlər  bayağı  səslənir.  Dini  müharibələr,  İnkvizisiya,  elmi  fikirin 
boğulması  və  məhdud  patriarxal  münasibətlər  dəfələrlə  dilə  gətirilir.  Bunu 
xatırlamaq  yerinə  düşər  ki,  bəşər  mədəniyyətinin  bəzən  ən  böyük  şərəfli 
şəxsiyyətləri  məhz  Sirrli  məktəblərdən  öz  mənbəyini  götürmüşdür,  bunlar  isə 
qədim  dünyadakı  mütəşəkkil  dinin  mərkəzi  hissəsi  idi.  Təkcə  heykəltəraşlıq  və 
drama deyil, həmçinin fəlsəfə, matematika və astronomiya siyasi və tibbi ideyalar 
kimi bu dini institutlardan yüksəlmişdi. Hər şeydən əlavə, Sirrli məktəblər şüurun 
təkamülünə təsir göstərmişdi. 
Yevripid  öz  pyesində  yazırdı  ki,  «Burada  yalnız  bir  şey  vardır  ki,  o,  bütün 
həyat sınaqlarından çıxa bilər – bu gizli şüurdur». 
Biz qədim yunan pyesinə baxanda katarsis (Aristotel tərəfindən faciə barədə 
təlim termini kimi tətbiq edilmişdir: tamaşaçının hala acımaq prosesində keçirdiyi 
ruhi  cəhətdən  boşalmasıdır)  vasitəsilə  təmizlənirik.  Yunan  dramaturqlar  öz 
auditoriyalarına  elə  təcrübə  verirdilər  ki,  bu  bəzi  cəhətcə  özünü  həsr  etmə 
təcrübəsinə  bənzəyirdi  və  onun  işləmək  qaydası  insan  təbiətini  anlamağa 
əsaslanırdı, bu isə mahiyyətcə müqəddəs sayma idi.  
Sokrat  öləndən  sonra  onun  şagirdi  Platon  yunan  fəlsəfəsində  aparıcı  şəxsə 
çevrildi.  Onun  «Dialoqları»  idealizm  adlanan  fəlsəfənin  ən  böyük  ifadəsi  oldu. 
Gizli tarixdə isə hər kəs dünyanı idealistik qaydada öyrənir. Heç kəs soruşmur ki, 
obyektlərə nisbətən reallıq formalarından ideyalar yüksəkdirmi? 
Hər  kəs  düşünmədən,  instinktiv  olaraq  buna  inanır.  Platonun  şagirdi 
Aristotel  isə  bu  gün  aparıcı  rol  oynayan  materializmə  aparan  tərəfə  fəlsəfi  bir 
sıçrayış etdi. 
B.e.ə beşinci əsrdə Afina və Sparta arasında ağalıq etmək naminə müharibə 
getdi.  Dördüncü  əsr  onların  hər  ikisinə  II  Filippin  hökmranlıq  etdiyi  Makedoniya 
qalib gəldi. Plutarx qeyd edir ki, Filippini oğlu Aleksandr b.e.ə. 356-cı ildə, lunatik 
Herostrat  tərəfindən  Efesdəki  Artemida  məbədi  yandırılan  gün  anadan  olmuşdu. 
Sirrli  məktəbin  ruhu  Aleksandr  doğulanda  ona  daxil  olmuşdu.  Aleksandr  bütün 
həyatını öz daxilindəki bu ilahi elementi öyrənməyə, tanımağa həsr edəcəkdi. 
Filipp həmin dövrün ən böyük zəkası olan adamı öz oğluna müəllim tutdu, 
bu  Platonun  ən  böyük  şagirdi  Aristotel  idi.  Aleksandr  və  bu  yaşlı  adam  bir-

232 
 
birlərində  xoş  ruhu  gördülər.  Aristotel  maddi  dünyanın  məlumatlarını  toplayıb, 
təsnifləşdirmişdi. O, fiziki qanunlarla abstraksiya (Əşyaların bəzi xassələrindən və 
onlar  arasındakı  münasibətdən  fikrən  uzaqlaşma)  metodu  qaydasında  işləyirdi. 
Buna  görə  də  təbiətin  ölçüsünün  gizli  qüvvələrini  təsvir  etdikdə, bütünlükdə  yeni 
və  müasir  yalanları  icad  etməyə  qadir  idi.  Aleksandr  dünyanın  o  vaxta  qədər 
görmədiyi  ən  iri  imperiyanı  yaratmışdı.  Bu  o  vaxt  Aristotel  fəlsəfəsi  üçün  bir 
vasitəyə çevrilmişdi. 
Oğlunun  iyirmi  yaşı  olanda  Filipp  qətlə  yetirildi.  Lakin  tezliklə  Aleksandr 
özünü dahi hökmdar və məğlubedilməz hərbi sərkərdəyə çevirdi. B.e.ə. 334-cü ildə 
o,ordusunu  Asiyaya  apardı,  İss  döyüşündə  persiyalıları  məğlub  etdi,  baxmayaraq 
ki, axırıncıların döyüşçülərinin sayı onun birə nisbətində makedoniyalılarınkından 
çox  idi.  Sonra  o,  Suriya  və  Finikiyadan  keçməklə  Cənubu  tutdu,  sonra  isə  Misir 
işğal edildi. Burada o, Aleksandriya şəhərinin  əsasını qoydu. Hər yerdə o, yunan 
modelində şəhər-dövlətlər yaradırdı, yunan siyasəti ilə birlikdə yunan fəlsəfəsini də 
yayırdı.  Bu  Aleksandrın  yenicə  inkişaf  etmiş  şüuru  xilas  etmək  missiyasının  bir 
hissəsi idi.  
B.e.ə. 331-ci ildə Aleksandr persiyalıları yenidən məğlub etdi, onların qədim 
paytaxtı  Persepolisi  dağıtdı,  sonra  isə  Əfqanıstana  və  axırda  Hindistana  atıldı. 
Burada  o,  Brahmin  filosofları  və  Rişilərin  törəmələri  ilə  fikir  mübadiləsi  apardı. 
Müqəddəsləri,  Brahmin  həsr  edilmə  mərasimlərini  müşahidə  etməyə  gəldikdə, 
Aleksandrın  öz  keşişləri  bu  mərasimlərin  özlərininki  ilə  necə  oxşar  olduğuna 
məəttəl qalmışdılar. 
Belə bir əhvalat vardır ki, Aleksandr yunan filosofunu göndərdi ki, Brahmin 
müəllimini onun yanına çağırsın, ona böyük  ənamlar vəd etdi və əgər imtina etsə, 
boynunu  vuracağı  ilə  onu  hədələdi.  Filosof  çox  yol  getdikdən  sonra  Brahmini 
meşənin  dərinliyində  tapdı  və  ondan  özünün  gözlədiyindən  də  sərt  cavab  aldı: 
«Brahminlər  heç  vaxt  nə  ölümdən  qorxmurlar,  nə  də  qızıla  sahib  olmağı  arzu 
etmirlər. Biz meşə yarpaqlarının üstündə dərin yuxu ilə dinc şəkildə yatırıq. Əgər 
biz hansısa maddi mülkiyyətə sahib olsaydıq, bu bizim  yuxumuzu yalnız narahat 
edərdi. Biz yerin səthi ilə münaqişəsiz olaraq sərbəst hərəkət edirik və bizim bütün 
ehtiyaclarımız, uşağını döşlə əmizdirən ana tərəfindən ödənilir.» 
Bu  cavab  Aleksandr üçün kürəyindən vurulan  zərbə xarakteri  daşıyırdı. Öz 
həyatının sonuna yaxına qədər elə görünürdü ki, heç kəs onun yolunu kəsə bilməz. 
Tarixdə  yalnız  az  halda  baş  verən  kimi,  fərdi  olan  şey  bütün  dünyanı  onun 
iradəsinə təslim etməyə qadir olan kimi görünürdü. Aleksandrın bütün həyatı onun 
ilahi  gücünün  mənbələrini  anlamağın  axtarışı  kimi  görünürdü. Müxtəlif  vaxtlarda 
Perseyin və Herkulesini müxtəlif ənənələrə müvafiq olaraq onun əcdadları olduğu 
iddia  edilmişdi.  Aristotel  Aleksandra  Homerin  «İliadası»nın  bir  nüsxəsini 
vermişdi.  O,  bu  əsəri  əzbər  öyrənmişdi  və  özünü  bəzən  Axillesə  bənzəyən 
yarımallah kimi görürdü.  
B.e.ə.322-ci  ildə  isə  o,  ekspedisiya  ilə  Siua  səhra  vahəsindəki  Amon 
məbədinə getdi. Bu, Misirdəki Memfisdən beş yüz mil aralı idi. Bu səfərində o, az 
qala  ölmüşdü,  baxmayaraq  ki,  bu  «mistik  ölüm»  barədə  xatırlanma  ola  bilərdi. 
Bircə  şey  dəqiq  məlumdur  ki,  orada  o  keşişlər  tərəfindən  «etiraf  edildi»  və  həsr 

233 
 
olunmanı  keçdi.  Keşişlər  ona  deməli  idilər  ki,  Aleksandr  Amon-Zevsin  oğludur. 
Güman  edilirdi  ki,  onun  sonralar  da  geyindiyi  mərasim  buynuzları  bunun 
əlamətidir.  Onun  işğal  etdiyi  bəzi  ölkələrdə  o,  buynuzlu  adam  kimi  yada  salınır. 
Quranda o, Zül-Qərneyin kimi meydana çıxır, bu «İkibuynuzlu adam» demək idi. 
Lakin  gizli  tarixə  görə  bu  buynuzlar  ovçu  buynuzları  idi.  Belə  görünür  ki, 
Aleksandr və Aristotel yenidən doğulduqda, ikinci dəfə birləşəcəklər. 
Yalnız  bir  dəfə,  otuz  üç  yaşında,  Aleksandr  Babil  astroloqlarının  şəhər 
qapılarından  girməmək  barədə  ona  etdikləri  xəbərdarlığa  məhəl  qoymamasından 
iki  həftə  sonra  qızdırma  xəstəliyindən  öldü.  Tezliklə  aydın  oldu  ki,  Aleksandrın 
imperiyası yalnız onun fərdi maqnetizminə görə öz birliyini saxlaya bilirdi.  
Apuleyin  «Qızıl  eşşəyi»  Roma  dövrünün  böyük  həsr  olunma  əsərlərindən 
biri  idi.  «Kuridon  və  Psixeya»  əsəri  də  həmçinin  ezoterik  və  tarixi  cəhətə  görə 
əhəmiyyətə  malik  idi.  Psixeya  gözəl,  günahsız  gənc  qız  idi.  Kuridon  ona 
vurulmuşdu və  xəbərlər göndərirdi ki, gecə onun yanına, təpə üstündəki sarayına 
gəlsin. O, allahla  məhəbbət  yaşamalı  idi. Lakin  burada bircə şərt ondan  ibarət idi 
ki, onların məhəbbətinin baş tutacağı yer tam qaranlıq olmalı idi. Psixeya onu da 
qəbul etməlidir ki, məhz allahın sevgisindən həzz alır. Qızın böyük bacısı isə paxıl 
idi. O, kiçik bacısına acı bir şəkildə deyirdi ki, onun sevdiyi heç də gözəl oğlan – 
allah  deyildir,  bir  eybəcər,  nəhəng  ilandır.  Bir  gecə  Psixeya  artıq  müqavimət 
göstərə  bilmədi  və  şirin  məhəbbət  anlarından  sonra  Kuridon  yuxuda  olanda,  qız 
yağ lampasını onun üzünə tutdu. Gözəl, gənc allahı kəşf etdiyindən, çox sevindi, 
lakin yanan yağın bir damcısı oğlanın üstünə düşdü və onu oyatdı. Psixeya əbədi 
olaraq onun yanından qeybə çəkildi. Bu əhvalatda ikinci məna ondan ibarətdir ki, 
allah həqiqətən də eybəcər ilan idi. 
Tsitseron  Roma  imperiyasında  islahat  üçün  böyük  qüvvələrdən  biri  idi.  O, 
Eliosda öz həsr olunmasına həyatını formalaşdıran böyük təcrübə kimi baxırdı. O, 
deyirdi ki, bu mərasim onu öyrətmişdir ki, «Şən yaşa və ümid edən kimi öl». 
Kolizeydəki  qan  hamamları  təkcə  müqəddəslik  istisna  olmaqla,  fərdi  insan 
həyatına  heç  bir  qyimət  vermirdi.  Stoik  filosof  olan  imperator  Mark  Avreli  həyat 
fəlsəfəsi şəklində təklif edəcəkdi: «Heç vaxt imkan vermə ki, gələcək səni narahat 
etsin,  gələcəyi  görməli  olsan,  bu  gün  gerçəkliyə  qarşı  silahlandığın  ağlının  eyni 
silahları ilə onu qarşılamalı olacaqsan». Bu sözlər üzüntü ilə dolu idi. 
İoanın  «İncil»ində  deyilir:  «Başlanğıcda  söz  var  idi  və  Söz  Allahla  idi  və 
Söz  Allah  idi…  Hər  şey  onun  tərəfindən  düzəldilirdi…  Və  işıq  qaranlığı 
işıqlandırırdı  və  qaranlıq  onu  dərk  etmirdi…  O,  dünyada  idi  və  dünya  onun 
tərəfindən  düzəldilmişdi  və  dünya  onu  tanımırdı».  «İncil»in  yaranmasını  İisus 
Xristin missiyası ilə birlikdə sözlə müqayisə edir, bu inkarnasiya edilmiş söz idi. 
İoann  bununla  ikinci  yaranma  növü  kimi  ikinci  missiyanı  təqdim  edir.  Buradakı 
həlledici  cəhət  odur  ki,  İisus  Xrist  daxili  həyatı  yaratmışdır.  O,  məhəbbətin  yeni 
növünü  irəli  sürdü.  Mərhəmətli  məhəbbət  başqasının  dərdinə  yanmaq  vergisinə 
əsaslanır. Xristdən əvvəl isə məhəbbət tayfa və ya ailə məhəbbəti idi. Heç bir fərd 
qan bağlılığından yuxarı qalxıb, sevmək üçün sərbəst qaydada kimisə seçə bilməyə 
qadir deyildi. Markın «İncil»ində (3.32) İisus öz anasının özü üçün  əhəmiyyətini 
inkar edir. Matfeyin «İncil»ində isə (10.37-8) o deyir: «Kim ki, atasının və anasını 

234 
 
məndən artıq sevir, o mənə layiq deyildir». 
 Ezoterik təlim düz yolla bütün sevgiyə aid olanlardan da yuxarıda durur. Bu 
təlim deyir ki, sən kosmosdan olan mərhəmətli qüvvələrlə əməkdaşlıq edirsən, güc 
səndən  elə  yolla  axır  ki,  sən  onu  anlayana  çevrilə  bilərsən.  Bu  proses  möcuzə 
yaradan və ya ilahi sehrlilik adlanır. 
İisus  Xrist  təsdiq  edirdi  ki,  «Ancaq  mən  sənə  deyirəm  ki,  kim  qadına 
şəhvətlə baxırsa, öz ürəyində artıq onunla zinakarlıq etmiş olur». Bu vaxta qədər 
heç  kəsin  demədiyini  o  dedi  və  bu  mənanı  verirdi  ki, bizim  dərin  düşüncələrimiz 
fiziki obyektlər kimi realdır. 
Bizim  «özəl»  düşündüyümüz  şey  kosmos  tarixinə  birbaşa  təsir  göstərir. 
«Ürəyində təmiz olanlar xoşbəxtdirlər, buna görə də onlar Allahı görəcəklər». 
Filippin  «İncil»ində  İisus  Xristin  Mariya  Maqdalina  ilə  münasibətinə  dair 
intriqa xarakterli bir işarə vardır: «İisus onu bütün şagirdlərindən artıq sevirdi və 
onu tez-tez öpürdü». Bu, Bibliyanın «Şərqilər Şərqisi» kitabındakı şeiri yada salır: 
«Qoy o, məni ağzının öpüşləri ilə öpsün» və ya «Məhəbbət ölümdən güclüdür». 
Mariya Maqdalina adətən tövbə edən kimi təsvir edilir. Fra Bartolomeonun 
tablosunda qız İisus Xristin ayaqlarını yumağa apardığı bitki yağı bardağı ilə təsvir 
olunur. Bardaq daşın üzərinə qoyulmuşdur və daşın üstündə bu sözlər yazılmışdır: 
«Mən könlüm sevdiyi adamı tapdım». 
 
Xristianlıq və Şamanizm  
 
Konstantin  Roma  imepriyasının  yavaş-yavaş  gedən  tənəzzülünü 
dayandırmaq  üçün  yeni  qüdrətli  dinə-xristian  dininə  ümid  edirdi.  Lakin  Roma 
yenidən  canavarların  və  tülkülərin  istirahət  yerinə  çevrildi.  Konstantinin  qohumu 
Yulian 361-ci ildə hakimiyyətə gələndə, o, dini dözümsüzlük dalğasını dəyişdirdi. 
Dar,  doğmatik  xristianlığa  qarşı  məşhur  polemik  əsərlər  yazdı,  axı  məhz  belə 
xristianlıq  yüksəlmişdi.  Buna  görə  də  sonralar  xristian  yazıçıları  onu  «Dönük» 
deyə adlandırmağa başladılar. Bu o demək idi ki, o, inamı kənara tullamışdır. 
Yulian  Persiya  ilə  müharibə  aparanda  Persiyada  yerləşən  Manixey  Sirrli 
məktəbinin  gizli  biliyini  anlamağı  arzu  edirdi.  O,  Günəş  allahın  missiyasının 
təhlükədə  olduğunu  kifayət  dərəcədə  qiymətləndirməyi  bacarırdı  və  bu 
Manixeyizmin daxili sirrlərinin Günəş allahla Əhrimən və ya İblis materializminin 
ruhu arasında gedən müharibəyə aid olduğunu bilirdi. Lakin o, öz missiyasına nail 
olmamışdan əvvəl Konstantinin ardıcılları tərəfindən öldürüldü. Yeni imperator isə 
«dinsizin»  mülkiyyətini  müsadirə  etdi  və  onun  məbədlərini  tutdu.  İsidanın 
heykəlləri  yenidən  Mariyaya  həsr  olundu. Romadakı  Panteon  bütün  allahlar  üçün 
məbəd olsa da, imperator Teodesi tərəfindən monoteizm məbədinə çevrildi. 
Çində  imperiyanın  tədricən  genişlənməsi  Asiyada  və  Avropa  daxilində 
domino effekti yaratdı. Uzaq Şərqdə olanların təzyiqi altında qotlar, vestqotlar və 
vandallar  Avropanın  bir  sıra  hissələrinə  müdaxilə  etdilər,  hətta  yenidən  geri 
çəkilməzdən  əvvəl  Roma  kimi  uzaq  ərazilərə  gəlib  çatdılar.  Köçəri  monqol 
tayfaları  Hun  lideri  Attilanın  başçılığı  altında  V  əsrin  ikinci  rübündə  birləşdirir. 
Onlar əvvəllər qotların və vandalların müdaxilə etdikləri ərazilərdə at oynatdılar və 

235 
 
imperiya  Mərkəzi  Asiya  düzənliklərindən  Şimali  Qaliyaya  qədər  uzandı. 
Avropalıların  «Allahın  bəlası»  hesab  etdikləri  Attila  barbarlığına  görə  dillərə 
düşdü,  yunan  tarixçisi  Priskus  Attilanın  düşərgəsinə  səfər  edib,  bir  şahid  kimi 
orada  olanları  təsvir  etdi.  O,  gördü  ki,  Attila,  döşəməsi  yonulmuş  taxtadan  olan 
sadə evdə yaşayır və bu ev taxta hasarla çəpərlənmişdir. Yun palazlar xalça rolunu 
oynayırdı  və  hərfi  mənada  «kiçik  ata»  adlanan  Attila  öz  qonaqlarını  sadə  kətan 
paltarda  qarşılayırdı.  O,  ağac  fincandan  qədərində  içki  içir  və  ağac  boşqabdan 
yemək yeyirdi.  
Deyirdilər  ki,  Attila  Xristian  şəhəri  Korinfi  işğal  edəndə,  o  küçənin  hər 
küncündə fahişə qadınları görüb qəzəblənmişdi. Həmin qadınlara ya adamlarından 
birinə ərə getməyi, və ya sürgünə yollanmağı seçmək imkanını vermişdi. 
Romanlar  digər  düşmənlərinə  nisbətən  Attiladan  daha  çox  qorxurdu.  O,  öz 
adamlarına  Roma  ərazisində  yaşamağa  və  ya  Roma  mallarını  almağa  icazə 
vermirdi. 
O,  Roma  ərazilərinə  müdaxilə  edəndə,  romanlaşmanı  dəyişdi,  Roma 
tikililərini  dağıtdı  və  həmçinin  Romadan  təzminat  pulu  kimi  minlərlə  funt  qızıl 
götürdü.  452-ci  ildə  o,  nəhayət  Romanı  sıxışdırmağa  başlayanda  imperator, 
yepiskop  Leonu  onunla  görüşməyə  göndərdi.  Gələcək  Papa  Leo  Attila  ilə 
sövdələşmə  danışığı  apardı,  bu  şərtlərə  görə  imperatorun  qızı  Honoriya  onun 
arvadı  olmalı  idi  və  minlərlə  funt  qızılı  da  cehiz  kimi  özü  ilə  götürəcəkdi.  Bu 
səbəbdən də Atilla Roma imperiyası üzərində ağalığa və dünyanı idarə etməyə nail 
olduğuna inandı. 
Attila  və  onun  xalqı  şamanizmi  tətbiq  edirdilər.  Döyüşlərdə  Attila  özü 
ordusuna  başçılıq  edirdi,  ona  bunu  şaman  keşişləri  məsləhət  görürdülər.  Hun 
ordusu döyüşə ulamaqla atılırdı, silahlarını cingildədirdi, buynuzlarla və zənglərlə 
səs salırdı. 
Bunların hamısından məqsəd ölülər batalyonunu, öz əcdadlarının kabuslarını 
çağırmaq  idi  ki,  onlar  da  əsgərlərlə  birlikdə  döyüşsünlər.  Onlar  həmçinin  şaman 
qaydasında ət yeyən heyvanların, canavarların və ayıların ruhlarını haraylayırdılar 
ki, özlərinə daxil olmaqla, döyüşənlərə fövqəltəbii qüvvə versinlər. 
«Şaman»  sözü  tunqus-monqol  isimi  olub  «bilən  adam»  mənasını  verir. 
Şamanlar barbar müdaxilələri dövründən indiyədək müxtəlif texnikalardan istifadə 
edirlər,  bəziləri  bunu  «ekştazın  arxaik  texnikaları»  adlandırır.  Onlar  trans 
vəziyyətinə  düşməklə  işləyirlər  Ritmik  qaval  vurmaqla  və  rəqs  etməklə  öz  sehrli 
əməllərini  həyata  keçirirlər.  Bir  çox  tablolar  şamanistik  mədəniyyətləri,  onların 
translarının məlumatları kimi təsvir edirlər. 
Müasir  ezoterik  təlimə  görə  bütün  şamanizm,  istər  bu  köhnə  Hun  və  ya 
Monqol Ordalarınınkı olsun, istər bu gün Cənubi Afrikada tətbiq edilən sanqoma 
olsun, bunlar vaxtilə mövcud olmuş gözəl ilkin görünməni təmsil edir. Şərti tarixdə 
(insanda,  heyvanda,  bitkilərdə,  cisimlərdə  müstəqil  başlanğıc-  ruhların  olması 
barədəki  fantastik  təsəvvürlər  sistemi)  dinlər  əvvəlki  səhnələrində  animizm  və 
totemizm (müəyyən tayfa qrupunun hansısa bir totemlə fövqəltəbii əlaqəyə və qan 
yaxınlığına olan inam. Totem ilahi deyil, nəslin başlanğıcı kimi qəbul olunur) kimi 
tanınırdı. Bu bütün qədim sivilizasiyaların dolaşıq kosmologiyalarına doğru inkişaf 

236 
 
etdi.  Gizli  tarixdə  bəşəriyyətin  ilk  qarşılaşdığı  görünmə  dolaşıq,  təhrif  edilmiş  və 
gözəl idi, yalnız sonralar animizmə, totemizmə və şamanizmə doğru pozuldu. 
Attilanın  tayfa  xalqı  şamanizmi  tətdiq  edirdi,  onlara  bu  ruh  dünyalarına 
girmək  imkanı  verirdi.  Çox  sayda  kilsə  xadimləri  buna  qısqanclıq  edə  bilərdilər, 
lakin  bu  atavistik  (yaşlı  orqanizmlərdə  onların  keçmiş  əcdadlarına  xas  olan 
xüsusiyyətlərin  və  əlamətlərin  meydana  çıxması  belə  adlanır)  vəziyyətdəki  ruh 
dünyasına girmək idi. Narkotiklərlə ruh dünyasına daxil olmaq, lazım olan hazırlıq 
olmadan bunu etmək idi və demonik ölçüyə girmək üçün qapını aça bilərdi. 453-cü 
ildə  Attila  yüksək  silkdən olan ailədən olan gənc  qızla  evləndikdə  öldü. Onun  bu 
vaxtı artıq yüzlərlə arvadı var idi və Roma imepriyasının sonunu müşahidə edirdi. 
İnsan şüurunun yeni pilləsinin erkən böyüməsi qönçəni qopartmaq kimi bir 
şey idi. Səhərisi gün Attilanın ölüm xəbəri yayıldı. O, əvvəllər də burnundan çox 
miqdarda qan açılmasından əziyyət çəkmişdi. 
Çoxları  Persiyaya  gəlirdi,  burada  Xosrov  şah  yunan  sivilizasiyasını 
ihamlandırana  bənzəyən  böyük  akademiyanın  əsasını  qoymağı  arzulayırdı. 
Neoplatonizmin, Qnostisizmin  və  Hermetisizmin  elementlərini özündə birləşdirən 
intellektual  fermentdə  Aristotel  metodologiyası  maddi  dünyanın  və  ruh 
dünyalarının  birləşdirməsi  şəklində  tətbiq  olunurdu.  Beləliklə  Ərəb  magiyasının 
qızıl erası başlandı. 
Burada heç də təəccüblü belə bir şey yoxdur. Bütün bizim uşaqlığımız sehrli 
görmə tərəfindən – dühalardan, sehrli lampalardan yaranan işıq idi.  
 
Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin