Abraham. Yunan sivilizasiyası
Abraham (İbrahim) b.e.ə. 2000-ci illərə yaxın bir dövrdə öz doğma Urunun
(Urununun) göydələnləri arasında gəzirdi. O, qonaq getməyi, səhra köçərisi
olmağı, itirilmə prosesində olan ilahi hissi yenidən açmağı qərara aldı.
O, Misirə gələndə fəraon öz qızlarından biri olan Həcəri Abrahamın arvadı
Saraya qulluqçu verdi. Həcər Abrahama onun ilk oğlu olan İşmayeli (İsmayılı)
doğdu və o, ərəb xalqlarının atasına çevrilməli idi. Abraham Misir keşişlərindən
özünü həsr etmə böyük biliyini öyrəndi. O vaxtlar evlənmə bir qayda olaraq tayfa
və ya geniş ailə içərisində baş verirdi. Fövqəltəbii qüvvələr qanla əlaqədə olurdu və
eyni qandan olan nikah, misal üçün, qaraçıların ənənəsində öyrədildiyi kimi,
qüvvələri möhkəmləndirdi. Müxtəlif tayfalardan olan nikahlara qüvvələrin və
birliyin dəyişilməsi də daxil idi. Bu isə arzuolunmayan idi.
Abraham Misirdə hansı müqəddəs sayma formasını qəbul etmişdi? Özünü
həsr etməyə namizəd olan adam qranit sərdabənin içərisində uzanmalı idi. Trans
vəziyyətində olanda öz bitki bədənini, öz ruhi və heyvani bədəni ilə birlikdə
qaldırmağa qadir olurdu, onun fiziki bədəni yuxarı qalxırdı. Beləliklə, o, fantom
kimi sərdabənin ağzında pərvaz edirdi. Özünü həsr etmə mərasiminin şahidi olan
irland şairi U.B.Yiits təsvir edir ki, mərasim kursu ərzində səhnəni bildirmək üçün
bir neçə zəng çalınır. Yiitsin ruhu müxtəlif səhnələrdə müxtəlif aydınlıq
dərəcəsində görünməli idi, onların hər biri həmçinin müxtəlif rəng nümunələri ilə
nişanələnirdi.
Ezoterik fəlsəfədə bitki bədəni xüsusilə vacib olan məsələlərdən biridir.
Beləliklə, bu bədən səmərəli qaydada fiziki dünya ilə ruhi dünya arasında baş giriş
qapısını formalaşdırır. Sirrli məktəblərdə iki min beş yüz il keçdikdən sonra özünü
həsr etmə yenə də tətbiq edilir və bu gün də bəzi gizli cəmiyyətlərdə bu həyata
keçirilir. Məbədlərdə yatmaq qaydası mövcuddur, bəzi xəstə adamlara məbəddə
yatmağa icazə verilir. Bu yuxu üç gün davam edir, bu dövrdə özünü həsr edənlər
öz bitki bədənləri üzərində işləyirlər ki, həsr etmə prosesinə uyğun olmayan heç bir
şey baş verməsin.
Misirdə qaldıqdan sonra Abraham qərbə doğru, bu gün Palestina (Fələstin)
222
kimi tanınan regiona tərəf hərəkət etdi. O, silahlanmalı, öz nökərlərini məşq
etdirməli idi ki, yerli quldurlar tərəfindən əsir götürülmüş qardaşını xilas etsin.
Qəddar və qanlı döyüşdən sonra o, vadidən keçdikdə Melxizedek adlı bir qeyri-adi
şəxslə görüşdü. Salem çarı Melxizedek ən yüksək Allahın keşişi idi. O, çarları
öldürməkdən qayıtdıqda Abrahamı gördü və ona xeyir-dua verdi. Abraham özünün
malik olduqlarından onda birini bu möminlərin çarına verdi. Bundan sonra Salem
Çarı həm də Sülh Çarı oldu. O, özünü Allahın oğlu kimi aparırdı, ardıcıl olaraq
keşişlik edirdi.
Atası, anası, övladları olmadığına görə o, nə başlanğıc gününə, nə də həyatın
sonuna malik idi.
Kabalistik ənənədə Melxizedekin sirri Nuhunku kimi xarakterizə olunur,
Nuh isə böyük Atlantida lideri olmaqla bəşəriyyəti kənd təsərrüfatına, taxıl
becərməyə və şərab düzətməyə öyrətmişdi. O, əslində heç vaxt ölməmişdi, başqa
ölçülərdə hərəkət etmişdi. O, indi yenidən meydana çıxdı ki, Abrahamın mənəvi
müəllimi olsun, onu yüksək səviyyədə özünü həsr etməyə öyrətsin.
Atası İsaakı dağa, Melxizedekin səcdəgahında qurban verməyə gətirəndə,
onun iyirmi iki yaşı var idi. Abraham oğlu İsaakın boğazını kəsmək üçün bıçağını
çəkəndə, mələk, bu qurbanı buynuzu yaxındakı kola bağlanmış qoçla əvəz etdi.
İsaak Melkizedekin Sirrli məktəbində üç il yarım ərzində sirrləri öyrəndi. O, elə
səviyyədə özünü həsr etməyə yiyələndi ki, sonra nə lazım olacağını da, insan
inkişafının Ay səhnəsini də başa düşdü. Fərdi sərbəst düşünmənin təkamülü,
hökmən dəyişiləcək dünyada insanları şüurlu rol oynamağa qadir edəcəkdi.
Fikirin inkişafına digər böyük töhfə, əlbəttə ki, yunanlardan gəldi. Troyanın
mühasirəyə alınması yunan sivilizasiyasının olduqca böyük səviyyəyə qalxmasının
başlanğıcı idi, bu vaxt yunanlar Xaldeya-Misir sivilizasiyasından təşəbbüsü ələ
aldılar və öz ideallarında əritdilər.
Qədim dünyada müharibələr müqəddəs biliklərə sahib olmaq uğrunda
aparılırdı. Müəyyən mənada buna görə də fövqəltəbii qüvvələr müharibələri
müzakirə edirdilər. Yunanlar ona görə şəhəri mühasirəyə almışdılar ki, ilahə
Afinanın əli ilə düzəldilmiş Palladium adlanan heykəli oradan çıxartsınlar. Eyni
yolla biz bunu, Yelenaya sahib olmaq üçün onların apardıqları mübarizədə də görə
bilərik.
Bu gün biz gözəlliyin sifətində Stendalın ibarəsindən istifadə edərək
«xoşbəxtlik vədini» görə bilərik. Böyük gözəllik özlüyündə bizə mistik görünə
bilər, əgər güman edilsə ki, bu özündə bilavasitə həyatın sirrini daşıyır. Yelenaya
sahib olmaq yunanları sivilizasiyanın sonrakı səhnəsinə irəliləməyə qadir edəcəkdi.
Troyanın muhasirəsi əhvalatı həm də bütünlüklə Axillesin məşhur
deyimində öz ifadəsini tapır: «Kölgələrin çarı olmaqdansa, yaşayanların torpağında
qul olmaq yaxşıdır». Yunanıstanın və Troyanın qəhrəmanları günəşdə yaşamağı
sevirdilər, o qəflətən bağlananda, bu dəhşətli bir şey olurdu və onların
ruhu kölgələrin torpağına, Qərb qaranlığına göndərilirdi.
Yunanlara görə qəhrəmanlardan başqa, muhasirədə olan Troyanı bəs əsl
məğlub edənlər görən kimlər idi? Bu heç də igid, qüvvətli qəhrəman Axilles
deyildi. O, demək olar ki, məğlub edilməyən yarımallahlardan axırıncısı idi. Bu,
223
«fərasətli ağıllılardan» olan Odissey idi, o, taxta ağac at hədiyyəsini qəbul etmək
barədəki hiyləgərliyi ilə troyalıları məğlub etmişdi, bu əllə düzəldilən nəhəng atın
içərisində isə əskərlər gizlədilmişdi.
Troya müharibəsindən əvvəl hər kəs eyni fikir dünyasına şərik idi. Adamlar
dəhşətli səmimiyyətlə birgə hərəkət edirdilər. Onlar bizim itirdiyimiz hissə malik
idilər, həyata keçirdikləri hər şeydə onlar kosmik hadisələrdə iştirak edirdilər.
Qədim yəhudilərin əhvalatları. Budda
Yəhudilərin Misirdən çıxmasının, adətən Misirin ən məşhur və daha
ekspansiv hökmdarlarından biri olan ll Ramzesin hökmranlığı vaxtında baş verdiyi
guman edilir. Luksordakı və Əbu Simbeldəki böyük tikililər onun abidələri
olmaqla, indi Parisin Konkord meydanında yüksələn nəhəng obelisk də bu abidələr
sırasına daxildir. O, erkən hökmdarlığın arxitipinə çevrilməklə inanırdı ki, onun
nailiyyətləri əbədi olacaqdır- deyirdi ki, «Sən ey Qüdrətli, mənim işlərimə bax və
ümidini itirmə!» ll Ramzesin hökmranlığı dövründə yəhudilərin izi göründüyü
kimi, İerixonun və ya Solomon məbədinin dağılmasının izləri hələ də arxioloji
qatlarda yatır. Ona görə də akademiklər arasında belə razılaşma vardır ki,
yəhudilərin mənşəyi barədəki epik miflər «yalnız miflər» idi və bu düşüncədə,
onlar tarixi reallıqda heç bir əsasa malik deyildilər. Arxeoloqlar dörd əsr ərzində
sensasiyalı kəşflər etmişlər. Moisey heç də ll Ramzesin müasiri kimi b.e.ə. 1250-ci
illərə yaxın yaşamamışdır. Bunun əvəzinə məlum olmuşdur ki, o, b.e.ə. 1540-cı
ildə doğulmuşdur və Misirdən yəhudilərin çıxması təqribən b.e.ə. 1447-ci ildə baş
vermişdir. Köhnə astronomik hesablamalardan istifadə edildikdə bu tarix öz
təsdiqini tapır. Mesopotomiya mətnlərində Veneranın müşahidələri xəbər verilir və
bu Bibliya, həmçinin bizə gəlib çatmış Misir məlumatları ilə üst-üstə düşür.
Moisey b.e.ə. XVl əsrin ortalarındakı Misir hökmdarı l Neferhotepin hökmranlığı
dövrünə düşür.
Misir prinsi kimi Moisey özünü Misir sirrlərinə həsr etmişdi. Bu «İncil»in
«Aktlar» kitabında da (7.22) təsdiq olunur, orada apostol Stefen deyir ki, «Və
Moisey misirlilərin bütün müdrikliyi ilə təlimatlanmışdı». Moisey sürgünə, səhraya
qaçanda müdrik qoca müəllimlə görüşdü. O, afrikalı, həbəşistanlı yüksək keşiş
Cefro idi, daş lövhələrdən ibarət kitabxananın mühafizəçisi idi. Moisey onun
qızına evləndikdə, Cefro onu yüksək səviyyədə özünü həsr edənə çevirdi. Moisey
gördü ki, kol yansa da, alov onu məhv etmir. Bu özünü görmə idi ki, qəbirin başqa
tərəfində gözləyən təmizləyici alov tərəfindən o, məhv olmadı. Moiseyin yanan
kolu görməsindən missiya hissi qalxdı, bu məhz süd və bal axan xoşbəxt torpağa
apardığı üçün, bəşəriyyətin faydası naminə işləməli olan bir impuls idi.
Lakin Moisey onun qarşısında qoyulmış tapşırığın böyüklüyü müqabilində
tərəddüd etdikdə, Allah öz qərarını sərtləşdirdi: «Və sən bu çubuğu əlinə
götürməlisən, çünki sən əlamətlər nümayiş etdirməlisən». Moisey geri, Misirə
qayıdanda qərara aldı ki, «onun adamlarını azad etməyə» Faraonu (fironu)
inandırsın. Moisey və qardaşı Aaron saray otağında dayanmışdılar. Aaron qəflətən
öz çubuğunu yerə atdı; çubuq dəyişilib, sehrli qaydada ilana çevrildi. Faraon öz
224
saray sehrbazlarına əmr etdi ki, onunla fərasətdə yarışsınlar, lakin onlar belə
etdikdə, Aaronun ilanı onlarınkını uddu.
Moiseylə faraon arasında iradə döyüşü böyüyürdü. Moisey öz çubuğundan
hadisələrin gedişi istiqamətində, göydən od ələmək və dolu yağdırmaq, çəyirkə
azarı gətirmək, Qırmızı dənizi yarmaq, qayadan güclü su axını gətirməkdən ötəri
ona zərbə vurmaq üçün istifadə etdi. Moisey Faraonu öz adamlarını azad
buraxmağa inandırmağa cəhd etdikdən sonra, onları Sinay səhrasına apardı və
dağdan daş lövhələr gətirdi. Allahın tapşırığını yerinə yetirmək Moisey üçün
Faraonu inandırmaqdan da çətin idi. Adamlar onun göstərişlərini dəfələrlə yerinə
yetirmirdilər.
Onlar odlu taunla və bürünc ilanla cəzalandırıldı. Moiseyin misirlilərə zərbə
vurmaq və öz xalqını intizama dəvət etmək üçün istifadə etdiyi çubuq isə heyvani
şüurun isə obrazı idi.
On ehkam və «Çıxış»ın digər qanunları və «İkinci qanun» kitabı Moiseyin
ictimai təlimini formalaşdırırdı. Onlar bütün xalq üçün idi. Ezoterik ənənədə o,
həmçinin yetmiş sayda yaşlı adama Kabalanı, eyni zamanda İudaizmin gizli mistik
təlimlərini öyrətdi. Kabala geniş kilsə kimi, böyük dünya dini kimi idi. Yenə də
bunun köhnə ənənədən, misirlilərin bir sıra mistisizmindən kənarda böyüməsi
düşüncəsi iddiası ilə Moiseyi və ya Kabalanı heç cür qaralamaq olmaz.
Riyazi hesablamalar da qədim Misirdən gəlmişdi, ancaq yüksək matematika
Misir rəssamlığında qalmışdı. Biz indi görürük ki, heroqlif ədədələr bölməni təmsil
edir, hansılar ki, 64-ün 63-ə bölünməsinin yekununa əlavə edilir. 64-ün 63-ə
bölünməsi rəqəmi misirlilərin ən böyük sirri, «Pifaqor Vergülü» adlanır.
Yüksək mürəkkəb rəqəmlər «Pifaqor Vergülünə» bənzəyirlər, «Pi» və «Fi»
(bu bəzən «Qızıl Mütənasiblik» adlanır) irrasianal rəqəmlər kimi tanınır. Onlar
fiziki kainatın quruluşunun dərinliyindədir və misirlilər onlara dünyanın
yaranmasına nəzarət edən prinsiplər kimi baxılırdı, bu prinsiplərə görə materiya
kosmos zəkasından düşmüşdü.
Misirlilərə görə bu rəqəmlər həmçinin kosmosun gizli harmoniyası idi və
ritmlər və mütənasibliklər kimi onları öz piramidalarının və məbədlərinin
tikintisində istifadə edirdilər. Bu yolla tikilən ideal olmalı idi. «Qızıl
Mütənasibliyin» istifadə edilməsi ilə tikilən dəhliz, qapı, pəncərə, ifadə olunmayan
bir qaydada insan ruhunu əyləndirməli idi. Misirin böyük məbədləri, əlbəttə ki,
bitki formaları ilə dolu idi. lakin bu, insanın bədən üzvlərinə mütənasiblik verən
bitki həyatı idi. Bitki həyatı qabırğalara çevrilirdi və onları riyazi formulaya xoş
gələn qaydada əyilən edirdi. Məbəd tikənlər xüsusilə bunu yenidən yaratmağa
həvəs göstərirdilər.
Misir məbədləri bu yolla tikilmişdi, çünki allahlar artıq can bədənində və
qanda məskunlaşmağa qadir deyildilər. Məbəd ancaq allahın bədəni olmaq üçün
tikilmişdi. Allahın ruhu bitkinin daxilində yaşayırdı və maddi bədənlər olan
məbədlər bəşər ruhu kimi bitkilərin və maddi bədənlərin daxilində yaşayırdı.
Qədim yəhudilər misirlilər kimi zəngin arxitektura irsi qoyub getməmişdilər.
Ədəd mistisizmi isə bizə Moiseyin kitablarının dilində, kodlaşdırılmış şəkildə gəlib
çatmışdır.
225
Kabalanın böyük kitabı olan «Zohar» «Köhnə Vəsiyyət»in ilk beş kitabının
geniş təfsiri idi, bu kitabların müəllifliyi isə adətən Moiseyə aid edilir. Kabala
(yaxud Kaballa) yəhudi sözü olub, «ənənə», «vermə», «verilmə» deməkdir. XIX
əsrin böyük ruç tarixçisi H.T.Qranovski «vermə» mənasını vurğulayır.Həqiqətən
də yəhudilər bu ad altında allahın Adəmə və Abrahama verdiyi gizli olmayan bir
elmi düşünürdülər. İntibah erasının görkəmli nümayəndələri olan italyan
mütəfəkkiri Piko della Mirandola və alman humanisti İohann Reyxlin isə bütün
elmləri özündə birləşdirən vahid bir elmin yaranmasını arzulayırdılar və bu elmi
Kabalada tapmağı düşünürdülər. Onlar güman edirdilər ki, Kabalada ümumdünya
simvolikasının açarını tapmaq olar. Əgər dünya maddiləşmiş fikirdirsə, o vaxt
Kabalaya müvafiq olaraq, sözlər və hərflər bu prosesin baş verməsi deməkdir.
Allah dünyanı qədim yəhudi əlifbasının hərflərindən istifadə etməklə və
nümunələrini düzəltməklə yaratmışdır. Qədim yəhudi hərfləri ola görə də sehrli
proporsiyaya malik idi.
«Çıxış» kitabının 14-cü fəsili üç-19, 20 və 21 saylı bəndlərdən ibarətdir,
onların hər biri 72 hərfdən əmələ gəlib. Əgər bu bəndlər biri digərinin başına
yazılsa, sütunda 72 hərf üzə çıxacaqdır. Sonra oxunan sütun 72-nin sirrinin Allahın
adı olduğu kimi açılacaqdır.
Hər bir qədim yəhudi həmçinin ədəd idi. Yəhudilərin «A» hərfi «əlif» -
«bir» idi. «Bet» - «iki» demək idi və sonrakılar da bu qaydada gedirdi. Burada
həmçinin mürəkkəb əlaqələr vardır. Qədim yəhudi sözü «ata» 3-ün ədədi mənasını
verirdi, «ana» sözü «41» mənasında idi. Qədim yəhudilərdə «uşaq» sözü «44 idi,
Ata və Ananın birləşməsi»ndən əmələ gəlirdi.
Yəhudilərin «Ədəm bağı» kəlməsinin ədədi mənası144 idi. Bilik Ağacının
ədədi mənası isə 233 idi. Əgər 233-cü 144-ə bölsək, bu, «fi» qızıl prororsiyanın
qiymətinə yaxın olan rəqəmi ifadə edəcəkdir.
Ziqmund Freyd Kabala ilə dərindən maraqanırdı. O, sübut edirdi ki, Misir
faraonu Exnaton Moisey monoteizminin (təkallahlığının) mənbəyi idi.
Biz bilirik ki, Moisey birinci gəlmişidir. Exnatonun monoteizm ideyaları
hiyləgərcəsinə qurulmuşdu, həm də təhlükəli qaydada fərqli idi. Misir Yeni
çarlığının ən yüksək dövründə Exnatonun atası III Amenhotepin hökmranlığı
böyük sülh və çiçəklənmə vəd edən yeni eranın siqnalı kimi görünürdü. Hətta bu
dövr Böyük Piramidanın unikal nailiyyəti ilə müqayisə olunmasa belə, qədim
dünyanın çox gözəl məbədlərinin tikilməsini görmüşdü.
Exnaton xromosom qüsuru ilə doğulmuşdu, ona görə də qəribə görünüşə
malik idi. Qadın budları kimi iri budları var idi, uzun üzü onu yerə məxsus
olmayana bənzədirdi, hətta ruhi xarakter daşıyırdı. Bu qüsur həmçinin ruhi
tarazsızlıq simptomlarına, maniyaya, paranoyyaya və ilyuziyaya qapılmağa aparıb
çıxarırdı. Exnaton hökmranlığı Sotik siklinin başlanması ilə bir vaxta düşdü.
Keşişlərin ilahiyyatına görə bu, tarixin gördüyü ən böyük astronomik sikllərdən
biri idi. Misir mifologiyasında bu siklin hər yeni başlanğıcı Bennu quşunun
qayıtmasını görürdü, bu Feniks yeni eranın başlanmasının və yeni paylanmanın
rəmzi idi.
Exnatonun birinci işi günəş dairəsi allahı Atona Məbəd tikmək idi. Məbəd
226
onun böyük saray həyətinin mərkəzində yerləşmişdi, obeliskin başındakı daşda
əfsanəvi Feniks dirilməli idi. Onun ikinci addımı yeni böyük paytaxt şəhərini
tikmək idi. O, istəyirdi ki, yeri öz oxu ətrafında fırlatsın. Sonra o, elan etdi ki,
bütün allahlar real olaraq mövcud olmamışlar və Aton bir, həqiqi və vahid
Allahdır. Bu müasir düşüncədəki monoteizmə çox oxşayırdı. İsidaya, Osirisə və
Amon – Raya sitayiş qadağan edildi, onların məbədləri ləğv edildi və bağlandı,
onların populyar bayramları cəhalət nişanəsi elan edildi.
Bu günkü monoteizmə oxşar şəkildə, Exnatonun monoteizmi də materialist
idi. Çünki monoteizm ruh təcrübələrini inkar etməyə meyl edir, bu təcrübə isə
həqiqətən spiritualizm qaydasında adi, Atona həsr edilən təriflər gözəl himinlər
şəklində bizə gəlib çatmışdır və onlar Davidin Zəburlarını qiymətləndirməyə
xidmət edə bilər: «Sən dünyanı öz arzuna uyğun olaraq yaratdın – bütün adamları,
«mal-qaranı» və vəhşi heyvanları» deyə Exnaton deklamasiya edirdi. David isə
oxuyurdu: «Sənin işlərin, necə saysız-hesabsızdır, sən onların hamısını belə
müdrikliklə gördün. Dünya sənin yaratdıqlarınla doludur».
Tənəzzül zəruri olaraq içəridən gəldi. Hökmranlığın on beşinci ilində Atona
olan bütün dualara baxmayaraq, onun çox sevdiyi qızı öldü. Sonra həmişə onu
dəstəkləyən anası Tiy öldü. Gözəl arvadı Nefertiti saray məlumatlarından qeybə
çəkildi. İki il sonra keşişlər Exnatonu öldürdülər və onlar taxt-taca gənc oğlanı
qoydular və o, dünyada Tutanxamon kimi tanındı. Keşişlər vaxt itirmədən Fivanın
bərpasına başladılar. Exnatonun paytaxtı tezliklə kabus şəhərə çevrildi və ona
qoyulmuş abidə, onu təsvir edən hər bir heykəl, Exnatonun adının hansısa bir
qaydada xatırlanması rəhmsiz şəkildə və ardıcıl olaraq yoxa çıxdı.
Sauldan sonra hakimiyyətə gələn David-Tadua ilk dəfə olaraq İsrail
tayfalarını bir çarlıqda birləşdirən ilk çar oldu. O, b.e.ə 1004-cü ildə Yerusəlim
çarına çevrilmişdi. David bu şəhərdə məbədin bünövrəsini qoydu, lakin onu tikdirə
bilmədən öldü, ona görə də bu işin başa çatdırılması onun oğlunun üzərinə düşdü.
Oğlu Solomon isə b.e.ə. 971-ci ildə Yerusəlim çarı oldu. Əgər o, ümumən real
tarixi şəxsiyyət idisə, Dəmir erasında yaşamışdı. Solomon öz sehirli biliyini gizli
kitabda bildirir, sonralar bu Yerusəlimdəki ikinci məbədin bünövrəsinə qoyuldu.
Qədim yəhudi folkorunda da deyilirdi ki, Solomonun hökmranlığı elə gözəl idi ki,
qızıl və gümüş, küçələrdəki daş kimi çox idi. Ona görə ki, yəhudilər həmin dövrdə
məbədlər tikmək ənənəsinə malik deyildilər. Onlar köçəri xalq idilər.
Solomon məbədin layihəsi üzərində işləmək üçün finiklyalı Hiram Abiffi
seçdi. Məbəd Mouseyin daş lövhələri yerləşdirilən Müqavilə Səyyar məbədinin
saxlandığı yer olmalı idi. Məbədin künclərində ayı təmsil edən dörd buynuz və
yeddi lampalı qızıl şamdan var idi. Əlbəttə ki, axırıncı günəşin, ayın və beş böyük
planetin təmsilçiləri idi. Cakim və Boaz pillələri kosmosun pulsunu ölçürdü.
Yonulmuş dekorativ narlar Bibliya hesabındakı müxtəlif faktları yada salırdı.
Keşişlərin xalatları günəşi, ayı, planetləri və bürcləri təmsil edən qiymətli daşlarla
bəzədilmişdi. Bu vaxt yeganə adi olan daş zümrüd idi. Məbədlərin qeyri-adi
xüsusiyyəti, əridilmiş sarı mis dənizi və ya Qurana görə, fəvvarəsi idi. Usta inşaatçı
Hiram öz layihəsini həyata keçirmək üçün sənətkarlıq qardaşlığını işlədirdi, onları
üç dərəcəyə-şagirdlərə, şəriklərə və ustalara bölmüşdü. Bu qardaşlıq ideyaları
227
hökmən dar, ezoterik mühitdən uzağa yayılırdı ki, bütövlükdə cəmiyyətin təşkil
olunmasını dəyişdirsin. Lakin Hiram Abiffin qətli əhvalatında biz bütün bunların
necə əyri yolla getməsinin də şahidi oluruq.
Solomonla Hiram Abiffin arasındakı örtülü rəqabət müəyyən gizli
ənənələrdə mövcud idi. Şeba çariçası Solomona qonaq gəldi, lakin bu qadın həm
də belə möcüzəli məbədin layihəsini yaradanla görüşməyə maraq göstərdi. Hiram
Abiffona baxanda, çariça (Quranda o, Bilkis adı altında verilir) hiss etdi ki, onun
sinəsində əriyən metal kimi bir sensasiya qalxır. Qadın Hiramdan soruşdu ki,
göyün gözəlliyini məbədin arxitekturasında yerə gətirməyi necə bacarmışdır.
Memar cavab verdi ki, Tau xaçını yuxarıda tutmaqla. Bu xaç T hərfi ölçüsündə idi.
Qəflətən bütün fəhlələr məbədə qarışqa kimi axışdılar.
Yenidən həşərat obrazı. Bu ənənələr Talmudda və Quranda var idi. Beləki
məbəd Şamir adlanan və daş yonmağa qadir olan sirrli həşəratın köməyi ilə
tikilmişdi. Burada biz arı pətəyi obrazı kimi ruhi qüvvələrin obrazına malik oluruq,
ona Hiram göstəriş verə bilirdi. Hiramın fəhlələrindən üçü onun gizli qüvvələrinə
qısqanclıq göstərirdi. Onlar qərara aldılar ki, ərintidən tökülmüş dənizin sirrlərinə
bələd olsunlar. İş gününün axırında onlar Hirama məbədi tərk edəndə tələ qurdular.
O, öz sirrlərini təkrar-təkrar açmaq istəməyəndə , onlar memarın başına ağır
zərbələr vurmaqla onu öldürdülər. Onunla birlikdə müəyyən sirrlər də öldü və
indiyədək itirilmiş kimi qalmaqda davam edir. Sirrli məktəblərdə və gizli
cəmiyyətlərdə elan olunan sirrlər həmin vaxtdan etibarən aşağı sirrlər hesab olunur.
İki müstəqil zəkalı Mason tədqaqatçısı- Kristofer Nayt və Robert Lomas bu
istiqamətdə işləmişlər. Onlar Hiramın Finikiyadan gəlməsinin açarını tapmaq
cəhdindən başladılar. Həmin ölkədə əsas ilahə Astarta və ya Venera idi. Əlbəttə,
bu, həmçinin dekorativ detallarla, artıq xatırlanan narlarla bağlıdır. Bu Veneranın
meyvəsi idi, zümrüdlər isə Veneranın qiymətli daşları idi.
Beşguşəli ulduz da Veneranın simvolu idi. Çünki həmin nümunədə hər
səkkiz illik sikldə Venera ekliptik ətrafa iz qoyur-səhər göyündə beş dəfə və hər
axşam göyündə beş dəfə beş iti uclu formalı nümunələrlə çıxır. Bu yeganə
planetdir ki, tam müntəzəm qaydada həmin yolla diaqram çəkir. Bu diaqram bəzən
pentaqram kimi, bəzən beşguşəli ulduz kimi, beş ləçəkli qüzül gül kimi görünür.
Veneranın simvolu kimi pentaqram həndəsədə yüksək əhəmiyyət kəsb edir. Ona
görə də Leonardo da Vinçinin matematika müəllimi Luka Pasioli öz kitabında ilahi
pronporsiyanı açırdı, bu, onun hər bir hissəsində Qızıl Mütənasibliyi təcəssüm
etdirirdi. Bu müqəddəs həndəsə öz vaxtında məkan kimi fəaliyyət göstərirdi.
584 gündən ibarət olan 5 Venera sikli dəqiq günəş illərində baş verirdi, bu o
demək idi ki, Venera sikli günəş siklini 1,6-na bərabərdir. Biz əvvəlcə 1,6
rəqəminə rast gəlmişdik, bu Qızıl Mütənasibliyin başlanğıcında idi, irrasional və
sehirli rəqəmlərdən biri olmaqla, ağlın materiyaya keçməsi kimi təsvir edilirdi.
Solomondan sonra İsrail çarlığı yenidən parçalanmağa başladı.
Peyqəmbərlər quruluşu deyilən quruluş əmələ gəldi. Onların rolu camaata məsləhət
vermək idi. Onlar heç kəsin eşitmək istəmədiklərini, xoşa gəlməyən və populyar
olmayan şeyləri deyirdilər.
İliya vəhşi, qeyri adi və tənha adam idi, demək olar ki, avaralar kimi kəmər
228
bağlayırdı və uzun plaşda gəzirdi. Zaratustra kimi o, odu odla vuruşdururdu. Allah
tərəfindən səhrada gizlənməsi tapşırılan İliya kiçik çaydan su içir, qarğa ovlamaqla
qidalanırdı. Qarğa göstərir ki, İliya Zaratustranın müdrikliyi kimi, bu yolla özünü
həsr edənə çevirmişdi. «Qarğa» bu sehrliyə həsr olunmağın bir dərəcəsi idi.
İliya bir peyğəmbər kimi dəlilik həddinə yaxın olan bir vəziyyətdə yaşayırdı.
O, zəhərlənmiş adamları sağalda bilirdi, cüzam xəstəliyi olanları müalicə edirdi. O,
ölmüş uşağın başı üzərində uzanmaqla ona öz ruhunu vermişdi. O, yenidən səhraya
qaçanda bunu öz həyatı üçün etmişdi- Allaha tərəf qaçmışdı. Sonra dağ başında
dəhşətlər yaşadı, tufana düşdü. Nəhayət o, taqətdən düşdü, ağacın altında yatanda
yuxuda mələyi gördü. Mələk ona nə etməli olduğunu dedi. Lakin güclü külək gəlib
dağı silkələdi. İliya bilirdi ki, Allah bu küləiyn içərisində deyildir və o, mağarada
təhlükəsiz qalmağı qərara aldı. Qəflətən mağaranın qarşısında ildırımın işığından
yaranan zolaq gördü. O, yenə bildi ki, Allah bu odun içəriçində deyildir.
Tufan yatdıqdan və od söndükdən sonra səhər açılanda hər şey sakit idi. Dan
ulduzu qalxmışdı, bu vaxt səhərin saf havasında İliya Allahın hələ də sakit olan
səsini eşitdi. Axı Moinsey də yanan kolda bu səsi eşitmişdi. İliya onun iradəsi ilə
necə öldürməyi və necə yenidən doğulmağı öyrənmişdi. Platon «Respublika»
kitabında yazırdı ki, «Kim ki bu həyatda yaxşılığın ideyasını dərk etməyə qadir
deyil, o, ölümündən sonra cəhənnəmə düşəcək və qaranlıq məskəndə yuxuya
dalacaqdır».
Ömrünün sonunda İliya od saçan arabada göylərə qalxdı. Ondan əvvəl Nuh
da belə etmişdi, o da adi qaydada ölməmişdi. Kabalistik düşüncədə İliyanı göylərə
qaldıran araba sehirli olmağın bir amili idi.
İki yüz il sonra İsayya peyğəmbərin vaxtında kainatı yeni, transtsedent
(təcrübə hədlərindən kənar olan) qaydada anlamaq işləri inkişaf etdirildi. Bizim
eradan əvvəl 550-ci ildə İsayya bəyan etmişdi: «Qaranlıqda gəzən adam böyük işıq
görəcəkdir… Çünki bu bizə uşaq doğulmasıdır, bizə oğul verilməsidir və idarəçilik
onun çiyinində dayanacaqdır və onu adı Gözəl, Məsləhətçi, Qüdrətli Allah, Əbədi
Ata, Sülh hökmdarı olacaqdır».
Mərhəmət kopsepsiyası tarixi peyğəmbər düşüncəsindəki öz anlayışından
böyüməyə başladı. İki çarlığın hökmdarları və xalqları onlara deyiləni həyata
keçirməkdə uğursuzluğa uğradılar. Onlar pozuldular və torpaq səhraya çevrildi.
Lakin bu vaxt, Allahın mərhəməti ilə səhra torpağından yaşamağa qadir olan kök
üzə çıxdı. Peyğəmbərlər mərhəmətin bu yolla baş verdiyini öz ömürləri dövründə
kiçik çarlıqların hərbi və siyasi səviyyədə yüksəlməsində, enməsində və yenidən
yüksəlməsində görmüşdülər.
İsayya İsrailin tarixi və gələcək taleyi barədə böyük hissə malik idi,
«Cessenin gövdəsindən irəli bir çubuq çıxacaqdır» deyirdi. O, həmçinin tarixin
sonunu yaxşıca görmək qabiliyyətinə malik idi: «Canavar və quzu birdikdə
qidalanacaq və leorard oğlan uşağı ilə bir yerdə uzanacaqdır».
Dünyanın digər hissələrində başqa özünü həsr etmələr də baş verirdi. Prins
Siddhartha indiki Nepalda, müharibə aparan kiçik dövlətlərlə tanınan bir ərazidə
doğulmuşdu. 29 yaşına qədər o, naz-nemətli dəbdəbə içərisində yaşamışdı. Onun
hər bir ehtiyacı hələ başlamamışdan ödənilirdi və onun həyatının hər anı sevinclə
229
dolu idi. Bir gün o, çar sarayını tərk etdi və əvvəllər onun görməsinə icazə
verilmədiyi şeyi-qoca adamı gördü. Və qoca dəhşətli vəziyyətdə idi, lakin daha
sonra ona məlum oldu ki, öz xalqı xəstədir və ölür.
O, sarayı tərk etməyi qərara aldı – arvadını da, uşaqlarnı da, -bircə məqsədlə
ki, bu əzab çəkənləri hiss etməyə cəhd etsin. Yeddi il ərzində güşənişinlər arasında
yaşamaqla o, yoqa sutralarında və Rişi törəmələrinin təlimlərində axdardıqlarını
tapa bilmədi. Nəticədə onun artıq 35 yaşı olanda o, gedib çayın qırağında Bohdi
ağacının altında oturdu və qərara aldı ki, başa düşməyənə qədər hərəkət
etməyəcəkdir. Üç gün, üç gecədən sonra o, anladı ki, həyat əzabdır və əzab çəkmək
yerüstü şeyləri arzu eləmək nəticəsində yaranır. Lakin sən bütün bu arzulardan
azad ola bilərsən. Həqiqətən də, sən elə azadlığa və ruh dünyasına yaxınlığa nail
ola bilərsən ki, yenidən heç vaxt reinkarnasiyaya- yenidən doğulmağa ehtiyac
duymayasan. Və beləliklə sən, Siddhartha etdiyi kimi, Buddaya çevrilə bilərsən.
Anlamanın və ya işıqlanmanın cığırı Budda tərəfindən «səkkiz dolaşan
cığır» adlanmışdır.
Bura inam, inandırılma, öyrənmə, hərəkət, yaşamaq, niyyət, düşünmək, seyr
etmək daxil idi. Buddanın səkkiz dolaşan cığırı səkkiz praktikadan və tapşırıqdan
ibarət olmaqla Çakra boğazının 16 ləçəyindən canlanan səkkizi üçün mövcud idi.
Budda öləndə öz məqsədinə nail olmuşdu. Reinkarnasiya barədə ona heç bir tələb
olunmayacaqdı.
Dostları ilə paylaş: |