Telman orucov


Səlib yürüşləri və digər qəddarlıq nümunələri



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix12.02.2017
ölçüsü3,49 Mb.
#8342
1   ...   20   21   22   23   24   25   26   27   28

Səlib yürüşləri və digər qəddarlıq nümunələri 
 
Xristianlar  islamın  yaranmasını  və  irəliləməsini  özləri  üçün  böyük  təhlükə 
hesab  edirdilər.  İslam  qoşunlarının  ilk  işğal  etdiyi  ərazilər  xristian  dövləti  olan 

297 
 
Bizansa  məxsus  idi. Digər  tərəfdən  islama  qarşı  nifrəti  qızışdırmaq  üçün  sonralar 
yaxşı  bəhanə  də  ələ  düşdü.  İisus  Xristin  çarmıxa  çəkildiyi  və  qəbri  olan  yer  də 
islamın  nəzarətinə  keçmişdi.  Ona  görə  də  islama  qarşı  silahlı  yürüşlər  təşkil 
olundu. Səlib yürüşləri adlanan bu müharibələr Sahibin qəbrini dinsizlərdən (islam 
dininə  sitayiş  edənlərə  xristian  kilsəsi  belə  damğa  vurmuşdu)  azad  etmək  üçün 
təşkil edilirdi və bu, əslində gələcək müstəmləkəçilik siyasətinin müjdəsi olmaqdan 
başqa  bir  şey  deyildi.  Din  bayrağı  altında  baş  verən  yürüşlər  əslində  daha  çox 
maddi  fayda  götürmək  məqsədini  güdürdü.  Avropanın  yoxsul  xristian  əhalisi  öz 
ağır  vəziyyətindən  çıxmaq  üçün  xilas  yolları  axtarırdı.  Digər  tərəfdən,  varlı 
adamların  torpağı  və  mülkiyyəti  irs  kimi  yalnız  yaşca  böyük  olan  oğula 
çatdığından,  digər  qardaşların  öz  həyatlarını  təmin  eləmələri  üçün  heç  bir  imkan 
qalmırdı.  Ona  görə  də  böyük  sayda  kütlə  dini  qızışdırmalarla  yanaşı,  torpaq  və 
mülkiyyət  qazanmaq,  bütövlükdə  yaşamağa  maddi  şərait  əldə  etmək  üçün  Şərqə, 
islamın hakim olduğu torpaqlarda vuruşmağa könüllü qaydada razılıq verirdilər. 
V  əsrdə  hun  sərkərdəsi  Attila  Romaya  böyük  təhlükə  törət-diyindən  onu 
“Allahın  bəlası”  adlandırmışdılar.  Müsəlmanlara  qarşı  tədricən  qızışdırılan  nifrət 
də əslində onlar barədə də belə bir ədalətsiz təsəvvür yaradırdı. Xristian kilsəsinin 
alovlandırdığı  bu  nifrət  dalğası  onun  nəticəsi  kimi  səlib  yürüşlərində  meydana 
çıxdı. 
1095-ci  ildə  Klermon  yığıncağında  Papa  II  Urban  Müqəddəs  Torpağı  və 
həmçinin  xristian  zəvvarlarının  Kiçik  Asiyada  oraya  getmək  yolunu  tutmuş 
səlcuqlara  qarşı  səlib  yürüşünə  çağırdı.  Sahibin  qəbrini  dinsizlərin  əlindən  azad 
etmək  barədə  onun  çağırışı  “Allah  belə  istəyir”  nidaları  ilə  qarşılandı.  Fələstinə 
səlib  yürüşü  barədə  bütün  Avropada  ehtiraslı  moizələr  oxunmağa  başlandı. 
Moizəçi  rahib  Pyotr  Tərki-dünya  xüsusi  populyarlıq  qazanmışdı.  1096-cı  ildə 
çoxminli  könüllülər  yığıldı, onlar  əsasən  Fransanın,  Flandriyanın,  Lotaringiyanın, 
Almaniyanın cənub vilayətlərinin kəndlilərindən və kiçik rıtsarlarından ibarət idi. 
Nə  atı,  nə  ərzaq  ehtiyatı  olmayan,  demək  olar  ki,  silahsız  döyüşçülər  Şərqə  tərəf 
hərəkət  etdilər,  qəddarcasına  yəhudi  qırğınlarını  təşkil  edir,  quldurluqla  özlərinə 
qida  əldə  edirdilər.  Bu  dəstənin  böyük  hissəsi  öldürüldü  və  hələ  yolda  dağıldı. 
Qalanları isə Kiçik Asiyada səlcuqlar tərəfindən məhv edildi. 
Rıtsar  Səlib  yürüşü,  yoxsulların  yürüşündən  sonra  1099-cu  ildə  təşkil 
edilməklə,  Konstantinopolun  tutulması  və  Yerusəlim  krallığının  əsasının 
qoyulması ilə nəticələndi. Bizans imperatorları səlcuqlarla mübarizə üçün Romaya 
müraciət  etsələr  də,  səlibçilərin  nəhəng  intizamsız  ordusunun  Bizans  ərazilərində 
meydana  çıxması  az  qala  müharibəyə  gətirib  çıxardı.  Bizans  və  yunan 
müəlliflərinin  “franklar”  kimi  adlandırdığı  səlibçilər  bir-birlərinə  nifrətlə 
yanaşırdılar.  “Müqəddəs  Roma  imperiyasının”  imperatoru  “barbarları”  tezliklə 
Kiçik Asiyaya yola salmağa tələsdi. Orada ilk səlibçi dövləti olan Edessa qraflığı 
yarandı. Sonra Antioxiya knyazlığı meydana gəldi. Səlibçilərin əsas dövləti 1099-
cu ildə tutduqları Yerusəlimin adı ilə adlanan krallıq oldu. Səlibçilər müsəlmanlar 
və yəhudilər üzərində vəhşilik törətdilər. 
Şartrdan olan Fulxer Müqəddəs Torpağa səlibçiləri müşayiət etmişdi. Onun 
Birinci Səlib yürüşü barədə məlumatı diqqəti cəlb edir. Yerusəlimə hücumu o, belə 

298 
 
təsvir edir: “Onlar “Allah kömək et!” harayı ilə cəsarətlə şəhərə atıldılar və divarın 
üstündəki  yüksəklikdə  bayrağı  qaldırdılar.  Bütün  bütpərəstlər  tam  dəhşətə 
gəlmişdilər, onların çoxu tezliklə qaçdı. Səlibçilər gördülər ki, saratsinlər (ərəblər) 
divarın  zirvəsindən  tullanırlar.  Səlibçilər  bunu  görüb,  sevinclə  şəhərə  girdilər  və 
digər adamlara kömək etdilər ki, iyrənc düşməni təqib edib öldürsünlər.  
Sonra  sakinlərdən  bəziləri,  ərəblər  və  həbəşlər  David  qülləsinin  içərisinə 
qaçdılar.  Digərləri  Allah  və  Solomon  məbədlərində  gizlənirdilər,  orada  onların 
üzərinə  şiddətli  hücum  baş  verdi.  Elə  bir  yer  yox  idi  ki,  orada  saratsinlər  qılınclı 
adamların əlindən qaçıb qurtara bilsinlər. 
Solomon  məbədinin  damında  onların  çoxu  nizə  zərbəsi  ilə  öldürüldü  və 
damdan yerə atıldı. Bu məbədin içərisində on minə yaxın adamın başı kəsildi. Əgər 
siz  orada  olsaydınız,  ayağınız  öldürülənlərin  qanına  bulaşacaqdı.  Daha  nəyi 
deməliyəm? Onlardan birinə də yaşamağa icazə verilmədi. Səlibçilər qadınlara və 
uşaqlara da aman vermədilər”. 
Səlib  yürüşləri  vaxtı  xristianlar  daha  çox  fanatizm  və  qəddarlıq  nümayiş 
etdirirdilər.  1097-ci  ildə  səlibçilər  Maarat  şəhərini  tutduqda  orada  bütün  əhalini 
qırmaqla  əsil qəssabxana düzəltmişdilər. Şəhər əhalisinin həyatını hifz edəcəkləri 
barədə  vədlərinə  baxmayaraq,  səlibçilər  yaşlı  adamları  odda  qızardırdılar  və 
bundan qida kimi istifadə edirdilər. Uşaqları isə payaya keçirib, zəif odda onlardan 
özlərinə  xörək  hazırlayırdılar.  1099-cu  ildə  səlibçilər  Yerusəlimi  tutduqda  isə, 
burada  onlar  kütləvi  quldurluq  və  dəhşətli  qırğın  təşkil  etdilər.  Bütün  sakinlərin 
başını kəsdilər. Sağ qalmış iudeyləri sinaqoqaya doldurub diri-diri yandırdılar. 
Salnaməçi  Raymundo  de  Aqilere  baş  verənləri  bir  şahid  kimi  belə  təsvir 
edir: “Küçələrdə və meydanlarda kəsilmiş insan başlarının, qollarının, qılçalarının 
topaları  görünürdü.  Məbəddə  və  Solomon  portikində  bizimkilər  at  üstündə 
saratsinlərin  qanında  gəzirdilər.  Qan  gölünün  səviyyəsi  atların  dizinə  çatırdı”. 
Müsəlmanlar səlibçilərin belə qəddarlığından dəhşətə gəlirdilər. 
Yerusəlimin  xristian  işğalının  vəhşiliyi,  bu  şəhəri  1187-ci  ildə  səlibçilərin 
əlindən almış Səlahəddinin alicənablığı və təmkini ilə tam bir kontrast təşkil edirdi. 
Bu isə Üçüncü Səlib yürüşünə səbəb oldu. 
Sonralar da səlib yürüşləri davam etdirildi. Üçüncü Səlib yürüşü vaxtı bütün 
xristian  dünyası  Yaxın  Şərqə  yeni  yürüş  etmək  barədəki  çağırışla  hərəkətə 
gəlmişdi.  Üç  əsas  monarx  şəxsən  səlibçi  qüvvələrə  başçılıq  etməyə  razılıq  verdi. 
Onlar  Almaniyadan  olan  imperator  Fridrix  Barbarossa,  İngiltərə  kralı  Şirürəkli  I 
Riçard  və  Fransa  kralı  II  Filip  Avqust  idi.  Səlibçilərin  bir  hissəsi  1189-cu  ildə 
Yaxın Şərqə gəlib çıxdı və burada xeyli problemlərlə üzləşdi. Fridrix Barbarossa 
kiçik  bir  çayda  üzəndə  batdı  və  onun  ordusu  tezliklə  parçalandı.  İngilislər  və 
fransızlar  dəniz  yolu  ilə  gəldilər  və  sahilyanı  şəhərlərə  qarşı  mübarizədə  uğur 
qazandılar.  Sonra  onlar  içərilərə  doğru  hərəkət  etdikdə  bədbəxtcəsinə  məğlub 
oldular.  Nəticədə  Filip  vətənə  yollandı,  Riçard  isə  Səlahəddinlə  danışıqlar  aparıb 
müəyyən  razılığa  gəldi.  Bu  razılığa  görə  Səlahəddin  xristian  zəvvarlarına  sərbəst 
qaydada Yerusəlimə ziyarət etməyə icazə verdi. 
Bütövlükdə  səkkiz  səlib  yürüşü  həyata  keçirildi.  Lakin  səlibçilər  öz  baş 
məqsədlərinə nail  ola  bilmədilər, Müqəddəs  Torpağı xristian  Qərbi üçün almaqda 

299 
 
uğursuzluğa düçar oldular. 
Səlib  yürüşləri  bütün  eybəcərliklərinə  baxmayaraq  iki  mədəniyyət  arasında 
mübadilələrdən  irəli  gələn  perspektivi  bir  qədər  genişləndirdi.  Lakin  xristian 
Avropası  ilə  müsəlman  dünyasının  qarşılıqlı  təsiri  Müqəddəs  Torpağa  nisbətən 
İspaniyada və Siciliyada daha intensiv və daha əhəmiyyətli idi. Digər tərəfdən, bir-
birilə  vuruşan  gənc  döyüşçüləri  doğma  səhnədən  uzaqlaşdırmaqla  səlib  yürüşləri 
Avropada  stabilliyin  yaranmasına  köməklik  göstərdi.  Bu  tədbirlərdən  həmçinin 
italyan  liman  şəhərləri  iqtisadi  inkişafa  nail  oldu.  Səlib  yürüşlərinin  bir  əlavə 
effekti də ondan ibarət idi ki, Avropa cəmiyyəti bir çox nəsillər üçün saxlandı. 
Səlib  yürüşləri  ilə  yəhudilərə  qarşı  ilk  geniş  hücumlar  başlandı.  Bəzi 
xristianlar  təkid  edirdilər  ki,  dinsiz  müsəlmanlara  qarşı  müqəddəs  müharibələr 
apardığımız  bir  vaxtda  “Xristin  qatillərinin”  vətənimizdə  azad  dolaşması  ağıla 
sığmayan  bir  məsələdir.  Yəhudilərin  qırğını  orta  əsrlər  Avropa  həyatının  həqiqi 
sifətinə çevrildi.  
İspan  böyük  inkvizitoru  Tomas  de  Torkvemadanın  dövründə  (XV  əsrin 
sonu) Pireney yarımadasında yəhudilərin dəhşətli təqib edilməsi başlandı. Məcburi 
xaç suyuna çəkilmə, autodafe (tonqalda yandırılma) adi hadisəyə çevrildi. 
1492-ci ildə elan olunmuş dekretdə ispan taxt-tacı belə qayda qoymuşdu ki, 
ölüm  cəzası  qorxusu  altında  bütün  yəhudilər  dörd  ay  ərzində  İspaniyanı  tərk 
etsinlər. Səbəb isə belə izah olunurdu ki, yəhudilərin adicə mövcudluğu və onların 
xristianlığa  düşmən  olan  dini  guya  katolik  dininə  təhlükə  törədir  və  İspaniyanın 
katolik  missiyasına  ziddir.  İspaniyadakı  bu  qan  axıdılması  vaxtı  yəhudilər  həmin 
dəhşətlərdən  yalnız  müsəlmanların  işğal  etdikləri  ərazilərdə  xilas  ola  bilərdilər. 
Ona  görə  də  oradan  qaçan  sefard  yəhudiləri  əsasən  Türkiyədə  sığınacaq  tapdılar. 
Orta  əsr  iudeyləri  xristianların  fanatizminə  dözməkdənsə,  müsəlmanların  ağalığı 
altında yaşamağa daim üstünlük verirdilər. 
Səlib yürüşləri digər məsələlərdə də öz mənəvi, ruhi irsini uzun illər, əsrlər 
boyu  qoruyub  saxladı.  İslam  dünyasına  qarşı  nifrət  dalğası  uzun  müddət  nəinki 
yatmadı, hətta tsunami kimi uzun tarixi məsafələrə çatdı. Xristian dünyasının bəzi 
dühaları  belə,  islama  qarşı  hissləri  qızışdırmaq  cəhdlərindən  kənarda  dayana 
bilmədi. Əsasən XIV əsrin başlanğıcında yazıb yaratmış böyük italyan şairi Dante 
Aligyeri  özünün  “İlahi  komediya”sında  (əsərin  adına  şair  öləndən  sonra  “ilahi” 
sözü  əlavə  olunmuşdu)  Məhəmməd  peyğəmbəri  və  onun  ən  yaxın  silahdaşı  Əlini 
axirət  dünyasında  onların  qətiyyən  layiq  olmadıqları  yerdə  məskunlaşdığını  iddia 
etməklə,  həmçinin  onları  ağır  işgəncələrin  qalıqları  ilə  birlikdə  təsvir  edir.  Dante 
xristian  dini  görüşlərinin  diqtəsi  altında  təkcə  islamın  banisinə  və  onun  əziz 
adamına  hörmətsizlik  etməklə  kifayətlənmir,  antik  dünyanın  böyük  dahilərini  də 
cəhənnəmdə  yerləşdirmişdi.  Onun  düşüncəsinə  görə  yalnız  xristianlar  cənnətdə 
sığınacaq tapa bilərlər.  
Xristianların  yeretik  hesab  etdiyi  böyük  fransız  filosofu  və  yazıçısı  Volter 
özünün “Məhəmməd” pyesində əslində Qərbdəki dinin islama qarşı mövqeyindən 
çıxış edərək, islam peyğəmbərini Məkkədə sabitliyi pozan qiyamçı kimi göstərir, 
onun qəti düşməninin isə şəhərin böyük nüfuza malik olan meri rolunda, stabilliyin 
mühafizəçisi kimi təsvir edir. 

300 
 
Belə  cəhdlərə  heç  də  son  qoyulmur.  İslama  qarşı  nalayiq  hücumlar  edən, 
“Şeytan  ayələri”  kimi  həcv  kitabının  müəllifi  Salman  Ruşdiyə  Qərbdə  hərarətli 
himayə göstərilir. Əlbəttə, ona İran ayatollaları kimi ölüm fitvası vermək də müasir 
dünyagörüşə əks olan ekstremist baxışları gündəliyə gətirmək cəhdindən başqa bir 
şey  deyildir.  İdeyaya  qarşı  mübarizə  ictimayi  qınaqdan  uzağa  qetməməlidir. 
İdeyanı ölümlə, edamla məhv etmək mümkün deyildir. 
Hər  bir  dünya  dininin  müqəddəs  şəxsləri  öz  ideyaları  və  fəaliyyətləri  ilə 
toxunulmazlıq  hüququ  qazanmışlar,  bunu  pozmaq  ümumbəşəri  hiddət 
doğurmalıdır.  Təəssüf  ki,  Den  Braunun  “Da  Vinçi  kodu”  əsərində  İisusun 
evlənməsi və Mariya Maqdalinadan qızı olmasını iddia etməsi Vatikanın hiddətinə 
səbəb  olsa  da,  Məhəmməd  peyğəmbərə  Danimarka  jurnalında  təhqiramiz 
karikatura  dərc  edilməsi  ali  xristian  kilsəsini  narahat  etmədi.  Yalnız  müsəlman 
ölkələrində bu iyrənc hərəkətə qarşı etiraz nümayişləri baş verdi. Belə münasibətlər 
heç də dünya əhalisinin az qala yarısı arasında qarşılıqlı hörmət və anlaşmaya nail 
olmağa kömək edə bilməz. 
 
İslam mədəniyyəti 
 
İslam  təkcə  inam  məsələsi  deyildi,  həm  də  orta  əsrlərdə  meydana  gəlmiş 
yeni  və  güclü  mədəniyyət  nümunəsi  idi.  Müsəlmanların  müqəddəs  kitabında  da 
elmə, ona xidmət edənlərə yüksək qiymət verilir. İslamı cəhalət yayan bir cərəyan 
olduğunu  iddia  edənlər  böyük  və  bağışlanmaz  səhvə  yol  verirlər  və  əgər  azacıq 
araşdırmağı  bacarsalar  bu  dinin  yarandığı  şəhərdə  cahiliyyətə  necə  son 
qoyduğunun şahidi olarlar. 
Abbasi sülaləsinin dövründə ərəblərlə ərəb olmayan müsəlmanlar arasındakı 
fərqlər  götürüldü.  Etnik  mənşəyindən  asılı  olmayaraq  bütün  müsəlmanlar  həm 
mülki, həm də hərbi vəzifələr tuta bilərdi. Bu cəmiyyətdə böyük mobillik yaradırdı 
və  aşağı  sinifdən  olanlara  da  dövlətin  idarə  olunmasında  iştirak  etmək  imkanı 
verirdi. Çində orta əsrlərdə bu problem dövlət vəzifələrinə imtahan yolu ilə qəbul 
olunmaq qaydası yarananda həll olundu, bu üsul kəndli gənclərin dövlətdə mühüm 
vəzifələr  tutmasına  şərait  yaratdı.  İlk  müsəlman  dövlətində  də  adamlar  arasında 
fərqlərin  götürülməsi  traybalizmin  qarşısını  kəsmək  rolunu  oynamaqla,  özünü 
protektsionizm halları üçün mühüm maneə kimi göstərdi. Bu tədbir həm də islam 
həyatının təsirini işğal edilmiş ərazilərin sivilizasiyası üçün açırdı. 
Abbasilər  762-ci  ildə  paytaxt  şəhəri  olan  Bağdadı  saldılar.  Bu  şəhər  Dəclə 
çayının  üstündə,  əvvəlki  paytaxt  Dəməşqdən  şərqə  tərəf  xeyli  uzaqda  yerləşirdi, 
İran  körfəzinə  olan  çay  yolundan  fayda  götürürdü.  Eyni  zamanda  Aralıq 
dənizindən Mərkəzi Asiyaya gedən karvan yolunun üstündə idi. Şərqə tərəf hərəkət 
yeni  mədəni  istiqaməti  dəstəkləməklə,  həm  də  Persiyanın  təsirinin  irəliləməsinə 
şərait  yaratdı.  Abbasilərin  hakimiyyəti  altında  hakimlər,  tacirlər  və  idarəetmə 
qulluqçuları döyüşçülərdən daha üstün hesab edilirdi, onlara ideal vətəndaşlar kimi 
baxılırdı. 
Abbasi sülaləsinin idarəçiliyi IX əsrdə özünün ən yüksək zirvəsinə çatdı. O 
dövrün xəlifəsi Harun-ər Rəşid daha çox məşhur idi, onun idarəçiliyi çox hallarda 

301 
 
Abbasi  xilafətinin  “qızıl  dövrü”  kimi  təsvir  edilir.  Onun  oğlu  əl-Mamun  təhsilin 
böyük  himayəçisi  idi.  O,  astronomik  rəsədxana  yaratmış  və  klassik  yunan 
əsərlərinin tərcümə edilməsinin bünövrəsini qoymuşdu. Bu dövr həmçinin dinamik 
iqtisadi  inkişaf  illəri  idi.  Ərəblər  Roma  imperiyasının  ən  varlı  əyalətlərini  işğal 
etmişdilər və bu vaxt Şərqə gedən ticarət yoluna nəzarət edirdilər. 
Bağdad  nəhəng  ticarət  imperiyasının  mərkəzinə  çevrilmişdi,  bu  imperiya 
Avropanın, Asiyanın və Afrikanın içərilərinə doğru genişlənmiş, islam dünyasının 
var-dövlətinin üzərinə böyük miqdarda əlavələr artırmışdı. Nəhəng var-dövlət həm 
də  tarixdə  daim  təsdiqini  tapan  bir  prosesin  –  maliyyə  pozğunluğunun, 
korrupsiyanın artmasına səbəb olmuşdu. 
Abbasi  xəlifələri  mühüm  vəzifələri  tədricən  öz  saray  favoritlərinə  hədiyyə 
kimi  verməklə  öz  hakimiyyətlərinin  bünövrəsini  dağıtmağa  başladılar  və  tezliklə 
özləri  nominal  rəhbərlərə  çevrildilər.  Bütün  dövrlərdə  meydana  çıxan  favoritizm 
bir  qayda  olaraq  ona  rəvac  verən  üsul-idarənin  məhvinə  yol  açır.  Əyalət 
hökmdarları  xəlifənin  nəzarətindən  çıxıb,  özlərinin  müstəqil  sülalələrini 
yaradırdılar.  Hətta  əvvəllər,  VIII  əsrdə  Əməvi  sülaləsindən  olan  Əbd  ər-Rəhman 
İspaniyaya  qaçdıqda,  orada  artıq  öz  ayrıca  əmirliyini  qurmuşdu.  756-cı  ildə  o, 
İspaniyanın  cənubunda  nəzarəti  ələ  keçirmişdi  və  öz  hakimiyyətini  İspaniyanın 
mərkəzinə doğru genişləndirmişdi. O, əmir və ya komandir titulunu götürmüş, Əl-
Əndəlus (ərəblər İspaniyanı belə adlandırırdılar) əmirliyi yaratmışdı. 
III  Əbd  ər-Rəhman  isə  929-cu  ildə  özünü  xəlifə  elan  edərək,  əmirliyi 
Kordoba  xilafətinə  çevirmişdi.  Ümumiyyətlə  X  əsr  Kordoba  xilafətinin  hərtərəfli 
çiçəklənməsi dövrü hesab olunur. Əl-Əndəlus hökmdarları vahid cəmiyyəti inkişaf 
etdirirdilər, burada bütün dinlərə tolerantlıq göstərilirdi. Saray həmçinin yazıçıları 
və rəssamları dəstəkləməklə parlaq və gur inkişaf edən mədəniyyət yaratmışdı. 
İslam mədəniyyətinin inkişafında və yayılmasında islamın özünün meydana 
gəlməməsindən  əvvəl  baş  verən  bəzi  hadisələr  də  müəyyən  müsbət  rol  oynadı. 
Bizans  imperatoru  Yustinian  taxt-taca  çıxmasından  iki  il  sonra,  529-cu  ildə 
Afinadakı  fəlsəfə  məktəbini  bağlatdı.  Həmin  dövrdə  məşhur  olan  Afina 
Akademiyasından o, bütpərəst müəllimləri qovdu. Bu hərəkət bütpərəstlikdən daha 
çox yunan fəlsəfəsi əleyhinə yönəlmişdi. Bunun nəticəsində Avropa uzun müddət 
cəhalətpərəstliyə  gömüldü.  Bu  vaxt  yunan  elminin  vida  işığı  tədricən  söndükdə, 
onun  son  nümayəndələri  Yaxın  Şərqdə,  onları  qaçmağa  məcbur  edən  xristian 
fanatiklərindən daha çox dözümlülük göstərən və elmə daha yaxşı maraq bəsləyən 
perslərin  və  ərəblərin  ölkələrində  sığınacaq  axtardılar.  Onların  sonrakı  ardıcılları 
erudit iudeylərlə və nestorian xristianları ilə birlikdə fəlsəfi və elmi əsərləri yunan 
dilindən ərəb dilinə tərcümə etdilər. Hindistandan gəlmiş alimlər Abbasi xilafətinin 
dəstəyi  ilə  Bağdaddakı  “Beyt  ül-hikmə”nin  –  Müdriklik  evinin  vasitəsilə 
sanskritdən tərcümələr etdilər. 
Fəlsəfə  orijinal  və  cəsarətli  islam  mütəfəkkirləri  olan  əl-Fərabi,  Avitsenna, 
İbn Ruşdun hesabına dirçəldi. Dünya şöhrətli alimlər – Məhəmməd əl-Xarəzmi, əl-
Razi,  Ömər  Xəyyam,  Biruni  və  İbn  Xaldun  elmin  inkişafına  böyük  töhfələr 
verdilər.  Onların  əsərləri  latın  dilinə  tərcümə  olundu  və  Avropa  təfəkkürünün 
inkişafına böyük təsir göstərdi. Pers matematiki, astronomu, filosofu və şairi Ömər 

302 
 
Xəyyam materialist görüşlərin tərəfdarı kimi çıxış edirdi. 
Həmin  illərin  müsəlman  cəmiyyəti  kifayət  dərəcədə  azad  və  açıq,  ayrı 
düşüncələrə  və  görüşlərdəki  fərqlərə  dözümlü  idi.  Elmi  işə  hörmətlə  və  sevinclə 
yanaşılırdı.  Öz  imperiyasının  başlanğıcından  ərəblər  işğal  etdikləri  ərazilərin 
mədəniyyətlərini  könüllü  olaraq  həzm  etmək  qabiliyyətlərini  nümayiş  etdirdilər. 
Ərəblər  həqiqətən  də  Roma  imperiyasının  yunan-Roma  mədəniyyəti  qalıqlarının 
varisləri  oldular.  Onlar  ciddi-cəhdlə  Bizans  və  Persiya  mədəniyyətlərini 
assimilyasiya  etdilər,  VIII-IX  əsrlərdə  çox  sayda  yunan,  Suriya  və  Persiya  elmi 
fəlsəfi  əsərlərini  ərəb  dilinə  tərcümə  edildi.  Cənubi  Aralıq  dənizi  ətrafında  və 
Yaxın Şərqdə aparıcı və müsəlmanlar üçün tələb edilən dil olan ərəb dili həqiqətən 
də beynəlxalq dilə çevrildi. 
Qərbi  Avropa  əsasən  əkinçiliklə  məşğul  olan  kənd  dünyası  kimi  mövcud 
olduqda,  müsəlmanlar  parlaq  şəhər  mədəniyyəti  yaratdılar.  Səhralardan  çıxmış 
kimi güman edilən bu insanların belə gözəl şəhərlər salmasına avropalılar təəccüb 
qalmaya  bilməzdilər.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  ərəblər  Bizansdan  və 
Persiyadan  şəhər  salma  ənənələrini  götürmüşdülər,  tarixdəki  ilk  şəhərlər  isə 
qonşuluqdakı  Mesopotamiyada  –  Şumerdə  mövcud  olmuşdu.  Ona  görə  də 
müsəlman  imperiyasında  Bağdad  və  Qahirə  kimi  yeni  şəhərlərdə,  həmçinin 
İspaniyada Əməvi xilafətinin paytaxtı Kordobada belə yüksək şəhər mədəniyyətini 
görmək  olardı.  X  əsrdə  güman  ki,  100  mindən  çox  (bəzi  mənbələrdə  isə  əhalinin 
sayını  500  min  olduğu  göstərilir)  əhalisi  olan  Kordoba  Avropanın 
Konstantinopoldan sonra ən böyük şəhəri idi. Burada 70 ictimai kitabxana var idi, 
xəlifənin özəl kitabxanasında əlyazmaların sayı 400 minə çatırdı. Xəlifə əl-Hakim 
dünyanın  müxtəlif  guşələrindən  kitabları  toplamışdı  və  sonra  onlar  ərəb  və  latın 
dillərinə  tərcümə  edilmişdi.  Bunlara  coğrafiyaya  aid  kitablar  da  daxil  idi.  Onlar 
sonralar Qərb dənizçiləri və tacirləri üçün əlverişli vəsait rolunu oynadı. Məktəblər 
açıldı və Kordobadakı böyük məscid (ispanlar onu “meskida” adlandırırlar) islam 
dünyasının hər tərəfindən gələn alimlərin mərkəzinə çevrildi. Kordobada çox sayda 
qadınlar  müəllim  və  kitabxanaçı  kimi  fəaliyyət  göstərirdilər.  Kordoba  ilə  yanaşı 
İspaniyanın  digər  şəhərləri  Qranadada  və  Sevilyada  məşhur  məktəblər  yaradıldı, 
onlarda  hüquq,  fəlsəfə,  ədəbiyyat,  matematika,  təbabət,  astronomiya,  tarix  və 
coğrafiya öyrədilirdi. 
İslam şəhərlərinin fiziki cəhətdən fərqli qaydada meydana çıxması, həm də 
bütövlükdə  onlar  tərəfindən  müəyyən  arxitektura  xüsusiyyətlərinin  istifadə 
edilməsinə  borclu  idi.  Onlara  şiş  uclu  tağlar,  naxışlı  pəncərələr  və  xüsusi  növ 
tikililər  daxil  idi.  Axırıncılara  saraylar,  fəvvarəsi  və  ayrıca  meydanı  olan  ictimai 
binalar, ibadət üçün məscidlər, ictimai hamamlar, bazarlar və ya ticarət meydanları 
aid  idi.  Müsəlmanlar  öz  binalarını  unikal  dekorativ  rəsmlərlə  bəzəyirdilər,  bu  da 
canlı  varlıqların  təsvirindən  dinin  qadağasına  görə  qaçmağa  imkan  verirdi. 
Canlıların  təsvirinə  islam  tabu  qoyduğuna  görə  müsəlman  ölkələrində  miniatür 
sənəti  istisna  olmaqla  rəssamlıq  inkişaf  etməmişdi,  bunun  əvəzində  arxitekturaya 
və  həndəsi  fiqurlardan  naxış  kimi  istifadə  edən  xalçaçılıq  sənətinə  böyük  diqqət 
verilirdi. 
Kordoba  ilə  yanaşı  digər  islam  şəhərləri  də  çox  sayda  kitabxanalara  malik 

303 
 
olmaları ilə fərqlənirdilər. Bağdadın otuzdan artıq kitabxanası var idi, Qahirədəki 
kitabxanada  1,1  milyon  ədəd  əlyazma  saxlanırdı.  Qay  Yuli  Sezardan  sonra  xəlifə 
Ömər  növbəti  dəfə  məşhur  Aleksandriya  kitabxanasını  yandırmışdısa,  sonralar 
ərəblər tarixdə analoqu olmayan zəngin kitabxanalar şəbəkəsi yaratmışdılar. 
Ərəb imperiyasının mövcudluğunun ilk bir neçə əsri ərzində islam dünyası 
antik  sivilizasiyaların  elmi  və  fəlsəfi  əsərlərini  qoruyub  saxlamaqla,  bəşəriyyət 
üçün əvəzsiz bir xidmət göstərdi. Qədim Romada vətəndaş müharibəsi vaxtı çoxlu 
günahsız qan axıtmış diktator Sulla təkcə bir əməlinə görə - Aristotelin əsərlərini 
Afinada  tapıb,  üzə  çıxardığına  və  elm  aləminə  bəxş  etdiyinə  görə  ehtiramla  yad 
edilirsə, onda islam cəmiyyətləri antik dünyanın elmi və fəlsəfi incilərini hifz edib, 
üzə çıxardıqlarına görə bütövlükdə bəşəriyyətin hansı böyük minnətdarlığına layiq 
görülməlidir?  Əgər  Qədim  Yunanıstan  inkişaf  etmiş  sivilizasiyanın,  elmin  və 
mədəniyyətin beşiyi sayılırsa, bu beşikdə bəslənən uşağı unutqanlıq xəstəliyindən 
sağaldıb, dünyaya çıxaran islam mədəniyyəti ən böyük tərifə layiqdir. 
Qədim yunan filosofları Avropada əsasən tanınmadıqları bir vaxtda Platonun 
və  Aristolelin  mühüm  əsərləri  ərəb  dilinə  tərcümə  edilmişdi.  Onlar  Bağdaddakı 
“Beyt  ül-hikmə”  adlanan  kitabxanaya  qoyulmuşdu.  Burada  onlar  müsəlman 
alimləri tərəfindən oxunur və öyrənilirdi. Ərəb alimləri arasında Platon və Aristotel 
o qədər sevilirdi ki, onları bir qədər “özününküləşdirmişdilər”, adları ərəb dilindəki 
tələffüzə uyğun qaydada “Əflatun” və “Ərəstun” kimi işlədilirdi.  
“Beyt  ül-hikmə”  həmçinin  matematikaya  aid  Hindistandan  gətirilmiş 
mətnlərə  malik  idi. Qədim  mətnlərin qorunub saxlanmasında kağızdan istifadə də 
böyük  köməklik  göstərdi.  Kağız  istehsalı  VIII  əsrdə  Çindən  götürülmüşdü,  bu 
ölkədə  isə  bu  materialdan  bizim  eranın  105-ci  ilindən  istifadə  edirdilər. 
Ləngimədən, VIII əsrin sonunda Bağdadda Barməkilər kağız fabriki tikdirmişdilər. 
Tezliklə kitab satanlar və kitabxanalar meydana gəldi. 
Antik  əsərlərin  ərəb  dilinə  tərcüməsi  ilə  iş  bitmirdi.  Sonralar  onlar  ərəb 
dilindən latın dilinə tərcümə edildi və Avropa universitetləri yarandıqdan sonra bu 
elm dünyasından çoxlu fayda götürdülər. 
İslam  alimlərinin  Qərb  üçün  klassik  bilikləri  qoruyub  saxlamalarına  görə 
layiq olduqları müvafiq tərifi almaları ilə yanaşı, onlar öz elmlərini də xeyli irəli 
aparmışdılar.  Burada  matematika  və  təbiət  elmlərinə  onların  göstərdiyi  böyük 
köməyin  sübutu  ilə  müqayisədə  digər  hansısa  bir  yerdə  buna  bənzər  şəhadəti 
tapmaq 
qeyri-mümkündür. 
Matematikada 
və 
astronomiyada 
onların 
nailiyyətlərinin  siyahısı  ayrılıqda  böyük  təəssürat  yaratmaq  gücünə  malikdir. 
Müsəlmanlar Hindistandan sıfır rəqəminin işlədilməsi daxil olmaqla ədədi sistemi 
qəbul  edib  Qərbə  ötürdülər.  Avropada  bu  ərəb  sistemi  kimi  tanındı  və  Roma 
rəqəmlərinin ağır və böyük yer tutması ilə müqayisədə hesab əməliyyatında əslində 
inqilab  yaratdı.  IX  əsr  Persiya  matematiki  əl-Xarəzmi  cəbr  fənnini  icad  etdi. 
Müsəlman  astronomlar  əl-Mamun  tərəfindən  Bağdadda  qurulan  rəsədxanada 
ulduzların  mövqelərini  öyrənirdilər.  Onlara  Yerin  kürə  şəklində  olması  və  çox 
sayda  ulduzların  adı  məlum  idi.  Onlar  həmçinin  ulduzlar  barədə  biliklərini 
dəqiqləşdirdilər,  bu,  dənizçilər  tərəfindən  göy  cisimlərinin  mövqeyini  müşahidə 
etməklə  öz  olduqları  yeri  müəyyən  etmək  üçün  bir  vasitə  kim  istifadə  edilirdi. 

304 
 
Sonralar astrolyabiya avropalıların Amerika qitələrinə üzməsini mümkün edəcəkdi. 
Müsəlman alimləri kimya elmində çox sayda yeni kəşflər etdilər və təbabəti 
elmi tədqiqat, öyrənilmə sahəsi kimi inkişaf etdirdilər. Xüsusən məşhur olan təbib 
İbn Sina idi, o, Qərbdə Avitsenna kimi tanınırdı. O, “Həkim elminin kanonu” adlı 
tibbi  ensiklopediya  yazmışdı,  digər  cəhətlərlə  yanaşı,  müəyyən  xəstəliklərin 
sirayətləndirici  təbiətini  vurğulamış  və  onların  çirkli  su  təchizatı  vasitəsilə  necə 
yayıldığını göstərmişdi. Latın dilinə tərcümə olunduqdan sonra Avitsennanın əsəri 
orta əsrlər Avropasının universitet tələbələri üçün əsas tibb dərsliyi oldu. Avitsenna 
çox  sayda  müsəlman  alimlərindən  biri  idi  ki,  onun  əsəri  latın  dilinə  tərcümə 
edilmiş  və  Avropada  XII  və  XIII  əsrlərdə  intellektual  həyatın  inkişafına  xeyli 
kömək göstərmişdi. 
İslam dünyası da müəyyən problemlərlə üzləşməli oldu. X əsrin ortalarından 
Abbasilər  xilafətinin  başçılıq  etdiyi  islam  imperiyası  parçalanmağa  başladı. 
Paytaxtı  Qahirə  şəhəri  olan  şiə  xilafəti  Bağdadın  sünnü  xilafətinə  rəqib  olmaqla 
islam  dünyasını  yarı  böldü.  Şimali  Afrikadakı  Fatimilər  sülaləsi  inkişaf  edərək 
islamın  dinamik  mərkəzi  kimi  Abbasilər  xilafətini  üstələdi.  Bu  üstünlüyü  əldə 
etməkdə ticarət mühüm rol oynadı. Həm də onlar din məsələsində tolerant idilər və 
qeyri-yerli  xalqlardan  olan  muzdlu  döyüşçülərdən  güclü  ordu  düzəltmişdilər.  Bu 
xalqlardan  biri  səlcuq  türkləri  idi  və  onlar  tezliklə  Fatimidlərin  özünə  qorxu 
törətməyə başladılar. 
Səlcuq türkləri Mərkəzi Asiyadan olan nomad (köçəri) xalq idi, onlar islama 
keçib  Abbasi  xilafəti  üçün  hərbi  muzdlular  kimi  gücləndilər. Tədricən  Persiyanın 
və Ermənistanın içərilərinə hərəkət etdilər, onların sayı XI əsrdən başlayaraq artdı 
və  Abbasi  imperiyasının  şərq  əyalətlərini tutmağa  qadir  oldular.  1055-ci ildə türk 
lideri Bağdadı işğal etdi və Abbasi imperiyasının komandanlığını sultan titulu ilə 
öz  üzərinə  götürdü.  XI  əsrin  son  dövrlərindən  səlcuq  türkləri  Misirə  və  Bizans 
imperiyasına  təzyiqlərini  artırdı.  Bizans  imperatoru  çağırış  qaydasında  türklərə 
ağılsızcasına  müraciət  etdikdə,  axırıncılar  1071-ci  ildə  Manzikertdə  Bizans 
ordusunu  darmadağın  etdilər.  Bu  vaxt  bizanslılar  kömək  üçün  nəzərlərini  qərbə 
tikdilər, Papaya şikayətləndilər və bu, səlib yürüşlərinə gətirib çıxardı. 
Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin