Nəcib dalğa yayan kəhrəba (electrum) təbiətli
mömin dostlara
XXI əsrin başlanğıcından islam əleyhinə təbliğat xeyli güclənmişdir. Ayrı-
ayrı ölkələrdə baş verən terror hadisələrindən sonra gündəlikdən çıxmayan
müsəlman ekstremizmi barədə iddialar, söhbətlər baş alıb gedir. İslama qarşı
nifrəti, kini şiddətləndirmək üçün bir-birinin ardınca törədilən cinayətlərdən böyük
canfəşanlıqla istifadə edilir, terrorçuların dini və milli mənsubluğu əsas
götürülərək, onların mənfur icraçılarından daha çox bütövlükdə müsəlman aləmi
ittihamlara məruz qalır. Artıq gündəliyə “beynəlxalq terrorizm” məfhumu möhkəm
daxil olmuş və təəssüf ki, konkret cinayətkarlardan daha tez-tez mücərrəd ümumi
təqsirkarı nişan vermək belə qərəzli və ağılsız təbliğat üçün üstün əhəmiyyət
daşımağa başlamışdır. Əlbəttə, heç kim, miqyasından asılı olmayaraq insan həyatı
itkisi və böyük maddi ziyanla nəticələnən və bu qəbildən olan ağır cinayət
hadisələrinin baş verməsi faktını inkar edə bilməz, terrorçular təkcə qanun
qarşısında deyil, həm də insanların mənəvi mühakiməsi qarşısında kəskin surətdə
məhkum edilmə cəzasından qaça bilməməlidirlər. Guya nifrət hisslərindən yaranan
terrorun özü və onu törədənlər sərt nifrət hədəfinə çevrilməlidirlər.
Beynəlxalq terrorizmin meydana gəlməsi
Terror özlüyündə nə qədər iyrənc bir əməl olsa da, hiperbola qaydasında
təsəvvür olunan hansısa səbəb və motivasiyalara malikdir. Lakin bu səbəb və
motivasiyalar da ona haqq qazandıra bilməz. Ayrı-ayrı fərdlər və qruplar mövcud
hökumətlərə qarşı müxalifət qaydasında terror hərəkətlərinə əl atdıqda, bu, müasir
283
Qərb cəmiyyəti və həmçinin bütün dünya üçün qorxulu bir aspektə çevrilir. Hələ
1996-cı ildə ABŞ prezidenti Bill Klinton terrorizmi “bizim nəslimizin düşməni”
adlandırmışdı. Artıq 1970-ci və 1980-ci illərdə terrorizm narahatlığı Birləşmiş
Ştatlarda və bir sıra Avropa ölkələrində çox hallarda xarici siyasətin başlıca
məsələsinə çevrilmişdi. Kiçik terrorçu qruplar heç nəyə məhəl qoymadan mülki
adamları öldürür, bomba partlatmaqla, girov götürməklə, təyyarələri qaçırmaqla öz
tələblərinə diqqət göstərilməsi naminə və ya siyasi məqsədlərinə çatmaq üçün ayrı-
ayrı dövlətlərdə stabilliyi pozmağa cəhd edirdilər.
Terror əməliyyatları üçün motivasiyalar müxtəlif cür olurdu. Belə
əməliyyatlar həm də silahlı millətçilər tərəfindən törədilirdi, məqsədləri isə
özlərinin separatçı dövlətlərini yaratmaq idi. Bu vaxt həm də onlara rəğbət
bəsləyən yerli əhalidən xeyli dəstək alırdılar. Azərbaycan öz taleyində belə terror
sınağının baş verməsinin şahidi olmuşdu.
1980-ci illərdə sol və sağ təmayüllü terrorçuların fəaliyyəti tənəzzülə uğrasa
da, beynəlxalq terrorizm özünü biruzə verirdi. 1967-ci ildə İsrailə öz ərazilərini
itirən bir sıra silahlı fələstənli qisas əlaməti kimi işğalçını dəstəkləyənlərə qarşı
terror hücumları etdilər. Fələstin terrorçuları bütün Avropa dövlətlərində
əməliyyatlar aparırdılar. 1988-ci ilin dekabrında Frankfurtdan Nyu-Yorka uçan
Pan-Amerikan təyyarəsi Şotlandiyada partladıldı, bu hadisədə 258 nəfər sərnişin və
gəmi heyətinin üzvü həlak olmuşdu.
Əh dəhşətli və dağıdıcı terrorizm əməliyyatlarından biri isə 11 sentyabr
2001-ci ildə Birləşmiş Ştatlarda törədildi. Dörd qrup terrorçu kommersiya reaktiv
təyyarələrini uçuş zolağından qalxdıqdan sonra ələ keçirdilər. İki təyyarə Nyu-
York şəhərindəki Dünya Ticarət Mərkəzinin “twin” - “ekizlər” adlanan göydələn
binalarının qüllələrinə çırpıldı, bu iki tikili və qonşuluqdakı bir neçə bina həmin
zərbələrdən uçdu. Üçüncü təyyarə paytaxt Vaşinqton yaxınlığındakı Pentaqona
çırpıldı və yanğın törətdi. Dördüncü təyyarə də qaçırıldıqdan sonra Vaşinqtona
istiqamət götürmüşdü, Pennsilvaniya zonasında qəzaya uğradı. Çox güman ki, bu,
banditlərə müqavimət göstərən qəhrəman sərnişinlər qrupunun fədakarcasına cəhdi
nəticəsində baş vermişdi. Bütövlükdə, dörd təyyarədəki sərnişinlər daxil olmaqla
üç minə yaxın adam həlak olmuşdu.
Bu bir-birilə əlaqələndirilən terror əməliyyatlarını beynəlxalq terrorçu
təşkilat kimi tanınan Əl-Qaydaya bağlı olan təyyarə qaçıranlar icra etmişdilər.
Təşkilatın rəhbəri 2011-ci ildə amerikan xüsusi təyinatlı dəstəsi tərəfindən qətlə
yetirilən Üsamə ben Laden idi. O, Səudiyyə Ərəbistanından olmaqla Əfqanıstanda
terrorçu məşq düşərgəsi yaratmışdı, orada Taliban kimi tanınan, milli silahlı
fundamentalist islamçı hakimiyyət tərəfindən himayə edilirdi. Bundan əvvəl də
ABŞ-da baş vermiş terror əməliyyatlarına görə ben Ladendən şübhələnilmişdi.
Onun fəaliyyəti Sovet ordusu ilə vuruşan əfqan mücahidlərinə kömək gostərmək
qaydasında başlamışdı və həmin dövrdə onu məhz ABŞ yetişdirmişdi.
Qərbə, xüsusən Birləşmiş Ştatlara qarşı terrorçu əməllər özünün başlıca
mənbəyini bəzi müsəlman ölkələrindən götürür. Şübhəsiz ki, davam edən İsrail-
Fələstin münaqişəsi, bu qarşıdurmada Birləşmiş Ştatlar İsraili möhkəm dəstəkləyir,
çox sayda müsəlmanlar arasında anti-Qərb, xüsusən anti-Birləşmiş Ştatlar hissinin
284
qalxmasına kömək etdi. 1979-cu ildə İranda baş verən inqilab və yeni islam
hökumətinin yaranması həmçinin anti-Qərb hissiyyatını qidalandırdı. Ayatolla
Xomeyninin gözündə Birləşmiş Ştatlar “böyük şeytan” idi, İsrailin qüdrətli
himayəçisi və hər yerdən olan müsəlman xalqlarının düşməni idi.
Amerika Birləşmiş Ştatlarının 1991-ci ildə İran körfəzi müharibəsində
Küveytin azadlığı uğrunda mübarizəyə cəlb edilməsi islamla Qərb arasındakı
münasibətlərdə görünməmiş nəticələrə səbəb oldu. Müharibə dövründə Birləşmiş
Ştatlar qüvvələri Səudiyyə Ərəbistanında yerləşmişdi, bu ölkə isə məlum olduğu
kimi islamın müqəddəs şəhərlərinin məkanıdır. Amerikan qüvvələrinin burada
olması anti-qərbçi islam qrupları tərəfindən, xüsusilə Üsamə ben Laden və onun
ardıcılları tərəfindən islama təhqir kimi qiymətləndirildi. Radikal islam qrupları
2003-cü ildə Madriddə bomba, 2005-ci ildə isə Londonda metro vaqonlarını
partlatdılar.
Birləşmiş Ştatların 2003-cü ildə İraqa hücumu Qərbə qarşı bir sıra islam
qruplarının qəzəbini daha da alovlandırdı. Səddam Hüseyn rejimi ilə Əl-Qayda
arasında hansısa əlaqənin olmasına elə bir sübut tapılmasa da, ABŞ İraqa qarşı
priventiv müharibə başladı. İraqlıların çoxunun Səddamın devrilməsini
alqışlamasına baxmayaraq, günahsız mülki adamların ölümü və amerikan əsgərləri
tərəfindən İraq dustaqxanalarında cəza çəkənlərə işgəncə verilməsi müsəlman
dünyasında anti-amerikan hissinin dərinləşməsinə xidmət göstərdi.
Əlbəttə, yuxarıda sadalanan cinayətlər müsəlman terrorçular tərəfindən
həyata keçirilmişdir. Onların dini mənsubluğuna heç bir şübhə yeri qalmır. Lakin
bir ovuc qatilin əməlini bu dinə inanc gətirənlərin sayı 1,5 milyard olan islamın
adına yazmaq, hansısa cinayətkarlara görə bütövlükdə müsəlman aləminə qarşı
ağır ittihamlar irəli sürmək ağılsız olmaqla yanaşı, ən azı insafsızlıqdır və reallığın
mahiyyətinə göz yummaqdır. Çox işlədildiyindən artıq bayağı səslənən
“cinayətkarın milləti və dini yoxdur” sözlərini yenidən təkrar etmək lüzumundan
qaçmaq olmur.
Qərblə Şərq arasında tarixi etimadsızlıq və bəzi
transformasiyalar
İslama qarşı hücumlar dini dözümsüzlükdən qidalandığı kimi, bünövrəsində
daha dərin tarixi köklər gizlənir. İslamdan əvvəlki dünyada da Qərblə Şərqin
münasibəti vaxtaşırı konfliktlərlə müşayiət olunurdu. XIX və XX əsrlərin
hüdudlarında yazıb yaratmış ingilis yazıçısı və imperializmin apologeti kimi
tanınan Redyard Kiplinq bu iki qütbü təmsil edənlər arasında fərqin dərin olduğunu
vurğulamaq xatirinə demişdi ki, “Yerlə Göy birləşə bilər, lakin Qərblə Şərq heç
vaxt birləşə bilməz”. Belə təsdiq ilk növbədə Böyük Britaniyanın imperialist
siyasətinə haqq qazandırmaq məqsədini güdürdü. O, bəzən şərqliləri, Hindistanda
bir yerdə yaşadığı yerli əhalini təhqiramiz ifadələrlə yad etməkdən də çəkinmirdi.
Həmin dövrdə onun kimi düşünənlər, Şərqi aşağılamağa çalışanlar heç də az
deyildi. Daha obyektiv yanaşılsa, Qərblə Şərqin bir-birinə ittihamlar irəli sürməsi,
nifrət hissləri formalaşdırması yeni bir hadisə deyildi, dərin kökləri olan qocaman
285
ağacın yalnız gözə çarpan yarpaqları idi.
Həqiqətən də minilliklər ərzində Qərblə Şərq arasında vaxtaşırı baş verən
münaqişələr daimi xarakter alan qarşılıqlı etimadsızlığın mövcudluğunu nümayiş
etdirirdi. Bürünc dövrünün sonlarında, bizim eradan əvvəl XIII əsrdə Mikena
hökmdarı Aqamemnonun başçılığı altında Yunanıstanın birləşmiş ordu qüvvələri
Füsunkar Yelenanı geri qaytarmaq bəhanəsi altında Kiçik Asiyadakı varlı Troya
şəhər-dövlətinə hücum edib, bu şəhəri dağıtmışdı. Homer özünün ölməz
“İliada”sında on il davam edən bu müharibəni hər cür təfərrüatı ilə təsvir edir.
Asiyalılar həmin dövrdə həmçinin Suriyanın timsalında misir faraonu II Ramzeslə
Kadeş döyüşündə özünü müdafiə etmək məcburiyyətində də qalmışdı, Avropaya
müdaxilə onların yadına da düşə bilməzdi. Bundan bir qədər sonra “dəniz xalqları”
hücum edib Yeni Hett dövlətini məhv etmişdilər.
Lakin səkkiz əsrdən sonra Şərq də Avropa barədə öz iştahını məmnun etmək
yolunu tutdu. Böyük Kirdən sonra Persiya imperiyasının ərazisini xeyli böyüdən və
qüdrətini möhkəmləndirən I Dara öz dövlətinin sərhədlərini daha da
genişləndirmək üçün Avropaya keçdi, Trakiyanı və Makedoniyanı işğal etdi, lakin
bizim eradan əvvəl 490-cı ildə Afinaya qarşı Marafon döyüşündə məğlubiyyətə
uğradıqdan sonra geri çəkilməyə məcbur oldu. On il sonra onun varisi Kserks yüz
əlli min nəfərlik qoşunla (daha böyük rəqəmlər də gətirilir) Balkan yarımadasına
girmək istədikdə, Fermopil keçidində sonralar rəmzə çevrilmiş 300 spartalının
ağıla sığmayan müqaviməti ilə üzləşmiş, yalnız bir yunanın xəyanəti nəticəsində
başqa dağ yolu ilə yarımadanın içərilərinə doğru irəliləmişdi. Perslər Afinanı
tutmuş, oda vermiş və qarət etmişdilər. Femistoklun başçılıq etdiyi Afina
donanması Persiya hərbi-dəniz qüvvələrini Salamin adası yanındakı boğazda
darmadağın etmişdi. Sonrakı ildəki məğlubiyyətlər də Kserksi Elladanı zəbt etmək
fikrindən daşınmağa məcbur etmişdi.
Artıq qonşu əraziləri özünə tabe etmiş Makedoniyanın timsalında Avropa
Persiyanı öz müdaxiləsinin hədəfi seçərək, b.e.ə. 334-cü ildə iki il əvvəl taxt-tacda
qətlə yetirilmiş atasını əvəz edən 22 yaşlı III Aleksandrın başçılığı altında qoşunlar
Hellespont boğazını keçib, Persiya ilə müharibəyə başladı. İss döyüşündə sayca
özününkündən çox üstün olan III Daranın ordusu üzərində möhtəşəm qələbə çaldı.
Persiya çarı qaçıb canını qurtarsa da, xəzinə və çarın ailə üzvləri Aleksandrın əlinə
keçdi. Qavqamela döyüşündə isə Aleksandr perslər üzərində qəti qələbəyə nail
oldu. Sonra o, Soqdiananı, Baktriyanı və Hindistanın şimalını işğal etdi. Böyük
Aleksandrın məqsədi o vaxtlar məlum olan dünyanı, onun qurtaracağını (bu,
Yaponiya idi) fəth etmək idi. Lakin ordusunun qiyamı bu planın icrasına mane
oldu və onu Hindistandan geri dönməyə məcbur etdi.
Aleksandrın Şərqə yürüşü vaxtı iki qütb arasındakı köhnə və yeni
münasibətləri əks etdirən üç hadisə baş verdi. Plutarxın yazdığına görə sərkərdəni
müşayiət edən getera Taida Afinanın perslər tərəfindən yandırılmasının qisasını
almaq üçün Persepolisdəki məclisdə əylənənlərin hamısını çarın gözləri qarşısında
Kserksin sarayını yandırmağa çağırdı. Saray oda verildi və bu hadisə yunan
qadınlarının öz vətənlərinin taleyinə görə perslərdən necə intiqam aldıqlarının
simvoluna çevrildi. Köhnə münasibət relikti həm də özünü bu qaydada nümayiş
286
etdirdi. Yeni münasibətin təməlini isə Böyük Aleksandrın özü qoyurdu. Suriyanı,
Palestinanı və Misiri işğal etdikdən sonra o, misir faraonunun ənənəvi titulunu
qəbul etdi. Onu artıq Amonun oğlu kimi salamlayırdılar, bu yunanlara görə Zevsin
oğlu adlanmağa bərabər idi. Yeni “faraon” Misirdə öz adını əbədiləşdirən
Aleksandriya şəhərini saldı və bu şəhər Misirin yunan inzibati paytaxtına çevrildi.
Aleksandr Asiyada işğal etdiyi ərazilərdə 70-dən artıq şəhərin əsasını qoymuşdu.
Üçüncü hadisə isə ondan ibarət idi ki, Hindistandan geri döndükdən sonra
Aleksandr Suzada on min nəfər öz döyüşçüsünün yerli qızlarla evləndirilməsi
mərasimini keçirdi. O, özü də Baktriya zadəganının qızı Roksana ilə ailə qursa da,
bu vaxt ikinci dəfə, Daranın qızı Statiraya evləndi. Böyük Aleksandr bu tədbirdən
daha uzağa gedən məqsədlər güdürdü, o, Qərblə Şərqi yaxınlaşdırmaq üçün digər
mühüm işlərlə yanaşı bu vasitədən də faydalanmaq istəyirdi.
Böyük Aleksandr tarixdə ən müəmmalı böyük şəxsiyyətlərdən biridir. O,
Homerin daim özü ilə gəzdirdiyi “İliada”sındakı qəhrəman döyüşçü Axillesi təqlid
etməyə çalışırdı. Faraon kimi isə, o, Misir ənənələrinə görə yaşayan allah idi və
hətta yunan şəhərlərinə təlimat göndərmişdi ki, “onu allah kimi tanısınlar”.
Aleksandr ümumi bəşəriyyət idealına inanırdı. Ona görə də 324-cü ildə yerli
qadınlarla öz döyüşçülərinin kütləvi qaydada evlənmə şənliyini təşkil etmişdi.
Özünü Böyük Çar adlandırır və tələb edirdi ki, təbəələri onun qarşısında perslərə
məxsus olan qaydada təzim etsinlər. O, pers paltarı geyinirdi, perslərdən
inzibatçılar kimi istifadə edirdi və yerli gəncləri Makedoniya hərbi metodları
qaydasında məşq etdirirdi. Aleksandr hiss edirdi ki, makedoniyalıların, yunanların,
perslərin idarəedici bir sinifdə əriməsinə ehtiyac vardır və güman edirdi ki, bu, onu
belə nəhəng imperiyaya uğurla nəzarət etməyə qadir edəcəkdir. O, özünün böyük
dövlətində, nəhəng imperiyasında bütün təbəə xalqları partnyorlar kimi
birləşdirmək istəyirdi. Bu isə köhnə düşmənçiliyi unutdurmağa kömək edəcəkdi.
Ona görə də, o, narazı Makedoniya veteranlarını vətənə yola salmışdı. Bütün bu
yeni, böyük əhəmiyyət daşıyan tədbirləri, əməlləri ilə Böyük Aleksandr özünü
sözün həqiqi mənasında yunanların təbirincə “kosmopolit” adlanan ilk dünya
vətəndaşı kimi təsdiq etmişdi. Ondan altı əsr sonra Roma imperatoru olan, böyük
filosof Mark Avreli də özü barədə bu cəhəti vurğulayaraq demişdi ki, “Bir Antonin
kimi mən Roma vətəndaşıyamsa, bir insan kimi dünya vətəndaşıyam”.
Beləliklə, Aleksandr fəthlərindən az əhəmiyyət kəsb etməyən yeni era,
Ellinistik era yaratdı. Onun imperiyasının miqyasını ötüb keçənlər oldu, Roma
imperiyası Aleksandrın imperiyasından iki dəfə, Çingiz xanın imperiyası isə dörd
dəfə böyük idi. Lakin bir çox yeni ideyaları təcəssüm edən Ellinistik eranın banisi
kimi dünya tarixində heç kəs onunla müqayisə oluna bilməz. Ellinistik yunan sözü
olub “yunanları təqlid etmək” mənasını verirdi. Bu erada yunan dili və ideyaları
qədim Yaxın Şərqin qeyri-yunan dünyasına yayıldı. Persiya monarxiyası
Aleksandr tərəfindən məhv edildikdən sonra yunan-Makedoniya idarəçiliyi nəhəng
əraziyə genişlənmişdi. Bu, yunan mühəndisləri, intellektualları, tacirləri, əsgərləri
və inzibatçıları üçün münbit şərait yaratdı və heç də nəticəsiz qalmadı. Onun yeni
imperiya görüşləri, heç şübhəsiz, yoxa çıxmadı, sonralar romalıları ilhamlandırdı
və onlar əslində Aleksandr irsinin varislərinə çevrildilər.
287
Aleksandr həm də böyük mədəni irs qoyub getmişdi. Yunan dili, incəsənəti,
arxitekturası və ədəbiyyatı bütün Yaxın Şərqə yayılmışdı. Ellinistik eranın şəhər
mərkəzləri, onlardan çoxunun əsası Aleksandr və onun varisləri tərəfindən
qoyulmuşdu, yunan mədəniyyətinin başqa xalqlara nüfuz etməsi üçün tramplin
rolunu oynadı. Yaradılan şəhərlərin və hərbi koloniyaların sakinlərinin çoxu yunan
muzdlularından ibarət idi.
Yunanlar öz mədəniyyətini Şərqə yayanda, onlar həm də Şərqin təsirinə
məruz qalırdılar. Beləliklə, Aleksandrın irsi Ellinistik dünyanın möhürlərindən
birinə çevrildi. Bu isə fərqli mədəniyyətlərin görüşməsi və bir-birinə nüfuz etməsi
idi.
Aleksandr tarixdə ilk və bəlkə də son dəfə olaraq öz dövrünün daha
sivilizasiyalanmış Avropasını (Yunanıstanı) və Asiyanın böyük bir hissəsini – həm
iqtisadi, həm də mədəni cəhətdən birləşdirməyə səy göstərmişdi. Onun vaxtsız
olümü bu möhtəşəm layihənin həyata keçməsinə ciddi maneəçilik törətdi. Onun
imperiyası bir neçə dövlətə parçalandı. İmperiyadan əsər-əlamət qalmadı, onun
yerində Makedoniya, Selevkid dövləti, Perqamın Attalid çarlığı və Ptolomeylərin
hökmranlığı altında Misir monarxiyası meydana gəldi. Onun varisləri olan
diadoxlar təkcə öz sələflərini deyil, imperiyanı da qəbirə gömdülər. Blez Paskalın
Kleopatra barədə dediyi sözlərdən istifadə edərək qeyd etmək olar ki, Aleksandrın
varislərinin burnu bir qədər gödək olsaydı, yəqin ki, ən azı birləşdirdiyi ərazilərdə
Avropanın və Asiyanın sifəti tamam başqa cür olardı. Qərbin və Şərqin
münaqişələrlə naxışlanmış münasibətinə son qoyular və onlar birgə yaşanılan
həyatın üstünlüklərini və mədəni ziyafətinin zənginliyini daha uzun müddət və
böyük həzzlə dadmış olardılar. Lakin bədbəxtlikdən Makedoniya ordusunun hərbi
liderlərini heç də Qərblə Şərqin bir-birinə nüfuz etməklə inkişaf etmiş yeni
sintezini qoruyub saxlamaq deyil, hakimiyyət uğrunda mübarizə daha çox cəlb
edirdi.
Bu parçalanmaya, bölünməyə baxmayaraq ellinistik şəhərlər qeyri-yunan
dənizində yunan mədəniyyəti adaları olaraq qaldılar. Bu vahədən ətrafa gur
energetika şüaları yayılırdı. Eranın yunan şəhərləri ellinistik mədəniyyətin Yaxın
Şərqdə, həmçinin müasir Əfqanıstan və Hindistan kimi uzaq ərazilərdə baş
hərəkətverici qüvvə rolunu oynadı. Bizim eranın IX-XII əsrlərində də çoxtərəfli
islam və ya əl-Əndəlus mədəniyyəti İspaniyada da məhz bundan geri qalmayan və
əyani nümunələri ilə Avropanı sivilizasiyalanmağa çağıran bir rol oynadı.
Bu proses həmçinin şəhərlərin çiçəklənməsində mühüm rol oynayırdı. İki
baş ticarət yolu Aralıq dənizi ilə Şərqi birləşdirirdi. Mərkəzi marşrut başlıca rol
oynamaqla, dəniz vasitəsi ilə Hindistanı İran körfəzi ilə, Dəclə çayı vasitəsi ilə isə
Babil şəhərini əvəz edən Selevkiyanı birləşdirirdi. Çox müxtəlif adda əmtəələrlə
ticarət aparılırdı. İspaniyadan qızıl və gümüş, Kiçik Asiyadan duz, Makedoniyadan
meşə materialı, Tirdən al qırmızı boya, Hindistandan ebonit, qiymətli daşlar, fil
sümüyü və ədviyyat, Ərəbistandan ətirli maddələr, Trakiyadan, Suriyadan və Kiçik
Asiyadan qullar, Suriyadan və Kiçik Asiyanın qərbindən yaxşı şərablar, Afinadan
zeytun yağı, həmçinin başqa ölkələrdən bir sıra ekzotik mallar gətirilirdi. Ən
başlıca ticarət isə həyat üçün təməl əhəmiyyət daşıyan ərzaqla – taxılla aparılırdı.
288
Onun əsas ixrac zonaları Misir, Suriya, Siciliya və Qara dəniz regionu idi. Ticarət
tarixdə şəhərlərin yaranmasında mühüm rol oynadığı kimi, xalqlar arasında iqtisadi
və bunun nəticəsi kimi mədəni əlaqələrin inkişafına əvəzsiz kömək göstərirdi.
Xüsusən sülh dövründə ticarət gur inkişaf edirdi, lakin müharibələr də onun
aparılmasını bütünlüklə dayandıra bilmirdi. Ellinistik dünyadakı ticarət müasir
qloballaşmanın ilkin işartıları rolunu oynayırdı, onun ölkələri və xalqları bir-birinə
yaxınlaşdırması ilə müqayisədə ikinci bir uğurlu vasitənin mövcud olduğunu
söyləmək çətin məsələdir.
Yunan polisləri (şəhər-dövlətləri) çoxdan öz gücünü itirmişdi, lakin yunan
mədəniyyəti Aralıq dənizinin, Asiyanın, Misirin, Qara dəniz ətrafının ellinistik
dövlətlərində yayılmaqda davam edirdi. Yunan dili hər yerdə savadlı adamların dili
hesab olunurdu, yunan elmi isə (matematika, astronomiya, tibb və fəlsəfə) mühüm
nəticələrə malik oldu.
Aleksandrın planı irqləri bir-birində əritmək idi, lakin bu plan uğursuzluğa
düçar olurdu. İran satrapları (əyalət valiləri) güman ki, səmərəli deyildi, ona görə
də onların yarısından çoxu edam edilmişdi. İmperiyanı əmələ gətirmək üçün çoxlu
inzibati vahidlər arasındakı yeganə əlaqə məhz məşhur sərkərdənin özü idi və
təəssüf ki, problemi həll etməmişdən əvvəl o, həyatdan getdi.
Aleksandrın qısa müddətli hökmranlığı Avropa və Asiyanın tarixində
həlledici bir dövr xarakteri daşıyır. Onun fəaliyyəti sivilizasiyanın böyük
mərkəzlərinin Şərqə tərəf köçməsinə aparıb çıxardı və bu, geniş məskunlaşma
dalğasında ellinizmi bütün Yaxın Şərqə yaydı və siyasi cəhətdən olmasa da, ən azı
iqtisadi və mədəni cəhətdən bu ərazidə ellinizmi meydana gətirdi. Ayrıca dünya
Gibraltardan Pəncaba qədər uzandı, bu dünya ölkələr arasında ticarət və sosial
əlaqələr üçün açıldı. Axı bu dünya ümumi sivilizasiyaya əsaslanırdı. İmperiya o
qədər geniş idi ki, onun ölçülərini təsəvvür etmək də çətin idi. Gibraltar
boğazından İnd çayına, Almaniya meşələrindən və Rusiya düzənliklərindən Saxara
səhrasına və Hind okeanına qədər uzanırdı.
Ellinistik era bizim eradan əvvəlki 300-cü illərdən başlayaraq sonrakı altı əsr
ərzində davam etdi. Bu era başlanğıcını Böyük Aleksandrın işğallarından
götürməklə Romanın ilk xristian imperatoru Konstantinə qədər olan bir dövrü
əhatə edir. Aleksandrın imperiyası və onun varisləri böyük dünya birliyi yaratdı, bu
mədəni birlik min il sonra müsəlman imperiyasının meydana çıxması ilə öz
sonluğuna çatdı.
Ellinistik çarlıqlarda şəhərlərin mühüm rol oynaması ilə yanaşı müstəqil
şəhərlər də var idi ki, onlar əhalilərinin sıxlığı ilə fərqlənirdilər. Bəzi çarlar köhnə
şəhərləri dağıdıb, yenilərini yaratmağa girişirdilər. Bu şəhərlər Makedoniyadakı
şəhərlərin və çar ailəsi üzvlərinin adlarını daşıyırdılar. Belə şəhərləri Finikiyada,
daha çox isə Suriyada görmək olardı.
Persiya imperiyası da əsasən xalqların birliyinə əsaslanırdı, yarandığı
vaxtdan Çar Böyük I Dara da imperiyada öz sələfi Böyük Kirin dözümlülük
siyasətini davam etdirirdi. Bir sıra xalqlara öz ənənələrini, dilini və dinini
saxlamağa icazə vermişdi. Lakin sonralar imperiya tənəzzülə uğradı və Böyük
Aleksandrın işğalı onun mövcudluğuna son qoydu.
|