Xristianların digər xalqlara qarşı qəddarlıqları
Xristian Avropasında yəhudilər yeganə dini azlıq idi ki, onlara qeyri-xristian
dininə sitayiş etməyə icazə verilmişdi. Yəhudilər artan qaydada ticarətlə və
sənətkarlıqla məşğul olurdular. Cənubi Avropada onlar müsəlman və xristian
dünyaları arasındakı mədəni və intellektual əlaqələrdə mühüm funksiyanı həyata
keçirirdilər.
Səlib yürüşləri müsəlmanlara qarşı olsa da, xristianlar həmçinin öz
vətənlərində də düşmən axtarmağı unutmurdular. Birinci Səlib yürüşü vaxtı
yəhudiləri Fransada və Reynlandda təqib edirdilər. Həmin dövrün salnaməçisi
yazırdı ki, “ingilis səlibçiləri Müqəddəs Torpağa yollananda, Portuqaliyada,
Lissabonda kralın nökərləri olan bütpərəstləri və yəhudiləri qovdular, onların
mülkiyyətini və əmlakını qarət etdilər, evlərini yandırdılar, üzüm bağlarını qəsb
etdilər, onlara bir salxım da üzüm saxlamadılar”. Yəhudiləri himayə edənlər
305
təhlükədə olurdular. XIII əsrdə dinsizlərlə mübarizə atmosferində yəhudilər daha
çox təqib edilirdilər. Rahiblər israr edirdilər ki, bu “Xristin qatillərinə” qarşı
hərəkətə keçmək lazımdır. Ənənəvi xristian nöqteyi-nəzərinə görə yəhudilər
İisusun öldürülməsinə görə cavabdeh idilər, ona görə də yəhudi kitablarını ictimai
qaydada yandırırdılar. Dördüncü Lateran Şurası 1215-ci ildə yəhudi gettolarının
inkişafını və ya divarla çəpərlənməni bəyəndi, bunun nəticəsində onlar
xristianlardan izolyasiya edilirdi. Bu təqiblər nifrət olunan yəhudilərə qarşı ikinci
yeni ənənəvi antisemitizmi qızışdırırdı. Yəhudilərin qovulması prosesi Mərkəzi
Avropaya da yayıldı və Şimali Avropa yəhudilərinin çoxu axırıncı sığınacaq kimi
Polşaya köçməyə məcbur edildi. Polşada məskunlaşan yəhudilərin sonrakı
nəsillərinin taleyi daha acınacaqlı oldu və onlar Hitler faşizminin həyata keçirdiyi
Holokostun 6 milyonluq qurbanlarının demək olar ki, yarısını təşkil etdi.
Xristian kilsəsi əslində bütün xalqlara ağalıq etmək üçün xristian dünyası
yaratmağa səy göstərirdi. Bu məqsəd təkcə ideya şəklində mövcud olmayıb,
konkret tədbirlər vasitəsilə özünün həyata keçirilməsi ümidini yaradırdı. 1433-cü
ildə Papa VI Aleksandr (o və onun övladları iyrənc əməllərinə - qətllərə,
zinakarlığa görə biabırçı şöhrət qazanmışdılar) bulla dərc etdi, bu sənədə görə iki
xristian dövlətinin – İspaniya və Portuqaliyanın bütün Atlantik okeandan keçən bir
xəttlə ağalıq sferaları ayrılırdı. Bu xəttdən qərbə tərəf olan bütün ərazilərin
İspaniyaya, şərqə tərəf olanların isə Portuqaliyaya məxsus olduğu təsdiq edilirdi.
Sonralar qərbdə Portuqaliyaya ancaq Braziliya çatdı, həmin ölkə də Xristofor
Kolumbun dünyanın naməlum sahələrini kəşf etmək işini davam etdirən
səyahətçilər tərəfindən tapılmışdı. Protestant İngiltərə XVI əsrdə dünya dəniz
dövlətinə çevrilməklə katolik kilsəsinin bu planlarını alt-üst etdi.
Xristianlar təkcə islama qarşı səlib yürüşü etməklə kifayət-lənməyib, Yeni
Dünyada da – Cənubi Amerikada qan tökmə, qırğınlar təşkiletmə və quldurluq
əməliyyatlarına əl atmaqla buradakı sivilizasiyaları məhv etmişdilər. 1519-cu ildə
Ernan Korbesin başçılıq etdiyi kiçik konkistadorlar qrupu Meksikanın atsteklər
yaşayan mərkəzini işğal etdikdə böyük cinayətlərə imza atdı. Paytaxt Tenoçtitlan
şəhərində hökmdar II Montesuma ispan işğalçıları tərəfindən əsir götürüldü, sonra
isə öz təbəələri tərəfindən öldürüldü. Atstek monarxı Kortesi ağ allah Ketsalkoatın
nümayəndəsi hesab etmişdi, köhnə rəvayətlərə görə həmin allah bir dəfə qayıdacaq
və yenidən çar taxt-tacını tutacaqdır. Ona görə də Montesuma əcnəbilərə qızıl
hədiyyələr təklif etdi və şəhərdə yaşamaq üçün onlara saray verdi, lakin ispanlar
çarı əsir götürüb, şəhəri qarət etdilər.
Bir qədər sonra şəhər sakinləri ispanları qovdular, lakin atsteklərin düşməni
olan tayfalardan kömək alıb yenidən şəhərə daxil olanda öldürülən hinduların
cəsədlərini və başlarını tapdalayıb keçirdilər. Bu hadisə ispanlara səlib yürüşü vaxtı
Yerusəlimin dağıdılmasını xatırlada bilərdi. Lakin, burada, Meksikada ölənlərin
sayı daha çox idi. Quru torpaq üzərində cəsədlərdən təpə düzəlmişdi. Rus rəssamı
V.V.Vereşşaginin müharibələrin dəhşətli nəticəsinə həsr etdiyi və quzğunların
ətrafında dövrə vurduğu kəllələrdən ibarət piramidanı təsvir edən “Müharibənin
apofeozu” əsəri bütünlüklə Tenoçtitlan dəhşətinin mənzərəsini əks etdirə bilərdi.
Cəsədlərdən şəhəri bürüyən üfunətdən hətta Kortesin özü də xəstələnmişdi.
306
Eyni aqibət inkləri də gözləyirdi. İspan konkistadoru Fransisko Pisarronun
başçılıq etdiyi az saylı ekspedisiya Cənubi Amerika Andlarında İnk imperiyasını
dağıtdı. İnklərin hökmdarı Ataulpa onlara nəhəng miqdarda pul ödədi. Lakin 1533-
cü ildə Pisarro onu edam etmək əmrini verdi və inklərin paytaxtı Kuskonu tutdu.
Özünün böyük inkişaf səviyyəsinə çatmış İnk imperiyası beləliklə tarixdən silindi.
Kusko qızılın və gümüşün bolluğuna görə əfsanəvi Eldorado hesab oluna bilərdi.
İnklərin ağlasığmayan nəhəng xəzinəsi qəsb edilib İspaniyaya daşındı. Göründüyü
kimi, ispan konkistadorları Meksikada və Peruda özlərini heç də səlibçilərdən az
qəddar və qaniçən kimi aparmadılar.
İslamı başqa xalqlara silahla qəbul etdirmək barədə əsassız ittihamla çıxış
edənlərin nümayəndələri Cənubi Amerikada xristian dinini yaymaq kimi elə bir
neqativ olmayan işdən daha çox qan axıdılmasında canfəşanlıq göstərirdilər.
Afrikadan zənciləri Amerikaya daşımaqla qul ticarəti vasitəsilə böyük sərvət sahibi
olan, müstəmləkələrdə asiyalılara və afrikalılara vəhşiliklə yanaşan xristianları
yada salmağa ehtiyac yoxdur. XVII əsrdən başlayaraq gur inkişaf edən
müstəmləkəçilik çox sayda xalqa elə ağır zərbə vurmuşdur ki, dünya müstəmləkə
sisteminin süqutundan sonra hələ də öz iyrənc izlərini qoruyub saxlamaqda davam
edir.
Uzaq tarixə ekskursu kənara qoyub, keçən əsrin 90-cı illərinə nəzər salsaq,
Balkanlarda yenə də xristianların müsəlmanlara qarşı aparrıqları “etnik təmizləmə”
siyasətinin biabırçı səhnələrini müşahidə edə bilərik.Bosniya-Hersoqovinanın
mqstəqilliyini Avropa ölkəkərinin çoxu və Birlşmiş Ştatlar tanıdıqdan sonra,1993-
cü ilin ortalarından Serbiya qüvvələri Bosniya ərazisinin 70 faizini ələ
keçirdi.Onlar Bosniya müsəlmanlarını öldürür,yaxud da onları öz torpaqlarından
qovurdular.Bu İkinçi Dünya müharibəsi vaxtı natsistlərin həyata keçirdikləri
dəhşətləri yada salırdı. Serblərin Serebrenitsada təşkil etdikləri qırğınlarda
müsəlmanlardan 8 min kişi və oğlan uşağı öldürülmüşdü. 1995-ci ildə əsasən
mülki adamlar olan 250 minə yaxın bosniyalı öldürülmüşdü, 2 milyon nəfər isə
evsiz-eşiksiz qalmışdı. Yalnız ABŞ-ın təzyiqi və təkidi ilə Deyton müqaviləsi buna
son qoydu. Elə həmin illərdə Kosovoda da serb qüvvələri müsəlman olan etnik
albanlari qırmağa başladiqda, Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri
münaqişənin həllinə ğirişdilər.Yalnız Yuqoslaviyanın bombardman edilməsi onun
hökumətini güzəştə getməyə məcbur etdi.
İslama qarşı mənəvi səlib yürüşləri
Son vaxtlarda antiislam təbliğatı xüsusilə güclənmişdir. Harada terror
hadisəsi baş verirsə, ekstremizm baş qaldırırsa, məsələnin mahiyyəti
araşdırılmadan islam fundamentalizmi klişesi işə salınır. Bu versiyanın həqiqi
olmasını sübut etmək üçün ağlasığmayan dəlillər axtarılır. Dəlil tapılmasa da eybi
yoxdur, Napoleonun ifadəsi ilə deyilsə, “Döyüşə girmək lazımdır, sonrasına isə
baxarıq” prinsipi öz işini görür. Axı Corc U.Buş İraqa hücum edəndə irəli sürdüyü
səbəblərin heç biri öz təsdiqini tapmadı, müharibə isə İraqa ağır zərbə vurdu.
İslama qarşı ittiham sürmək elə də çətin bir şey deyildir, Qərb ictimaiyyəti bu
307
barədəki fantaziya tipli istənilən məlumata inanır. Hətta XIV əsrin ortalarında
(1350-ci il) baş vermiş və Avropanın əksər ölkələrinin əhalisinin az qala yarıbayarı
azaltmış Qara Ölümü də, XXI əsrin əvvəlində (2004-ci il) Hind okeanında
İndoneziya yaxınlığında baş vermiş böyük dağıdıcı gücü ilə seçilən və on minlərlə
insan həyatının itkisi ilə müşayiət olunan tsunamini də bu dinin adına yazmaq olar
və adamları inandırmaq olar ki, müsəlmanlar öz sehrləri ilə təbiətə də hakim kəsilə
bilirlər. Axı Qara Ölüm adlanan bubon taunu başlanğıcını Şərqdən, Çindən
götürmüşdü, tsunami də Asiyadan başlamış və Afrikaya gəlib çıxmışdı. Tarixi
saxtalaşdırmaq yolu ilə Şərqi bütün bədbəxtliklərin və fəlakətlərin episentri
adlandırmaq, onu cəhalət mənbəyi də hesab etmək olar. Bu vaxt Arximed
qanununda olduğu kimi, guya Şərq batdıqca, Qərb yuxarı qalxacaqdır.
Bu ilin aprel ayında Oslo şəhərində norveç terrorçusu Andres Breyvikin
məhkəməsi başlandı. Breyvik 2011-ci ildə şəhərin baş meydanında bomba
partlatmaqla 8 adamı, Utoyya adasında isə 68 gənci odlu silah atəşi ilə
öldürmüşdü. Sağ təmayüllü terrorçu olan Breyvik bu dəhşətli cinayətinə
əvvəlcədən yaxşı hazırlaşmış, özü barədə videoçarx da çəkmişdi. Filmdə o,
tampliyer rahibi planında, əlindəki qılıncla təsvir edilir. Tampliyerlər dini – hərbi
ordenin üzvü olmaqla XII əsrdə Müqəddəs Torpağa gedən zəvvarları himayə
etməli idilər. Orden böyük orduya çevrilmişdi, var-dövlətə və mülkiyyətə
yiyələnmişdi, XIV əsrdə qüsurlarına görə papa tərəfindən qadağan edildi.
Breyvik məhkəmədə çıxış edəndə islamdan və multimədəni cəhənnəmdən
gələn təhlükə barədə öz sərsəm düşüncələrindən danışdı. Guya ki, islamdan
qorunmaq üçün o, öz həmvətənliləri olan 77 nəfər norveçlinin həyatına belə
dəhşətli qəsd etmişdir. İslama qarşı kinin öz qardaşlarının qırğınını törətməyin
səbəbi olması ilk dəfə olaraq dilə gətirilirdi.
Təəssüf ki, təkcə ayrı-ayrı ekstremistlər deyil, bəzi siyasətçilər də ölkəsinin
daxilində baş verən hadisələrin günahını islamda axtarmaq istəyirlər.
İslamofobiyanın açıq işartılarını biz Fransada görürük. Keçmiş Prezident Nikolya
Sarkozi və digər millətçi siyasətçilər ərəb ölkələrindən Fransaya mühacirlərin
gəlməsini xeyli məhdudlaşdırmaq təklifləri ilə çıxış edirlər. Onlar millətçiliyi
qızışdırmaqla siyasi xal toplamağa çalışırdılar. Bəziləri güman edir ki,
prezidentliyə yol qatı millətçilikdən, digər əcnəbi xalqlara qarşı kini
qızışdırmaqdan keçir. Lakin böyük demokratik ənənələri olan bir ölkədə seçiciləri
belə marginal şüarlarla aldatmaq mümkün deyildir və Sarkozinin seçkilərdəki
məğlubiyyəti bunu bir daha sübut etdi.
Almaniyada isə neonatsistlər islam əlehinə şüarlarla siyasi meydana çıxırlar.
Onlar iddia edirlər ki Məhəmməd peyğəmbərin karikaturası ölkənin ən iri torpağı
olan Şimali Reyn – Vestfaliyadakı iri şəhərlərin məsçidləri qarşısında nümayiş
etdirilməlidir. Həmin bədnam rəsmin müəllifi Kurt Vestqardın adına fəxri mükafat
təsis etməyi vəd edirlər. Bu ilin 1 mayında Zolingen şəhərinin mərkəzi meydanına
da onlar bu karikaturalara çıxmışdılar. Hətta belə biyabırçı rəsmlər üçün müsabiqə
elan etmişdilər. Almaniya hakimiyyət orqanları isə belə iyrənc dalğanın qarşısını
almaqda acizdir.
Millətçilik ritorikası nə qədər ucadan səslənsə də, başqa xalqlara və dinlərə
308
qarşı nifrət nə qədər qızışdırılsa da, belə cəhdlər əbəs olur, gözlənilən effekti
vermir. Ağılsız söz və çağırış Danaidlərin əcaib çəlləyində itən suya bənzəyir.
Millətçiliyi həyat devizinə çevirmiş bəzi xalqların tarixi aqibəti hamıya
məlumdur. Elə xalqlar da vardır ki, başqaları tərəfindən əzildiyini, təqiblərə,
təhqirlərə, qırğınlara məruz qaldıqlarını iddia etməklə, özlərinin “qurban
kompleksi” ilə saxta faciə qəhrəmanı qiyafəsində görünməyə çalışırlar. Bu
məsələdə həm də dini fərqin mövcudluğunu və rolunu şişirdirlər. İki qonşu xalqla
müharibə şəraitində yaşayan ermənilər onilliklər boyu 1915-ci ildə türklər
tərəfindən öz millətindən olan 1,5 milyon nəfərin qırıldığı hay-küyünü salmaqda
davam edirlər. Bu iddia altında onlar uzağa gedən planlarını həyata keçirməyə
cəhd edirlər. Qərbdəki bəzi dairələr qatı millətçi erməni təbliğatına uyub, həqiqətin
üzə çıxması və məsələyə birdəfəlik nöqtə qoyulması təkliflərindən ermənilərin
qaçmasını görə-görə, saxta ittihamlara inanırlar. Əlbəttə, Birinci Dünya müharibəsi
illərində digər faciələr sırasında Türkiyənin müharibə aparan dövlət kimi xəyanət
xarakterli hərəkətlərə yol verən erməniləri kütləvi surətdə Yaxın Şərq ölkələrinə
deportasiya etməsi və bu vaxt müəyyən faciəli hadisələrin baş verməsi həqiqətən
də mövcud olmuşdu. Lakin bunu şişirdib milli və dini nifrətdən yaranan genosid
ittihamı irəli sürmək həqiqəti inkar etməkdən başqa bir şey deyildir. Faciəni
sonralar baş verən Holokost səviyyəsinə qaldırmaq məhz tarixi saxtalaşdırmaq
cəhdi kimi gözə çarpır. Əslində ittihamı irəli sürənlər başlanğıcdan haqqın
tərəfində olmadıqlarını anladıqlarından, müxtəlif bəhanələr altında tarixi sənədlərə
nüfuz etməkdən də yayınırlar.
Antantaya qarşı müttəfiqlər sırasında vuruşan Osmanlı imperiyası öz ərazi
bütövlüyünə yaranan təhlükəyə dözə bilməzdi və tarixdə sonralar da təkrar olunan
deportasiya əməliyyatına əl atmalı olmuşdu və bu fakt inkar edilə bilməz. Saxta
ittiham isə az qala yüz ildən sonra həqiqətin üzə çıxmasına xidmət edə bilməz.
Deportasiyadan dörd il sonra türk məmurlarından bir qrupu Malta adasına sürgün
edilmişdi. Onların içərisində nazirlər, hərbi xadimlər və digər yüksək vəzifəli
şəxslər var idi. Elə oradaca genosid şübhəsinə görə onların məhkəmə istintaqı
aparıldı. Erməni millətçilərinin gözlədiklərinin tam əksinə, məhkəmə bu adamların
hər birinə bəraət verdi. Malta məhkəməsi təkcə məmurlara deyil, 1915-ci il
hadisələrinə görə elə bil ki, bütünlükdə Türkiyəyə bu ittihama görə bəraət verirdi.
Malta məhkəməsinə Antantanın təsiri ola bilərdi, türklərin təsir göstərməsi ehtimalı
isə sıfıra bərabər idi. Ona görə də “genosid” kəlməsini inadkar mantra kimi təkrar
edənlərə nə qədər xoş gəlməsə də, bu saxta ağac heç vaxt bəhrə verməyəcəkdir.
Saxtakarlıq meşəsinin cır və zəhərli meyvələri isə yalnız düşmənçiliyi qızışdırmağa
xidmət edə bilər.
Biz çətin, ziddiyyətli bir dövrdə yaşayırıq. Müsəlmanların öz ölkələrində
mövcud olan saysız-hesabsız problemlərlə yanaşı, Avropada onların dini qardaş və
bacılarının diskriminasiyası davam edir. Bu proses bəzi ölkələrdə daha təşviş
doğuran səviyyəyə gəlib çatır. Fransada islamofobiyanın genişlənməsi elə də sadə
məsələ deyildir. Bu ölkədə son prezident seçkilərində ultrasağ partiyanın namizədi
Marin Le Pen 6 milyona qədər vətəndaşın səsini almışdır. Nikolya Sarkozi yenidən
prezident
seçilmək
üçün çıxışlarında çox vaxt millətçi intonasiyalar
309
səsləndirmişdir. Millətçiliyə istiqamətlənmiş bu siyasət görəsən “İnternasional”ın
yarandığı ölkə olan Fransaya nə verə bilər? Avropada müsəlmanların milli fərqə
görə damğalanması həmin cəmiyyətlərə baş ucalığı gətirmir. Əgər yəhudilər koşer
ərzaqlardan (Koşer qidası – qida gəbul etmək barədə yəhudi qanunlarının –
kaşrutun tələblərinə cavab verən yeməkdir) maneəsiz istifadə edirlərsə,
müsəlmanların halal qida maddələri niyə qısqanclıq yaratmalıdır? Yaxud,
multimədəniyyətə hücumlar formalaşmış cəmiyyəti dağıtmaq məqsədini güdürsə,
millətçiliyi şiddətləndirməyə nəyə görə rəvac verilməlidir?
Hər bir din və xalq öz prioritetlərinə malikdir və heç kəs bundan imtina
etmək istəmir. Lakin bu prioritetlər xalqlar arasında ayrı-seçkilik, nifrət, nifaq ruhu
yaymamalıdır, yaxud həmin həddə çatdıqda dayanmalıdır. İnsanlar dini və millətçi
ekstremizmə meyl etməkdənsə, müsbət vətəndaş və fəal həyat mövqeyinə
hazırlaşmalı, öz ətrafındakıların xeyrinə səmimi və təmənnasız xidməti özləri üçün
ali dəyərə çevirməlidirlər. Bu, heç şübhəsiz, digər dini və etik prioritetləri
üstələməyə qadir ola bilər.
İslam ölkələrinin bəzilərinin özündə də təriqət ayrı-seçkiliyi ciddi problem
olaraq qalır və bu, dövlətlərin parçalanması təhlükəsini yaradır. Təəssüf ki,
ruhanilər bu prosesdə hansısa bir tərəfə keçməklə, həmin ayrı-seçkiliyin
böyüməsinə şərait yaradırlar. Ümumiyyətlə, müsəlman din xadimlərinin bir hissəsi
öz mövqelərinə, ona görə də xalqa müraciət etmək imkanına malik
olmadıqlarından, bəzən hakimiyyətin vintciyi kimi yaramayan bir rolu oynamaq
yoluna düşürlər. Vinti icad edə Arximedi də qınamaq düzgün olmazdı, axı o,
həmin detalın gələcəkdə belə nümunəsinin yaranacağını heç ağlına da gətirməzdi.
Onlar insan haqlarının pozulmasına biganə qalırlar. Təəssüf ki, bəzi ruhanilər
intellektləri ilə seçilmirlər, dar düşüncə tərzinə malik olurlar, islamın ali
həqiqətlərini kütlələrə çatdıra bilmirlər, söhbətlərində bəzən cəhalətə yuvarlanırlar.
Ümumiyyətlə, müsəlman din xadimlərinin bir çoxu onlar üçün vacib olan nitq
mədəniyyəti ilə, polemika bacarığı ilə öyünə bilməzlər. Bu isə islamı tənqid
edənlərin dəyirmanına su tökür, daxildəki bayağı ittihamçılar da çox asanlıqla
populyarlıq qazanırlar. Axı kütləyə cahillik dərsi vermək praktikası arxada
qalmışdır. Din xadiminin hər bir sözü, moizəsi islamın ali dəyərlərinə söykənməli,
yüksək qiymətə layiq olmalıdır. Dini hörmətdən salan bayağı danışıqlar isə aradan
götürülməlidir.
İslam özünün təməl prinsiplərini əsas tutaraq hər cür maneə hədlərini dəf
etməklə dünyanın hər yerində tədricən irəliləyir. Hətta islamofobiya adeptləri
haray qaldırırlar ki, islam Avropaya ozünün güclü basqınını dəvam etdirir. Lakin
bu məğrurluq hissi yaratmamalıdır, başqa dinlərə münasibətdə tolerantlıq
saxlanmalı və inkişaf etdirilməlidir. Həm də, din ona sitayiş edənlərə məhəbbət və
qayğı ilə yanaşmalıdır.
İslam yarandığı vaxt iki şəhərin hüdudları daxilində də tam etiraf
edilməyəndə belə, Məhəmməd peyğəmbər o dövrün üç boyuk dövlətinin başcısının
yanına qasid göndərdi ki, nə gədər gec deyil onlar könüllü olaraq bu dini gəbul
etsinlər. Bu tələbi isteza ilə qarşılayan da, ona zahiri hörmət ifadəsi göstərən də
oldu. Zaman isə peyğəmbərin gəribə uzaqgörənliyini bütünlüklə təsdiq etdi. Həmin
310
dövlətlərdən ikisində islam dominant dinə çevrilmiş, Çində isə uyğurlar yaşayan
ərazidə aparıcı konfessiya rolunu oynayır.
Peyğəmbər cavanlığında karvanla Suriyaya və Yəmənə ticarət etməyə
yollanırdı. Islam dininin “karvanı” isə bütün dünyanı dolaşmağa başladı, bu din
təkçə uzun tarixi məsafəni deyil, həm də nəhəng coğrafi məsafəni qət edə bildi. ən
baçıcası isə yüz millonlarla insanın ürəyinə və şüuruna hakim kəsilə bildi. İslam öz
həyatiliyini də məhz bu yolla qostərmiş və beş gitənin hər tərəfində ona sitayiş
bəsləyənlər kütləsinə yiyələnmişdir. Bunun digər dinlərdə müəyyən qısqanclıq
hissləri törətməsi də təsadüfi deyildir, axı istənilən qələbə onu seyr edənlərdə
paxıllıq yaratmamış qalmır. Lakin bu qısqanclıq kinə, nifrətə çevrilməməlidir,
çünki eybəcər hisslər hökmən əks reaksiya yaradır. Islamın, onun bir tərkib
hissəsinə çevrildiyi qerçəkliyi, çoxlu dinlərin mövcud olduğu dünyanı sadəcə
olaraq təbii hal kimi qəbul etmək lazımdır. Hansı din insan könülləri uğrunda
sağlam mübarizədə uğur qazanırsa, bu da ən azı sakitcə, heç bir qəzəbə ehtiyac
duymadan qəbul edilməlidir. Belə olsa, islam ona ünvanlanan əsassız ittihamlardan
bütünlüklə xilas ola bilər.
İslam adlanan gəmi, yelkənləri zaman küləyi ilə dolmaqla üzərək, gələcəyə
istiqamət götürmüşdür. Qoy bu gələcək islama inanc gətirənlərə, həmçinin bütün
bəşər övladlarına dinc və mənalı həyat, həm də səadət və mənəvi zənginlik bəxş
etsin. Onda yaşamaq daha maraqlı və cazibədar olacaq, insan özünün Allaha
inamının daha dolğun mükafatını ala biləcəkdir.
“525-ci qəzet”.02,09,15,23,30-06,07,14-07.2012.
ZİYALILAR QAYGIYA MÖHTACDIR
Oxucuların göz yaşları
Ağır itki barədə xəbər onun əsərlərini uzun illər ərzində sevə-sevə oxuyan
milyonlardan biri kimi məni də sarsıtdı. Həyatın, ömrün faniliyni dərindən dərk
etməklə yanaşı, taleyin şirin meyvələrini də dadmış bir insan Allahın hökmündən
qaçmağın mümükünsüzlüyünə öz ömrünün sonluğunda bir daha yəqinlik tapdı. O,
artıq ahıl yaşında idi, lakin hərfi mənada paradoksal görünsə də ,onun geniş
çiyinlərinə biçilmiş şöhrət mantiyasını özü kimi şərəflə daşıyacaq başqa birisinin
olmadığını nəzərə alaraq, tam qətiyyətlə demək istəyirsən ki, o, həyatdan vaxtsız
getdi. İngilislər bu sözü sırf mənasında kamilliyə çatmadan, yetişmədən mənasında
olan “premature” kimi ifadə edirlər. Bu adam isə hələ çox cavan ikən kamillik
zirvəsinə yüksəlmiş, son nəfəsinə qədər bu Olimpdən aşağı düşməmişdi.
Hamı yəqin ki, söhbətin dünya ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz
Aytmatovdan getdiyini anladı. XX əsrin son qırx ili ərzində keçmiş sovet
məkanında heç bir nasir populyarlığına görə onunla müqyisə oluna bilməzdi. O,
bəlkə də həmin dövrdə yeganə yazıçı idi ki, yaradıcılığı milyonlar tərəfindən
izlənirdi və hər bir yeni əsəri az qala ədəbi hadisə hesab olunurdu.
İlk əsər “Birinci müəllim” povesti olsa da, o, “Cəmilə” povesti ilə erkən
311
məşhyrlaşma yoluna qədəm qoymuşdu və ona ilk xeyr-duanı görkəmli fransız
yazıçısı Lui Araqon, ərini müharibədə itirmiş bu gənc gəlinin yeni məhəbbət
hekayətini XX əsrin Romeo və Cülyettası adlandıraraq, vermişdi. Sonralar isə
onun yaradıcılıq bulağı daha gur çağlaşmış, dərin povest və romanlar çayına
çevrilmişdir. Dissident yazıçıların ədəbi nümunəllərindən fərqli olaraq onun
yaradıcılığı heç bir ideoloji mənafe güdülmədən, dünya oxucusuna yaxşı tanış idi
və bu ölçüdə onu Remark, Heminquey, Markes siyahısına salmaq olar.
O elə bir filoloji təhsil almamışdı, ixtisasca zootexnik idi. İstedad isə heç də
diplomla verilmir, onun timsalında isə bu, möcüzəli bir Allah vergisi idi. Çingiz
Aytmatov insan pisixologiyasının bilicisi olmaqla, öz qəhrəmanlarının daxili
aləminə bütünlüklə nüfuz edə bilirdi, istər uşaq, ya qoca olsun, cavan qız və ya
oğlan itgisindən əzab çəkən ana olsun. ”Bütün xalqların və dövrlərin rəhbəri”
yazıçını insan qəlbinin mühəndisi adlandırsa da, qələm sahibi heç də texnikanı
söküb qurmaqla, sazlamaqla məşğul olmur, bəlkə də bu həyatı orqanın
anatomiyasına da elə bələd deyildir, lakin onun döyüntülərinə, hansı hissələrlə
yaşadığına agahdır və bu bilicilik onun əsərlərinin bədii səviyyəsinə xüsusi
yüksəklik verir. Çingiz Aytmatov öz dostu olan Şimal xalq1larından birinin
yazıçısından eşitdiyi, bu xalqa məxsus olan əfsanəni elə cilallaya bilmişdi ki, onun
“Dəniz kənarı ilə qaçan alabaş” povesti insana məhəbbət himninə çevrilərək, bütün
bəşəriyyətə ünvanlanmışdı.
Çingiz Aytmatovu simvollar, rəmzlər yaradıcısı adlandırmaq olar və o,
simvolizmə meyl etsə də, ona daha geniş məna çaları verirdi. Onun qəhrəmanları
ümümi isim hüququ qazanmışdı. İstər bu, Nayman ana olsun, istər manqurt oğul
olsun.Məhz “Əsrə bərabər gün” romanından sonra Vətəni anlamamaq, duymamaq,
ona sevgini yaddan çıxarmaq kimi eybəcər xüsusiyyət, əsərin qəhrəmanının
özündən asılı olmayaraq, bədbəxt taleyin bəxş etdiyi unutqanlığını nəzərə almadan,
bu yığcam sözdə öz əksini tapmağa başladı.
Onun heyvanlar aləminə ruhi səyahəti insan dünyasını təhlil etməkdə də ona
qeyri-adi xidmət göstərmişdir. Bir sıra povestlər və romanlarda təsvir olunan
heyvanlar elə bil ki, öz təbii dünyalarnı tərk edib, insanlar aləminə nüfuz edir və
onları açmaqda, təhlil etməkdə əvəzsiz rol oynayırlar. Qədim Roma yazıçısı
Apuleydən qalmış bu irs sonralar dünya ədəbiyyatında öz uğurlu inkişafını
tapmaqla yeni ifadə təsvirləri qazanmışdır. Çingiz Aytmatovun geniş və daha
böyük tədqiqatı isə Lev Tolstoyun “Xolstomer” i və ya öz yaşıdı olan məşhur
ingilis şairi Ted Hyuzun heyvanlar barədə yazdığı alleqorik poemaları ilə müqayisə
edilə bilər. Heyvanların məkrdən uzaq olmasına və sədaqətinə heyranlığına görə, o,
bəzi əsərlərini onların adı ilə adlandırmaqdan da çəkinməmişdir”.Botogöz”,
“Əlvida ,Gülsarı”. Oxucular heç bir xəcalət hissi keçirmədən onun bu dilsiz –
ağrısız, yaşamaq üçün daim mübarizə aparan, lakin heç vaxt xəyanətə əl atmayan
qəhərmanlarından təlqin edilən ibrət dərsilərini götürmək lüzumunu inkar etmirlər.
Çingiz Aytmatovun əsərlərində folklor nümunəsi kimi verdiyi, lakin
müəllifliyi özünə məxsus olan pritçalarları- ibrətamiz hekayələri bu istedadın işıq
saçan bucaqlarının necə bol olduğundan xəbər verir. Özü də onun pritçalarları
zaman və məkan hüdudlarını tanımır, həqiqətə yaxınlığını vurğulamaq üçün başqa-
312
başqa xalqlara aid edilir və kiçik bir hekayətdə həm də həmin xalqa məxsus olan
milli xüsusiyyətlər, mərdlik, nəciblik qabardılır. Xarici ölkəyə qaçmaq üçün bir
yerə yığılan və mərdliklərinə görə özlərini qurban verən gürcülər haqqındakı
rəvayət ümumbəşəri duyğuların tərrənümünə çevrilir.
Çingiz Aytmatovun ölümü türkdilli xalqların ədəbiyyatı üçün, qoy buna
bizim hərf güdənlərimiz kinayə ilə baxmasınlar, xüsusilə də böyük itgidir. Ana
dilində bir əsər də yazmayan bu adam öz xalqının şərəfini xeyli ucaltmış, “Manas”
kimi qüdrətli bir şifahi ədəbiyyat nəhənginə malik olan qırğızların yazılı ədəbi
nümunələrini də dünya cərgəsinə çıxarmaqla heç bir millilikdən dəm vuranların
qadir olmadığı Fərhad işini görmüşdür. Keşkə başqa millətçilər də səs telləri
yarışına girməkdənsə, belə xidmətin xırda damlasına bərabər olan bir işi görməklə
öyünərdilər. Sovet dönəmində bəlkə də, yeganə yazıçı idi ki, türklərin böyük və
qədim keçmişinə ehtiyatla da olsa nüfuz edirdi, Ana sayın (indiki Yeniseyin)
sahillərindən köç edib, İssık-kul ətrafında məskunlaşan türklərin bir qolunun
tarixçəsini qələmə almışdı. Onun əsərlərində nə manasçılara, nə komuza, nə də
beşbarmağa rast gəlmək mümkün deyildir, bunların əvəzində hər səhifədə qırğız
ruhu, qırğız dünyasının paralelləri özünün büruzə verir. Bəli, çuxa vətənpərvərliyi
ona yaddır, o, öz Vətəninə bütün qəlbi, könlü ilə bağlıdır və bu bağlılıq boğazdan
yuxarı şit sözlərdə deyil, onun əsərlərində, onun ilham pərisində öz əksini tapır.
Çingiz Aytmatov həm də böyük şəxsiyyət idi, hansısa “dərzinin” müəyyən
etdiyi kiçik, dar ölçülərə sığmırdı. O, bir fərd kimi öz xalqına, böyük türk elinə
mənsub idi, lakin bir insan, həm də yaradıcı şəxsiyyət kimi bütün bəşəriyyətə
məxsus idi, ona görə də onu hansısa aula və ya alaçığa salıb kiçiltmək
yolverilməzdir və bu onun ruhuna hörmətsizlik əlaməti olardı.
Onu şəxsən tanıyanlar üçün bu itki iki qat ağırdır, axı o, nurlu bir insan
idi.Yəqin ki, onun vətənində, heç olmasa son illərdə yaşadığı Çolpan –atada ona
heykəl qoyulacaqdır.Lakin o, heç minnət götürmək də istəməzdi, axı sağlığında
özü özünə möhtəşəm qranit abidə, qədim Romanın böyük şairi Horatsinin sözləri
ilə deyilsə, əllə düzəldilmiş abidə yaratmışdır və bəlkə də Mikelanceloya
yaxınlaşmaq istəyən bu heykəltaraş onu öz füsünkar ağlı və yorulmaq bilməyən
əlləri ilə tökmüşdür.
Çingiz Aytmatovun məşhur əsərinin digər adı “Boranlı qatar dayanacağı”
adlanır və minnətdar tatarlar bu roman əsasında film çəkməyə başlamışlar. Onlar
müəllifi filmin çəkilməsinə öz məsləhətləri ilə kömək etmək üçün Kazan şəhərinə
dəvət etmişdilər. O, bura gəldikədn sonra qəflətən xəstləndi və bədbəxtlikdən bu
böyrək iltihabı ölümcül xarakter almaqla, adamları tufanlardan qorumağa çalışan
bu insanın həyatına son qoydu. Raketlərin gurultusu yeri lərzəyə saldığı kimi, onun
möhkəm bədəni bu xəstəliyin xain həmləsinə davam gətirə bilmədi və böyük
ümidlərlə yaşayan bir insan boranlı dayanacağın acı taleyini yaşamalı oldu. Çingiz
Aytmatov adlı nəhəng çay artıq öz axının davam etdirə bilmədi və o, dunya
adlanan səhralığın qumlarında mənsəbini tapdı.
Dostları ilə paylaş: |