İslam peyğəmbəri və islam sivilizasiyası
İndi isə kitabın müəllifinin islam peyğəmbəri haqqındakı fikirləri ilə bir
qədər geniş şəkildə tanış olaq.
570-ci ildə Məkkədə Məhəmməd adlı uşaq anadan oldu. Altı yaşı olanda o,
hər iki valideynini itirmişdi və çoban kimi əmək fəaliyyətinə başladı. O,
enlikürəkli, qara qıvrım saçları olan və saqqalının arasından ağ dişləri görünən
gənc kimi böyüyürdü. Dəvə sürənə çevrildi, karvanla ədviyyat və ətirli maddələr
daşıyırdı, xüsusən Məkkədən Suriyaya səfərlər edirdi. İyirmi beş yaşında o,
Məkkənin varlı dul qadınına evləndi, şəhərin ən varlı və nüfuzlu vətəndaşlarıdan
birinə çevrildi.
Valideynlərini itirməsi hesabına o, itirdiklərinin hamısını sonralar geri
qaytarsa da, heç də məmnun deyildi. Məkkənin dini mərkəzində Kəbə adlanan qara
qranit daş var idi, bəzi ənənələrə görə bu daşın Sirius ulduz sistemindən yerə
düşməsi deyilirdi. Həmin vaxt Ərəbistan şamanistik tayfalar tərəfindən
məskunlaşmışdı, adamlar öz allahlarına və ruhlara sitayiş edirdi. Kəbədən kənarda
yüzlərlə bütün saxlandığı müqəddəs çadır var idi. Məkkə həmçinin müqəddəs suyu
satmaqla pozulmuşdu – bu su İsmayılın hesabına qumdan çıxan bulaqdan
götürülürdü. Məhəmmədin gözündə hər şey qeyri-müəyyənlikdə görünürdü. O,
gördü ki, adamlar yalnız pul qazanmağa, qumar oynamağa, at çapmağa və
sərxoşluğa maraq göstərir.
Dəvə karvanı ilə Suriyaya gedəndə o, İudaizm və İisus Xristin əhvalatları
237
barədə eşitmişdi. Məbədin təmizlənmə əhvalatı onun həssas siminə təsir
etmişdimi? Məhəmməd belə bir inama yiyələnmişdi ki, Ərəbistan xalqı İisus Xrist
kimi bir peyğəmbərə möhtacdır, bu peyğəmbər xalqı cəhalətdən, pozulmadan
təmizləyə bilər və onları bir kosmik niyyətdə birləşdirə bilər.
Məhəmməd Məkkənin ətrafındakı dağların üstündə oturub bunların
hamısına necə nail olmaq barədə düşünəndə, mələk onun qabağında göründü və
dedi: «Mən mələk Cəbrayılam». Bu gözə görünmə sonra Məhəmmədə qızıl
lövhəni göstərib, onu oxumağı dedi. Məhəmməd etiraz etdi ki, o, savadsızdır, lakin
Cəbrayıl ikinci dəfə ona əmr etdikdə, Məhəmməd gördü ki, həqiqətən oxuya bilir.
Beləliklə, mələklə söhbətlər seriyası başlandı və bu Qurana çevrildi. Sonra
Məhəmməd şəhərə enib Cəbrayılın ona öyrətdiklərini parlaq səmimiyyətlə və
valehedici qüvvə ilə moizə etdi. O, öz kredosunu belə adi şərtlərdə cəmləşdirə
bilərdi:
Mənim təlimim sadədir.
Allah vahid allahdır.
Bütpərəstlikdən imtina et.
Oğurluq etmə
Yalan danışma.
Böhtan atma
Və heç vaxt sərxoş olma.
Əgər sən bu təlimləri qəbul etsən, sən İslamın yolu ilə gedəcəksən.
İlahi qüvvə tərəfindən ilhamlanmış öz mülahizələrini sübut etmək üçün
ondan möcüzə göstərmək tələb edildikdə, Məhəmməd bundan imtina etdi. O, dedi
ki, Allah göyləri dayaqların köməyi olmadan yüksəltmişdir, yeri, çayları, əncir,
xurma və zeytun ağaclarını yaratmışdır və bu şeylərin hamısı kifayət qədər
möcüzədir. Bu coşğun materializmdə müasir eranın ilkin pıçıltılarını eşidirik.
Mələklə olan söhbətlər ərzində böyük mələk Cəbrayıl sərinləmək üçün
Məhəmməddən nəyisə seçməyi xahiş etdi. Məhəmməd okkultistlərin «ay şirəsi»
adlandırdıqları südü seçdi. İslamda spirtli içki qadağan ediləcəkdi. Ezoterik
nöqteyi-nəzərdən yüksək əhəmiyyət daşıyan bu idi ki, Quranı diqtə edən mələk
Cəbrayıl, ənənəvi cəhətdən Ayın arximələyi idi. Cəbrayıl burada bəşər ehtiraslarına
nəzarət edən fikir qüvvəsinin və məhvedici fantaziyanın rəmzi kimi çıxış edir,
onun allahı isə böyük allah idi və müsəlman ikönorafiyasında hilal ay kimi təsvir
olunur.
Məhəmmədin Məkkənin bazar meydanında moizələri bəzilərini, onu
öldürmək qəsdini hazırlamağa həvəsləndirir. O, öz şagirdi, öz ardıcıllarının rəhbəri
olan Əbu Bəkrlə Mədinə şəhərinə mühacirət etdi. 629-cu ildə o, Məkkəyə qayıtdı,
öz ölümünə qədər qalan müddətdə (Məhəmməd peyğəmbər 632-ci ildə vəfat
etmişdir) Ərəbistanın qalan hissəsi üzərində öz nəzarətini qurdu. Əbu Bəkr onun
varisi və ya Xəlifə olduqda, işğallar təəccübə səbəb olan qaydada davam etdirildi.
Dini uğurlu edən şeylərdən biri, onun dünyada işləməsi, belə deyilsə, maddi
fayda gətirməsi idi, Məhəmmədin radikal monoteizmi, Aristotelin elmi
metodologiyası ilə birləşməklə, axırıncı həqiqətən də ərəb fikirinə nüfuz etmişdi,
238
tezliklə İspaniyadan tutmuş Çinin sərhədlərinə qədər Yer kürəsini dolaşdı.
Ərəblər Zoroastrizmdən, Buddizmdən, Hinduizmdən və kağız istehsal etmək
də daxil olmaqla, Çin elmindən yeni ideyaları həzm etməklə, onları yayırdılar.
İslamda, onun zəfər dövründə ehkamçılığa və paternalizmə çevrilmək kimi
bir meyl var idisə, Sufizm əks impulsu təmsil edirdi, vaxtaşırı təhrif edilməyə və
bu yolla paradoksal fırlanmağa aludəçilik göstərən və ruha xas olan bir təlim idi.
Ezoterik islam ruhi həyatın tərəfində olmağını hiss edirdi. Bu, isə Sufi
poeziyasında geniş şəkildə öz ifadəsini tapırdı. Qurandakı ayəyə (50.16) müvafiq
olaraq «Allah adama onun şah damarından yaxındır» sözləri həm də yüksək
dərəcədə adamları özünəməxsusluqdan ayırırdı, kütlə artıq onun çağırışına
oyanırdı. Böyük Sufi yazıçısı İbn Ərəbi deyirdi ki, Sufi müəllimi o adamdır ki, öz
üzərindən pərdəni götürür. Sufi müəlliminin təlimatı altında keçirilən dərslərə
nəfəs almanın dəyişən təcrübələri və vəziyyətə nail olmaq üçün istifadə edilən
musiqi daxil ola bilərdi. Sufizm bəzən «yuxudan oyanma» kimi ağrılı prosesləri
öyrədirdi, bu özü barədə və bizdən keçən kosmik mistik axından agah olmağa
imkan verirdi.
Harun ər-Rəşid öz erasının qeyri-adi şəxsiyyətlərindən biri idi. O, iyrimi
yaşında xəlifə olmuşdu və Bağdadı dünyanın ən füsunkar şəhərlərindən birinə
çevirmişdi, saraylar tikdirmişdi. Ona yüzlərlə əyanlar, qullar və hərəmlər xidmət
edirdi. «Min bir gecə» nağılları onun hökmranlığının müxtəlif cəhətlərini təsvir
edir. O, sarayına dövrünün bütün böyük yazıçılarını, incəsənət xadimlərini,
mütəffəkirlərini cəlb etmişdi.
«Min bir gecə»də olduğu kimi belə şayiə gəzirdi ki, o, bəzən gizli qapıdan
maska altında sarayından çıxırdı ki, xalqın nə danışdığını eşitsin və onların real
olaraq nə düşündüklərindən hali olsun.
Ən məşhur hekayətlərdən birində dənizdəki balıqçının öz torunda iri dəmir
qazanı çıxardığı göstərilir. O, sahilə çıxdıqda gördü ki, qazanın metal səthinə
Solomonun möhürünün üçbucağı nəqş olunmuşdu. Təbii olaraq çox şeyə maraq
göstərən balıqçı qazanı açdı və birdən ondan qalxan qara buxar bütün göy üzünə
yayıldı. Beləliklə o, görünə bilənlərin hamısını qaranlığa qərq etdi. Buxar yenidən
cin formasındakı monstra çevrildi və balıqçıya dedi ki, o, Solomonun qazanında
dustaq edilmişdi. And içmişdi ki, kim onu azad etsə, onu varlandıracaqdır. Bez yüz
ildən sonra o, and içmişdi ki, öz xliaskarını hakimiyyətlə mükafatlandıracaqdır.
Min illərin əsirlindən sonra, o, and içmişdi ki, kim onu azad etsə, onu öldürəcəkdir.
Beləliklə, cin dedi ki, balıqçı ölməyə hazırlaşsın. Lakin balıqçı ona dedi ki,
inanmır ki, cin həqiqətən qazanın içindəydi və beləliklə ruh bunu sübut etmək üçün
özünü əvvəlki buxov vəziyyətinə çevirdi və yavaş-yavaş spiral qaydasında hərəkət
etməklə qazanın içinə girdi. Bu vaxt balıqçı qazanın qapağını bağladı. Bu uşaqlar
üçün səfeh bir nağıl kimi görünə bilər, okkultistlər üçün isə bu, ezoterik biliklərlə
bir yerdə qablaşdırılmışdır. «Cin» sözü «gizlətmək» demək idi və təfsilatına varan
nəzəriyyə və praktikada o demək idi ki, dağılmış evlərdə, quyularda, körpü altında
gizlənir. Cin alovdan və havadan ibarət olmaqla, mələklərdən və şeytanlardan
aşağıda dayanır. Cin barədəki rəvayətlər ərəb xalqları arasında fəal şəkildə
yayılırdı. Bundan əlavə amumetlərdə (həmayillərdə), üzüklərdə və daşlarda
239
ruhların və demonların dustaq edilməsi, Solomonun möhürü kimi sehrli
cisimlərdən istifadə edilməsi də yaxşı məlum idi.
Orta əsrlərdən belə biliklər vasitəsilə, onların çoxu, əlbəttə ki, ərəb mənşəli
idi və xüsusən də astroloji mənasına görə talismanlara (tilsimlərə) aid olmaqla
məşhur kolleksiyalarda toplanmalı idi.
Cəlaləddin Rumi “Mövlanə” adlanırdı, bu isə “Bizim müəllim” mənasını
verir. O, islam mistitsizminin – böyük Sufinin fars dilində yazan şairi idi. Onun
məşhur lirik və didaktik poeması olan “Mənaveyi məsnəvi” (“Ruhi beytlər”) elə
populyarlıq qazanmışdı ki, onu “Persiyadakı Quran” adlandırırdılar. Müsəlman
mistik fikir və ədəbiyyatı isə bu dinə sitayiş edən müxtəlif xalqların dillərində
yazılmaqla, demək olar ki, saysız-hesabsız idi.
Rumi sarayın ən böyük şairlərindən birinə çevrilmişdi. O, hələ uşaq olarkən
biliyi ilə hamını təəccübləndirmişdi. Altı yaşında oruc tutmağa başladı və bu
vaxtda da həmçinin o, gözünə görünənləri seyr etməyi bacarırdı. Rumi daim
insanların heyvanlardan daha ambisiyalı olduğuna etiraz edərək, qeybə çəkildi.
Adamlar qorxudan qışqıran vaxt, o, qəflətən onların arxasından yenə üzə çıxdı.
Onun gözlərində qeyri-adi baxış var idi və dedi ki, yaşıl əbasi olan ruhlar onu
kənara, digər dünyalara apardılar. Yaşıl əbalılar Əl-Xıdırın kölgələri ola bilərdi,
yaşıl biri qüdrətli varlıq olmaqla, vaxt gələndə maddiləşməyə, həmçinin
maddiləşməni ləğv etməyə qadir olacaqdır.
37 yaşlı Ruminin həyatında mühüm rol oynayan həlledici bir hadisə baş
verdi, o, Konyanın küçələrində dolaşan dərviş, müqəddəs adam hesab edilən
Şəmsəddin (“Dinin günəşi”) Təbrizi ilə görüşdü. Şəmsəddinin heç bir ənənəvi
mistik qardaşlıq cəmiyyəti ilə əlaqəsi yox idi. Bu qəribə dərviş şeyxləri və digər
nüfuzlu din adamlarını təhqir etmək sahəsində özünəməxsus şəkildə ad
qazanmışdı, çünki onu Allahdan başqa heç kəs idarə etmirdi. Cəlaləddinə isə Şəms
Təbrizinin təsiri böyük oldu, ona ilahi aliliyin və gözəlliyin sirrlərini açdı. Bir və
ya iki ay onlar meditasiya etdilər (gərgin düşünmə ilə məşğul oldular). Rumi
şagirdlərindən və ailəsindən ayrı düşmüşdü, onlara laqeydlik göstərirdi. Buna görə
də onlar Şəmsini şəhəri tərk etməyə məcbur etdilər. Bu Cəlaləddini çox məyus etdi
və Şəmsi geri qaytarıldı. Lakin ailəsi Cəlaləddinin sevdiyi bu adamla yaxınlığına
dözə bilmirdi. Belə bir şəraitdə, ilk görüşlərindən üç il sonra Şəmsi həmişəlik
qeybə çəkildi, onu öldürmüşdülər. Rumi ağlayırdı, ağı deyirdi, bədəncə xeyli
zəifləmişdi. O, artıq sərgərdan idi.
Bir gün küçədə gəzəndə zərgər dükanının yanından keçirdi, bu vaxt çəkicin
qızıla vurulan ritmik zərbələrini eşitdi. Rumi Allahın adını təkrar edib, sonra
qəflətən ekstazda fırlanmağa başladı. Sufilərin Mövlanə və ya fırlanan dərvişlər
ordeni beləcə yarandı. Fırlanma rəqsi “Səma” rəqsi adlanır və bugünkü Türkiyədə
də rəmzi dərviş rəqsi kimi ifa edilir.
Məhəbbət təcrübəsi Rumini şairə çevirmişdi. O, təbiətdə “Dinin günəşinin”
şüalanan gözəlliyinin əksini tapırdı. O, çox vaxt öz şeirlərini rəqslə müşayiət
edirdi. Onun əsərləri mistiklər və öz şagirdləri tərəfindən geniş miqyasda
oxunurdu. “Məsnəvi” sufizmin bütün müxtəlif cəhətlərini açıb göstərirdi. Bu əsər
ilahi məhəbbət təcrübəsini ifadə edirdi. Ruminin poeziyasında hər kəs mistik
240
təcrübələrin başlıca bəşəri ifadəsini tapa bilərdi.
Ərəblərin füsunkar sivilizasiyası orta əsrlər Avropasını həm valeh edir, həm
də dəhşətə gətirirdi. Səyyahların gətirdiyi təəccüblü xəbərlər ondan ibarət idi ki,
ərəblərin qiymətli metallardan düzəldilmiş möcüzəli mexaniki bağı vardır və orada
mexaniki quşlar uçur və oxuyurlar. Onların arasında böyük qızıl ağac durur,
təəccüblü qaydada qiymətli daşlardan olan meyvələr gətirir və onlar planetləri
təmsil edirlər.
Çoxlarına bu möcüzələr ölülər dünyası kimi görünürdü, onlar sehrin və
elmin arasındakı sərhədlərdə mövcud idi. Ən azı buna müəyyən izah 1936-cı ildə
Bağdadda edilən qəribə kəşf vaxtda verildi. Alman arxeoloqu Vilhelm Koeniq
qədim saray drenaj arxını qazanda bilavasitə elektrik batareyası kimi bir şey tapdı.
Bunun düzəldildiyi dövr erkən orta əsrlərə gedib çıxırdı. Kolleqası onun dəqiq
oxşarını yaradanda gördülər ki, bu qızılla gümüş qatından ibarət olsaydı, yarım saat
ərzində elektrik cərəyanı əmələ gətirməyə qadir olardı.
802-ci ildə Harun ər Rəşid Qərbin imperatoru Şarlemana (Böyük Karla)
ipəklər, sarı mis şamdanlar, ətirlər və fil sümüyündən düzəldilmiş şahmat
göndərmişdi. O, həmçinin hədiyyə kimi fil və su saatı göndərmişdi. Bürünc şarlar
vazanın irərisinə düşəndə saatları bildirirdi, bu vaxt kiçik mexaniki cəngavərlər isə
xırda qapılardan çıxırdı. Bu hədiyyələr Şarleman da ərəb elminin yüksək səviyyəsi
və öz imperiyasının da gələcəkdə buna nail olması bapədə təəssürat yaratmalı idi.
Əgər üç nəslə aid olan fransız kralları- Şarl Martel, Pipin və Şarleman
olmasaydı, islam, xristianlığı yer üzündən silib ata bilərdi. 742-ci ildə anadan olan
Şarleman Longinusun nizəsini miras kimi götürmüşdü, bu nizə İusus Xrist çarmıxa
çəkiləndə onun böyrünü deşmək üçün istifadə olnmuşdu. Şarleman bu nizə ilə
yaşayır və yatırdı, inanırdı ki, silah gələcəyi qabaqcadan görmək və öz taleyini həll
etmək üçün ona qüvvə verəcəkdir. lX əsrin birinci onilliyində o, müsəlmanlar
üzərində qələbə çaldı.
Şarleman aldadıcı fiziki görkəmə malik idi. Yeddi fut (213 sm)
hündürlüyündə olmaqla, parlayan mavi gözləri var idi, lakin o, sadə, mülayim
adətlərə malik adam idi, həm də öz iradəsini, taleyinin gedişi istiqamətinə yönəldə
bilirdi. İslam müdaxiləsi ilə üz-üzə gələndə o, Xristian düşüncəsini qorumaqla
yanaşı, həm də öz xalqını pozulmaqdan və tiran xasiyyətli kübarlardan mühafizə
edirdi. Şarl Monteskyo özünün «Qalunların ruhu haqqında» adlı məşhur əsərində
onun şəxsiyyətinə çox yüksək qiymət verir.
Şarlemanın 770-ci ildə əsasını qoyduğu «Müqəddəs Vehm» və ya «Azad
hakimlərin gizli tribunası» özünü həsr etməməyi istisna etmək üçün gizli
rəqəmlərdən və işarələrdən istifadə edirdi. Bəzən işığın gizli əsgərləri kimi maskalı
adamlar qanundan yuxarıda yaşayanların qəsrlərinin qapılarına çağırış mismarlaya
bilərdilər. Şarlemanın həsr etmə yollarının ən güclü sübutu bu gün də mövcud olan
Axen kilsəsidir. Bura qurd qapısından girilir- kilsəni şeytanın mülkiyyətindən
çıxarmaq üçün hiyləgərlik edən əfsanəvi cəngavərin adı ilə qapı belə adlanmışdı.
Bura gələn adam birinci mərtəbədəki qalereyadan Qərbin imperatorunun iri taxtını
görür. Kilsənin mərkəzində Şarlemanın sümükləri olan qalın qızıl tabut
qoyulmuşdur. Ondan yuxarıda «İşıq Tacı» - nəhəng araba təkəri ölçüsündə şamdan
241
asılmışdı.
Şarlemanın xristian dünyasının alimlərini bir yerə yığması da daxil olmaqla
Harun ər -Rəşidin rəqib sarayına çatmaq cəhdindəki nailiyyətləri göz qabağında
idi. Ən böyük alim yəqin ki, Alkuin idi, o, İngiltərənin York şəhərindən idi.
Britaniyalıların bu əlaqəsi gizli tarixdə mühüm əhəmiyyət daşıyırdı.
Xristianlar Qraal kubokunu tapmağa çalışırdılar. Erkən alman versiyasına
görə Qraal daşdan idi. Əlbəttə bu, kubok ölçüsündə Lutsiferin alnına düşsəydi
onun dəydiyi də daşa çevriləcəkdi. Bu kubokda Xristin qanı saxlanırdı, çarmıxda
olanda onun bədənindən tökülən qanı yığmaq üçün istifadə edilmişdi. Müqəddəs
Qraalın sirri heç də qan xətti kimi təmsil olunmurdu, yəqin ki, reinkarnasiya
ezoterik təliminə qarşı idi.
Şarleman(Böyük Karl) 814-cü ildə öləndə onun imperiyası tezliklə
parçalandı. Lakin bu gün birləşmiş Avropanın yaşayan idealı kimi yenidən həyata
qayıtmışdır. Kral Artur kimi bəlkə də o, heç vaxt ölməmişdi, lakin vaxtında ehtiyac
olanda onun qayıtması gözlənilir. Bu necə də Şiələrin təlimində mövcud olan 12-ci
İmamın-Mehdinin, İmam Zamanın gələcəkdə zühur etməsi barədəki ümidlərə
bənzəyir.
Həmin dövrlərdə canlı islam təsiri, o cümlədən onun spiritual hissəsi
Toledodaki və Siciliyadakı elmi mərkəzlər vasitəsilə Avropaya axmaqda davam
edirdi. Matematikanın, həndəsənin və təbiət elmlərinin öyrənilməsi ərəb dilindən
olan tərcümələrdən və astronomiya və astrologiya ilə yanaşı Aristotelin əsərlərinin
saxlanılmasından və yayılmasından ilhamlanırdı. Şimala tərəf yayılaraq, Avropada
islam modelinə əsaslanan ilk universitetlərin formalaşmasına aparırdı. Bu həmçinin
Qotika arxitekturasında arabeskaların (həndəsi fiqurlardan və üslublaşdırılmış
yarpaqlardan, güllərdən və sair ibarət olan mürəkkəb ornament növü) yaranmasına
gətirib çıxardı, bu memarlıqda məsçid arxitekturasındakı dolaşıq bitki formalarının
təsiri aydın görünürdü.
Tampliyerlər. Fransisk. Janna D`Ark
Türk müsəlmanları 1076-cı ildə Yerusəlimə nəzarəti əldə etdilər və xristian
zəvvarları təqib etməyə başladılar. Səlibçilər Yerusəlimi azad etsələr də, sonra
yenidən itirdilər. 1-ci və 2-ci Səlib yürüşləri arasında yaranan tampliyerlər
xristianlığın səs-küy salan dəstələrinə çevrildilər. Tampliyer (Məbəd) Rıtsarları və
ya Xristin və Solomon məbədinin kasıb əsgərləri ordeni onların bütöv adı idi.
Onlar paltarlarının altından qoyun dərisindən tikilən şalvar geyinirdilər, bu onların
bəkarətinin rəmzi idi və onlara saqqallarını qırxdırmaq qadağan olunmuşdu.
Onların özlərinin qılıncdan savayı heç nəyi yox idi, bütün mülkiyyət ümumi
xarakter daşıyırdı. Onlar heç vaxt düşməndən mərhəmət gözləmirdilər, yalnız
üstünlük üçün birə nisbətində olduqda geri çəkilirdilər. Hətta geri çəkilsələr də,
onlar ölənə qədər daim döyüşməli idilər. Tampliyerliyə həsl olunma mərasimləri
aydın şəkildə Sufizm və Məbədin Solomon müdrikliyi daxil olmaqla, müxtəlif
ənənələrdən götürülmüşdü. Quzu öldürülürdü və onun bağırsağından kəndir
düzəldilirdi. Bu kəndir namizədin boğazına keçirilir, bu qaydada o, həsr olunma
242
otağına aparılırdı. O, and içməli idi ki, ölüm ağrısı olsa da onun niyyətləri tam
təmizdir və bu vaxt namizəd bilmək istəyirdi ki, böyük müəllim okkultun başa
düşdüyü kimi onun ruhunu görə biləcəkdirmi- o, ölməyə yaxındırmı? Namizədlər
qorxulu əmrlərə dözürdülər, bura dəhşətli demonik qüvvələrlə qarşı-qarşıya
durmaq da daxil idi. Beləliklə, onlar ölümlə qarşılaşmağa hazırlaşırdılar və sonrakı
həyatlarında və ya ölümdən sonra hər gün dəhşətlərlə üz-üzə gəlməli idilər.
Çox sayda kübarlar ordenə qoşulduğuna görə öz mülkiyyət hüquqlarını da
ona verirdilər, ona görə də tampliyerlər müstəsna dərəcədə vahid olanlara
çevrilirdilər. Onlar kredit məktublarını icad etdilər, beləliklə pul, quldurlar
tərəfindən oğurlanmaq risqi olmadan başqasına ötürülə bilirdi. Onların Parisdəki
məbədi fransız maliyyəsinin mərkəzinə çevrildi. Müəyyən şəkildə onlar bankların
müjdəçiləri idilər, bu isə tacir siniflərinin yüksəlməsini hazırlamaqda səmərəli
vasitə rolunu oynayırdı. Tampliyerlər həmçinin ilk ticarət gildiyasının himayəçiləri
idilər. Bu isə kilsəni və kübarlığı müstəqil etməli idi.
Digər böyük ordenlərdən biri Fransisk ordeni idi. Fransisk dünyaya gələndə,
orada təhkimçi kəndlilər müstəsna yoxsulluqdan əziyyət çəkirdilər, eybəcərləşən,
hər şeydən məhrum olan cüzam xəstələrinə isə bütünlüklə nifrətlə yanaşılırdı. Varlı
din xadimləri təhkimçilər hesabına firavan yaşayırdılar və onlarla razılaşmayanları
təqib edirdilər.
1206-cı ildə Fransisk İtaliyanın Assizi şəhərində 20 yaşlı varlı gənc idi. O,
qayğısız və rəhmsiz həyat sürürdü, çətinliklərlə üzləşməkdən qaçırdı, cüzam
xəstəsini görəndə burnunu tuturdu. Burada prins Siddharthanın həyatı ilə müqayisə
də düzgün olmazdı.
Bir gün o, atını çapanda, atı qəflətən kişnədi və o, aşağı baxanda cüzamlı
adamı gördü. Atdan düşüb, qabaqcadan tanıdığı cüzamlının qanlı əlini qucaqladı
və onun irinli yanaqlarından və dodaqlarından öpdu. O, hiss etdi ki, cüzamlı öz
əlini geri çəkir, Fransisk ona baxanda, cüzamlının yoxa çıxdığını gördü. O, bilirdi
ki, Müqəddəs Pavel Dəməşqə gedəndə yolda gözlənilmədən qarşısına çıxan Xristlə
görüşmüşdü. Fransiskin həyatı və fəlsəfəsi aşağı tərəfə döndü və içinə nüfuz etdi.
O, aydınlaşdırmağa başladı ki, «İncil»lər yoxsul həyatını, başqalarına kömək
etməyə özünü həsr etməyi lazım bilir, «nə qızıla, nə gümüşə, nə kisəndəki pula,
səyahət edəndə nə çantaya, nə iki pencəyə, nə ayaqqabılara» malik olmağı əksinə
məsləhət görmür. O, görməli idi ki, yoxsulluq heç nəyin olmamasıdır, heç nəyi
arzu etməməkdir, həm də həqiqi azadlıq ruhunda olan bütün şeylərə malik
olmaqdır. O, bunu görməyə gəlib çıxmalı idi ki, cisimləri sınamaqdansa, özünü
sınamaq vacibdir. Bizim malik olduqlarımız adamı ondan yapışmağa məcbur edir
və həyatımızı idarə etmək təhlükəsi yaradır.
Kilsədə təsvir olunan çarmıxdan bir səs ona deyirdi: «Get, Fransisk mənim
evimi təmir et, gördüyün kimi o xaraba qalmışdır». Fransisk üçün bu sınaq nə
deyiləsi, nə də qarşısı alınası deyildi. O, öz təbiətinin, onun maddi ölçülərində
heyvan, bitki təbiətinə çevrildiyini gördü. Həmin heyvanlar ona qəribə şəkildə
cavab verdilər. O, xahiş edəndə sisəy oxuyurdu, quşlar onun möcüzələrini
dinləməyə yığışırdı. Bu vaxt quduz canavar dağdakı kiçik şəhərə ziyan vuranda,
Fransisk onunla görüşməyə getdi. Canavar Fransiskinin qabağına qaçdı, ona əmr
243
edəndə ki, bir də heç kəsə zərər vurma, canavar onun ayaqları altına uzandı. Bir
neçə il sonra canavarın skeleti tapılanda, onu kilsənin döşəməsinin altında dəfn
etdilər.
Həyatının sonuna yaxın Fransisk La Verna dağı üzərində meditasiya edirdi,
özünün guşənişin zirzəmisindən kənarda dua edirdi. Qəflətən bütün göy üzü işıqla
parıldamağla başladı və altı qanadlı Serafim ona göründü. O, anladı ki, İisus Xrist
yeni missiya barədə ona xəbər göndərmişdir.
Müqəddəs Fransiskin ölümündən sonra onun yaratdığı ordendə,
fransiskanlarda narahatlıqlar başladı. Mülkiyyətə malik olmaq və pul ələ
keçirməyə görə Papa ordendən müstəsna məsuliyyət tələb etdi. Qardaşların çoxu
buna Müqəddəs Fransiskin görməsinə zorakılıq kimi baxdı və onlar spiritual
fransiskanlar adlanan parçalanmış qruplar yaratdılar. Beləliklə, Müqəddəs
Fransiskin ardıcılları təqib edilməli, ovlanmalı və dinsizlər kimi öldürülməli idi.
1193-cü ildə anadan olan Albertus bakirə Mariyanın onun gözünə
görünməsindən ilhamlanmasına qədər tənbəl və səfeh uşaq idi. Lakin o, öz
təhsilinə çox ciddi yanaşdığından tezliklə Avropanın ən məşhur filosofuna çevrildi.
O, Aristotelin elmini, fizikanı, təbabəti, arxitekturanı, astrologiyanı və əlkimyanı
öyrəndi. O, həmçinin okkultist texnikaların istifadə etdiyi yerin təkindəki
metalların ilahi təmsilinin metodlarından da faydalanırdı.
Belə deyirlər ki, o, Android adlandırdığı qəribə avtomat düzəltmişdi. Bu
avtomat danışmaq, güman ki, hətta düşünmək və öz sərbəst iradəsi ilə hərəkət
etmək qabiliyyətinə malik idi. O sarı misdən və digər metallardan hazırlanmışdı,
bu metallar isə göy cisimləri ilə öz sehrli əlaqələrinə görə seçilmişdi. Albertus onu
canlı olmaq üçün düzəltmişdi. Bu canlılıq sehrli inkarnasiyanın onun içərisinə
daxil olması və dualarla nəfəs alma yolu ilə meydana gəlməli idi.
Albertus özündən 33 yaş kiçik olan Tomas Akvinasın ruhi bələdçisi oldu. Bu
belə görünür ki, Tomas öz müəliminin Androidini qırıb dağıtmışdı. Akvinas Paris
universitetinə gəlmişdi ki, öz müəlliminin rəhbərliyi altında Aristoteli öyrənsin,
lakin o, kəşf etməli idi ki, böyük aristotelçi faktiki olaraq müsəlmandır. Averroes
(İbn Ruşd) sübut edirdi ki, Aristotel məntiqi, xristianlığı bir cəfəngiyyat kimi
göstərir.
Akvinas gizli tarixdə açar şəxsiyyət idi, çünki onun Averroes üzərində
böyük intellektual qələbəsi, Avropanın bir neçə yüz il bundan əvvəl elmi
materializmə düçar olmasının qarşısını almışdı. Akvinas ilk dəfə çörək və şərabın
bir substansiyadan (İisus Xrist axırıncı şam yeməyində şagirdlərinə çörəyin onun
bədəni, şərabın isə onun qanı olduğunu demişdi) digərinə keçməsi barədə
doktrinanı formalaşdırdı. Onun yazdığı kimi, bu əlkimyəvi proses olmaqla, onda
çörək substansiyaları dəyişilir və paralel substanisiya dəyişilməsi prosesi həm də
insan bədənində gedir. Messa heç də ağılı tam yeni çərçivəyə gətirmir, yeni tərif
bunu daha yaxşı edir, yalnız həyatı fizioloji dəyişmə kimi xarakterizə edir. Akvinas
bu doktrinanı irəli sürəndə, həmin dövrdə Qraal da geniş şəkildə dolaşırdı. Onlar
müxtəlif metodlarla eyni prosesi təsvir edirdilər.
Rocer Bekon Akvinasla düşmən olması ilə yanaşı, belə bir alimi Aristoteli
yalnız tərcümədə oxuya bildiyinə görə ələ salırdı. Onların hər ikisi Eranın böyük
244
impulsunu təmsil edirdi.
Bekon deyirdi ki, «eksprimentsiz heç nəyi bilmək mümkün deyildir». 1250-
ci illərdə Oksforddakı gənc alim Rocer Bekon ondan xeyli əvvəl Pifaqorun etdiyi
kimi qərara aldı ki, bilməli olduğu hər şeyi o bilməlidir. O, istəyirdi ki, Harun ər-
Rəşidin sarayında tanınan bütün alimlərin biliklərini bütünlüklə öz ağlına toplasın.
Bekon Fransiskan idi, bu ordenin yaradıcısı kimi o da kasıblar üçün, mülkiyyəti
olmayanlar üçün daha yaxşı, təmiz və rəhmdil bir dünya arzulayırdı.
Bekon «Əlkimyanın güzgüsü» adlanan traktatını yazmışdı, Kabalanın böyük
alimi Müqəddəs Ceromun dediyini yada salırdı: «Sən tam ağıla sığmayan, imkanın
bağladığı bağlardan uzaqda olan çox şeyi tapacaqsan, bu onların hamısı üçün düz
olandır».
1274-cü ildə Florensiyada yaşayan gənc Dante ilk dəfə gözəl Beatriçanı
gördü. Bu ilk baxışdan məhəbbət idi, həmçinin ilk vaxt idi ki, kimsə ilk görüşdən
vurulur. Gizli cəmiyyətlərin salnaməsində bu böyük və mühüm tarixi həqiqətdir.
Pindarin və Sapfonun (qədim yunan lirik şairi və şairəsi) odaları romantik sevginin
ifadələri idi.
Dante «Komediya»sında (ölümündən sonra bu poema «İlahi komediya»
kimi məşhurlaşdı) o qızın gözləri tərəfindən bu bütünlüklə udulan varlığın
sensasiyasını təsvir edir və deyir ki, o gözlərdən götürdüyü məhəbbət yükü onu
cənnətə apardı. Yenə də bu heç də sadəcə poetik təxəyyül deyildi. Dante və
Beatriça başqa adamlarla ailə qurdu və bu qız gənc yaşında həyatdan getdi. Biz bu
gün romantik məhəbbət barədə onun mistik kədər və tale hissi ilə düşünürük. Belə
hissiyatın bütünlüklə İslamın mistik qıcqırmasından çıxarıldığı güman edilə
bilərdi. Sufi təriqəti əvvəllər heç vaxt yaşanmayan hissiyatı ifadə edirdi və
beləliklə, hər kəs üçün şərait yaradırdı ki, bunu özü hiss etsin.
Avropada islam işğalı daha çox İspaniyada ömür sürdü. O vaxtlar Mavr
İspaniyasının parlaq sivilizasiyası (Əl-Əndəlus mədəniyyəti) Şimala doğru yayıldı,
dünyanın başqa hissələrinə, birinci növbədə Fransanın cənubuna yol aldı.
On ikinci əsrdə Provans və Lanqedon Avropada ən sivilizasiyalanmış
regionlara çevrildilər. Trubadurlar adlanan Provans şairləri ərəb-əndəlus poetik
formalarına uyğunlaşdılar, onların erotik şöhrətindən ilhama gəldilər. Trubadurlar
məhəbbəti daha açıq və daha çılğın şəkildə ifadə edir, əslində bu ilahi
vurğunluqdan cuşə gəlməyə həsr olunmuş himnlər yazırdılar. Bu yolla onlar dini
məhdudiyyətləri də nəzərə almırdılar. Əgər Sufi şairi Şeyx Abdulla Ənsari «Ey
Allah, sənin məhəbbətinin şərabı ilə mən sərxoş oldum”, yazırdısa, trubadur
şairləri məhəbbət səhnələrindən ağıllarını itirdiklərini etiraf etməkdən
çəkinmirdilər. Trabudur ədəbiyyatı həsr edilmə ilhamları ilə dolu idi. Məşhur
«Bülbül və Qızıl gül» əhvalatında quş ilahiliyi çox arzulayan insan ruhunu təmsil
edirdi.
Sonralar Dantenin də əsəri müxtəlif səviyyələrdə oxunmaq üçün yayılmışdı.
Bu səviyyələr astroloji, kosmoloji, əxlaq, hətta bəzən deyirdilər ki, əlkimyəvi
xarakter daşıyır.
On iki, on üç yaşında Fransada, sıx meşələri olan Luara vadisində sadə kənd
evində yaşayan bir qız uşağı səsləri eşitməyə və görmələri sezməyə başladı. Böyük
245
mələk Mixail Jannaya göründü və ona dedi ki, ruhi bələdçilərə malik olacaqdır.
Qız onunla getməyə həvəs göstərmirdi, deyirdi ki, yaxşısı budur anası ilə parça
toxumaqla məşğul olsun. Lakin səslər təkidini artırırdı. Onlar qıza dedilər ki, bu
onun missiyasıdır. İngilis ordusu ölkəyə müdaxilə edib, Orlean şəhərini tuta
bilərlər. Onlar qıza dedilər ki, Şinon şəhərinin yaxınlığına getsin ki, orada Fransa
tax-tacının varisi olan Dofini (prinsi) tapsın və onu taclandırmaq üçün Reyms
kafedral kilsəsinə aparsın.
Janna Dofinin sarayına gələndə hələ də uşaqdan bir az böyük görünürdü.
Dofin ona hiylə qurdu, əyanlarından birinə icazə verdi ki, taxtda otursun, özünü
Dofin kimi qələmə versin. Lakin Janna oradan keçib, birbaşa Dofinə müraciət etdi.
Janna onu inandırdı ki, ona ağ at və ağ ziehli paltar versin. Qız bunu geyinib, altı
gün, altı gecə at belində fasiləsiz yol getdi.
Jannanın gözünə kilsədə gizlədilən qılınc göründü. Tarixdə bəzi hallarda
göründüyü kimi ruh dünyasından olan böyük varlıqlar öz qüvvələrini xüsusi
fərdlərə vermək üçün gətirirlər. Janna da bunu inkar edə bilməzdi. Heç nə onu
dayandıra bilməzdi, baxmayaraq ki, ona qarşı olan qəribəliklər bəzi hallarda hətta
məhvedici xarakter alırdı.
28 aprel 1429-cu ildə Janna Orleanın ətrafına gəldi, bu vaxt şəhər düşmən
tərəfindən mühasirə olunmuşdu. İngilis qoşunları gənc qız və onu dəstəkləyənlərin
kiçik qrupu qarşısında geri çəkildilər. Yalnız beş yüz fransız, sayı minlərlə ölçülən
ingilis ordusunu məğlub edə bildi. Bunu hətta ingilis zabitləri də bir möcüzə kimi
təsvir edirdilər.
Jannanın təkidi ilə Dofin Reymsdə Fransa kralı kimi taclandı. Bu gənc qızın
missiyası üç aydan az olan bir müddətə yerinə yetirildi. Ona öz adamları xəyanət
edib, ingilislərə satdılar. Jannaya ona gəlib çatan səslər barədə suallar verdilər.
Ruhi dünyası ilə belə dərin əlaqələr kilsəyə xoş gəlmirdi. Ona görə də kilsə onu
ifritə kimi ittiham etdi və 30 may 1931-ci ildə Janna Fransanın şimalındakı Ruan
şəhərinin bazar meyanında tonqalda yandırıldı. İngilis əsgərlərindən biri o birisinə
demişdi: «Biz müqəddəsi yandırırıq».
Onun haqqında ingilis fikri bu qızı düşmən hesab etməkdir. Lakin gizli
tarixin perspektivlərinə müvafiq olaraq Janna D`Arkın ilahi qaydada ilhamlanmış
fəaliyyətlərindən İngiltərə daha çox fayda götürmüşdü. Fransa və İngiltərə yüz
illərlə münaqişədə idi, baxmayaraq ki, Jannanın vaxtında İngiltərə hərbi cəhətdən
daha qüvvətli idi, lakin mədəni cəhətdən, dilində və ədəbiyyatında Fransa üstün
mövqedə idi.
Jannanın qəhrəmanlığı olmasaydı, Fransanın və İngiltərənin, xüsusən
ingilislərin dünya tarixinə töhfəsi, Şekspirin psixoloji realizmi və Frensis Bekonun
mahiyyətcə fərqli olan tolerant fəlsəfəsi baş verməzdi.
Dostları ilə paylaş: |