Telman orucov


Allahlar, yarımallahlar və qəhrəmanlar



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix12.02.2017
ölçüsü3,49 Mb.
#8342
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

Allahlar, yarımallahlar və qəhrəmanlar 
  
Olimp  miflərinin  təsvir  etdiyi  dövrdə  allahlar  insanlar  arasında  gəzirdi. 
Lakin  axırıncı  allahın  yer  üzərində  hökmran  olmasının  tarixi  yunan  ənənəsindən 
fərqli olaraq, bütöv Misir versiyasında verilir. Misirlilər şübhə etmədən inanırdılar 
ki,  özlərinə  məxsus  olan  daha  mühüm  allahlar  nə  vaxtsa  məhz  onların  arasında 
gəzmişdir,  onları  döyüşə  aparmaqla  yanaşı,  həm  də  müdrikliklə  və  yaxşı  idarə 
etmişdir. Herodot Osirisin deyilənlərə görə dəfn edildiyi bir kiçik kilsəyə getməsini 
təsvir  edir.  Hərbi  yürüşdən  qayıdarkən  Osirisi  kütlə  təbrik  alqışları  ilə 
qarşılayırmış,  onun  hökmranlığı  isə  qızıl  era  kimi  xatırlanırdı.  Onun  adı  törətmə 
qabiliyyəti, yaratma xüsusiyyəti ilə bağlıdır. 
Osiris  ölməz  idi  və  Set  öz  arvadının  namusuna  toxunduğuna  görə  ondan 
qisas  almaq  istəsə  də,  onu  öldürə  bilməyəcəyini  də  bilirdi.  Yeganə  çıxış  yolu, 
yaxasını ondan qurtarmaq idi. Lakin Setin özü də sehrli qüvvəyə malik idi. Özü və 
onun  şər  kohortası  (ümum  ideyalarla,  məqsədlərlə  birləşmiş  insan  qrupu)  ay 
işığında  ov  edəndə,  Set  öz  görməsində  qəflətən  İsidanın  Osirisi  beşikdə 
yüyrütdüyünü  gördü.  Qadın  yatanda  o,  sevimli  cütlüyün  üstünə  hücum  çəkdi. 
Osirisi on dörd yerə parçaladı və onları yerin müxtəlif guşələrində gizlətdi. Osirisin 
sevdiyi qadın-Setin arvadı Neptis Osirisin bədənini qazıb çıxardaraq, bir yerə yığdı 
və  arvadı  İsida  isə  ondan  Kainatın  ağası  olan  Horu  doğdu.  Hor  böyüdü,  atasının 
qətlinə görə əmisi Setdən qisas alıb, onu öldürdü. Osiris bu vaxt Dünyanın altında 
Ölülərin sahibi kimi yaşayırdı. Hor isə Seti taxtdan düşürüb, onun yerini tutdu. 
Digər  səviyyədə  güman  ki,  bu  həm  də  mövsümlərin  erkən  dövr  etməsi 
barədə  məhsuldarlıq  mifidir.  Sirius  ulduzunun  göydə  görünməsi,  bir  neçə  aydan 
sonra isə gizlənməsi qədim misirlilər üçün belə əlamət idi ki, Osiris qısa müddətdə 

212 
 
yenidən qalxacaq və bu hadisəyə Nilin daşması da borcludur. Ona görə də Misirdə 
Osirisə  taxıl  və  yay  məhsuldarlığı  allahı  kimi  sitayiş  edilir.  İsidanın  da  çox 
arzulanan  görünməsi  də  bizə  Sirius  kimi  tanışdır.  Sirius  göylərdəki  ən  parlaq 
ulduzdur,  bitkiləri,  eynilə  həmçinin  heyvan  və  insan  dünyasını  dirildən  Nilin 
daşmasının  simvoludur,  deməli  tam  mənasında  həyat  və  ölüm  məsələsidir. 
Piramida mətnlərində Osiris deyirdi ki, mən həyatın ağacıyam. 
Həmin  vaxt  inkişaf  etmiş  fiziki  gözlərə  dünya  çox  müxtləif  qaydada 
görünürdü. 
Ovidinin  öz  «Metamorfozalar»ında  yazdığı  kimi,  bu  vaxt  insanların  və 
heyvanların  analitik  forması  bizim  gördüyümüz  kimi  deyildi,  nəhənglərin, 
hibridlərin və monstrların dünyası mövcud idi. 
Tədricən 
cisim 
möhkəmlənməyə 
başladı.  Kəllənin  sümük  damı 
möhkəmləndi,  Osiris  fənərini  örtdü,  beləliklə,  yuxarıdakı  böyük  kosmik  zəkanı 
süzgəcdən  keçirdi.  İnsanlar  bu  vaxt  özləri  üçün  elə  bir  məkana  malik  oldular  ki, 
onun içərisində düşünməyi bacardılar. 
İnsan şəraitinin bu modelinin arxitipini Platonun «Mağara Alleqoriyası»nda 
tapmaq  mümkündür.  Dustaqlar  mağarada  zəncirlənmişdi,  onların  üzü  divara 
baxırdı,  ətrafı  görə  bilmirdilər.  Hadisələr  kənarda  baş  verdi,  mağaranın  ağzından 
divara  kölgələr  düşdü,  bu  dustaqların  reallığı  anlamasına  səbəb  oldu.  Fiziki 
obyektlər, digər tərəfdən sadəcə kölgələr və ya yüksək reallığın əksləri idi.  
İdealizmə inanan adam idealistik qaydada təcrübə aparır və həmçinin tarixi 
prosesləri  anlaşılan  idealizm  kimi  başa  düşür.  Platonun  Alleqoriyasında  mağara 
kəllənin  sümük  daşıdır.  Kəllə  qaranlıqdır,  sümük  otaq  ətlə  örtülmüşdür.  Gizli 
doktrinaya müvafiq olaraq kosmos insan beynini elə qaydada yaratmışdır ki, o özü 
barədə düşünməyə qadir olsun. İdealist olanlar inanırlar ki, kainat Zəka tərəfindən 
zəkalar üçün yaradılmışdır. 
Dünyanın yaranmasının idealist tarixi minilliklər dövründəki proseslərin və 
böyük hadisələrin salnaməsidir, burada Günəş, Ay, planetlər və ulduzlar öz yerinə 
qoyulmuşdur. Bizim şüurumuz indi elə quruluşa malikdir ki, bu da həmçinin göy 
cisimlərinin bizdən yuxarıda öz qaydasında sıralanması ilə əlaqədardır. 
Sehrli  keşişlər  inanırdılar  ki,  Osiris  Fənəri  kəllənin  sümüyü  altında  geri 
çəkilməklə,  bizə  bu  gün  tanış  olan  qozşəkilli  dəmir  tək  öz  mövqeyini  tutmağa 
başlamışdı. İnsan sümükləri bərkləşərək maddiyə çevrildi. İnsan kəlləsi bir qədər 
yarıyaşayan və yarıölüyə çevrildi.  
Gizli  doktrinanın  aksiomasında  olduğu  kimi  ölümün  başlanması  fikirin 
doğulması idi. Gizli təlimə müvafiq olaraq, həyatla düşüncə arasında fundamental 
əkslik  vardır.  İnsanda  həyat  prosesləri  qidanın  həzm  edilməsi,  nəfəs  alma  və 
böyümə  prosesidir,  bu  xeyli  dərəcədə  şüursuz  işdir.  Şüur,  insanın  düşünmək 
qabiliyyəti  yeganə  xüsusiyyətdir  ki,  bu  həyatı  prosesləri  müəyyən  qədər 
yatırtmaqla,  onları  mümkün  edir.  İnsan  orqanizminin  «polad»  qüvvələri,  hansılar 
ki, heyvanlarda böyümək və bioloji strukturlaşdırma üçün istifadə edilir, düşünmək 
üçün lazım olan şəraitlərin yaradılmasından ötəri vacib vasitə rolunu oynayır. Belə 
deyirlər  ki,  bu  elə  səbəblərdən  biridir  ki,  insanlar  buna  görə  müqayisəli  qaydada 
xəstə heyvanlardır. 

213 
 
Protoinsanlar  bitki  varlıqları  olanda,  onlar  ölümlə  təcrübə  aparmırdılar. 
Heyvan  xüsusiyyətlərinə  yiyələnməyə  başladıqda  isə  ölümün  dadını  qabaqcadan 
təcrübədə  görməyə  başladılar.  Bu,  yuxu  görməklə  dolu  olan  yatmaq  təcrübəsinə 
bənzəyirdi.  Sonra  bir  müddət  onlar  yenidən  maddi  dünya  içərisində 
«oyanacaqdılar». İnsan sümükləri və yerdə yaşayan bədən, bərkiyən və əyilməyən 
kimi  olanda  insanlar az  qaydada sərbəst hərəkət  edirdilər və bu həqiqətən  də  ağrı 
gətirən bir iş idi. Ölüm çağırışı o vaxta qədər daha bərkdən səslənirdi, bu, demək 
olar  ki,  qarşısıalınmaz  labüdlüyə  çevrilirdi.  Yuxu  ölümə  bənzəyənə  qədər 
dərinləşdi və sonra o ölümə çevrildi. 
Bu  vaxt  insanlar  nəticədə  həyatın,  ölümün  və  yenidən  doğulmanın  qəddar 
dövrəsinin tələsinə düşdülər, bu sikllərdə yaşayan varlıqlar ölməli idi, çünki onlar 
bir yerdə yaşayırdılar. Orada ataları ölməli idi ki, öz oğlanlarına yol açsınlar, necə 
ki, kral ölməli idi ki, cavan, daha güclü varisə yol versin. 
İnsan şəraiti çox müxtəlif səviyyələrdə dəyişilmişdi. Üçüncü Göz hələ də bu 
gün  olduğundan  daha  fəal  idi  və  heç  də  rudimentar  (orqanizmin  tarixi  inkişafı 
ərzində öz funksiyasını itirən və yox olmaq yolunda olan inkişaf etməmiş orqanlar 
belə  adlanır)  orqan  deyildi.  Maddi dünyanın  dərk  edilməsi  ruhi  qaydada  aydın  və 
canlı xarakter daşıyırdı. 
Qədim  keçmişin  müdrik  adamları ölümün  fikrin oyanması üçün  necə vacib 
olduğunu başa düşürdülər və ona görə də onlar dərk edirdilər ki, tarixi proseslərdə 
bu qüvvələr necə də bir yerdə toxunulmuşlar. 
 Bu  gün  biz  bilirik  ki,  uzaqdakı  ulduza  baxanda,  bundan  nə  qədərsə  əvvəl 
baş vermiş nəyisə görürük, çünki aradakı vaxt, ulduzdan çıxan işığın yer üzərinə 
gəlib çatması üçün lazım idi. Qədim insanlar digər bir həqiqəti bilirdilər ki, onlar 
öz  iradələrini  seyr  edəndə,  həmçinin  hələ  özləri  doğulmamışdan  xeyli  əvvəl 
formalaşmış  nəyəsə baxırdılar.  Onlar bilirdilər  ki,  məhəbbəti yaşadıqda həmçinin 
gələcək minillik üçün kosmosa təsir göstərəcəklər. 
Biz  məhəbbəti  yaşadıqda  böyük  kosmik  qüvvələrlə  qarşılıqlı  fəaliyyətlərdə 
oluruq. Şair Rilke bu həyati hadisəni təsvir edərkən yazırdı ki, «iki adam gecə vaxtı 
bir yerə gələndə gələcəyi haraylayırlar». 
Xristian  mifologiyasında  eyni  şəxsiyyət,  eyni  ruhi  impuls  Mariya 
Maqdalinanın obrazında yenidən meydana çıxır. Biz ilkin Günaha batma tarixinin 
arxasınca  yollanırıq.  Görünür  ki,  Günaha  batma  insan  ruhunun  maddi  dünyadan 
əvvəl  mövcudluğa  düşməsi  deyildir,  Günaha  batmaqda  insan  bədənləri  də  maddi 
dünya bərkidikcə bərkə çevrilir. Biz Günaha batma dünyasında yaşayırıq. Xristian 
ənənəsində  bəzən  «Sofiya»  adlanan  müdrikliyə  biz,  yalnız  qaranlıqdan  və  yerin 
şeytan zonalarından keçməklə və  həmçinin özümüzə  səyahət  etdikdə  nail oluruq. 
Qədim  dövrlərdə  İsida  yunan  müdriklik  ilahəsi  Afina  kimi  tanınırdı.  Afinanın  isə 
Pallada adlı tutqun dərili ögey bacısı vardı və onu hamıdan artıq sevirdi. Bir dəfə 
onlar  Anatoliya  düzənliklərində  oynayanda  Afinanın  diqqəti  yayındı,  bacısından 
uzaqlaşdıqda  çox  qorxdu.  Həmin  vaxtdan  o,  özünü  Afina-  Pallada  adlandırdı, 
bacısının xatirəsini əbədiləşdirmək üçün qara ağacdan heykəlini yondu. Bu heykəl 
Palladium  adlanır,  Anatoliya  xalqı  ilahənin  öz  əli  ilə  yonulmuş  bu  heykəli  öz 
paytaxtlarında saxlayırdı. Troya isə dünyanın ən böyük şəhəri idi. 

214 
 
Yunanlar troyalıların bildiklərini bilmək istəyirdilər. Onlar troyalılara qalib 
gəldikdə,  dünya  sivilizasiyasında  rəhbərlik  rolu  onlara  keçdi.  Sonralar  bu,  bütün 
şərəfi  ilə  Romadan  aşağıda  dəfn  edildi,  o  vaxta  qədər  ki,  onda  imperator 
Konstantın  paytaxtı  Konstantinopola  keçirdi.  Bu  şəhər  dünyanın  spiritualizminin 
mərkəzinə  çevrildi.  Böyük  qüvvələr,  frimasonlar  da  bu  regiona  nəzarət  imkanını 
axtardılar. 
İnsanların  digər  varlıqlarla  tam  ölçüdə  müharibəsi  gedirdi.  Bu  varlıqlar 
əvvəlki  epoxlardan  olan  mübarizlər  idi.  Neolit  dövründəki  çaxmaq  daşı 
oğurlayanlar tayfası olan lapiflər və kentavrlar (qədim yunan mifologiyasında yarı 
adam-yarı  at)  arasındakı  müharibə  Parfeonun  frizlərində  təsvir  olunmuşdur. 
Kentavrlar  lapiflərin  başçısının  toyuna  dəvət  edilmişdi,  lakin  burada  lapif 
qadınlarıın ağ, tüksüz bədənini görəndə cuşə gəlməyə başladılar. Onlar gəlini yerlə 
sürüyüb,  özünü,  həmçinin  rəfiqələrini  və  paj  oğlan  uşaqlarını  zorladılar.  Bunun 
arxasınca gedən döyüşdə Lapif çarı öldürüldü və bundan nəsillər boy davam edən 
düşmənçilik başlandı. 
Sümüklər  yoğunlaşdıqca,  heyvan  dünyası  öz  çəkisini  hiss  etməyə  başladı. 
Heyvanlar  yaşamaq  üçün  mübarizə  aparmalı  idilər.  Bəşəriyyət  tənəzzülə 
uğramaqda davam edirdi, bunu da təbiət edirdi. Heyvanların dişləri və caynaqları 
qırmızı  rəng  alırdı.  Şirlər  və  canavarlar  insanlara  hücum  edirdilər.  Bitkilər  tikan 
böyüdürdülər  ki,  adamların  bədənlərini  cızsın,  ona  görə  də  meyvə  yığmaq 
çətinləşirdi və zəhərli bitkilər çoxalırdı. 
Tarix  göstərir  ki,  insanlar  digər  şüur  formalarına  malik  olan  adamları 
xoşlamırdılar,  buna  görə  də  onlar  tolerantlığa  çətinliklə  öyrəşirdilər.  Biz  bunu 
müqayisə  etdikdə,  yalnız  avropalıların  attseklərə  münasibəti,  Avstraliyadakı 
aborgenlərin  az  qala  genosidə  məruz  qalması  və  ya  naytsistlərin  qaraçıları  yer 
üzündən bütünlüklə silmək cəhdi barədə düşünməyə ehtiyac duyuruq. Yəhudilərin 
hələ  Moisey  zamanından  çox  hallarda  şüurun  yeni  formaya  salınması  ilə  üz-üzə 
dayandığını görə bilərik. 
İnsanlar bu vaxt səhv etməkdən, nəyisə seçməkdən və onunla əylənməkdən 
xali  deyildilər.  Bu  artıq  belə  bir  hadisə  deyildi  ki,  insanlar  öz  bütün  ruhi 
qidalanmasını Ana Yerin südlü, şirə ilə dolu olan döşlərindən alsın. Təbii hüquq və 
əxlaqi  hüquq  artıq  heç  də  eyni  şey  deyildi.  Adamlar  yaşamaq  üçün  mübarizə 
aparırdılar və özlərini çox vaxt dözümlüyünün hədlərində uzanan kimi görürdülər. 
Onlar kəşf etdilər ki, irəli aparan yol daim ölüm təhlükəsi törədə bilərdi, lakin əgər 
bu  yolu  tutmasalar  da,  istənilən  halda  onlar  öləcəkdilər.  Bu  vaxtdan  onlar  risqə 
getməli  oldular.  Bu  risq  nəyisə  qiymətləndirməkdən  ibarət  idi.  Uzaqda  müəyyən 
nöqtə var idi, heç bir geri dönmə imkanı yox idi. Onlar kəşf etdilər ki, bu nöqtəyə 
çatmalıdırlar.  Dünya  qaranlığa  büründü,  paradoks  məkanına  çevrildi,  burada 
əksliklər görüşürdü və bu insan üçün ağrılı idi, dünya isə qəhrəmanlığa çağırırdı. 
Qədim  yunan  mifologiyasında  əjdahanı  öldürən  qəhrəman  Kadm  öz  bacısı 
Yevropanı axtarırdı. Yevropanı isə, özünü ağ öküz maskası altında gizlədən Zevs 
aparmışdı. Qəhrəman Kadm tütəyi götürüb çoban kimi maskalandı və yaralı Tifon 
üçün tütək çalmağa yollandı. Bundan əvvəl heç vaxt musiqi eşitməmiş Tifon yeni 
qəribə səsi eşitdikdə, trans vəziyyətinə düşdü. Kadma isə lirasının sınmış simi üçün 

215 
 
vətər lazım idi. Tufan Zevsin vətərini ona verdi, axı o, ağzından od tüpürə bilirdi, 
Zevs  onu  ildırımla  vurmaq  istəsə  də,  buna  nail  ola  bilməmişdi.  Kadm  öz  çoban 
komasına  geri  qayıtmaq  istədiyini  dedi,  orada  o,  öz  lirasına  sim  çəkməli  idi. 
Beləliklə,  Zevs  öz  vətərlərini  geri  aldı,  monstru  təəccübləndirə  və  ona  qalib  gələ 
bildi. Mühüm cəhət orasındadır ki, Zevs yalnız qəhrəmanın köməyi ilə xilas oldu. 
Allahlar artıq insanlara möhtac idi. 
Bu  gün  əgər  biz  gözəl  qadına  vurulmuşuqsa,  gözəlliyi,  böyük  ruhi 
müdrikliyin  əlaməti  kimi  yaxşı  görə  bilərik. Biz  gözəl  gözlərə  baxanda,  yəqin  ki, 
ümid  edə  bilərik ki, burada  həyatın özünün  ən  vacib sirrini  tapacağıq. Herkulesin 
Deyaniraya,  Ariadnanın  Teseyə  ya  Yasonun  Medeyaya  məhəbbət  əhvalatları 
göstərir ki, adamlar arasında ruhi  əlavə artıq dumana bürünmüşə çevrilmişdir. Bu 
vaxt  gözəlliyin  gözlərinə  baxmaq  və  orada  gördüyümüzdən  aldanmaq  imkanı 
mövcud oldu. 
Qədim insanlara görə, yer üzərində baş verən hər bir sadə şey ulduzların və 
planetlərin  hərəkətləri  ilə  idarə  olunur.  Daha  çox  sayda  hekayətlər  bu  «poetik» 
nümunələri,  həqiqi  və  daha  realistik  mətnləri  əmələ  gətirdi.  Bu  qəhrəmanlar  isə 
sadəcə  metaforalar  idi.  Onlar  monstrlarla  və  demonlarla  vuruşanda,  əks  qüvvələr 
öz  şəxsi  varlıqlarını,  pozulmuş  insan  canını,  bəşər  beyninin  qaranlıq  labirintini 
sirayətləndirirdilər.  Lakin  onlar  həm  də  canı  və  qanı  olan  real  monstrlarla 
vuruşurdular. 
«Köhnə  Vəsiyyət»də  İöv  yaxşı  adam  kimi  xarakterizə  olunur,  o,  bütün 
pullarını  itirmişdi.  Onun  oğlanları  və  qızları  öldü,  o,  tamamilə  tənha  qalmışdı. 
Bədəni taun çibanları ilə örtülmüşdü. Bu qaydada zərərli olanlar artırdı. 
O,  ilk  bəşər  varlığı  idi  ki,  hətta  ən  vacib  və  həqiqi  dərin  fikir  barədə 
düşünürdü.  «Həyat  ədalətsizdir»  deyə  düşünərək,  İov  itaətsizliklə,  göylərə  haray 
çəkirdi. 
Dil bizi dünyanı dolaşmağa sövq etməyə qadir idi. Dil bizə fiziki mövcudluq 
adlandırandan geri çəkilməyə kömək etdi. Dil bizi üstünlüklərə apardıqca, dünyanı 
daha soyuq, daha qaranlıq və daha hiylə yeri etdi. O, həmçinin bizi qeyri-sağlam, 
az  gümrah  etdi.  Beləliklə,  dil  özü  ilə  yeni  növ  şüur  gətirdi.  Bu  vaxt  dil  İovu  geri 
addım  atmağa  qadir  etdi,o,  şüurlu  olmayanları  nəzərə  almağa  başladı.  Həyat 
ədalətsiz idi. Lakin Allah İovu belə az başa düşməyinə görə məzəmmət etdi: «Mən 
Yerin əsasını qoyanda sən haradaydın? Bəs dan ulduzları birlikdə şərqi deyəndə və 
bütün mələklər sevincdən qışqıranda? Dənizin mənşələrinə sən girmisənmi, yaxud 
dərinliyin dərinliklərində gəzmisənmi? Sənə ölümün qapıları açılmışdımı? Günəşin 
harada  yaşadığını  və  qaranlığın  haradan  gəldiyini  bilirsənmi?»  İovu,  biz  gözəl 
yuxudan ayılmaq vaxtı malik olduğumuz hiss xilas etdi. 
Bu  gün  «apokrif»  sözü  alçaldıcı  bir  assosiasiya  daşıyır,  əslində,  isə 
gizlədilən  –  və  ya  ezoterik  mənasını  verir.  (Apokrif  Bibliya  süjetli  əsər  olub, 
məzmunu  heç  də  bütünlüklə  rəsmi  din  təlimi  ilə  üst-üstə  düşmür,  ona  görə  də 
kimsə  tərəfindən  «müqəddəs»  hesab  edilmir  və  qadağan  edilmişdir).  Apokrif  İov 
Vəsiyyətində  o,  nəyi  bilməməsi  şüuruna  görə,  itirdikləri  barədəki  şüuruna  görə 
mükafatlanmışdı.  İovun  oğlanları  və  qızları  ona  qaytarıldı,  qızları  qızıl  kəmər 
taxırdılar. Bir kəmər İova mələklərin dilini, ikincisi, dünyanın yaranmasının sirrini 

216 
 
və üçüncüsü, Xeruvimin dilini başa düşmək qabiliyyətini verdi. 
Musiqi, matematika və dil qəhrəmanlar arasında icad edildi, astronomiya da 
bu qəbildən idi. İlk daş dövrələr ulduzların və planetlərin mövqelərini nişan verirdi. 
Beləliklə,  gizli  tarixdə  ilk  dəfə  böyük  hadisələrin  tarixlərinin  qeyd  olunmasına 
başlanması  mümkün  oldu.  Gizadakı  Şərq  tərəfə  baxan  Sfinkin  şir  pəncələrinin 
arasındakı iri bir daşın üzərində belə yazı vardır: «Bu İlk Zamanın Gözəl Yeridir». 
Bu sehrli kəlməni misirlilər zamanın başlanğıcına işarə kimi istifadə edirlər. Sfinks 
metamorfozalar erasının sonunu, bu gün bizim bildiyimiz bioloji formaların təbiət 
qanunları kimi qeyd olunmasını nişan verir. Misirlilər Sfinski «Hu» adlandırırlar, 
bu, ««himayə edən» mənasını verir. Bununla onlar demək istəyirlər ki, yaratmanın, 
törətmənin  geri,  köhnə  yoluna  hansısa  sürüşməsinə  qarşı  mühafizəni  həyata 
keçirirlər.  
Gizli  cəmiyyətlərin  təlimində  biz  ideyaların  və  təxəyyülün  geniş 
okeanındakı materiyanın kiçik adasında yaşayırıq. 
Platonun  yazdığına  görə  Afinanın  böyük  dövlət  xadimi  və  hüquqşünası 
Solona  Misir  keşişləri,  böyük  Atlantida  adası  haqqında  danışmışdılar.  Bu  ada 
doqquz  min  əvvəl  –  b.e.ə.9600-cü  ilə  yaxın  dağılmışdı.  Atlantida  həyat  ümumən 
idilliya  xarakteri  daşıyırdı.  Fakt  orasında  idi  ki,  həyat  o  qədər  yaxşı  idi  ki,  əhali 
uzun  müddət  ərzində  buna  dözə  bilmədi  və  səbirsiz  oldu,  tənəzzülə  uğradı  və 
pozuldu, yenilik və qüvvə axtarmağa başladı. Beləliklə, Zevs onları cəzalandırmağı 
qərara  aldı.  Adalar  daşqına  məruz  qaldı,  o  vaxta  qədər  ki,  yalnız  kiçik  adalar 
salamat  qaldı,  onlar  da  dənizə  ilişib  qalmış  skeletə  bənzəyirdi.  Sonra  nəticədə 
böyük zəlzələ bütün adaları bir gün və bir gecə ərzində uddu. Aristotel demişdi ki, 
«Platon təkbaşına Atlantidanı dənizdən yuxarı qaldırdı və sonra onu yenidən suya 
qərq etdi». Atlantida bir neçə fəlakətli daşqınlarda əzab çəkdi, bir müddət sonra isə 
suda  batdı.  Nuh  da  altı  gün  davam  edən  daşqından  xilas  olmaq  üçün  gəmisində 
üzməyə məcbur olmuşdu. 
Hindistan indiyədək spiritual biliyin, xüsusən də okkult psixologiyasına görə 
dünyanın ən böyük anbarı olaraq qalır. Bu gün də Hindistana səfər edən adamlar 
havanın indiyədək astrallıqdan (ulduz təsirindən) necə xışıldadığını hiss edəcəklər. 
Hətta  nüfuzlu  Sufi  ənənəsi  də  çakraları  öyrənməkdə  hinduizm  müdrikliyinə  tərəf 
əyilir.  Ramanın  tacdan  imtina  etməsindən  sonra,  bu  dövrdə  heç  bir  böyük 
şəxsiyyətin ağalığı mövcud olmadı. Əgər Rama fəaliyyətdə olan qəhrəman idisə, o, 
monstrlarla  vuruşmuşdu,  uzun,  təhlükəli  macəralara  yollanmış,  şəhərlər  salmışdı, 
onun varisləri isə bəzi hallarda Yeddi Müdrik adam və ya Rişilər adlanır. Onlar heç 
bir  daş  bina  tikməmişdilər,  palçıqdan  olan  binalarda  yaşayırdılar.  Rişiləri  öz 
bildiklərindən başqa heç nə şirnikləndirmirdi. 
Belə bir Kabalistik deyim vardır: «Sənin gördüyün hər bir şey, hər bir çiçək, 
hər bir quş, hər bir qaya öləcək və toza çevriləcəkdir, lakin sənin onları görməyin 
ölməyəcəkdir».  Bükülmüş  ayaqlar  üstündə  oturan  Rişilərin  yalnız  ayaqları  yuxarı 
baxırdı, onlar heç bir cazibəni, maddi dünyanın, kiçildilərək geri atılması şərti ilə 
hiss 
etməyi 
arzu 
etmirdilər. 
Onlar 
bunun 
əvəzinə  ruh  dünyalarına 
istiqamətlənirdilər.  Onlar  yer  üzərindəki  işdə  ruhi  varlıqları  görmək  qabiliyyətinə 
malik idilər. 

217 
 
Onlar  yazda  toxumların  rüşeym  verməsinə,  cücərməsinə,  yayda  güllərin 
çiçəklənməsinə,  payızda  ağacların  meyvə  gətirməsinə  necə  kömək  etmələrini  – 
toxumların qış vaxtı eyni ruhi varlıqlar vasitəsilə özlərinin necə saxlanmasını görə 
bilmirdilər.  Rişilər  nəhəng  meh  kimi  ruhi  təsirin  qabarma  və  çəkilməsini 
təcrübədən keçirirdilər. Qədim hind sivilizasiyası aşağı Göy səltənətinə bənzəyirdi. 
İndi  İran  adlanan  ərazidə  vaxtilə  yeni böyük liderin  anadan olacağı  barədə 
söhbət  gedirdi.  Onun  anası  kiçik  kənd  təsərrüfatı  icmasında  yaşayırdı.  Qış  vaxtı 
görünməmiş  taun  xəstəliyi  yayılmağa  başladı.  Bəziləri  gənc  qadını  cadugərlikdə 
ittiham edirdi. Tufanların, taunun onun işi olduğunu iddia edirdilər. Hamiləliyinin 
beşinci  ayında  o,  dəhşətli  yuxu  gördü.  Gördü  ki,  əjdahalar,  canavarlar  və  ilanlar 
nəhəng  buluddan  çıxıb,  onun  bətnindəki  uşağı  parçalamağa  cəhd  edirlər.  Lakin 
monstrlar  gəlib  çıxanda,  uşaq  ana  bətnində  danışmağa  başladı,  anasını 
sakitləşdirdi.  Sonra  səs  yoxa  çıxdı  və  o,  göydən  enən  işıq  piramidasını  gördü. 
Piramidanın  aşağısında  sağ  əlində  bükülü  kağız  tutan  uşaq  gəlirdi.  Onun  gözləri 
daxili alovla işıq saçırdı. Onun adı Zaratustra (Zərdüşt) idi.  
 
Zaratustra. Krişna. Misir və Şumer sivilizasiyaları 
 
Zaratustranın  dövrü  barədə  müxtəlif  fikir  məktəbləri  vardır.  Bəzi  qədim 
dünya yazıçıları onu təqribən b.e.ə. 5000-ci ilə aid edirlər. Bu vaxtı Plutarx kimilər 
isə b.e.ə. 6000-ci il tək göstərirlər. Bu yenə də bir neçə Zaratustranın olması faktı 
ilə  əlaqədardır.  Zoroastrizm  ənənəsinə  görə  İblis  Əhrimən  kimi  şər  qüvvələrə 
başçılıq  edirdi.  Kosmosa  demonların  orduları  hücum  çəkmişdi,  ona  görə  də  göy 
qaranlıqlaşmışdı. Demonlar özlərini insanların arasına və ruhi ierarxiyanın yüksək 
eşolonlarına da soxmuşdular. 
Biz  yuxuya  girəndə  heyvan  şüurunu  itiririk.  Gizli  cəmiyyətlərin  təlimində 
heyvan şüuru – və ya ruh-yatandan sonra bədəndən çıxan kimi təsvir edilir. Bu iki 
başlıca nəticəyə malikdir. Birincisi, heyvan elementi olmasa bizim bədənimiz bitki 
vəziyyətinə  qayıdardı.  Biz  möhkəmlənmiş  kimi  oyanırıq.  İkincisi,  bədənin  sensor 
(mərkəzə  qaçan  əsəb  lifləri)  qavramasını  tərk  edib,  ruh  şüurun  alternativ 
vəziyyətinə  daxil  olur.  Yuxu  görəndə  bizə  mələklər,  şeytanlar  və  ölülərin  ruhları 
müraciət edir. Dərin yuxuda Üçüncü Göz açıla bilər və o ruh dünyalarının içərisinə 
baxa bilər, lakin oyandıqda, biz bunu unuduruq. 
Bir  neçə  illik  sürgüngən  sonra  gənc  Zaratustra  İrana  dönmək  ehtiyacı  hiss 
etdi. Sərhəddə  o, görünmə  sezdi.  Ruhun nəhəng  parlayan  varlığı  onu qarşılamağa 
gəlmişdi  və  ona,  öz  arxasınca  getməyi  tapşırdı.  Zaratustra  ruhun  nəhəng  doqquz 
addımına  görə  doxsan  addım  atmalı  idi.  Bu  vaxt  ruh  bütün  daş  yeri  süpürürdü. 
Zaratustranı  təmiz,  qayalar  və  ağaclarla  örtülmüş  yerə  gətirdi.  Burada  bənzər 
ruhların yerdən yuxarı pərvazlandığı digər altı dövrə var idi. Bu işıq verən məclis 
Zaratustranı  salamlağa  döndü  və  onu  özlərinə  qoşulmaq  üçün  fiziki  bədəni  tərk 
etməyə  dəvət  etdilər.  Bunlar  Günəş  ruhları  idi  və  bu  vaxt  Zaratustranı  onun  öz 
missiyası  üçün  hazırlayırdılar.  Birincisi,  onlar  dedilər  ki,  o,  yanmadan  alovun 
içindən  keçməlidir,  ikincisi,  onun  döşünə  əridilmiş  qurğuşun  tökdülər,  bu 
Əhrimənin metalı idi. O, sakitcə əzab çəkirdi. Zaratustra qurğuşunu öz sinəsindən 

218 
 
götürdü və danışmadan bunu onlara verdi. Üçüncüsü, onlar onun bədənini yarıb, öz 
daxili orqanlarının sirrlərini ona göstərdilər.  
Zaratustra  saraya  döndü  və  böyük  ruhların  vəhylərini  moizə  etdi.  O,  çara 
dedi ki, dünyanı yaradan Günəş ruhları onu dəyişdirmək üzərində işləyirlər və bir 
gün dünya işığın geniş bədəni olacaqdır. Lakin əyanlar Zaratustranı dustaqxanaya 
atdırdılar. O, zindandan qaça bildi, həm də qətlə yetirilməyindən xilas oldu. O, şər 
qüvvələrə  qarşı  bir  neçə  döyüşdə  vuruşdu.  Sonra  o,  cadugərin  arxitipinə  çevrildi, 
bu  vaxt  Zaratustra  təhlükəli  idi,  bəzi  vaxtlarda  narazı  adam  olurdu,  odu  odla 
vuruşdurmağa hazırlayırdı. O, öz ardıcıllarını Əhrimənin demonlarını qarşılamağa 
hazırlayırdı.  O,  deyirdi  ki,  kimsə  ölümdən  qorxursa,  o,  artıq  ölüdür.  Qorxudan 
çıxmaq hədlərini təcrübədən keçirməklə, özünü həsr etməyə hazırlayırdı, çünki ən 
pis şey baş verə bilərdi, özü də həm həyatda, həm də ölümdən sonra. Bədəni tərk 
etmə  hərəkəti ilə həsr  olunmağa  namizəd, ölümün  son  olmadığının hansısa  şübhə 
mümkünlüyündən uzaqda olduğunu bilirdi. 
«Pantancali  Yoqa  Sutranları»nda,  (Yoqa  qədim  Hindistanın  fəlsəfi-dini 
təliminin tərkib hissəsi olmaqla, psixikanı və orqanizmin fizioloji proseslərini idarə 
temək  yolu  ilə  insanın,  maddi  mövcudluq  buxovlarından  azad  olunmaq  və  özünü 
dərk etmək vasitəsidir, metodlar məcmuudur. Sutra isə qədim hind fəlsəfəsi, dini, 
elmi və hüquqi traktatlarıdır). 
«Pantancali  Yoqa Sutranları»nda, deyildiyi  kimi  dünya  daha təhlükəli  yerə 
çevrildi,  o  həm  müdafiə  və  həm  də  hücum  üçün  istifadə  edilməli  idi.  İnsan 
təbiətinin bitki hissəsi çox funksiyalı idi, bura yaddaşı saxlamaq da daxil idi. Bitki 
hissəsi  maddi  qüvvədən  ayrıldı,  hər  ikisi  öz  tərkib  hissələrinə  parçalanmağa 
başladı. 
Ay  sferasından  ayrılmış  ruh  Merkuri  səltənətinə  doğru  yuxarı  uçmağa 
başlayır,  oradan  Veneraya  tərəf,  sonra  isə  Günəşə  doğru  gedir.  Qədim  mətnlərdə 
özünü həsr etmişlərə, hər bir sferaya girişi mühafizə edən ruhların gizli adları, bəzi 
hallarda  isə  əl  verməklə  salamlaşmaq  barədə  məsləhət,  həmçinin  başqa  əlamətlər 
də deyilirdi. Bütün qədim dinlərdə insan ruhuna yeraltı dünyada bələdçilik edən və 
demon  mühafizəçilərdən  sonra  yol  barədə  danışıq  aparmağa  kömək  edən  varlıq 
Merkuri  planetinin  allahıdır.  Ruhun  sonrakı  hissələri  də  göy  sferasından  keçib 
yuxarı qalxdıqda yolu işıqlandıran bələdçi isə Lutsifer idi. 
Bir  çox  əhvalatlar  göstərir  ki,  həyat  və  həyatdan  sonrakı  aləm  planetlər  və 
ulduzlar  tərəfindən  idarə  olunur.  Müxtəlif  sferaların  mühafizəçiləri  yuxarıya  və 
aşağıya  gedən  yollarda  dururlar.  Əgər  bu  təlimlər  fərdi  ruha  kifayət  qədər  həkk 
olunmuşdursa,  bu  bütünlüklə  ruhu,  yeni  inkarnasiya  üçün  yüksək  ruhi  varlıqlarla 
birlikdə şüurlu iştiraka hazırlayacaqdır. 
Krişnanın  anası  hələ  bakirə  qız  olanda  Günəş  allahı  insan  şəklində  saysız-
hesabsız  işığın  şəfəqlərində  onun  yanına  gəlmişdi.  Krişna  doğulanda  isə  mələk 
anaya demişdi ki, qardaşı Kansa onun uşağını öldürməyə cəhd edəcəkdir, ona görə 
də  qoy  ana,  saraydan  qaçıb  Meru  dağının  ətəyində  çobanlar  arasında  yaşasın. 
Dayısı uşağı öldürmək üçün qırmızı kəkilli ilan göndərdi və Krişina onu ayağı ilə 
tapdalayıb öldürməyə qadir idi. 
Krişinanın çox titulları arasında «İnək naxırçısı» və «Sağıcıların Sahibi» də 

219 
 
var  idi.  O,  sadə  kəndli  həyatı  sürürdü.  Yerli  sağıcıların  hamısı  bu  boylu-buxunlu 
gəncə vurulmuşdu. O, fleyta çalmağı və sağıcılarla eşq rəqsini etməyi sevirdi. Ona 
vurulmuş  sağıcılarla  rəqs  edəndə,  qızların  hamısı  onun  əlindən  tutmaq  istəyirdi, 
ona  görə  də  o,  özünü  çox  sayda  olan  formalara  salırdı  ki,  hər  qız  əmin  olsun  ki, 
həqiqi  Krişinanın  əlini  məhz  onun  özü  tutmuşdu.  Krişna  bir  çolaq  qızı  sağaldıb, 
onu gözəl etmişdi. Həm də o, özü kasıb kənd adamı kimi yaşayırdı. 
Nəhayət Krişina bütün maskalarından imtina etməyi qərara aldı. O dayısının 
şəhərinə yenidən girəndə, özünü əhalinin xilaskarı elan etdi. Kansa oxatanları onu 
şəhid  etdilər.  Krişinanın  ölümü  ilə  Qaranlıq  Era  başlandı.  Frimasonlar  Kali 
Yuqanın  –  Qaranlıq  Eranın  sonunun  yaxınlaşmasını  Qərb  dünyasının  böyük 
şəhərlərinin  mərkəzində  nəhəng  abidələr  dikəltməklə  xatırlayırlar.  Səpələnmiş 
qaranlıqda  işıq  gəlib  çıxdı.  Krişina  ölən  kimi  digər  böyük  şəxsiyyət  yaşa  doldu, 
işıq gəzdirən doğuldu, necə ki, üç min il sonra İisus Xrist inkarnasiya edəcəkdi. 
Bizim eradan əvvəl üçüncü minillikdə Çin xalqı tayfa qaydasında yaşayırdı, 
köçəri  mövcudluq  keçirirdi.  Onların  düşərgələrindən  birində  qeyri-adi  bir  şəxs 
doğuldu.  Min  illər  sonra  göyün  digər  yüksəltdiyi  varlıq,  yerə  düşdü,  bu  İusus 
Xrisitin  inkarnasiyası  üçün  idi.  Beləliklə,  bu  vaxt  həmçinin  Lutsifer  də  yenidən 
doğuldu. Lutsiferin doğulması müdrikliyin başlanğıcı idi. 
Orfey  ədədləri  icad  etmişdi.  Lakin  Orfey  erasında  ədədlər  barədə  ruhi 
mənanı  nəzərə  almadan  düşünmək  mümkün  deyildi.  Lutsiferə  görə  hansısa  bir 
simvolik əlaqə kimi mənasız düşünmək mümkün oldu. Adamlar bu vaxt ölçməkdə, 
hesablamaqda  və  inşa  etməkdə  sərbəst  idilər.  Misir  çarı  Coserin  vəziri  İmhotep 
«qurucu  heykəltəraş  və  daş  vazalar  düzəldən»  kimi  tanınırdı.  O,  həmçinin  «Baş 
müşahidəçi»  idi,  bu  isə  Misirdə  ən  yüksək  keşiş  titulu  idi.  Bəzi  hallarda  bu, 
ulduzları  örtən  örtüyü  hörən  kimi  başa  düşülürdü.  İmhotep  qədim  dünyada  həm 
məşhur  qurucu,  həm  də  Pilləli  piramidanın  axtitektoru  idi.  Böyük  Piramidanı 
yaratmaq  isə  daha  qeyri-adi,  demək  olar  ki,  möcuzəli  bir  iş  idi.  Gizli  tarixə 
müvafiq  olaraq,  bu,  ilk  Misir  tikilisi  idi.  Şərti  tarixçilər  belə  güman  edirlər  ki, 
misirlilərin  lövcalıqdan  xəbər  verən tikintisi  «mastaba»  adlanan  sadə birmərtəbəli 
sərdabələrdən  başlayıb,  Pilləli  piramidadan  keçərək  öz  kulminasiyasını  mürəkkəb 
Böyük Piramidada tapdı. 
Gizli  təlimdə  Böyük  Piramida  b.e.ə.  3500-ci  il  illərdə  Misirdə  və  Şumerdə 
böyük  sivilizasiyaların  əsası  qoyulduqdan  əvvəl  tikilmişdi.  Bu  elə  vaxt  idi  ki, 
əvvəllər də mövcud olmuş konstruksiyalar daş dövrələrdən və digər «dövrə şəkilli» 
abidələrdən ibarət idi. 
Böyük  Piramida  şərti  olaraq  sərdabə  idi.  Gizli  tarix  nöqteyi-nəzərindən  bu 
anaxronik  izah  idi.  Bu  həmin  vaxt  bir  universal  inam  idi  ki,  bütün  insan  ruhları 
ölümdən sonra planetar sferalardan keçərək ulduzlara doğru səyahət edirlər. Böyük 
Piramida nəhəng yenidən doğulma maşını idi. 
Misir  sivilizasiyası  bəşər  təkamülündə  yeni  böyük  impulsu  təmsil  edir,  bu 
materiyanın  maya  və  ya  illyuziya  olduğunu  öyrədən  Şərq  sivilizasiyasından 
fərqlidir.  Misirlilə  Qərbin  böyük  spiritual  missiyasının  başlanğıcını  qoydular, 
bəzən bu əlkimya, Sufizm, Frimasonluq və digər hər yerdə olan gizli cəmiyyətlərdə 
isə İş adlanır. Böyük Piramida bu sübutun ilk təzahürü idi. 

220 
 
Misir  sivilizasiyasının  qalxması  ilə  eyni  vaxtda  Dəclə  və  Fərat  çayları 
arasında Şumer sivilizasiyası yüksəlməyə  başladı. Şumerin ilk şəhərlərindəki ailə 
evlərində əcdadların və aşağı allahların heykəlləri var idi. Kəllə bəzən kiçik ruhun 
yaşaya biləcəyi «ev» kimi saxlanırdı. Bu vaxt daha böyük ruh şəhərin mənafelərini 
himayə etməklə, «allah evində» yaşamaq üçün saxlanırdı. Bu, məbəd kompleksinin 
mərkəzindəki tikili idi. Bu şəhərlər böyüdükcə allah evləri də böyüyürdü, o vaxta 
qədər ki, onlar ziqquratlara, iri pilləli piramidalara çevrilirdi. 
Bir  qayda  olaraq  onlar  saman(  çiy)  kərpicdən  tikilirdi.  Hər  bir  ziqquratın 
mərkəzində iri otaq var idi və orada allahın heykəli məskunlaşırdı. Otağa qiymətli 
metallar və daş-qaş qoyulurdu və o gözqamaşdırıcı parçalarla bəzədilirdi. 
 Mixi  mətnlərə  görə,  Şumer  allahları  yeməyi,  içməyi,  musiqini  və  rəqs 
etməyi sevirdilər. Yeməklər masa üzərində qoyulurdu, sonra allahlar tək buraxılırdı 
ki, onları yesin. Bir müddət keçdikdən sonra keşişlər otağa gəlir və qalan hər şeyi 
yeyirdilər.  Allahlar  həmçinin  yatmaq  üçün  çarpayıya  ehtiyac  duyurdular.  Bəzi 
intim məqsədlər üçün onlar yuyunur, geyinir və ətirlənirdilər. 
Şumer  sivilizasiyasının  böyük  qəhrəmanı  Qilqameş  Uruk  çarı  idi.  onun 
əhvalatı  səfehliklə  dolu  idi.  O,  müstəsna  emosiyaya,  narahat  olmaqla  dəlilik 
xüsusiyyətlərinə malik idi. Gənc çar barədə əhvalatın başlanğıcında, o, «buynuzla 
vuran öküz» adlanırdı. Dağ keçidlərini açır, quyular qazır, tədqiqat aparır, döyüşə 
yollanırdı.  O,  digər  adamların  hamısından  güclü  idi,  gözəl  və  igid  olmaqla  eşq 
düşkünü idi, heç bir bakirə qız ondan yayına bilmirdi, – lakin tənha idi. O, hansısa 
bir dosta malik olmağı ürəkdən arzu edirdi, elə biri ilə dost olmaq istəyirdi ki, ona 
bərabər olsun. 
Beləliklə,  allahlar  Enkidunu  yaratdılar.  O,  Qilqameş  kimi  güclü  idi,  lakin 
vəhşi idi, bütün bədəni tüklərlə örtülmüşdü. O, vəhşi heyvanların arasında yaşayır, 
onların  yediklərini  yeyir,  çaylardan  su  içirdi.  Bir  gün  ovçu  bu  qəribə  varlıqla 
meşədə üz-üzə gəldi və bunu Qilqameşə çatdırdı.  
Qilqameş ovçunun söylədiyi əhvalatı eşitdikdə, ürəyində bilirdi ki, bu adam 
onun  çoxdan  gözlədiyi  dostudur.  O,  əla  plan  tutdu.  Məbəddəki  fahişələrdən  ən 
gözəlini  təlimatlandırdı  ki,  çılpaq  şəkildə  meşəyə  getsin,  vəhşi  adamı  tapıb,  onu 
əhlilləşdirsin.  Qız  onunla  eşq  macərasını  yaşayanda,  o,  yaddan  çıxardı  ki, 
Qilqameş  bundan  xəbər  tutacaqdır,  axı  onun  evi  təpədə  idi.  Enkidu  vəhşi 
heyvanların  yanına  gələndə,  onlar dəyişikliyi  hiss  etdilər və artıq onunla  birlikdə 
gəzmədilər, ondan uzaq qaçdılar. 
Qilqameş  və  Enkidu  Urukda  bazar  meydanında  görüşəndə,  burada 
pəhləvanların  güləş  yarışı  gedirdi.  Bütün  əhali  tamaşaya  baxmağa  toplaşmışdı. 
Qilqameş  Enkidunun  kürəyini  yerə  vuraraq,  ona  qalib  gəldi.  Beləliklə,  məşhur 
dostluq  belə  macarəlar  seriyasından  başladı.  Onlar  panterlər  ovlayır,  sirr 
meşəsindən  keçən  yolu  qoruyan  monstru  izləyirdilər.  Onlar  Göy  öküzünü 
öldürəndə, Qilqameş onun buynuzlarını öz yataq otağının divarından asdı.  
Lakin  sonra  Enkidu  özündə  təhlükəli  xəstəlik  hiss  etdi.  Qilqameş  isə 
dünyanın  qurtaracağındakı  tavernada  öz  sonluğunu  tapdı.  Qilqameşin  ölümü  ilə 
böyük ziqquratlar dövrü baş verdi. Babil qülləsi əhvalatı, göyə qədər qüllə tikmək 
cəhdi  bütün  bəşəriyyəti  birləşdirən  vahid  dilin  itirilməsi  ilə  nəticələndi.  Bütün 

221 
 
xalqlar  və  tayfalar  özlərinə  məxsus  olan  ruha  və  bələdçi  mələklərə  bağlı  oldular, 
onlar  yüksək  allahları  nəzərdən  qaçırdılar.  Bu  yüksək  allahlardan  yuxarıda  və 
uzaqda  isə  böyük  kosmos  zəkası  dururdu,  oradan  kainatın  bütün  müxtəlif 
hissələrinə  bir  tale  verirdi.  Ziqquratlar  maddi  mənalarda  ölçməyin  səhv  cəhdini 
təmsil edirdi. 
Babil  qülləsini  Ovçu  Nimrod  tikdirmişdi.  Bibliyanın  «Başlanğıc»  kitabı 
Nimrodu  yer  üzünün  ilk  hökmdarı  adlandırır.  Arxeoloqlar  müəyyən  etmişlər  ki, 
Nimrod  Enmer-kar  adlı  tarixi  şəxsiyyətdir,  ona  da  Ovçu  Enmer  deyirdilər.  O, 
Urukun  ilk  çarı  olmaqla,  qonşuluqdakı  Aratta  çarına  məktub  göndərib,  ondan 
təzminat  pulu  tələb  etmişdi.  Qədim  yəhudi  ənənəsində  Abrahamın  hökmən 
doğulacağı barədəki peyğəmbərlik, Nimrodu körpələr kütləsinin qırmağa sövq etdi. 
Bununla  o,  körpə  uşaqların  qurban  verilməsi  qaydasını  yaratdı,  onların 
bədənləri böyük tikililərin bünövrəsində basdırılırdı. 
Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin