IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
210
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
formalı kristallar olmuşdur. Nümunələr xüsusi tarazlığa gətirilməmiş və bilavasitə sintezdən sonra
ölçmələrə hazırlanmışdır. Ölçülər 1V gərginlik altında aparılmışdır. Ölçmə sxemində nümunə həm
müqavimət, həm də tutum kimi istifadə edilmişdir.
Göstərilən sxemlər üzrə ardıcıl olaraq nümunələrin tutumları, xüsusi müqavimətləri, dielektrik
itkiləri, dielektrik nüfuzluğunun həqiqi və ideal hissələri (
və ) ölçülmüş və hesablanmışdır. Alınan
ölçü məlumatlarına əsasən axtarılan xassələrin tezlikdən asılılıq qrafikləri qurulmuşdur. Məlum
olmuşdur ki,
- СuInSe
2
-nin xüsusi müqaviməti 1000 Hs tezliyə qədər tezlikdən çox az dəyişir.
Dielektrik itkisinin (D) və dielektrik nüfuzluğunun tezlikdən asılılığı 200 Hs-ə qədər 4-5 dəfə dəyişir.
Sonrakı tezliklərdə onların qiymətləri praktiki olaraq dəyişməz qalır.
NİKELİN(II) MÜXTƏLİF AZOBİRLƏŞMƏLƏRLƏ ƏMƏLƏ
GƏTİRDİYİ KOMPLEKSLƏRİN SPEKTROFOTOMETRİK TƏDQİQİ
V.İ.MƏRDANOVA, G.Q.NƏZƏROVA, R.Ə.ƏLİYEVA, F.M.ÇIRAQOV
Bakı Dövlət Universiteti
vusala_chem@mail.ru
AZƏRBAYCAN
Müasir texnikanın əsasını metallar və metal ərintiləri təşkil edir. Müasir dövrdə geniş istifadə
olunan atom enerjisi yeni materiallara yüksək təlabatlar qoyur. Sənayenin sürətlə inkişaf edən
sahələri-kimya, neft, maşınqayırma, trasport və s. Yüksək davamlı nikel ərintiləri geniş tətbiq olunur.
Nikel yüksək kimyəvi və mexaniki xassələrə malikdir. Nikelin oda, turşuya, karroziyaya davamlı,
maqnit, elektrik, termoelektrik, yüksək fiziki xassəli ərintiləri geniş tətbiq olunur. Bundan başqa
nikelin ərintiləri atom reaktorlarının kanstruksiualarında istifadə olunur.
Ərintilərin keyfiyyətini yaxşılaşdırmaq və texnoloji xassə vermək üçün nikeldən istifadə olunur.
Buna görə nikelin təyini üçün yüksək analitik xarakteristikalara – həssaslıq, seçicilik, dəqiqliyə malik
metodikaların işlənməsi aktual problemdir. Son illər ədəbiyyat məlumatlarının təhlili göstərir ki, bu
elementlərin təyini üçün iqtisadi səmərəliliyə və sadə cihaz təminatına malik fotometrik analiz metodu
geniş tətbiq olunur. Ədəbiyyatdan məlumdur ki, nikelin(II) spektrofotometrik təyini üçün bu və ya
digər analitik xarakteristikaları yüksək olan nəticələr hidroksiazobirləşmələrin (-OH, -N
N-) tətbiqi
nəticəsində mümkün olmuşdur. Ona görə də göstərilən funksional analitik qruplar saxlayan reagent-
lərin – piroqallol və
-diketonun azotörəmələrinin səthi - aktiv maddələr və aminlər iştirakında
kompleks əmələ gətirməsinin fiziki-kimyəvi xassələrinin öyrənilməsi və analitik tətbiqi aktual prob-
lemdir.
Təqdim olunan işdə piroqallol və
-diketon əsasında sintez olunmuş üç üzvi reagentdən istifadə
olunmuşdur. R
1
-2,2´,3,4-tetrahidroksi-3´-sulfo-5'-nitroazobenzol, R
2
-1-fenil-2,3-dimetilpirazalon-5-
azo-4-piroqallol, R
3
-(1-fenil-2,3-dimetil-pirozolon-5) azopentadi on-2,4
Eyniliqandlı və müxtəlifliqandlı komplekslərin tərkibi izomolyar seriyalar, Starik-Barbanelin
nisbi çıxım və tarazlığın sürüşməsi metodu ilə təyin edilmişdir.Nikelin tədqiq olunan binar və
qarışıqliqandlı kompleks birləşmələrinin spektrofotometrik xarkteristikaları verilmişdir.
Kompleks pH
opt
λ
mak
,
nm
Kompleksin
tərkibi
Ber q.-na tab.,
mkq/ml
LgK
1
Ni-R
1
4 459
16000
1:2
0.12-2,32
4.24
0.04
Ni-R
1
-SPCl 3
467
18600
1:2:2 0,12-2,32 4.98
0.03
Ni-R
1
-SPVr 2
471
20500
1:2:2 0,07-2,32 5.85
0.05
Ni-R
1
-STMAVr 2 472
21200 1:2:2
0,07-2,32
6.12
0.07
Ni-R
2
6 510
10000
1:2
0.12-2,32
8,75±0,05
Ni-R
2
-SPCl 3
537
18600
1:2:2 0,07-2,32 9,35
0,05
Ni-R
2
-SPVr 4
541
17250
1:2:2 0,07-2,32 9,05±0,05
Ni-R
2
-STMAVr 5 563
15000 1:2:2
0,12-2,32
8,90
0,03
Ni-R
3
7 411
6250 1:2
0.37-2.78
4.24±0.04
Ni-R
3
-DAPFM 6 321
12800
1:2:1
0.37-2.78
4.75.±0.05
Ni-R
3
-Ox 6
315
18000
1:2:1 0.23-2.83
4.98.±0.03
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
211
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Komrlekslərin spektrofotometrdə çıxarılmış spektrlərinə əsasən Ni-R
1
-SPBr, Ni-R
1
-STMABr, Ni-
R
2
, Ni-R
2
SPCl, Ni-R
2
-SPBr, Ni-R
2
-STMABr komplekslərinin udma spektri reaktivin udma spektri ilə
müqayisədə dalğa uzunluğunun artma istiqamətinə yerini dəyişdiyindən bataxrom, Ni-R
1
, Ni-R
1
-SPCl,
Ni-R
3
, Ni-R
3
-DAPFM, Ni-R
3
-Ox komplekslrində isə əksinə olduğu üçün gibsaxrom yerdəyişmə
müşahidə olunur. Ədəbiyyatdan məlumdur ki, üzvi molekula daxil edilmiş funksional qrupların
təbiətindən asılı olaraq bir aromatik nüvə müsbət, digəri isə mənfi yüklənir və nəticədə bu nüvələrin
qarşılıqlı təsiri hesabına -π- kompleks əmələ gəlir. Nəticədə liqandın işıqudma spektrində batoxrom
sürüşmə müşahidə olunur.
Cədvəldən göründüyü kimi ikinci liqandların təsirindən kompleksəmələ gəlmənin optimal şəraiti
daha turş mühitə sürüşür və reaksiyalar yüksək kontraslığa malikdirlər.
Rəngli analitik reaksiyaların əsas məhsulları daxili kompleks birləşmələr¬dir. Metalların üzvi
liqandlarla daxili kompleks birləşmələrində əsas xüsusiyyətlərdən biri onların tsikl əmələ gətirməsidir.
Bu zaman metal ən azı iki müxtəlif liqand atomu ilə birləşir. Məlumdur ki, kompleks birləşmələrin
vacib xarakteristikalarından biri onların davamlılıq sabitidir. Davamlılıq sabitlərinin qiyməti cədvəldə
verilmişdir.
Reaksiyaların digər analitik parametrlərini, yəni seçiciliyini öyrənmək üçün kompleksəmələgəlmə
reaksiyalarına kənar ionların və pərdələyicilərin təsiri öyrənilmişdir. Təcrübə göstərir ki,
müxtəlifliqandlı komplekslərin əmələgəlməsi ilə əlaqədar olaraq müxtəlifliqandlı komplekslərin
seçiciliyi binar sistemə nisbətən yüksəkdir.
Nikel(II) standart torpaq nümunələrində, dəniz suyunda, , ərintilərdə, vulkan mənşəli süxurlarda
təyini metodikaları işlənmiş və alınmış nəticələrin düzgünlüyü pasport göstəricilərinə və əlavə etmə
metodu ilə alınmış nəticələrə əsasən müəyyən edilmişdir.
DUFF REACTIONS OF CYCLOALKYLPHENOLS
Ch.Q. RASULOV
Azerbaijan NAS Institute of
Petrochemical Processes named
after Yu.G.Mamedaliyev
AZERBAİJAN
M.M.CHALISHKAN
The department of industrial
technology of drugs
National University of Pharmacy
mcaliskan@qu.edu.az
AZERBAİJAN
R.Z. BAGIRZADE
Azerbaijan NAS Institute of
Petrochemical Processes named
after Yu.G.Mamedaliyev
AZERBAİJAN
Derivatives of phenols have widely used in industry. One of the important derivatives of phenol is
salicil aldehyde derivatives . In this compound one of ortho position hydrogen of phenol displaces
with formyl group.For this reason it is also called 2-hydroxybenzaldehyde or ortho-
hydroxybenzaldehyde . It is an organic compound with the formula C
7
H
6
O
2
. Benzene ring contains
two functional groups: a hydroxyl and aldehyde one. This colorless liquid has a bitter almond odor at
higher concentrations In the nature it is found in Spiraea oil.
In the chemical industry and in medicine industry salicilaldehyde is used as an important
intermediate in the manufacture of herbicides and pesticides . Salicylaldehyde and its derivatives can
be used in perfume, fragrances, dyes, pharmaceuticals, as preservatives in cosmetic products,
fragrances, essential oils in various biological applications. antibacterial . Because of containing
hydroxyl group and carbonyl group , they are used as chelates . Metal chelates are used in fertilizers .
But they are are stable compounds for this reason they are not favourable .
The main processes for synthesis of salicilaldehyde is based on the use of phenol as a raw
material. One method consists in preparing the salicylaldehyde phenol and chloroform by heating with
sodium hydroxide or potassium hydroxide in a Reimer-Tiemann reaction.
Salicylaldehyde can be synthesized by the reaction between formaldehyde and phenol in the
presence of a complex of magnesium methoxide in an anhydrous medium as a catalyst.
Salicylaldehyde can be also synthesized from the oxidation of hydroxyl benzyl alcohol. Another
method is the electrolytic reduction of salicylic acid.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
212
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Salicyaldehyde can be obtained by Duff (
hexamine aromatic formylation)
reaction . This
reaction was first reported by Duff and Bills in 1932. It is the formylation of phenol derivatives in a
mixture of hexamethylenetetramine by using different solvent and catalyst. In our research we
obtained 5-cycloalkyl-2-hydroxybenzaldehyde by Duff reaction because this reaction is normally very
fast and usually gives only ortho-formylated (or a small amounts of ortho, para-disubstituted) product.
In our study , cycloalkylphenols are reacted with hexamethylenetetramine in the presence of
glacial acetic acid as a solvent .Reaction is occurred at 130
o
C and 105 minutes .
The chemical structures of synthesized5-cycloalkyl-2-hydroxybenzaldehyde were confirmed by
spectrums.
The aminomethylation reactions of 5-cycloalkyl-2-hydroxybenzaldehydewith imidazoles and
aniline have been investigated. The effect of various parameters to the yield of desired products was
studied and optimal conditions was found for each reactions.
Structural formula , element composition, physico-chemical parameters of 5-cycloalkyl-2-
hydroxybenzaldehyde were determined and they were presented as a Schiff base for catalyst which
are used oligomerization of polyolefins.
BUTADİEN-NİTRİL KAUÇUKU ƏSASINDA RADİASİON-KİMYƏVİ
ÜSULLA NANOKOMPOZİT MATERİALLARIN ALINMASI, REOLOJİ
VƏ PLASTO-ELASTİK XASSƏLLƏRİNİN TƏDQİQİ
Rəna F. XANKİŞİYEVA
AMEA Radiasiya Problemləri İnstitutu
rena-namazova@yandex.ru
AZƏRBAYCAN
Müxtəlif polimer və oksid metallar əsasında nanokompozit materiallarının alınması, tədqiqi və
tədbiqi zərurəti bu gün üçün vacib olan fundamental problemdir. Nanokompozit materialların ayrı-ayrı
komponentlərin xassələrini özündə birləşdirməsi, alınma texnologiyasının mürəkkəb bir sahə olması,
polimer və nanohissəciklər arasında yaranmış qarşılıqlı təsir hesabına müşühidə olunan yeni xassələrin
üzə çıxması, yüksək effektivliyə malik bu materialların inkişaf perspektivləri artırır. Metal oksidlərin
elastik polimerlərdə yaxşı həllolma qabiliyyətini nəzərə alaraq, elastomerlərin emal və texnologiya-
sında geniş tətbiq olunur. Butadien-nitril tipli elasto-polimerləri, nanohissəcikli müxtəlif ölçülərə
malik oksid metalların iştirakı ilə digər tikici və aktiv monomerləri əlavə etməklə γ-şüasının təsiri ilə
vulkanlaşdırdıqda, elastomerin ilkin xassələrini saxlamaqla, polimer və polimer materialına yeni
xassələr vermək olur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
213
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bu baxımdan müxtəlif üzvi və qeyri üzvi
birləşmələrin polimerdə nano ölçülü hissəciklərin
iştirakı ilə texnoloji vulkanlaşma prosesinin aparıl-
ması, tədqiqat və tətbiqi sahələrinin müəyyən edil-
məsi, fazalar arası təbəqənin quruluşunun öyrənil-
məsi aktual problemlərdəndir.
Tədqiqat işinin əsas məqsədibutadien nitril
kauçukunun (BNK) əsasında nanohissəcikli müxtəlif
metal oksidlərin (Al
2
O
3
, ZrO
2
, ZnO) və aromatik
xlor üzvi birləşmə, aktiv tikici agent olan disulfo
xlorid benzolun (DSXB) iştirakı ilə alınmış, nano-
kompozit materialın γ-şüasından və temperaturun
təsirindən asılı olaraq reoloji, plasto-elastik xassə-
lərinın dəyişməsini araşdırmaqdır.
Butadien-nitril əsaslı nanokompozit materiallar,
laborator vərdənədə 30-40°C-də, 15-20 dəq. inqri-
dientlərin fasiləsiz qarışdırılması ilə alınıb və daha
sonra radiasiyanın təsiri ilə vulkanlaşdırılıb. Şüalandırma zamanı istifadə edilən enerji mənbəyiγ şüası,
P=6.7 Gr/s , 20
◦
C.
Kvazi sistemdə plastikasiya prosesi, polimerin sürətlə tikilməsinə və nəticədə zol fraksiyaya görə
molekul kütləsinin və Müniyə görə isə özlülüyün artımına səbəb olur. Bu hadisə polimerin dispers
ortalıqla dispers aralıq arasında mexaniki təzyiqin olması, alınmış nanokompozitin faza keçidinin
dəyişməsi ilə əlaqədar olması ehtimal olunur. Tədqiq olunan kvazi sistemin plasto-elastik və struktur
xassələri cədvəl 1-də verilmişdir.
Təyin olunmuşdur ki, BNK əsaslı nanokompozitlərdə, DSXB və metal oksidlərin iştirakı olma-
dan vulkanlaşma prosesi zəif gedir. Vulkanlaşma prosesini hər üç nanooksid metalların iştirakı ilə
aparıl-masında məqsəd, onların prosesə fərqli təsirini müqayisə etməkdir. Sistemlərdə gedən
dəyişikliklər, γ-şüasının təsirindən elastomerdə baş verən oksidləşmə prosesi ilə əlaqəlidir. Radiasion
vulkanlaşma prosesinin sürətinə, plastikasiya müddətinə əsasən, nano ölçülü oksid metalların
aktivliyini aşağıdakı kimi göstərə bilərik: ZrO
2
< Al
2
O
3
< ZnO
Aparılmış tədqiqat işi göstərmişdir ki, qurulmuş sistemlərdə oksid metalların aktivliyi səthin
sıxlığından, nanohissəciklərin ölçüsündən çox asılıdır. Belə ki, ZnO elastomerin digər tikici agentin
iştirakı ilə vulkanlaşma və plastikasiya prosesini apardıqda, Al
2
O
3
və ZrO
2
nisbətən daha aktivdir.
Qamma şüasının təsiri ilə (50-500 kQr) aparılan vulkanlaşma zamanı radiasiya-kimyəvi reaksiyanın
sürətini artırmaq üçün, nanohissəcikli metal oksidlərin rolu böyükdür. Bu nano oksid metalların, hər
birinin reaksiyaya təsir mexanizmi müxtəlifdir. Aparılan analizlərə görə müəyyən olunmuşdur ki,
radiasion-kimyəvi vulkanlaşma zamanı nanohissəcikli metal oksidin, tikici agent olan DSXB-nın
polimer molekuluna təsiri nəticəsində HCl-un ayrılması baş verirr.
Qamma şüasının təsiri ilə vulkanlaşmış nanokompozit materialların Muniyə görə özlülüyü şəkil
1-də göstərilmişdir. Şəkildən göründüyü kimi, burada ZnO nanohissəciyinin iştirakı ilə alınmış
nümunənin Muniyə görə özlülüyü yüksəkdir və vulkanlaşma prosesinə daha aktiv təsir edir. Al
2
O
3
və
ZrO
2
nanohissəcikləri isə tikilmə prosesinə zəif təsir edir.
Beləliklə, aparılan tətqiqat işində BNK əsasında, nanohissəcikli oksid metalların və aktiv tikici
agent olan DSXB-nın iştirakı ilə, radiasion-kimyəvi üsulla alınmış nanokompozitlərdə yeni, C-C
kimyəvi əlaqələrin yaranması hesabına molekul kütləsinin artması müşahidə olunur və nəticədə
reoloji, plasto-elastik xassələrində dəyişikliklər baş verir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
214
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
KİMYANIN TƏDRİSİNDƏ TƏCRÜBƏ VİDEOLARININ İSTİFADƏSİ
Müasir dövrdə təhsil sistemində baş verən yeniliklər bir sıra islahatlara gətirib çıxarmışdır.
Bununla yanaşı, müasir təlim texnologiyalarının inkişafı təhsildə bir çox üsulların formalaşmasına və
eləcə də şagirdlərin biliklərini möhkəmləndirməsinə, aldıqları təhsilin məqsədyönümlü olmasına,
praktiki üsullarla qavradığı dərslərin mənimsənilməsinə şərait yaradır.
Texnologiyanin inkişaf etdiyi dövrdə kimya dərslərinin daha effektiv tədrisi üçün texnoloji
vasitələr (animasiyalar, video, multimedia) çox tez-tez istifadə olunmağa başlanıldı. Həmin vasitələr
sinifdə və ya sinif xaricində hadisələrin tez və ya yavaş vəziyyətdə, mikroskopik səviyyədəki kimyəvi
prosesləri hərəkətli tərzdə göstərməyə imkan verməktədir.
Kimya fənninin tədrisində istifadə olunan video üsulu tədris metodikasında uğurlu nəticənin əldə
olunmasına kömək edir. Bu cür üsullar şagirdlərdə düşünmə, yaratma və araştırma kimi bacarıqlarını
inkişaf etdirməkdə, şagirdlərin motivasiyasını, elmə qarşı marağını və diqqətini artırmaqdadır. Dərs-
lərdə videolar hər baxımdan faydalı bir vasitədir. Mövzunun nisbətən çətin olduğu anlarda videolar
hadisələri açıqlamağa və təqdim etməyə imkan verməktədir. Kimya dərslərində praktiki olaraq
keçirilən təcrübələrin təhlükəli olması və ya istifadə üçün nəzərdə tutulan kimyəvi maddələrin
təhlükəli olması, avadanlıqların çatışmaması və ya cihazların bahalı olmasına görə şagirdlər təhsil
ortamında bu təcrübələri həyata keçirə bilmir. Belə təcrübələr videolar ilə həm dərsin gedişatına
nəzarət edilərək zaman itkisi olmadan təqdim olunacaq, həm də təcrübələr şagirdlərin təhlükəsizliyi
baxımından izahlı şəkildə videolarda öyrədilərək izləniləcəkdir.Ancaq videoların tədris üsuluna
faydası ilə yanaşı, bəzi əksikliklərinin olmasını da qeyd etmək lazımdır.
1.Videolarda istifadə olunacaq təcrübələrə aid maddələrin qoxusu ilə bağlı məlumatları təqdim
etməməsi
2.Mikroskopik səviyyədə baş verən hadisələri (elektron verib-alma, rabitə qırılması və ya
atomların birbirinə bağlanması və.s) göstərə bilməməsidir.
Bütünlüklə, dərsdə videodan istifadə edilməsi videonun müəllimin yerini alması ilə nəticələnir.
Buna görə də müəllim videonu şagirdlərə izlətdirərkən video ilə bağlı bəzi suallar yönləndirə bilər.
Bununla da sual-cavab əsasında video dərs təqdim olunacaqdır.
Bir videonun hazırlanması lazım olan məlumatların toplanmasına və uyğun görüntü seçiminə
əsaslanır. Video hazırlama çox vacib bir pillədir. Bu pillədə videoda yer alacaq məlumatlar və
mövzular şagirdlər üçün faydalı, sadə və rahat başa düşülən olmalıdır. Buna əsasən bir videoda yer
alacaq əsas faktorlar aşağıdakılardır:
1.Görüntü və səsin yerləşdiyi məlumatlar
2.Səsləndiriləcək mətnin hazırlanması
3.Səsləndiriləcək mətnin uzunluğu
4.Geniş və dar planda çəkiləcək görüntülərin yer alması
5.Görüntünün ekranda qalma müddəti
6.Videonun müddəti
7.Videoda görüntü və səs uyğunluğunun olması
8. Video çox sayda hadisəni göstərməməlidir
Videonun hazırlanmasında videonun müddətinin qısa olması vacibdir. Çünki uzun müddətli
videolar öyrənmək üçün negativ bir təsir yarada bilər. Hazır ediləcək bir video 1) giriş 2) inkişaf və 3)
nəticə hissələrinə bölünməlidir. Giriş hissəsində təcrübədə istifadə olunacaq avadanlıqlar, inkişaf
hissəsində kimyəvi hadisələrin görüntülənməsi və nəticə hissəsində isə mövzu haqqında alınan
nəticələr qeyd edilir.
Video materialın izahına aid yazılı nümunə
Dərs: Kimya
Fəaliyyət: Turşular
Nigar MƏMMƏDLİ
Qafqaz Universiteti
nmemmedli6@std.qu.edu.az
AZƏRBAYCAN
Sevda MƏMMƏDOVA
Qafqaz Universiteti
AZƏRBAYCAN
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
215
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Mövzu: Nitrat turşusunun metallarla reaksiyaları
Məqsəd: Bu fəaliyyətin məqsədi, nitrat turşusunun metallarla reaksiyasını müşahidə etmək və baş
verən proseslərə nəzarət etmək, müzakirə etməkdir.
Məlumat: Platin, qızıl rutenium, rodium, osmium və iridium istisna olmaqla, nitrat turşusu
aktivliyindən asılı olmayaraq bütün metallarla qarşılıqlı təsirdə olur. Digər turşulardan fərqli olaraq,
nitrat turşusunun metallarla reaksiyasından hidrogen ayrılmır.
Fəaliyyətin tətbiq edilmə üsulu: Bu təcrübəni aparmaq üçün qoruyucu vasitələrdən (eynək və
əlcək) istifadə olunmalıdır. Tənəffüs yollarında yarana biləcək ciddi problemlərin qarşısını almaq üçün
uyğun havalandırma sistemi olmalıdır. Nitrat turşusunun metallarla reaksiyasına aid video materialda
kimyəvi prosesin hansı formada aparılmasını və nəticədə nə əldə edəcəyimizi görə bilərik. Şagirdlərin,
nəzəri bilikləri öyrəndikdən sonra həmin biliklərin praktikada necə tətbiq edildiyini bilmələri üçün bu
tip video dərslərin hazırlanıb dərsdə nümayiş etdirilməsi şagirdin dərsi daha yaxşı dərk etməsinə səbəb
olur.
Mis metalın menzurkaya daxil edilməsindən sonra mavi rəngli məhlulun alınmasına kimi ardıcıl
şəkildə hazırlanmış video material şagirdin baş verən kimyəvi prosesləri daha yaxşı və tez başa
düşməsinə imkan verir.
Əvvəlcədən plan tutmaq lazımdır ki, müəllim tələbələrin öyrənməyinə necə kömək edəcək və
onların dərsi necə dərk etməyini müəyyənləşdirəcək. Bunu təyin etmək üçün 3 fərqli mərhələdən
istifadə etmək olar:
Mərhələ 1: Şagirdlərin dərs zamanı izlədiyi videoda vacib hissələrlə bağlı suallar tərtib etmək.
Sual hazırlanarkən videonun şagirdlərə göstərilməsinin məqsədi və nəticədə nə əldə edəcəklərini əhatə
edəcək nüansları nəzərə almaq lazımdır. Dərsdən öncə sualları lövhədə yazmaq, sinifdə kağız
formasında paylamaq və ya elektron olaraq şagirdlərə göndərmək olar. Sonra, şagirdlərin cavabını
yığaraq yoxlamaq olar.
Mərhələ 2: Sinifdə videoya baxmaq. Videoda vacib olan yerləri saxlayıb şagirdlərə xüsusi
bildirmək. Video ilə şagirdlərdən arzu edilən öhdəliyi formalaşdırmaq.
Mərhələ 3: Verilən suallara əsasən tələbələrin cavablarını kiçik qruplar şəklində müqayisə edərək,
onların videoya baxmaqla dərsi necə mənimsədiklərini müəyyən etmək olar.
Beləliklə, şagirdlər müzakirə və müşahidələri ilə video materiallardan səmərəli və lazımi
dərəcədə istifadə edə bilər.
Dostları ilə paylaş: |