UOT:338.43, 636/637:338.23
AZƏRBAYCAN RESPUBLİKASINDA DAMAZLIQ QUŞÇULUĞUN İNKİŞAF
AMİLLƏRİ
Esmira Nazim qızı Lətifova, k.t.e.n.
Aqrar Tədqiqatlar Mərkkəzi, direktorun müşaviri
e-mail: esmira.latifova@atm.gov.az
Xülasə
Azərbaycanda əhalinin yüksəkkeyfiyyətli və sağlam ərzaq məhsulları ilə təmin edilməsi dövlət
siyasətinin əsas prioritetlərindən biridir. Bu məqalədə Azərbaycanda quşçuluq sənayesinin, xüsusilə də
damazlıq quşçuluq sektorunun mövcud vəziyyəti, bu sahədə qanunvericilik, dövlət siyasəti və tənzimlənmə
mexanizmləri, idxal-ixracla bağlı mövcud vəziyyət, sahənin üzləşdiyi problemlər, yeni qlobal çağırışlar
kontekstində quşçuluq sahəsinin dayanıqlı inkişafına təsir göstərən amillər və digər vacib məsələlərə
toxunulmuşdur.
Məqalədə damazlıq, həmçinin əmtəəlik quş əti və yumurta istehsalı sahəsində fəaliyyət göstərən
yerli sahibkarların problemləri və onların aradan qaldırılması yolları barədə fikirlərə də xüsusi yer
ayrılmış, quşçuluq sənayesində daxili bazarın idxaldan asılılıq vəziyyəti, qarşılıqlı münasibətlərin daha
məhsuldar formalaşdırılması yolu ilə damazlıq quşçuluğun potensialının artırılması və digər vacib
aspektlər təhlil edilmiş və müvafiq təkliflər hazırlanmışdır.
Açar sözlər: dayanıqlı inkişaf,
quşçuluq sənayesi, quşçuluqda damazlıq işi, damazlıq quşçuluq
sahəsində problemlər, damazlıq quşçuluğun inkişaf etdirilməsi.
Giriş
Dünya əhalisinin sürətlə artması 21-ci əsrin kənd təsərrüfatı sistemi qarşısında bir sıra ciddi
məsələlərin həll edilməsi zərurətini qoymuşdur. Bu zərurət dünyanın aparıcı
ölkələrinin diqqətini ərzaq
məhsulları, yem və yem əlavələri, bioenerji alınması üçün xammal materiallarının daha çox istehsal
edilməsi, iqlim dəyişikliklərinə cavab verən daha səmərəli və davamlı texnoloji üsulların istehsalatda geniş
tətbiq edilməsi yolu ilə yaxın gələcəkdə bəşəriyyətin üzləşə biləcəyi ərzaq çatışmazlığının
aradan
qaldırılmasına yönəltmişdir.
Bu məsələlərdən ən əhəmiyyətlisi sayılan əhalinin ərzaq məhsulları ilə təmin edilməsi birbaşa olaraq
kənd təsərrüfatının davamlı inkişafından asılıdır. Kənd təsərrüfatının davamlı inkişafı isə öz növbəsində