Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə48/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   44   45   46   47   48   49   50   51   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Acınohur kadastr rayonu 
Acınohur kadastr rayonuna Qax və Şəki rayonlarının qış otlaq sahələri daxildir. 
Böyük Qafqaz təbii vilayətinin cənub yamaclarında yerləşən rayon Acınohur düzünü 


və Xocaşen otlaqlarını əhatə edir. Rayonun dəniz səviyyəsindən hündürlüyü 
Acınohurda 100-500 m, Titçaya qədər olan qərb tərəfdə isə 150-250 m təşkil edir. 
Ə
razidə orta parçalanmış düzənliklərin və güclü parçalanmış dağətəklərinin çöl və 
quruçöl landşaftları yayılmışdır. Nəmişlik dərəcəsinə görə rayon yarımquraq və quraq 
zonaya aiddir (Md=0,10-0,25). 
İ
llik yağıntıların miqdarı 250-550 mm arasında dəyişir. İstiliklə təminolunma 
baxımından 10°C-dən yüksək tempera-turlann cəmi dəniz səviyyəsindən hündürlüklə 
şə
rtlənir və 4500-3800° arasında dəyişir. Buranın qışı yumşaqdır (minimal 
temperaturlar miqdarı 10-13°C-dir), vegetasiya dövrünün uzunluğu 222-210 gündür. 
Ə
razidə başlıca olaraq dağ-şabalıdı (dağ-boz-qəhvəyi), şabalıdı, tünd şabalıdı 
(boz-qəhvəyi) və başqa torpaqlar yayılmışdır. Əsas təbıi sərvəti - qış otlaqları, əsas 
ixtisaslaşma sahəsi isə otlaq heyvandarlığı (qoyunçulııq), yem istehsalıdır. 
Meyvəçilik, taxılçılıq, üzümçülük rayonun köməkçi sahələri hesab edilə bilər. 
Qusar - Qonaqkənd kadastr rayonu 
Bu kadastr rayonuna Qusar, Quba, Dəvəçi, Siyəzən, Xızı rayonlarının alçaq və 
orta dağlıq hissələri daxildir. Son tədqiqatlar burada daha bir kadastr vahidini - 
Xaltan-Xınalıq yanm-rayonunu ayırmağa imkan verir. Yeni yanmrayon Qusar, Quba, 
Dəvəçi, Siyəzən, Xızı inzibati rayonlarının kənd təsərrüfatı istehsalı üçün yararlı olan 
yüksək dağlıq sahələrini əhatə edir. Bütövlükdə rayon Böyük Qafqaz təbii vilayətinin 
ş
imal-şərq yamacında yerləşmişdir. Qusar-Qonaqkənd kadastr rayonunun ümumi 
sahəsi 476,2 min ha, yəni Azərbaycan ərazisinin 5,5%-ni təşkil edir. Əkmələr altında 
olan torpaqların ümumi sahəsi 41,8 min ha-dır. Bunlardan 13,3 min ha çoxillik 
ə
kmələr, 17,7 min ha otlaqlardan ibarətdir. Kənd təsərrüfatı ehtiyatlarına yararlı 
torpaqlann sahəsi 145,2 min ha-dır. Bütövliikdə isə bu kadastr rayonu ölkənin kənd 
təsərrüfatına yararlı torpaqlarnın 5,11%-ni və ya 180 min hektarı özündə birləşdirir. 
Bu rayonda ərazinin hündürlüyü şimalda 250-115 m, cənubda isə 950-1500 m-ə 
qədər dəyişir. Üstün landşaft tipləri güclü parçalanmış dağ-ətəklərində meşə-bozqır, 
meşə; intensiv-güclü və orta parçalanmış dağətəklərində - bozqır və qurubozqır; orta 
dağlıqlarda - enliyarpaq meşə və meşə altından çıxmış çəmən-bozqır landşaftlarıdır. 
Burada yarımquraq və yanmrütubətli zonalan fərqlən-dirmək olar 
(Md=0,25-0,45). Yağıntılann orta illik miqdarı 470-670 mm, fəal temperaturlar cəmi 
isə 3600-2400 C-dir. İI ərzində vegetasiya dövrünün uzunluğu 190-110 gündür. Ən 
çox yayılmış torpaqları qaratorpağabənzər dağ-çəmən, tipik qonur, dağ-meşə, tipik 
qəhvəyi dağ-meşə, yuyulmuş qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-qəhvəyi, açıq dağ 
boz-qəlıvəyi torpaqlardır. Dağ ərazisi olaraq rayon güclü eroziya pıoseslərinə məruz 
qalmaqdadır. Kənd təsərrüfatı istehsahnda əsas yeri meyvəçilik tutur. Meyvə 
ə
kmələrinin ümumi sahəsi 119 min ha və ya biitün ölkədəki sahələrin 21,3%-i 
qədərdir. Meyvə istehsalı isə 100,8 min s (11%) təşkil edir. 
Ə
sas ixtisaslaşma sahələri meyvəçilik, heyvandarhq, üzümçülük, taxılçılıq; 


ə
lavə sahələr isə qoyunçuluq və quşçuluqdur. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin