Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə60/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   56   57   58   59   60   61   62   63   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

1)
 Təbiəti mühafizə təyinatlı torpaqlar. Bu torpaqlara: 
-
yerüstü su axınlarının və sututarların suqoruyucu zonalarının; 
-
kürü tökülməsi üçün mühafizə zolaqlannın; 
-
qoruyucu vəzifələri yerinə yetirən meşələrin; 
-
otlaqqoruyucu, tarlaqoruyucu, suqoruyucu və eroziyaya qarşı meşə 
ə
kmələrinin; 
-
təbiəti mühafizə vəzifələrini yerinə yetirən digər torpaq sahələri aiddir. 
2)
 Torpaq qoruq təyinath torpaqlar. 
Bu torpaqlara qoruqların, yasaqlıqların (ov yasaqlıqları istisna edilməklə), təbiət 
abidələrinin, təbii (milli) dendroloji və zooloji parklann, nəbatat bağlarımn torpaqları 
aiddir. 
Qoruqların torpaqları dedikdə, hüdudlannda elmi və mədəni dəyərə malik olan 
təbiət obyektləri (tipik və nadir landşaftlar, nadir geoloji törəmələr, bitki və heyvan 
növləri, canlı orqanizm qruplan və s.) olan və qanunvericiliklə müəyyən edilmiş 
qaydada qoruq təşkilatlanna təhkim edilmiş torpaq sahələri nəzərdə tutulur. 
Yasaqhqların torpaqlarına təbii ehtiyatlann qorunub saxlanılması, bərpası, 
artırılması, eləcə də landşaftların və kompleks bioloji, paleontoloji, hidroloji və 
geoloji obyektlərin ümumi ekoloji tarazhğının qorunub saxlanması üçün nəzərdə 
tutulan torpaqlar aid edilir. 
Təbiət abidələrinin torpaqları nadir və ya tipik, eləcə də elmi, mədəni və 
sağlamlaşdırma cəhətdən qiymətli abidələrin (tarix-mədəniyyət abidələrindən başqa) 
torpaq sahələri hesab edilir. 
Təbii qoruq təyinath torpaqlarda onların məqsədli təyinatına aid olmayan 
fəaliyyətlər qadağan edilir. Bu torpaqlar onlar üçün müoyyən edilmiş mühafızə 
rejiminə uyğun gəlmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsərrüfat 
istifadəsindən geri alınır. 
Milli parkların torpaqları, təbii və mədəni landşaftları xüsusi ekoloji tarixi və 
estetik dəyərə malik olan torpaq sahələri hesab edilir. Dendroloji və zooloji parkların, 
nəbatat bağlarının torpaqlanna süni şəraitdə müxtəlif flora və fauna ehtiyatlarının 
saxlanılması, öyrənilməsi və artırılması, eləcə də onlardan səmərəli elmi-mədəni ıə 
təsərrüfat fəaliyyəti üçün istifadəyə verilən torpaq sahələri aiddir. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin