Respublikasının
Torpaq Məcəlləsindən, «Torpaq islahatı haqqında» Qanundan və
digər normativ hüquqi aktlardan ibarətdir.
Torpaq Məcəlləsi 25 iyun 1999-cu il tarixli 695-İQ saylı Azərbaycan
Respublikasının Qanunu ilə təsdiq edilmiş, 8 av-qust 1999-cu ildə dərc edilərək
qüvvəyə minmişdir.
Torpaq Məcəlləsinin məqsədi respublikamızda
torpaq üzərində mülkiyyətin
müxtəlif
növlərinin
tətbiqi
ə
sasında
yaranan
torpaq
münasibətlərinin
tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı
vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə,
torpaqlardan səmərəli istifadə və onların mühafızəsi üçün şərait yaradılmasına,
torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan
korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və
yaxşılaşdırılmasma yönəlmişdir.
Torpaq qanunvericiliyinin ən mühüm tərkib hissəsindən biri olan bu Məcəllə
torpağa aid hüquqi normalar toplusu kimi 23 fəsildən ibarətdir. Azərbaycan
Respublikasının hüdudları daxilində vahid torpaq fondu müəyyənləşdirməklə Məcəllə
bu fonda daxil olan torpaqları təyinatına və hüquqi rejiminə uyğun olaraq onların
kateqoriyalarını da dəqiq müəyyənləşdirir (2-7-ci fəsillər). Məqsədli təyinatına və
hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı
kateqoriyalara bölünür:
-
kənd təsərrüfatı təyinatlı torpaqlar;
- yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış
məntəqələrinin) torpaqları;
-
sənaye, nəqliyyat, rabitə, müdafıə və digər təyinath torpaqlar;
-
xüsusi qorunan ərazilərin torpaqları;
-
meşə fondu torpaqlan;
-
su fondu torpaqları;
-
ehtiyat fondu torpaqları (TM, maddə 9).
Torpaq qanunvericiliyinə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kənd
təsərrüfatı məhsullarımn istehsalı və emah, habelə kənd təsərrüfatı
sahəsində
elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Bu
torpaqlar-da, həmçinin kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan
müvafıq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və
qurğular quraşdırmaq olar (TM, maddə 13). Örüş, otlaq (yay və qış otlaqları) və
biçənək üçün torpaq sahələrinin də qanunvericilikdə məhz bu kateqoriyaya aid
olduğu göstərilir (TM, maddə 16).
Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə Torpaq Məcəlləsinə görə
aşağıdakılar daxildir:
-
ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət,
inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə
tutulan torpaq sahələri;
-
ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil,
park,
meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının
ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri;
-
sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye,
kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün
nəzərdə tutulan torpaq sahələri;
-
noqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu,
avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına,
mühəndis infrastrukturu və
rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər
üçün nəzərdə tutulan torpaq sahələri;
-
təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə
yerləşən, turizm və əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan
ə
razilərin, təbiəti mühafızə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və
tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqlan, habelə təbii müalicəvi xassəyə malik
olan mənbələr yerləşən
və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə
parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlərin yerləşdiyi
torpaq sahələri;
-
yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafızə zonaları,
hidrotexniki və digər su təsərrüfatı qurğularmm yerləşdiyi su obyektləri torpaqları;
-
kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr,
habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri;
-
hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri;
-
şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan
ehtiyatda qalan torpaq
sahələri (TM, maddə 18).
Qanunvericiliyə görə sənaye, nəqliyyat, rabitə və digər təyinath torpaqlara
sənaye, rabitə, nəqliyyat, ticarət, ictimaiiaşə və digər istehsal və xidmət obyektlərinin
yerləşdirilməsi və fəaliyyəti üçün ayrılan və əldə edilən torpaq sahələri sənaye,
nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır
(TM, maddə 22).
Hərbi
hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafıə və təhlükəsizlik
orqanlan müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və
fəaliyyət gös-tərməsi üçün verilmiş torpaqlar müdafıə və təhlükəsizlik təyinatlı
torpaqlar hesab edilir (TM, maddə 23).
Xüsusi qorunan ərazilərinin torpaqları - xüsusi təbiəti mühafızə, elmi,
tarix-mədəniyyət, estetik, istirahət (rekreasiya), sağlamlaşdırma
və digər mühüm
ə
həmiyyoto malik olan, müvafıq icra hakimiyyəti və yerli özünüidarə orqanları
tərəfindən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən
çıxarılan və üzərində xüsusi hüquqi rejim müəyyən edilən torpaqlardır. Bura: