Bu qiymətləndirmə rayonuna Zərdab, Kürdəmir, Ucar, Yevlax, Ağdaş rayonları
bütövlükdə, Göyçay və Ağsu inzibatı rayonlarının isə düzən əraziləri daxildir.
Aran Şirvan kadastr rayonunda torpaqların ümumi sahəsi 601,0 min ha (6,95%)
təşkil edir. Bu rayonda 214,7 min ha (35,7%) əkin sahələri, 15,9 min ha çoxillik
ə
kmolər, 4,4 min ha dincə qoyulmuş torpaqlar, 3,6 min ha örüşlər cəmlənmişdir.
Ş
irvanın aran və dağətəyi hissələrini əhatə edir. Başlıca landşaft tipləri yarımsəhra və
orta parçalanmış qurubozqırdır. Nəmlik dərəcəsinə görə (Md=0,10-0,15) ərazi
yarımquru zonaya aiddir. Yağıntıların orta illik miqdarı 250-450 mm təşkil edir.
Rayon tamamilo istiliklə təmin olunmuşdur. 10°C-dən yüksok temperaturlar cəmi
4700-3800°-yə bərabərdir. Bununla bağlı olaraq burada qış yumşaq keçir. Vegetasiya
dövrünün uzunluğu 226-211 gündür. Ərazidə əsas etibarilə tünd-boz qəhvəyi, açıq
boz-qəhvəyi, adi boz-qəhvəyi, çəmən-boz, çəmənləşmiş boz, açıq boz, boz, ibtidai
boz, subasar çəmən-meşə, subasar-çəmən və bataqlı-çəmən torpaqlan yayılmışdır.
Kənd təsərrüfatında boz-qəhvəyi, çəmən boz, boz torpaq tiplərindən xüsusilə geniş
istifadə olunur. Meliorativ çatışmazlıqları şorakətlik və şorluqdur. Aran Şirvan
kadastr rayonunun aparıcı istehsal sahəsi pambıqçılıqdır. O, bütün inzibati rayonlarda
inkişaf etmişdir.
Dostları ilə paylaş: