Daşkəsən — Gədəbəy kadastr rayonu Bu rayona Gədəbəy, Daşkəsən, Xanlar, Qazax, Goranboy, Tovuz, Şəmkir,
Ağstafa rayonlarının alçaq və orta dağlıq əraziləri daxildir. Kadastr rayonunun
ümumi sahəsi 611,9 min ha-dır ki, bu da ölkə ərazisinin 7,8%-ni təşkil edir. Rayonda
ə
kinaltı torpaqlar 4,8 min ha, çoxillik əkmələr - 9,4 min ha, dincə qoyulmuş torpaqlar
- 2,2 min ha, örüşlor - 21,0 min ha, otlaqlar, biçənəklər - 25,0 min ha təşkil edır.
Rayon Kiçik Qafqaz təbii vilayətinin şimal yamacında yerləşir. Burada güc-lü
parçalanmış orta dağhq enliyarpaq meşə və meşəsonrası çəmən-kol landşaft tipləri
yayılmışdır. Nəmlik dərəcəsinə görə bu ərazi yarımrütubətli zonaya daxil olur
(Md=0,25-0,45). Yağıntıların illik miqdarı (350-400 mm) ərazının hündürlüyün-dən
asılıdır. Ərazinin aşağı sərhəddində cüzi rütubət çatışmazhğı hıss olunur. Fəal
temperaturlar cəmi 3200-3500 C-yə bərabərdir. Rayonda dağ-çəmən, yuyulmuş
dağ-qaratorpağabənzər, karbonatlı dağ qaratorpaq, yuyulmuş qəhvəyi dağ-meşə, tünd
dağ-boz-qəhvəyi, dağ-boz-qəhvəyi torpaqlar yayılmışdır.
Meşə torpaqlanndan başqa, qalan torpaqlar kənd təsərrüfatı istehsalında istifadə
olunur. Bu kadastr rayonu kartofçuluğun əsas bazasıdır. İxtisaslaşmanın ikinci
dövrəsi - üzümçülük və taxılçılıqdır. İxtisaslaşma sahələri inzibati rayonlar üzrə
bərabər şəkildə paylanmamışdır. Kartofçuluqdan başqa, əsas sahələr - qoyunçuluq və
maldarlıqdır. Əlavə sahələr taxılçıhq, üzümçülük və bağçılıqdır.
Laçm-Qubadlı kadastr rayonu Buraya Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarının alçaq və orta dağlıq
torpaqları daxil olur. 370,5 min ha-ya bərabər olan ümumi sahəsi ölkə ərazisinin
4,2%-ni təşkil edir. Torpaq ehtiyatlarının 25,5 min ha-nı əkinaltı, 166 min ha-m
çoxillik əkmələr təşkil edir. 6,1 min ha dincə qoyulmuş, 12,8 min ha örüşlərdən
ibarətdir. Otlaq və biçənəklər 407,4 min ha-dır. Kənd təsərrüfatı istifadəsi üçün
yararlı olan 157,6 min ha torpağı vardır.
Rayon Kiçik Qafqaz təbii vilayətinin qərb yamacında, dəniz səviyyəsindən
800-1500 m hündürlükdə yerləşmişdir. İqlimi quru soyuq qışla yumşaq isti yay
arasında dəyişir. Fəal temperaturların cəmi 600-3800°, yağıntıların miqdarı 390-900
mm, şaxtasız günlərin sayı 145-240 arasmda dəyişir. Ərazidə qəhvəyi dağ-meşə,
qonur dağ-meşə və başqa torpaqlar yayd-mışdır. Əsas istehsal sahələri tütünçülük,
heyvandarlıq, kartofçuluq və qoyunçuluqdur. Taxılçılıq, üzümçülük, ipəkçilik və
bağçılıq əlavə sahələri təşkil edir.