təsərrüfatı sahələrinin inkişafına əlverişli zəmin yaradır.
Mil-Qarabağ
kadastr rayonu
Bu kadastr rayonuna Bərdə, Ağcabədi, İmişli, Beyləqan, Tərtər rayonlan
bütövlükdə, Ağdam, Ağdərə, Goranboy və Xocavənd rayonlarmın isə düzən əraziləri
daxil edilmişdir. Ümumi sahəsi 758,2 min ha olub, Azərbaycan ərazisinin 8,77%-ni
təşkil edir. 271,8 min ha əkinlərdən, 21,4 min ha ço-xillik əkmolordən, 217,4 min ha
otlaqlardan ibarətdir. Ümumi-likdə, burada 515,6 min ha kənd təsərrüfatı ehtiyacları
üçün yararlı torpaqlar vardrr. Əkin torpaqları Bərdədə - 49,1 min ha, Ağcabədidə -
53,7 min ha, İmişlidə - 40,3 min ha təşkil edir. Ən az əkin torpaqları Tərtər
rayonundadır. Bu əraziyə Qarabağın düzən və dağətəyi yerləri, Mil düzü daxil olur.
Burada yarımsəhra qurubozqır landşaft tipləri üstünlük təşkil edir. Nəmlik dərəcəsinə
görə ərazi yarımquraq zonaya aiddir (il ər-zində Md=0,10-0,15). Yağıntıların miqdarı
250-450 mm-dir. Rayon istiliklə kifayət dərəcədə təmin olunmuşdur, 10°C-dən
yüksək fəal temperaturlar cəmi 4700-3800°C təşkil edir. Vege-tasiya dövrü - 226-211
gündür. Qalıq temperaturlar ehtiyatı 300-1900°-dir. Ərazidə tünd boz-qəhvəyi, açıq
boz-qəhvəyi, çəmən-boz, çəmənləşmiş boz, açıq boz, primitiv boz, subasar
çəmən-meşə, çəmən-subasar və bataqlı-çəmən torpaqlan yayılmışdır. Kənd
təsərrüfatmda boz-qəhvəyi, çəmən-boz və boz torpaqlardan geniş istifadə olunur.
Mil-Qarabağ kadastr rayonunun təbii şəraiti və iqtisadi-coğrafı vəziyyəti kənd
təsərrüfatının inkişafı üçün əlverişlidir.
Dostları ilə paylaş: