4
ÖN SÖZ
Son dövrlərdə ictimaiyyəti anormal uĢaqlar və onların korreksiya,
reablitasiya və sosial adaptasiya problemləri
çox narahat edir və bir
problem olaraq aktuallığını heç də itirmir, əksinə özünün həllini
gözləyir, daha çox bu məsələyə diqqət tələb edir. Xəstə uĢaqlarla
ünsiyyət yaratma, ünsiyyətə girmə çətinliyinin aradan qaldırılması
iĢində nitqi qüsurlu uĢaqların korreksiyası defektologiyanın
tədqiqat
obyektində prioritet sahədir.
Nitqi qüsurlu uĢaqların dərs prosesi normal siniflərdə olduğundan
kəskin Ģəkildə fərqlənir. Anadangəlmə və yaxud sonradan qazanılmıĢ
müxtəlif qüsurluq dərəcəsi olan xəstə uĢaqların xarakterində,
psixikasında və dərketmə qabiliyyətində kəskin fərqlər mövcuddur.
Adətən onlar həyatından küskün əhval-ruhiyyədə olub tez-tez
bədbinliyə qapılır, çox tərs, inadkar və ərköyün olurlar.
Nitqi qüsurlu uĢaqların birinci sinfə qəbulu zamanı bu və ya digər
qüsurluq dərəcəsini müəyyən etmək
üçün onlar mütləq ciddi
müayinədən keçməlidir. Bu, gələcəkdə xəstədə olan mövcud qüsuru tez
və effektli Ģəkildə aradan qaldırmağa imkan verir.
Loqopediya nitq inkiĢafı qüsurları haqqında pedaqoji elm olaraq,
nitq qüsurlarının aradan qaldırılması və qarĢısını almaq üçün xüsusi
təlim-tərbiyə sistemi olaraq qalır.
Dərs vəsaiti məktəbəqədər və məktəbyaĢlı, yeniyetmə uĢaqlarda
olan nitq qüsurlarının növləri, zəif eĢitmə
ilə əlaqədar olan qüsurlar,
onların patalogiyası, fizioloji və psixoloji araĢdırılması, təhlili, bu
xəstəliklərin yaranma səbəbləri, öyrənilməsi,
müayinəsi, korreksiya iĢi
əhatə olunmuĢdur.
Hər bir nitq qüsurunun təsnifatı ilə yanaĢı, onun yaranması
mərhələləri, formaları, səciyyəvi xüsusiyyətləri, nitqin ümumi geriliyi,
artikulyasiya aparatının müayinəsi, korreksiya iĢi,
psixoloji-pedaqoji
təsir, ailədə uĢağın nitqinin inkiĢafı üzrə aparılan iĢ təhlil edilməsi
əsasında öyrənilməsi nəzərdə tutulur.
Nitq qüsurlarının araĢdırılması, onların qruplara ayrılması,
səslərin tələffüzündə təhrif edilməsi, fonetik,
fonematik çətinliklər,
akustik-artikulyasiya tərəfinin pozulması, nitq geriliyi və onun
fəaliyyətinin fizioloji cəhətdən Ģərtlənməsi, psixoloji və fizioloji
proseslərdəki
anomaliyalar, sinir sistemindəki pozğunluqlar, onların
qavrama, dil, hafizə və psixi hallara təsiri,
dilin analiz və sintezinin
5
pozulması və digər məsələlərin dərs vəsaitində öyrənilməsi nəzərdə
tutulmuĢdur.
Dərs vəsaitində həmçinin qüsurlu uĢaqların sinfə alınması, sosial-
emosional Ģəraitin yaradılması, dilin inkiĢafı üçün Ģəraitin yaradılması,
tələb olunan yardımın verilməsi məsələləri də açıqlanır.
Dərs vəsaitində əhatə olunan mövzular pedaqoji fakültənin
məktəbəqədər təhsilin pedaqogikası və metodikası
və ibtidai təhsilin
pedaqogika və metodikası ixtisasları üçün nəzərdə tutulub.