Elnur İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 7 qırışıqlığıyla əlaqədar proseslərin məhsuludur. Tektonik
h
ərəkətlər nəticəsində Böyük və Kiçik Qafqazın dağ silsilələri,
Kür dağarası çökəklik yaranmışdır. Süxurların aşınması
n
əticəsində bir çox filiz yataqları yer səthinə çıxmış, onların
axtarış və kəşf olunmasına şərait yaranmışdır.
Az
ərbaycanda makropaleontoloji tədqiqatlar 20-ci illərdə
Az
ərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft
Akademiyası) V. V. Boqaçovun, Azərbaycan Neft Tədqiqatı
İnstitutunda (indiki Neft Sənayesinin Azərbaycan Dövlət Elmi-
T
ədqiqat və Layihə İnstitutu) mikropaleontoloji tədqiqatlar V. E.
Livental, Q. F.
Şneyder, C. İ. Cəfərovun rəhbərlikləri altında
aparılırdı. 1929-cu ildə Babazənən kəsilişində Ağcaqıl və
Abşeron mərtəbələri çöküntülərində aşkar olunmuş ostropod
faunasının təsvirinə həsr olunmuş ilk mikropaleontoloji elmi
m
əqalə V. E. Livental tərəfindən dərc olunmuşdur.
Respublikamızda biostratiqrafik tədqiqatların əsl mənada geniş
inkişafı 1950-ci ildə Azərbaycan EA Geologiya İnstitutunda ak.
M. M.
Əliyevin təşəbbüsü və rəhbərliyi altında müvafiq şöbənin
y
aranması ilə bağlıdır. Paleontologiya və stratiqrafiya şöbəsində
«Mikrofauna», «Mezozoy v
ə Kaynozoy» laboratoriyaları
f
əaliyyət göstərirdi. Yaranan istiqamətlərə zəmanənin görkəmli
aliml
əri M. M. Əliyev, Q. Ə. Əlizadə, C. M. Xəlilov rəhbərlik
edirdil
ər. Makro və mikrofauna ilə yanaşı, H. Zərdabi adına
T
əbiət tarixi muzeyində bioloq R. C. Cəfərovun rəhbərliyi altında
Az
ərbaycanın bir çox rayonlarından (Binəqədi Qır gölü, Eldar,
Bozdaq, Duzdağ və s. ) toplanan onurğalı heyvan qalıqları
öyr
ənilir. Belə ki, 50-60 -ci illərdə Respublikada onurğasız və
onurğalı fauna və floranın ayrı-ayrı tip, sinif, dəstələrini öyrənən
t
əcrübəli kadrlar - B. G. Vəkilov, D. V. Hacıyev, Ə. Y. Xəlilov,
Q. M. Sultanov, T.
Ə. Məmmədov, R. Ə. Xələfova və b.
ixtisaslaşırlar. Sonrakı illərdə tədqiqatları ilə Respublikamızdan
k
ənarda tanınan görkəmli paleontoloqlar nəsli yetişir: N. Ə.
Ələkbərova, Q. K. Qasımova, S. M. Aslanova, X. Əliyulla, F. M.
Axundov v
ə b. Hazırda Azərbaycan MEA Geologiya İnstitutunda