523) Aşağıdakı hansı patologiya vegetativ sinir sisteminin şişlərinə aiddir?
A) Vegetativ meningeoma
B) Parasimpatik papilloma
C) Meningeal sarkoma
D) Vegetativ adenoma
E) Simpatoblastoma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
524) Hansı şişə “Reklinqhauzen xəstəliyi” deyilir?
A) Medulloblastoma
B) Neyrofibromatoz
C) Nevrinoma
D) Qanqlionevroma
E) Şvannoma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
525) Verokai cisimcikləri hansı şiş üçün xarakterdir?
A) Verokai xərçəngi (və ya psammomatoz adenokarsinoma)
B) Meningeal sarkoma
C) Nevrilemmoma (və ya şvannoma)
D) Xroniki Verokai leykozu
E) Qanqlionevroma (və ya teratogen Verokai nevrinoması)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
526) Nevusa rəng verən hansı piqmentdir?
A) Nevus hematini
B) Bilirubin
C) Melanin
D) Hemosiderin
E) Nevusoxrom
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |