5) Aşağıda göstərilən hansı patoloji proses nozoloji (sərbəst) xəstəlikdir?
A) İntoksikasiya
B) Hialinoz
C) Miokardın infarktı
D) Kəskin ürək-damar çatışmazlığı
E) Uremiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
6) Meyitlərin müayinə edilməsi başqa adla necə adlanır?
A) Evisserasiya
B) Heteropsiya
C) Homopsiya
D) Autopsiya
E) Biopsiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
7) Göstərilən hansı patoloji proses xəstəlik deyil, ağırlaşmadır?
A) Nazik bağırsağın ilkin vərəmi
B) Xroniki böyrək çatışmazlığı
C) Arterial hipertenziya
D) Difteriyanın əsnək forması
E) Aortanın aterosklerozu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
8) Bu göstərilənlərdən hansı biopsiyaların növlərinə aiddir?
A) İntravaskulyar biopsiya
B) Meyit biopsiyası
C) Uşaq biopsiyası
D) Punksion biopsiya
E) Hemotransfuzion biopsiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
9) Autopsiya zamanı daxili üzvlərin çıxarılaraq müayinə edilməsi üçün aşağıdakı hansı üsuldan istifadə edilə bilər?
A) Şor üsulu və ya total evisserasiya
B) Biopsiya üsulu
C) Kəsmiyəbənzər və ya kazeoz üsul
D) Autopsiya üsulu
E) Perls üsulu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
10) Toxumaların təsbit (fiksasiya) edilməsi üçün neçə faizli neytral formalin məhlulundan istifadə edilir?
A) 40 %
B) 3 %
C) 10 %
D) 70 %
E) 96 %
Ədəbiyyat: Под ред. Д.С.Саркисова и Ю.Л.Перова. Микроскопическая техника: Руководство. Москва, 1996.
Dostları ilə paylaş: |