1161) Doğuş prosesi zamanı doğuş yollarından keçərkən təbii mexaniki amillərin bilavasitə yerli təsirləri nəticəsində dölün almış olduğu yerli xəsarətlər necə adlanır?
A) Akuşer travmaları
B) Yerli xəsarətlər
C) Doğuş travmaları
D) Doğuş zədələnmələri
E) Ginekoloji travmalar
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1162) Doğuş prosesi zamanı doğuş qəbul edən mama və ya ginekoloqlar tərəfindən yol verilmiş səhv nəticəsində dölün almış olduğu travmatik zədələnmələr necə adlanır?
A) Yerli xəsarətlər
B) Ginekoloji travmalar
C) Doğuş travmaları
D) Doğuş zədələnmələri
E) Akuşer travmaları
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1163) Yenidoğulmuşlarda beyincik çadırının cırılması adətən hansı qrup patologiyalar zamanı rast gəlinir?
A) Bədxassəli hipertoniya xəstəliyi
B) Akuşer travmaları
C) Doğuş zədələnmələri
D) Ginekoloq travmaları
E) Doğuş travmaları
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1164) Yenidoğulmuş uşaq meyitlərində ağ ciyərlərdə havanın olub-olmamasının təyin edilməsinin ən dəqiq üsulu hansıdır?
A) Ağ ciyərlərin mikroskopik müayinəsi
B) Virxov üsulu
C) Perls üsulu
D) “Hidrostatik ağ ciyər sınağı”
E) Total evisserasiya üsulu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |