Patoloji anatomiya 1 Meyitlərin patoloji-anatomik müayinəsi azərbaycan dilində necə adlanır?


) Mukovissidoz hansı qrup xəstəliklərə aid edilir?



Yüklə 1,56 Mb.
səhifə364/369
tarix28.12.2021
ölçüsü1,56 Mb.
#14230
1   ...   361   362   363   364   365   366   367   368   369
1137) Mukovissidoz hansı qrup xəstəliklərə aid edilir?

A) Qeyri-infeksion fetopatiyalar

B) İbtidai infeksiyaları (protozoylar)

C) Zöhrəvi xəstəliklər

D) Helmintozlar

E) Perinatal infeksion patologiyalar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1138) Lokalizasiyasından və klinik xüsusiyyətlərindən asılı olaraq aşağıda mukovissidoz xəstəliyinin hansı forması göstərilmişdir?

A) Beyin forması

B) Bağırsaq forması

C) Sadə mukovissidoz

D) Poliartritik forma

E) Tuberkuloid forma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1139) Tam yetişmiş dölün çəkisi nə qədər olur?

A) 2500 qram

B) 1000 qram

C) 3500 qram

D) 1700 qram

E) 2000 qram


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1140) Perinatal dövr özü də 3 dövrdən ibarətdir. Aşağıda onlardan hansı biri göstərilmişdir?

A) Antenatal dövr

B) Hamiləliyin birinci yarısı

C) Ontogenez

D) Doğuşdan sonrakı zahılıq dövrü

E) Erkən fetogenez


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

1141) Ağ ciyərlərdə havanın olub-olmaması makroskopik olaraq hansı üsulla təyin edilir?

A) Minakov sınağı

B) Breslau sınağı

C) Qalen sınağı

D) Suntsov sınağı

E) Perls reaksiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1142) İnkişaf xarakterindən asılı olaraq dölün asfiksiyasının aşağıdakı hansı növü ayırd edilir?

A) Hipertonik asfiksiya

B) Sarı asfiksiya

C) Göy asfiksiya

D) Fizioloji asfiksiya

E) Serebral anoksiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1143) Bətndaxili dövrün 29-cu həftəsinə çatmış (həyat qabiliyyətlilik əldə etmiş) dölün çəkisi nə qədər olur?

A) 3000 qram

B) 2500 qram

C) 1000 qram

D) 750 qram

E) 2000 qram


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1144) Yenidoğulmuşlarda pnevmopatiyalar qrupuna 3 xəstəlik aid edilir. Aşağıda bu xəstəliklərdən hansı göstərilmişdir?

A) Xroniki bronxit

B) Hialin membranlar xəstəliyi

C) İrsi pnevmopatiya

D) Yenidoğulmuşların sətəlcəmi

E) İntranatal pnevmoniya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
1145) Çəkisi 1000 qrama qədər olan ölüdoğulmuş döl (29-cu həftəyə qədər) patoloji-anatomik şöbələrdə hansı müayinədən keçirilir?

A) Məhkəmə-tibbi müayinə

B) Antropometrik müayinə

C) Autopsiya

D) Belə meyitlərə heç bir müayinə aparılmır

E) Patoloji-anatomik müayinə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1146) Aşağıda ən çox rast gəlinən doğuş travmalarından hansı biri göstərilmişdir?

A) Traxeomeqaliya

B) Yenidoğulmuşlarda septiki endokardit

C) Ödemli-hemorragik sindrom

D) Doğuş şişi

E) Mekkel divertikulu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   361   362   363   364   365   366   367   368   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin