555) Aşağıda göstərilən patologiyalardan hansı kəskin leykozlara aid deyildir?
A) Kəskin eritromieloblast leykoz (kəskin eritremiya)
B) Kəskin plazmoblast leykoz
C) Xloroz
D) Kəskin mielom xəstəliyi
E) Kəskin meqakarioblast leykoz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
556) Hansı patologiya leykozlar üçün xarakter ağırlaşma hesab edilmir?
A) Pnevmoniya
B) Baş beynə qansızma
C) Sepsis
D) Sümük iliyində leykoz infiltratları
E) Burundan qanaxma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
557) Göstərilən bütün dəyişikliklər leykozların əsas əlamətlərindən hesab edilir, birindən başqa. O, hansıdır?
A) Hepatomeqaliya
B) Böyrəklərdə leykemik infiltratlar
C) Baş beynin infarktı
D) Sümük iliyinin leykoz infiltrasiyası
E) Splenomeqaliya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |