604) Aşağıdakı hansı dəyişiklik hipertonik krizin əlamətidir?
A) Arteriolosklerotik yaddaş zəifliyi
B) Miokardın infarktı
C) Uremik koma
D) Arteriolların divarında fibrinoid nekroz
E) Üçlü sinirin iflici
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
605) Klinik gedişinə görə hipertoniya xəstəliyinin aşağıdakı hansı növü vardır?
A) Sakitlik hipertoniyası
B) Gərginlik hipertoniyası
C) Xroniki hipertoniya
D) Bədxassəli hipertoniya
E) Kəskin hipertoniya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
606) Arterial hipertoniya xəstəliyinin birinci mərhələsi necə adlanır?
A) Hipertonik kriz mərhələsi
B) Üzv və toxumalarda sklerotik (və ya geridönməyən) dəyişikliklər mərhələsi
C) Simptomatik (və ya başlanğıc) hipertoniya mərhələsi
D) Yayılmış damar dəyişiklikləri mərhələsi
E) Preklinik (və ya funksional, tranzitor) hipertoniya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
607) Aşağıdakı hansı patologiya hipertoniya xəstəliyinin beyin formasının analoqudur?
A) Meninqoensefalit
B) Hidrosefaliya
C) Serebro-vaskulyar xəstəlik
D) Baş beyin maddəsinin ödemi
E) İrinli meningit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |