821) Hansı müddətdən sonra hepatit xroniki hesab edilir?
A) 6 aydan sonra
B) 3 aydan sonra
C) 1 aydan sonra
D) 1 ildən sonra
E) 1 həftədən sonra
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
822) Hepatoz nədir?
A) Qara ciyərin inkişaf anomaliyası
B) Qara ciyərin sklerozlaşması (sirrozun sinonimi)
C) Qara ciyərin distrofiyası və (və ya) nekrozu
D) Qara ciyərin şişi
E) Qara ciyərin iltihabı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
823) Etiologiyasından asılı olaraq aşağıda sirrozun hansı növü göstərilmişdir?
A) Toksiki və toksiko-allergik sirroz
B) Multilobulyar sirroz
C) Postnekrotik sirroz
D) Hipertenzion sirroz
E) Hipotenziv sirroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
824) Aşağıda kəskin virus hepatitlərinin hansı klinik-morfoloji forması göstərilmişdir?
A) Anemik forma
B) Siderofilik forma
C) Hemorragik hepatit forması
D) Sarılıqsız forma
E) Xroniki aktiv hepatit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
825) Aşağıdakı hansı patoloji proses “qara ciyər sirrozunun qara ciyərdən kənar əlamətləri”nə aid deyildir?
A) Aşağı ətrafın qanqrenası
B) Endokrin pozğunluqlar
C) Assit
D) Sarılıq
E) Splenomeqaliya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |