1119) Aşağıdakı hansı patologiya sepsisin klinik-morfoloji formasıdır?
A) Ambulator sepsis
B) Xroniki sepsis (xroniosepsis)
C) Septiki miokardit
D) Meninqokokkemiya (meninqokok sepsisi)
E) Kriptogen sepsis
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1120) Sepsis zamanı miokardda disproteinoz, qara ciyərdə nekrobioz ocaqları və s. aşkar olunur. Bu patoloji proseslər sepsisin hansı “ümumi morfoloji dəyişikliklər” qrupuna aiddir?
A) Hepatorenal dəyişikliklər
B) Distrofik və nekrotik dəyişikliklər
C) Kardiomiopatiya və hepatomeqaliya dəyişiklikləri
D) Hiperplastik dəyişikliklər
E) Ayrı-ayrı üzv və toxumalarda vaskulitlər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1121) Sepsis zamanı üzv və toxumalarda vaskulitlər aşkar olunur. Bu patoloji proses sepsisin hansı "ümumi morfoloji dəyişikliklər" qrupuna aiddir?
A) İltihabi dəyişikliklər
B) Septiki makroangiopatiyalar
C) Angiopatiyalar qrupu
D) Hiperplastik dəyişikliklər
E) Distrofik və nekrotik dəyişikliklər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |