141) Qarın yatalağı zamanı əsas yerli dəyişikliklərin xarakter lokalizasiyası:
A) mədə
B) qarın boşluğu (visseral periton)
C) qalça bağırsağın distal hissəsi
D) yoğun bağırsaq
E) damarların endotel qatı (xüsusilə də dəri və hippokampın damarları)
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
142) Vəbanın spesifik ağırlaşması:
A) baş beynin “dəniz atı ayğırı qırışı”nda vəba qranulomaları
B) “vəba dizenteriyası”
C) nazik bağırsağın perforasiyası
D) vəba tifoidi
E) vəba pnevmoniyası
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
143) Qarın yatalağı zamanı meydana çıxan spesifik qranulomalar necə adlanır?
A) Babeş-Neqri qranulomaları
B) qarın yatalağı qranulomaları
C) tifoz qranulomalar
D) Popov qranulomaları
E) salmonelloz qranulomalar
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
144) Qarın yatalağı zamanı inkişaf edən splenomeqaliya hansı qrup morfoloji dəyişikliklərə aiddir:
A) hiperplastik qeyri-spesifik ümumi morfoloji dəyişikliklər
B) spesifik ümumi morfoloji dəyişikliklər
C) distrofik qeyri-spesifik ümumi morfoloji dəyişikliklər
D) allergik mexanizmli morfoloji dəyişikliklər
E) bağırsaqlardan kənar ümumi iltihabi dəyişikliklər
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
145) Qarın yatalağı zamanı inkişaf edən “status-typhosis” əsasən nə ilə əlaqədardır?
A) baş beyinin qliya hüceyrələrinin zədələnməsi
B) xəstəlik zamanı ümumi hiperplastik dəyişikliklərin inkişafı
C) qarın yatalağı çöplərinin endotoksinlərinin sinir toxumasına olan tropizmi ilə əlaqədar mərkəzi və vegetativ sinir sisteminin zədələnməsi
D) bağırsağın solitar və qrupşəkilli limfoid follikullarının qarın yatalağı çöpləri ilə zədələnməsi və onların hiperplaziyası
E) ümumi intoksikasiya ilə əlaqədar damarların keçiriciliyinin artması
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
146) Vəba enteriti zamanı mikroskopik müayinədə nazik bağırsaqda aşkar olunan xarakter dəyişiklik:
A) selikli qişada diffuz limfo-leykositar infiltrasiya
B) selikli qişada fibrinoid nekroz ocaqlarının və qranulyasiya toxumasının olması
C) örtük və vəz epiteli hüceyrələrində hidropik distrofiya
D) selikaltı qatda kəskin doluqanlılıq və ödem
E) epitel hüceyrələrin ətrafında buynuz distrofiya
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |