269) Aşağıda göstərilən hansı patologiya qarışıq distrofiyalara aiddir?
A) Talassemiya xəstəliyinin qarışıq forması
B) Hemosideroz
C) Poliamiloidoz
D) Hemoqlobinopatiyalar
E) Fibrinoid şişmə
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
270) Mədənin eroziya və xoralarında hansı piqmentə rast gəlinir?
A) Duz turşusu hematini
B) Qastrin
C) Erozin
D) Öd piqmenti
E) Hemosiderin
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
271) Hemosiderozun (qansızma ocağının) dəqiq təyin edilməsi məqsədilə hansı üsuldan istifadə edilir?
A) PAS-reaksiya
B) Qmelin reaksiyası ilə
C) Perls reaksiyası
D) Minakov üsulu
E) Abrikosov üsulu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.