608) Arterial hipertoniya xəstəliyinin ikinci mərhələsi necə adlanır?
A) Tranzitor mərhələ
B) Ürəyin hipertrofiyası mərhələsi
C) Damar patologiyaları ilə əlaqədar üzvlərdə geridönməyən sklerotik dəyişikliklər mərhələsi
D) Yayılmış damar dəyişiklikləri mərhələsi
E) Funksional mərhələ
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
609) Aşağıdakı hansı dəyişiklik hipertonik krizin əlamətidir?
A) Arteriolların intima qatının büküşlü şəkil alması
B) Diffuz xırda ocaqlı kardioskleroz
C) Vaskulit
D) Miokardın infarktı
E) Aortada medionekroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
610) Ürəyin hipertrofiyası arterial hipertoniya xəstəliyinin hansı mərhələsindən etibarən başlanır?
A) İkinci mərhələnin əvvəllərindən
B) İkinci mərhələnin axırlarından
C) İkinci mərhələnin ortalarından
D) Üçüncü mərhələnin əvvəllərindən
E) Birinci mərhələdən
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
611) Aşağıda göstərilən hansı patoloji proses xarakter olaraq hipertoniya xəstəliyi zamanı inkişaf edir?
A) Aortanın anevrizması
B) Aterosklerotik kardioskleroz
C) Aterosklerotik nefroskleroz
D) Mikroangiopatiya
E) Arteriolosklerotik kardioskleroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
612) Hipertoniya xəstəliyinin ikinci mərhələsində arteriyalarda hansı dəyişiklik baş verir?
A) Ateroskleroz və elastofibroz
B) Vegener qranulomatozu
C) Yayılmış vaskulitlər
D) Plazmorragiya və hialinoz
E) Flebit və flebotrombozlar
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |