35) Patoloji-anatomik müayinə protokolunda hansı hissə olmur?
A) Pasport hissə
B) Xəstəlik tarixindən çıxarış
C) Ölümün baş verdiyi yerin müayinə protokolu
D) Xarici müayinə hissəsi
E) Klinik-anatomik epikriz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
36) Aşağıda göstərilən hansı bənd klinik-patanatomik epikrizin tərkib hissəsidir?
A) Laborator məlumatlar
B) Klinik məlumatlar
C) Anamnestik məlumatlar
D) Xəstədən götürülmüş biopsiya materiallarının müayinə cavabı
E) Bütün göstərilənlər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
37) Qazax rayonunda patoloji-anatomik xidmət harada həyata keçirilir?
A) Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Birliyinin Qazax rayon “Patoloji anatomiya” şöbəsində
B) Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Birliyinin Qazax rayon “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” şöbəsində
C) Qazax rayon prokurorluğunun nəzdində fəaliyyət göstərən “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” şöbəsində
D) Rayonun hər bir tibb müəssisəsinin nəzdində olan patanatomik şöbələrdə
E) Yalnız rayon mərkəzi xəstəxanasının tərkibində bütün rayon üçün fəaliyyət göstərən patoloji-anatomik şöbədə
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
38) Azərbaycan Respublikasında patoloji-anatomik xidmət göstərən hansı belə bir qurum yoxdur?
A) Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Birliyinin Zaqatala rayon “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” şöbəsi
B) Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Birliyinin “I Patoloji anatomiya” şöbəsi
C) Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Birliyinin Nəsimi rayon “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” şöbəsi
D) Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” Birliyinin Sumqayıt şəhər “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” şöbəsi
E) Bakı 3 saylı Şəhər Klinik Xəstəxanasının patoloji anatomiya şöbəsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |