428) Aterosklerotik nefroskleroz zamanı böyrəyin səthi necə olur?
A) Xırda ölçülərlə kələ-kötür
B) Xırdadənəvər
C) Hamar
D) Hamısı
E) İri ölçülərlə kələ-kötür
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
429) Ateroskleroz zamanı ilkin və əsas dəyişikliklər arteriyaların hansı qatında baş verir?
A) İntimada (daxili qatda)
B) Hamısında eyni dərəcədə
C) Orta və xarici qatlarda
D) Adventitsiyada (xarici qatda)
E) Mediada (orta qatda)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
430) Aterosklerozun aşağıdakı hansı mikroskopik inkişaf mərhələsi vardır?
A) Lipidönü mərhələ
B) Tranzitor mərhələ
C) Piy ləkələri mərhələsi
D) Damar dəyişiklikləri mərhələsi
E) Eroziya mərhələsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
431) Aterosklerozun klinik-morfoloji formaları içərisində hansı belə bir forma yoxdur?
A) Aorta forması
B) Universal forma
C) Latent forma (və ya gizli ateroskleroz)
D) Ətraf forması
E) Müsariqə forması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
432) Aterosklerozun inkişafında makroskopik olaraq (adi gözlə) hansı belə bir mərhələ yoxdur?
A) Beyinvari şişkinləşmə mərhələsi
B) Yaraların əmələ gəlməsi mərhələsi
C) Fibroz düyünlər mərhələsi
D) Aterokalsinoz mərhələsi
E) Piy ləkələri mərhələsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |