438) Aterosklerozun aorta forması aşağıdakı hansı patologiya ilə ağırlaşa bilər?
A) Aortanın anevrizması
B) Mezaortit
C) Aortanın mənfəzinin aterosklerotik düyünlərlə kəskin şəkildə daralması və bədənin aşağı hissəsinin işemiyası
D) Aortanın amiloidozu
E) Aortanın divarında ocaqlar şəklində lipidlərlə infiltrasiya və skleroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
439) Aterosklerozun “piy ləkələri” (və ya piy zolaqları) mərhələsində həmin nahiyə mənfəzə doğru necə dəyişir?
A) Mənfəzlə nisbətdə heç bir dəyişiklik baş vermir
B) İntimanın səthində dərin çökəklik yaranır
C) Mənfəzə doğru bir qədər qabarıqlıq meydana çıxır
D) Divardan mənfəzə doğru kəskin qabarıqlıq yaranır
E) İntimanın səthində zəif çökəklik yaranır
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
440) Aşağıda göstərilən hansı patologiya aterosklerozun ürək forması üçün xarakterdir?
A) Aterosklerotik endokardit
B) Ürəyin gecikmiş (“qocalıq”) iflici
C) Diffuz xırda ocaqlı kardioskleroz
D) Arteriolosklerotik kardioskleroz
E) Arteriolosklerotik perikardit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
Dostları ilə paylaş: |