931) Göstərilən hansı patoloji proses ilkin vərəm kompleksinə daxildir?
A) Kazeoz pnevmoniya
B) Kəskin ocaqlı vərəm
C) Qon ocağı
D) Kazeoz limfangit
E) Simon ocağı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
932) İkincili vərəmi başqa adla necə adlandırılır?
A) Qazanılmış vərəm
B) Residiv vərəm
C) Kavernoz vərəm
D) Reinfeksion vərəm
E) Ağ ciyər vərəmi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
933) İkincili vərəm adətən ağ ciyərin hansı hissəsində başlanır?
A) Sağ ağ ciyərin I və ya II seqmentində
B) Sağ ağ ciyərin aşağı payında
C) Sağ ağ ciyərin orta payında subplevral nahiyələrdə
D) Sol ağ ciyərin qapısında
E) Sol ağ ciyərin yuxarı payında
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
934) Yeni başlamaqda olan ikincili vərəm ocağı necə adlanır?
A) Simon ocağı
B) Kəskin ocaqlı vərəm (Abrikosov ocağı)
C) Qon ocağı
D) İlkin vərəm affekti
E) İnfiltrativ vərəm (Assman-Redeker ocağı)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
935) Müxtəlif sağalma mərhələlərində olan Abrikosov ocağına (ikincili vərəmin başlanğıc ocağı) nə deyilir?
A) Assman-Redeker ocağı
B) Qon ocağı
C) Simon ocağı
D) Aşoff-Pul ocağı
E) Tuberkuloma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |